Məhkəmə qərarları › İş №e-2(019)-799/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-799/2022

12.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-799/2022 12.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, iddiaçı İsmayılova İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək müəyyənetdim: İddiaçı X1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi paylı mülkiyyət hüququ üzrə onlara məxsus olan Zaqatala şəhəri, Cəfər Cabbarlı küçəsi,ev 9-da yerləşən 0,02 ha torpaq sahəsinin və birinci mərtəbədə iki yaşayış otağı, ümumi sahəsi 105,78 kv/m, yaşayış sahəsi 43,15 kv/m, köməkçi sahəsi 62,63 kv/m sahələrin 5/12 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə baxaraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı İsmayılova İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi paylı mülkiyyət hüququ üzrə onlara məxsus olan Zaqatala şəhəri, Cəfər Cabbarlı küçəsi,ev 9-da yeləşən 0,02 ha torpaq sahəsinin və birinci mərtəbədə iki yaşayış otağı ümumi sahəsi 105,78 kv.m,yaşayış sahəsi 43,15 kv.m, köməkçisi sahə 62,63 kv/m sahələrin 5/12 hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə gorə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə işin hallarını, iş üzrə tərəflərin Zaqatala rayonu ərazisində yaşamalarını və daşınmaz əmlakın Zaqatala rayonu ərazisində yerləşməsini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı İsmayılova İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə qaytarılmalıdır. İddiaçı İsmayılova İddiaçı iddia ərizəsi ilə aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153 və 268.1-ci maddələrini rəhbər tutub qəraraaldım: İddiaçı İsmayılova İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılsın. İddiaçı İsmayılova İddiaçı izah edilir ki, aidiyyəti üzrə iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar