Məhkəmə qərarları › İş №e-2(019)-783/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-783/2022

24.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-783/2022 24.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Balakən Rayon Qeydiyyat Şöbəsinə və Cavabdeh2 qarşı doğum faktının müəyyən edilməsi, atalığın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Balakən Rayon Qeydiyyat Şöbəsinə və Cavabdeh2 qarşı iddia ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək qızı-X3 02 aprel 2017-ci ildə Qazaxıstanın Alma-Ata şəhərində doğulması və Cavabdeh2 02 aprel 2017-ci ildə doğulmuş X3 atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Balakən rayonu Şərif kəndində yaşayır. 02 oktyabr 2015-ci ildə Balakən rayonu Şərif kənd sakini Cavabdeh2 ilə evlənmişdir. Dörd gün sonra yəni, 06 oktyabr 2015-ci ildə Qazaxıstan Respublikasına getmişlər. Buna görə də nikahlarını rəsmiləşdirə bilməmişlər. Cavabdeh2 ilə qeyri-rəsmi nikahlarından 02 aprel 2017-ci il tarixdə Lalə adında qızları doğulmuşdur. Qazaxıstanda qalma müddəti bitdiyinə görə orada qanunsuz yaşamış və uşaq doğularkən də xəstəxanaya müraciət edə bilməmişdir. Bu səbəbdən uşaq ev şəraitində həkim nəzarətində doğulmuşdur. Buna görə də uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdir. 16 iyun 2022-ci il tarixdə Qazaxıstan Respublikasından Azərbaycana gələrkən övladının doğum sənədi olmadığına görə ölkənin Qazaxıstanda yerləşən səfirliyi vasitəsi ilə uşağı X4 AA ******* nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi almışlar. Hazırda uşağına doğum haqqında şəhadətnamə almaq istəyir. O, Balakən rayon Qeydiyyat Şöbəsinə uşağı üçün doğum haqqında şəhadətnamə almaq məqsədi ilə müraciət etmiş, Balakən rayon Qeydiyyat Şöbəsi 05 iyul 2022-ci il tarixli 05/76- 840/15 nömrəli məktubla doğumun qeydə alınmasından imtina etmiş və göstərmişdir ki, “Balakən rayon Qeydiyyat Şöbəsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizənizə cavab olaraq bildirirəm ki, xx.xx.2017-ci il tarixdə dediyinizə görə ev şəraitində doğulan qız uşağınızın doğumunun şöbəmiz tərəfindən qeydə alınması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 2.5.3-cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, 2.5.4-cii bəndinə əsasən isə uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədi təqdim etməlidir. Həmin qaydanın 2.6-cı bəndində qeyd edilir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmçinin Cavabdeh2 uşağın atası olmasına dair qeydiyyat orqanına ərizə vermir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir.Ona görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə3 iddianı etiraf edərək göstərdi ki, İddiaçı 02 oktyabr 2015-ci ildə onun oğlu- Cavabdeh2 ilə evlənmişdir. Dörd gün sonra yəni, 06 oktyabr 2015-ci ildə onlar Qazaxıstan Respublikasına getmişlər. Buna görə də nikahlarını rəsmiləşdirə bilməmişlər. Onların qeyri-rəsmi nikahlarından 02 aprel 2017-ci il tarixdə Lalə adında qızları doğulmuşdur. Qazaxıstanda qalma müddəti bitdiyinə görə İddiaçı orada qanunsuz yaşamış və uşaq doğularkən də xəstəxanaya müraciət edə bilməmişdir. Bu səbəbdən uşaq ev şəraitində həkim nəzarətində doğulmuşdur.Buna görə də uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdir. İddiaçının 02 aprel 2017-ci il tarixdə doğulmuş qızı Lalənin atası Cavabdeh2dur.Qeyd edilənləri nəzərə alıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Balakən rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan nümayəndəsi məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, İddiaçı tanıyır, Cavabdeh2 onun qohumudur. İddiaçı 2015-ci ildə Cavabdeh2 ilə evlənmişdir. Sonra onlar yaşamaq üçün Qazaxıstan Respublikasına getmişlər və orada onların 02 aprel 2017-ci ildə Lalə adlında bir uşaqları anadan olmuşdur. Həqiqətən uşağın atası Cavabdeh2dur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən rayon Qeydiyyat Şöbəsinin İddiaçı ünvanlanmış məktubunda göstərilmişdir ki, “xx.xx.2017-ci il tarixdə dediyinizə görə ev şəraitində doğulan qız uşağınızın doğumunun şöbəmiz tərəfindən qeydə alınması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 2.5.3-cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, 2.5.4-cü bəndinə əsasən isə uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədi təqdim etməlidir. Həmin qaydanın 2.6-cı bəndində qeyd edilir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda,atalıq uşağın valideynlərindən birinin,uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı AA0155362 nömrəli Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsinin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon “Asan Xidmət” Mərkəzi Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 503516 nömrəli nikahı haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli 391 nömrə ilə nikah bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RİHB-nın Şərif kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 395 nömrəli arayışdan görünür ki, Qabaqçöl qəsəbə sakini İddiaçı 02 oktyabr 2015-ci ildə qeyri-rəsmi olaraq Cavabdeh2 ilə evlənmişlər ,valideynlərinin dediyinə görə xx.xx.2017-ci il tarixdə qız övladı doğulmuşdur. Məhkəmə iddiaçının,onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı 02 oktyabr 2015-ci il tarixdə Cavabdeh2 ilə evlənmiş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə yaşayışlarından 02 aprel 2017-ci il tarixdə Lalə adında bir uşaqları olmuşdur. Uşaq ev şəraitində doğulmuş,buna görə də uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. Bundan sonra İddiaçı uşağa doğum şəhadətnaməsi almaq üçün Balakən Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Qeydiyyat Şöbəsində uşağın doğumunu təsdiq edən heç bir sənəd olmadığına görə uşağa doğum haqqında şəhadətnamə verilməkdən imtina edilmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Həmçinin Cavabdeh2 uşağın atası olmasına dair qeydiyyat orqanına ərizə vermir. Ona görə də ididaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 44.4-cü maddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-45.2-ci maddələrinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2.valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; Həmin Qaydanın 2.6-ci maddəsinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, İddiaçı qızı- X3 02 aprel 2017-ci ildə Qazaxıstanın Alma-Ata şəhərində doğulması və Cavabdeh2 02 aprel 2017-ci ildə doğulmuş X3 atası olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. İddiaçı qızı- X3 02 aprel 2017-ci ildə Qazaxıstanın Alma-Ata şəhərində doğulması və Cavabdeh2 02 aprel 2017-ci ildə doğulmuş X3 atası olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar