Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-770/2023 15.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, İddiaçı vəkili Vəkil3 İsgəndər oğlunun, Cavabdeh nümayəndəsi Nümayəndə3, Cavabdeh vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın dəyəri tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən rayon Qazma kəndində, Cavabdeh məxsus torpaqda tikilmiş və cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş, 90000 (doxsan min) manat qiyməti olan fərdi yaşayış evinin dəyərinin yarısının, yəni 45000 (qırx beş min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə istinadən iddianı onunla əsaslandırmışdır ki, İddiaçı onun qızıdır. İddiaçı cavabdehin qardaşı X24 ilə nikahlarını xx.xx.2010-cu il tarixdə Balakən rayon Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X38 dünyaya gəlmişlər. İddiaçı əri ilə uzun müddət Rusiyada birlikdə yaşamışlar. Azərbaycanda yaşayış yerləri olmadığı üçün, ərinin qardaşı hazırki Cavabdeh məxsus, Balakən rayon Qazma kəndində yerləşən torpaq sahəsində ev tikmişlər. Evin tikintisinə çəkilmiş xərcin böyük hissəsi onun, yəni Nümayəndə2 tərəfindən ödənilmişdir. Ev tikilib hazır olduqdan sonra, iddiaçı uşaqları ilə birlikdə həmin evdə yaşamağa başlamışlar. Həmin müddətdə iddiaçının əri Rusiyada olmuşdur. Sonradan iddiaçının yoldaşının ailə üzvlərinin ailəsinə müdaxiləsi və yoldaşı ilə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən onlar arasında bağlanmış nikah Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, azyaşlı övladları iddiaçının himayəsinə verilmişdir. İddiaçının əri hal-hazırda Rusiyada yaşayır. İddiaçının əri X24 ilə nikahları pozulduqdan sonra birgə nikahları dövründə ərinin qardaşı hazırki cavabdehə məxsus torpaq sahəsində tikdirdikləri evdə yaşamalarına ərinin ailə üzvləri imkan verməmiş, evi tərk etməsi üçün əllərindən gələni edərək, dəfələrlə iddiaçını və övladlarını təhqir etmiş, hətta ərinin ailə üzvləri qaldıqları evdə işıq xəttini və qaz xəttini kəsib evdə yaşamağı qeyri-mümkün edərək, övladları və onu evdən çıxmağa vadar etmişlər. İddiaçının ərinin ailə üzvlərinin hərəkətlərindən dəfələrlə Balakən Rayon Polis şöbəsinə şikayət etmişlər. Şikayətləri Balakən Rayon Polis şöbəsində dəfələrlə araşdırılmış, lakin heç bir nəticə əldə olunmamışdır. İddiaçı yaşamağa başqa yeri olmadığı və övladları ilə birlikdə yeni həyata başlamaları üçün məcburiyyət qarşısında qalaraq birgə nikahları dövründə min bir əziyyətlə tikdikləri evin dəyərinin yarısının əsassız varlanma nəticəsində əldə etmiş və evə sahiblənmiş cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yaşayış evi iddiaçının ərinin qardaşına məxsus torpaq sahəsində tikilməsinə baxmayaraq, iddiaçının nikahı dövründə tikilmiş və həmin evin tikintisinə çəkilmiş xərcin böyük hissəsi iddiaçının atası tərəfindən çəkilmişdir. Həmin evin iddiaçının əri X12 məxsus olması, birgə nikah dövründə tikilməsi cavabdehin anası X4 Balakən Rayon Polis Şöbəsində vermiş olduğu izahatı ilə də təsdiq olunur. Qeyd edir ki, Balakən rayon Qazma kəndində Cavabdeh özünə məxsus başqa fərdi yaşayış evi vardır və həmin fərdi yaşayış evində məhz cavabdeh və onun ailəsi yaşayır. Cavabdehə məxsus torpaq sahəsində iddiaçı və keçmiş ərinin tikdirdirdiyi 2 mərtəbəli fərdi yaşayış evi isə iddiaçıya və keçmiş ərinə məxsus olmuşdur. Cavabdeh həmin əmlakı əsassız varlanma nəticəsində əldə etmişdir. Onu da nəzərə çatdırır ki, sözügedən fərdi yaşayış evinin dəyərinin yarısının tələbi ilə bağlı İddiaçı bundan əvvəl məhkəməyə müraciət etmiş və Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, həmin fərdi yaşayış evi hazırki Cavabdeh məxsus torpaq sahəsində tikildiyinə görə iddiaçı sözügedən fərdi yaşayış evinin dəyərini məhz hazırki cavabdehdən tələb etməlidir. Qeyd edir ki, sözügedən fərdi yaşayış evi sənədsizdir və həmin evin cavabdehə məxsus olması Balakən Rayon Polis Şöbəsində cavabdehinin anasının izahatında da öz əksin tapmış və Ali Məhkəmənin xx.xx.2023-cü tarixli qərarında da həmin evin faktiki olaraq cavabdehə məxsus və onun istifadəsində olması öz təsdiqini tapmışdır. Qanunla həmin əmlakın dəyərinin yarısı iddiaçıya məxsusdur və bu səbəbdən də cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda İddiaçı nümayəndəsi Nümayəndə2 əlavə olaraq onu da bildirdi ki, 2014-cü ilin mart ayında X1 Federasiyasından gələrək onunla məsləhət etmiş, ev tikmək istədiyini, 30000 manat pulu olduğunu, evin tikintisinə başlamaq istədiyini bildirmiş, onunla bərabər usta ilə danışmış, evin tikintisi üçün lazım olan materiallar alınmışdır. X24 evin tikintisi üçün 30000 manat pulu ona vermiş, 1 ay sonra Rusiyaya qayıdarkən əlavə olaraq ona 5000 manat pul vermişdir. Özünə məxsus olmuş 17000 manat pulu həmin evin tikintisinə xərcləmişdir. Usta və fəhlələrin yemək-içməyini özü ödəmişdir. Onun iştirakı ilə evə 52000 manat xərclənmişdir. İddiaçı evin tikintisinə heç bir vəsaiti xərclənməyib. Yalnız 17000 manat öz vəsaitini evin tikintisi üçün xərcləmişdir. 38000 manat pulu isə X24 müxtəlif vaxtlarda öz bacısına, anasına və atasına göndərmiş, evin tikinti işləri tamamlanmışdır. Evin tikintisinə cəmi 90000 manat xərclənmişdir. 90000 manatın hansı formada, nə qədər və hara və kimə xərclənməsi barədə onda qaimə, qəbz və digər rəsmi sənədlər yoxdur. Eyni zamanda 17000 manat evə öz vəsaitini xərcləməsi ilə bağlı hər hansı yazılı sübutu yoxdur. Ümumiyyətlə evin tikintisi ilə bağlı iddiaçının və ya özünün həmin əmlaka pul vəsaiti qoyması ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim edə bilmir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, Rasul Osmanov və Cavabdeh onun qardaşlarıdır. İddiaçı isə keçmiş gəlinləridir. İddiaçı mübahisələndirdiyi ev qardaşı Cavabdeh məxsusdur. Belə ki, Cavabdeh özünə məxsus torpaq sahəsində kiçik evi olmuş, o, 2014-cü ildə Balakən rayonu Qazma kəndində, özünə məxsus olan torpaq sahəsində iddiaçının pay tələb etdiyi evi tikdirməyə başlamışdır. Anar evin tikintisi üçün Hikmət adlı usta ilə danışmış, pulu da həmin ustaya vermişdir. Bütün digər ustaların və fəhlələrin pulunu Hikmət vermişdir. İddiaçının atası Nümayəndə2 da evin tikintisində usta kimi işləmiş və onun X41 tərəfindən usta haqqı olaraq və bir sıra materialların alınması ilə bağlı Nümayəndə2 6000 manat pul ödənilmişdir. Evin divarları 2014-cü ildə tikilmiş, evin damı isə 2015-ci ildə vurulmuşdur. Ev tikilən müddətdə qardaşı Rasul Azərbaycanda olmamışdır. Qönçə isə uşaqları ilə birlikdə 2019-cu ilə kimi onların yanında yaşamışlar. Qardaşı Rasul 2015-ci ildə Rusiyadan gəlmiş, 2016-cı ildə yenidən Rusiya Federasiyasına getmişdir. Həmin vaxtdan hal-hazıra kimi o, bir dəfə Azərbaycana gəlmişdir. 2019-cu ildə atası xəstə olduğundan və uşaqlar səs-küy salıb onu narahat etdiklərindən onlar Anarın razılığı ilə onun yeni tikdirdiyi evin bir otağını təmir etdirib Qönçəni və uşaqlarını müvəqqəti olaraq ora köçürtmüşlər. Balakən Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən Rasulla Qönçə arasındakı nikah pozulmuş, uşaqlar Qönçənin himayəsinə verilmişlər. Bundan sonra Qönçə müvəqqəti yaşadığı evin onlara məxsus olduğunu və oradan çıxmayacağını bildirmişdir. Bu səbəbdən onlar Qönçəni həmin evdən çıxartmışlar. Qönçənin dəyərinin yarısını tələb etdiyi ev qardaşı Anarın torpağında, Anar tərəfindən tikilmişdir. Həmin evin Qönçəyə və Rasula heç bir aidiyyəti yoxdur. Qönçə Balakən Rayon Polis Şöbəsinə verdiyi izahatında da Anara məxsus evdə yaşadığını etiraf etmişdir. X20 birgə nikah dövründə heç bir əmlak əldə etməmişlər. İddia ərizəsində göstərilənlər və Nümayəndə2 məhkəmə iclasında bildirdikləri tam yalandır, evin tikilməsinə 90000 manat xərclənməmiş, evin tikintisi üçün X43 Xəmmədova 35000 manat verməmiş, evin tikintisinə Nümayəndə2 öz cibindən 17000 manat xərcləməmiş, əksinə atası Nümayəndə2 zəhmət haqqı və bir sıra materialların alınması və digər xərclər üçün 6000 manat pul ödəmişdir. Yəni Nümayəndə2 evin tikintisində təmənnasız işləməmiş, evin tikintisinə hər hansı xərc çəkməmişdir. Evin tikintisi qardaşı Cavabdeh tərəfindən onun nəzarəti ilə aparılmış, evin tikintisi üçün pulları isə ona, atasına və anasına göndərilmişdir. X34 məsləhətləri ilə evin tikintisi başlanmış və yekunlaşdırılmışdır. X13 halda evin tikintisi üçün xərclənməsi nəzərdə tutulan pulların Nümayəndə2 tərəfindən verilməsi isə gülüncdür. Usta, fəhlə pulları və digər xərclər Hikmət adlı ustaya verilib, Hikmət usta isə pulları onlar arasında bölüşdürüb. Materialların bir hissəsini Anar Bakı şəhərindən alıb, qalan materiallar hissə-hissə Balakən rayonunda yerləşən mağazalardan alınıb. Yaşadıqları ərazi Cavabdeh məxsusdur, orada bir köhnə, bir balaca və bir böyük ev vardır. Həmin ərazidə olan köhnə evdə özü, anası, atası yaşayır, kiçik evdə Anarın ailəsi və uşaqları yaşayır. Yeni tikilmiş evin isə içi təmirsizdir, təmir olunduqdan sonra Anar ailəsi ilə birlikdə ora köçəcəkdir. Rasul Osmanovun özünün isə ayrıca torpaq sahəsi vardır. Həmin torpaq sahəsi isə onların yaşadıqları ərazidən təxminən 200 metr məsafədə yerləşir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 Zeyvəddin oğlu ifadəsində göstərdi ki, Balakən rayonu Qazma kəndində Fikrət Hacıyevin yaşadığı həyətdə yerləşən evin tikintisi üçün Nümayəndə2 tərəfindən fəhlə kimi işləmək üçün dəvət edilmiş, orada ustabaşı Hikmət usta olmuş, digər usta isə Nümayəndə2 olmuşdur. İki mərtəbəli fərdi yaşayış evi tikilmiş, özü fəhlə işləməklə zəhmət haqqı almışdır. Pulu ona Nümayəndə2 vermişdir. Nə qədər zəhmət haqqı almasını bilmir. Evin neçə otaqlı olmasından xəbəri yoxdur. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2014-cü ilin dekabr ayında Balakən rayonu Qazma kəndində yerləşən evin tikintisi üçün Nümayəndə2 tərəfindən evin damının vurulması ilə bağlı usta kimi ora dəvət olunmuşdur. Damın vurulmasını 1600 manata danışmışlar. Özü, qardaşı Elnur, Rahib adlı şəxslə birlikdə işləmişlər. Aydın ona demişdir ki, ev onun qızı üçün tikilir. İşi yekunlaşdırdıqdan sonra pulu Nümayəndə2 almışdır. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Balakən rayonu Qazma kəndində yerləşən evin tikintisində Nümayəndə2 dəvəti ilə 52-54 gün müddətində fəhlə işləmiş, bunun müqabilində Aydından 750 manat pul almışdır, ondan başqa orada fəhlə kimi 3 və ya 4 nəfər işləmişdir. Baş usta Aydın və Hikmət adlı şəxslər olmuşdur. Nümayəndə2 ona demişdir ki, ev qızı və kürəkəni üçün tikilir. Ev sahibini orada görməmişdir. Orada hər gün Aydının yoldaşını və qızını görmüşdür. Şahidin verdiyi ifadənin düzgünlüyünü aydınlaşdırmaq məqsədi ilə hakim cavabdehin nümayəndəsinə sual vermiş, cavabdehin nümayəndəsi cavabında X6 tanımadığını, onların həyətində tikilən fərdi yaşayış evinin tikintisində Qurban Əhmədovun ümumiyyətlə iştirak etmədiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Nümayəndə2 onun qonşusudur və sinif yoldaşıdır. Balakən şəhəri N.Nərimanov küçəsində yerləşən təsərrüfat malları mağazası vardır. Təxminən 2016-cı ildə Nümayəndə2 onun mağazasından bir neçə dəfə tikinti materialları alıb. Cavabdeh adlı şəxsi tanımır və ona tikinti materialı satmasını xatırlamır. Aydın əvvəllər də onun mağazasında tikinti materialları almışdır. Aydın bir dəfə demişdir ki, tikinti materiallarını onun uşağına ev tikmək üçün alır. Ancaq hansı uşağına ev tikmək üçün aldığını bilmir. Aydın onun mağazasından armatur, taxta, sement alıb, lakin hansı ölçüdə, hansı qiymətə, hansı miqdarda materiallar satdığını, nə qədər pul ödədiyini xatırlamır. Bununla bağlı hər hansı qaimə, qəbz yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-166/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X12 qarşı cavabdeh X24 ilə birgə nikah dövründə- 2014-cü il tarixdə tikdirdikləri 2 mərtəbəli fərdi yaşayış evinin dəyəri olaraq hesablanmış 90000 (doxsan min) manat məbləğin yarısının- 45000 (qırx beş min) manat pul məbləğinin və iddia ərizəsi üçün ödənilmiş 225 (iki yüz iyirmi beş) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-166/2022 saylı qətnaməsində aşağıdakılar müəyyən edilmişdir: İşdə olan və məhkəmə iclasında tədqiq edilən ilkin Mediasiya Sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2021-ci il tarixli Nİ0029 nömrəli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiya xərci ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İHB Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 10 aprel 2015-ci tarixdə verilmiş AZ-İİ seriyalı 015578 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X24 ilə X18 arasında 10 avqust 2010-cu il tarixdə 18 nömrə ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Osmanova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İHB Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 10 aprel 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 479287 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 25 sentyabr 2011-ci il tarixdə anadan olmuş, atası X24, anası İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İHB Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 10 aprel 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 479288 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X38 15 may 2014-cü il tarixdə anadan olmuş, atası X24, anası İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon İcra Hakimiyyəti Başçısının Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Zaqatala rayon vəkil Bürosunun vəkili X19 ünvanlanmış 03 dekabr 2021-ci il tarixli 1264 nömrəli məktubdan görünür ki, Balakən rayon Qazma kəndində Balakən rayonu Qazma kənd sakini Cavabdeh məxsus fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evində Cavabdeh ailəsi ilə birlikdə yaşayır. Fərdi yaşayış evi qaz və işıq xətti ilə təmin olunmuşdur. Əlavə olaraq bildirilir ki, Cavabdeh məxsus Balakən rayonu Qazma kəndində pay torpaq sahəsi vardır. Vəkil sorğusuna əlavə edilmiş şəkillərdə əks olunan 2 mərtəbəli fərdi yaşayış evi Cavabdeh məxsus pay torpaq sahəsində tikilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-1362 40103018 nömrəli Dövlət Aktına əsasən Balakən Rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli qərarı ilə X2 və Cavabdeh Balakən rayonu Qazma kəndi ərazisindən 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 12 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Balakən rayonu Qazma kəndində yaşayan İddiaçı xx.xx.2021-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinə etdiyi müraciət əsasında toplanmış HK-1-622 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən 0.5930 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir, daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş A seriyalı 642168 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən 0.5930 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 13 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, həmin qərarla Balakən rayonu Qazma kəndində yaşayan Nümayəndə3 və İddiaçı şikayətləri əsasında aparılmış araşdırma nəticəsində toplanılmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “Azəriqaz” İB-i Zaqatala RQİİ tərəfindən Nümayəndə3 ünvanlanmış 31 yanvar 2022-ci il tarixli məktubda göstərilmişdir ki,“X31 Qaz İstismarı İdarəsinə ünvanlandığınız ərizənizə (SOCAR**********10210033B00225) cavab olaraq bildiririk ki,qeyd olunan ünvana xx.xx.2019-cu il tarixdə qaz çəkilərək istismara qəbul olunmuş və Cavabdeh adına **********00000 nömrəli abonent kodu təyin olunmuşdur.X10 xx.xx.2020-ci il tarixli, O-272 nömrəli ərizasinə və təqdim etdiyi sənədlərə əsasən xx.xx.2020-ci il tarixində **********00000 nömrəli qaz hesabında ad dəyişmə edilərək Rasul Osmanovun adına dəyişiklik edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, H-18942 nömrəli ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən xx.xx.2021-ci il tarixində **********00000 nömrəli qaz hesabında ad dəyişmə edilərək Cavabdeh adına dəyişiklik edilmiş və hal-hazırda da onun adınadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC tərəfindən 12 aprel 2022-ci il tarixdə verilmiş 39 nömrəli Balakən rayonu,Qazma kəndində yerləşən fərdi yaşayış evinin hazırkı bazar dəyərinin müəyyən edilməsi barədə Hesabatdan görünür ki,yuxarıda göstərilənlər və toplanılmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evinin hazırda bazar dəyəri 51000 (əlli bir min) manat təşkil edir.Qiymətləndirmə xərci 100 manatdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-946/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı və onun nümayəndəsi və vəkili X30 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, e-2(019)-166/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəmə Mülki Kollegiyasının 2(102)-155/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-946/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə, İddiaçı cavabdeh X12 qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş AB Consulting MMC tərəfindən 14 noyabr 2023-cü il tarixdə verilmiş 166/KS/23 nömrəli Balakən rayonu, Qazma kəndində yerləşən fərdi yaşayış evinin hazırkı bazar dəyərinin müəyyən edilməsi barədə qiymətləndirmə hesabatından görünür ki, yuxarıda göstərilənlər və toplanılmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evinin hazırda bazar dəyəri 80000-85000 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Qazma kəndində yerləşən reyestr nömrəsi **********22 olan, qeydiyyat nömrəsi ********** olan 0.5930 ha torpaq sahəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə3 izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı cavabdehin qardaşı X24 ilə nikahlarını xx.xx.2010-cu il tarixdə Balakən rayon Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X38 anadan olmuşlar. İddiaçı iddia tələbində göstərmişdir ki, keçmiş əri, hazırkı iş üzrə cavabdehin qardaşı X24 onun atası Nümayəndə2 2014-cü ildə özləri üçün evin tikintisi məqsədi ilə 35.000 manat vermiş, atası Nümayəndə2 isə evin tikintisinə öz şəxsi vəsaiti hesabına 17.000 manat xərcləmişdir. İddiaçı evin tikintisinə hər hansı vəsait xərcləməmişdir. Evin tikintisinə 52000 manat xərclənmiş, lakin hazırki dəyəri 90000 manat olduğu üçün iddiaçı evin dəyərinin yarısını cavabdehdən tələb edir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-166/2022 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh X12 qarşı cavabdeh X24 ilə birgə nikah dövründə- 2014-cü il tarixdə tikdirdikləri 2 mərtəbəli fərdi yaşayış evinin dəyəri olaraq hesablanmış 90000 (doxsan min) manat məbləğin yarısının- 45000 (qırx beş min) manat pul məbləğinin və iddia ərizəsi üçün ödənilmiş 225 (iki yüz iyirmi beş) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-946/2022 saylı qətnaməsi ilə İddiaçı və onun nümayəndəsi və vəkili X30 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, e-2(019)-166/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-155/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-946/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə, İddiaçı cavabdeh X12 qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən rayon Qazma kəndində, Cavabdeh məxsus torpaqda tikilmiş və cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilməsi göstərilən 90000 (doxsan min) manat qiyməti olan fərdi yaşayış evinin dəyərinin yarısının, yəni 45000 (qırx beş min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Hazırkı işdə İddiaçı Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın dəyərinin cavabdehdən alınaraq ona verilməsini tələb edir. İddiaçı tələbinin hüquqi əsası kimi, Ailə Məcəlləsinin 36-ci maddəsinə, Mülki Məcəllənin 157.5-ci, 1092-ci maddələrinə istinad etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sözügedən fərdi yaşayış evinin dəyərinin yarısının tələbi ilə bağlı o, bundan əvvəl məhkəməyə müraciət etmiş və Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, həmin fərdi yaşayış evi hazırki Cavabdeh məxsus torpaq sahəsində tikildiyinə görə iddiaçı, sözügedən fərdi yaşayış evinin dəyərini məhz hazırki cavabdehdən tələb etməlidir. Sözügedən fərdi yaşayış evi sənədsizdir və həmin evin cavabdehə məxsus olması Balakən Rayon Polis Şöbəsində cavabdehinin anasının izahatında da öz əksin tapmış və Ali Məhkəmənin xx.xx.2023-cü tarixli qərarında da həmin evin faktiki olaraq cavabdehə məxsus və onun istifadəsində olması öz təsdiqini tapmışdır. Qanunla həmin əmlakın dəyərinin yarısı ona məxsusdur və bu səbəbdən də cavabdehdən tutularaq ona verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Azərbyacan Respublikasının Mülki Məcəlləsi: Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.1 və 32.2.2. Ər-arvadın hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəfindən işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı, həmin evin və onun yerləşdiyi torpaq sahəsinin onun əri Rasul Osmanova məxsus olmasına dair sübut təqdim etməmişdir. İddia ərizəsində də qeyd olunmuşdur ki, sözügedən tikili Cavabdeh torpaq sahəsində inşa edilmişdir. Hazırkı iş materiallarından da görünür ki, iddiaçının pul tələbinin əsası kimi istinad etdiyi fərdi yaşayış evinin onun əri Rasul Osmanova məxsus olması, yəni bu əmlakı onun keçmiş ərinin əldə etməsi müəyyən olunmur. Belə ki, həmin evin daşınmaz əmlakın dövlət reyestrində Rasul Osmanovun adına qeydə alınmasına dair nəinki sübut təqdim edilməmiş, hətta həmin tikilinin ona məxsus olmayan hazırki iş üzrə Cavabdeh torpaq sahəsində inşa edildiyi mübahisəsiz haldır. Mülki Məcəlləyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Qeyd edilənlər ona dəlalət edir ki, İddiaçı inşasına vəsait qoyduğunu bildirdiyi əşya cavabdeh Rasul Osmanova məxsus deyildir. Bu hal iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-155/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında da öz əksini tapmışdır. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-155/2023 saylı xx.xx.2023cü il tarixli qərarında göstərilir ki, hazırkı işdə İddiaçı cavabdeh Rasul Osmanovla birgə nikahı dövründə tikilmiş fərdi yaşayış evinin dəyərinin yarısı olan pul məbləğinin cavabdehdən alınaraq ona verilməsini tələb edir. İddiaçı tələbinin hüquqi əsası kimi, ərarvadın birgə mülkiyyətinə dair Ailə Məcəlləsinin 32-ci maddəsinə istinad etmişdir. Buna baxmayaraq iddiaçı, həmin evin və onun yerləşdiyi torpaq sahəsinin cavabdehə məxsus olmasına dair sübut təqdim etməmişdir. İddia ərizəsində də qeyd olunmuşdur ki, sözügedən tikili cavabdehin qardaşı Cavabdeh torpaq sahəsində inşa edilmişdir. Mübahisəyə mahiyyəti üzrə baxmış məhkəmələr də işə ər-arvadın birgə əmlak rejiminə dair maddi hüquq normalarını tətbiq edərək evin iddiaçı tərəfindən tikilməsinin sübuta yetirilmədiyi qənaətinə gəlmiş və iddianı bu əsaslarla rədd etmişlər (§ 8-9, 12-29). Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb (lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələr iddianın qanuni əsası kimi Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32-ci və digər maddələrinə istinad etsələr də, müvafiq norma(lar)ın dispozisiya şərtləri ilə işin müəyyən olunmuş halları arasında uyğunluğun (uyğunsuzluğun) olmasını lazımi şəkildə əsaslandırmamışlar. Məlum olduğu kimi, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (§ 37, 41). Kollegiya onu da nəzərə alır ki, bir şəxsin başqasından əmlak dəyəri tələb etməsinə dair mübahisə üzrə əsassız varlanmaya dair normalar da nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır (§ 38-40). Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Həmin şərtlərdən hər hansı birinin aşkar edilməməsi, sonrakı şərtlərin araşdırılmasına gərək qalmadan tələbin rədd edilməsi üçün əsasdır. Göstərilən normaların mənası baxımından əmlakın əldə edilməsi dedikdə, cavabdehin (və ya cavabdeh olan ərin/arvadın) hər hansı daşınar və ya daşınmaz əşya üzərində əşya hüquqları (mülkiyyət və s.), habelə iqtisadi dəyəri olan əmlak hüquqları (müqavilədən irəli gələn tələb hüququ və s.) qazanması başa düşülür. Başqa sözlə, qeyd edilən iqtisadi dəyərlərin cavabdehin (ərin/arvadın) əmlak aktivinə keçməsi, yəni bu aktivin çoxalması (və ya passivin azalması) nəzərdə tutulur. Ona görə də, iddianın sözügedən maddi hüquq normaları ilə həll edilməsi üçün məhkəmə ilk növbədə istinad olunan əmlakın cavabdeh (ər/arvad) tərəfindən əldə olunduğunu müəyyən etməlidir. Məlum olduğu kimi, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır (§ 36). Hazırkı işdə isə iddiaçının pul tələbinin əsası kimi istinad etdiyi fərdi yaşayış evinin cavabdehə məxsus olması, yəni bu əmlakı cavabdehin (keçmiş ərin) əldə etməsi müəyyən olunmur. Belə ki, həmin evin daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydə alınmasına dair nəinki sübut təqdim edilməmiş, hətta həmin tikilinin cavabdehə məxsus olmayan (Cavabdeh) torpaq sahəsində inşa edildiyi mübahisəsiz haldır. Mülki Məcəlləyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir (§ 34-35). Belə olan halda, baxılan işdə cavabdehin mübahisəli əmlakı əldə etməsi sübuta yetirilmədiyi üçün məhkəmələrin istinad etdikləri maddi hüquq normalarının (habelə hazırkı məqamda MM-in 1092.1-ci maddəsinin) tətbiqi üçün əsas aşkar edilmir. Bu baxımdan sözügedən evin kimin tərəfindən inşa olunmasını araşdırmağa və həmin hallara qiymət verilməsinə prosessual qənaət prinsipi baxımından gərək olmamışdır. Qeyd edilənlər ona dəlalət edir ki, İddiaçı inşasına vəsait qoyduğunu bildirdiyi əşya cavabdeh Rasul Osmanova məxsus olmadığı üçün sonuncu iddiaya cavab verməli olmayan şəxsdir. Mövcud vəziyyətdə iş üzrə cavabdehin əsl cavabdehlə əvəz edilməsi üçün prosessual imkan itirilmişdir. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qərar çıxarılmış və iddia ona cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyü üçün rədd edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd etdiyi hüquqi mövqeyinə görə hazırki işdə İddiaçı Cavabdeh məxsus tikilinin inşasına vəsait qoymasını məhkəmədə sübut etməlidir. İddiaçı nümayəndəsi Nümayəndə2 İddiaçı mübahisələndirilən evin tikintisi üçün vəsait qoyması və onun məbləği barədə hər hansı sübut təqdim etməmiş, eyni zamanda məhkəmə iclasında evin tikintisinə iddiaçının heç bir vəsait xərcləmədiyini, iddiaçının keçmiş əri, hazırkı iş üzrə cavabdehin qardaşı X10 ona 2014-cü ildə özləri üçün evin tikintisi məqsədi ilə 35.000 manat verdiyini, onun isə evin tikintisinə öz şəxsi vəsaiti hesabına 17.000 manat xərclədiyini, İddiaçı isə evin tikintisinə hər hansı vəsait xərcləmədiyini, evin tikintisinə 52000 manat xərcləndiyini, lakin evin hazırki dəyərinin 90000 manat olduğu üçün iddiaçının evin dəyərinin yarısını cavabdehdən tələb etdiyini bildirmişdir. İşin həmin halları iddiaçının iddia ərizəsində də qeyd edilmişdir. İddiaçı evin onlar tərəfindən, birgə nikah dövründə əldə etdikləri gəlir hesabına, yaxud da öz vəsaiti hesabına tikilməsini sübut edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. O, sübut olaraq şahidlərin ifadələrini və cavabdehin anası X22 Rayon Polis Şöbəsinə verdiyi izahatını sübut olaraq təqdim etmişdir. Məhkəmə iddiaçı tərəfin məhkəməyə gətirdiyi şahidlərin verdiyi ifadələrə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları qiymətləndirərək onların heç birini mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, məhkəmə iclasında dindirilən şahidlərdən heç biri İddiaçı vəsaiti hesabına evin tikilməsini, eyni zamanda onlar tərəfindən birgə nikah dövründə əldə etdikləri gəlir hesabına tikilməsini, evin tikilməsinə iddiaçının və ya onun ərinin nə qədər vəsait sərf etməsini təsdiq etməmişlər. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-166/2022 saylı qətnaməsindən isə görünür ki, həmin iş üzrə məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş şəxslərdən X8, X15 və X25 iddiaçının qohumlarıdır, digər şahidlər isə iddiaçının nümayəndəsi (atası) Nümayəndə2la birlikdə işləmiş şəxslərdir. Bu şahidlərin heç biri evin tikintisi üçün onları Rasul Osmanovun dəvət etdiyini, pulu onlara Rasul Osmanovun verdiyini göstərməmişlər. Bundan başqa bu şahidlərin ifadələri bir-biri ilə ziddiyyət təşkil etmiş, şahidlər- X8, X15, və X25, X3, X9, X5 onların pulunu iddiaçının atası Nümayəndə2 verdiyini göstərsələr də, iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X16 cavabdehin nümayəndəsinin izahatına uyğun ifadə verərək mübahisələndirilən evin “ustabaşı”sının Hikmət adlı usta olduğunu,ev sahibləri ilə bütün danışıqları onun apardığını, pulu Hikmət ustanın aldığını, onlara da pulu Hikmətin verdiyini, hazırda onun vəfat etdiyini göstərmişdir. Qeyd edilənlərə görə məhkəmə bu şahid ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir. Cavabdehin anası X22 Rayon Polis Şöbəsinə verdiyi izahatı ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, həmin izahat təhqiqatçı tərəfindən kompüterdə yazılmışdır. Həmin izahatın alındığı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda isə Bəsti Hacıyevanın izahatında qeyd edilmişdir ki, Qönçə iki azyaşlı uşağı onun böyük oğlu Anarın bir həyətdə tikdirdiyi evə köçərək orada yaşamışlar. Həmin qərarda İddiaçı izahatında da evin Anara məxsus olduğu qeyd edilmişdir. Ona görə məhkəmə həmin izahatı da sübut kimi qəbul etməmişdir. Eyni zamanda iddiaçı mübahisəli evin tikintisinə 90 000 manat xərcləndiyini bəyan etsə də, iş materiallarına əlavə edilmiş qiymətləndirici rəyindən evin inşasına 51.000 manat sərf edildiyi müəyyən edilir. Göründüyü kimi, evin tikintisinə çəkilmiş xərclə bağlı iddiaçının məlumatı ilə qiymətləndiricinin rəyi arasında kəskin fərq mövcuddur. Həm də nəzərə alınmalıdır ki, evin tikildiyi zaman (2014-cü il) sərf edilmiş inşaat materiallarının qiyməti indiki qiymətlərdən nəzərə çarpacaq dərəcədə aşağı olmuşdur. Bu xüsusda da qeyd edilməlidir ki, məhkəmə iclasında da iddiaçının etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 göstərmişdir ki, keçmiş kürəkəni X24 ona evin tikintisi üçün 35.000 manat vermiş, 17.000 manat da öz cibindən xərcləmişdir. Lakin bununla bağlı mötəbər sübut təqdim etməmişdir. Nümayəndə2 cavabdehin vermiş olduğunu bildirdiyi 35.000 manatın müqabilində evin tikintisinə 90.000 manat xərlədiyinin ağlabatan izahını da verə bilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, mübahisəli ev cavabdehin Balakən rayonu Qazma kəndində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilmişdir. İş materialları ilə iddiaçının keçmiş əri Rasul Osmanovun da həmin kənddə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olduğu müəyyən edilir. İddiaçı tərəf birgə nikahda olduğu zaman yaşayış evini öz mülkiyyətində olan torpaq sahəsində deyil, məhz hazırki iş üzrə cavabdehin mülkiyyətində olan torpaq sahəsində tikməsinin səbəbinin də ağlabatan izahını verə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə cavabdeh tərəfin məhkəməyə gətirdiyi şahidlərin verdiyi ifadələri obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları qiymətləndirərək onların heç birini mötəbər sübut kimi qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, məhkəmə təhqiqatı zamanı toplanmış sübutların məcmusuna yuxarıda göstərilən qanun normaları əsasında hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı Balakən rayonu Qazma kəndində Cavabdeh məxsus torpaqda tikilmiş və cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş, 90000 (doxsan min) manat qiyməti olan fərdi yaşayış evinin dəyərinin yarısının, yəni 45000 (qırx beş min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmçinin iddia təmin edilmədiyindən ödənilmiş 225 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1- ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəisnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı Balakən rayonu Qazma kəndində Cavabdeh məxsus torpaqda tikilmiş və cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş, 90000 (doxsan min) manat qiyməti olan fərdi yaşayış evinin dəyərinin yarısının, yəni 45000 (qırx beş min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş 225 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-770/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-770/2023
15.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver