Məhkəmə qərarları › İş №e-2(019)-800/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-800/2024

18.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-800/2024 18.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 nümayəndəsi Nümayəndə1 və Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Cavabdeh qarşı Özünüməşğulluğa kömək üçün verilmiş 2(iki) beş inəyin və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 22 oktyabr 2020-ci il tarixində 2020/ÖM-03 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 2 (iki) baş inəyin və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 iddianı onunla əsaslandırmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN:xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 12 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 22 oktyabr 2020-ci il tarixində 2020/ÖM-03 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 18478, 18475 birka nömrəli 2 (iki) baş inək və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2020-ci il 22 oktyabr tarixli aktla vətəndaş Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı 10 saylı Ərazi Məşğulluq Mərkəzinin filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2021-ci il 24 sentyabr tarixli aralıq monitorinq və 2021-ci il tarixli 03 dekabr tarixli yekun monitorinq aktlarına əsasən Cavabdeh verilmiş “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 18478, 18475 birka nömrəli 2 (iki) baş inək aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2022-ci il 27 dekabr tarixli **********9 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 ilə Cavabdeh arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 22 oktyabr 2020-ci il tarixində 2020/ÖM-03 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 2 (iki) baş inəyin və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, o, özünüməşğulluğa kömək göstərilməsi məqsədi ilə iki baş inəyin verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X2 12 saylı Ərazi Məşğulluq Mərkəzinə müraciət etmiş, 22 oktyabr 2020-ci il tarixdə onun 12 saylı Ərazi məşğulluq Mərkəzi arasında özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilə bağlanmışdır. Məşğulluq Mərkəzi ilə aralarında bağlanmış müqavilə əsasında ona 2 baş inək malı və 400 kq qarışıq yem verilmişdir. O, həmin inəkləri müqavilə müddətində deyil, iki il sonra satmışdır.Onun 2021-ci ildə inəkləri satması barədə göstərilənlər yalandır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 22 oktyabr 2020-ci il tarixli, 2020/ÖM- 03 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilədən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X2 12 saylı Ərazi Məşğulluq Mərkəzi ilə Cavabdeh arasında 22 oktyabr 2020-ci il tarixdə 2020/ÖM-03 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilə bağlanmış, müqaviləyə əsasən Cavabdeh özünüməşğulluğa kömək göstərilməsi məqsədi ilə eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 2 (iki) baş inək və 400 kq qarışıq yem verilmişdir. Müqaviləyə əsasən verilməsi ilə bağlı 22 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X2 12 saylı Ərazi Məşğulluq Mərkəzi ilə Cavabdeh arasında özünüməşğulluğa kömək göstərilməsinə dair bağlanmışdır.Müqaviləyə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona özünüməşğulluq üçün verilmiş aktivlərdən biznes-plana uyğun istifadə etməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 22 oktyabr 2020-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki,özünüməşğulluğa cəlb olunmuş Cavabdeh özünüməşğulluq üçün iki baş inək malı və 400 kq qarışıq yem verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 24 sentyabr 2021-ci il tarixli özünəməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinqi aktından görünür ki,özünəməşğullağa cəlb olunmuş şəxsin monitorinqi aparılmış, Cavabdeh əmlak aşkar edilməmiş, əmlakı təyinatı üzrə istifadə etmədiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət X1 Monitorinq və qiymətləndirmə filialı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubda göstərilmişdir ki; ”bildiririk ki, Sizinlə özünəməşğulluğunuzu təmin etmək məqsədi ilə 22 oktyabr 2020-ci il tarixdə 2020/ÖM-03 nömrəli müqavilə bağlanılaraq kənd təsərrüfatı istiqaməti üzrə “iribuynuzlu heyvanlarlıq” fərdi çərçivəsində əmlaklar təqdim edilmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1.5-ci bəndinə uyğun olaraq monitorinq zamanı sizə verilmiş əmlakdan sözugedən müqavilənin 3.2-ci bəndinin tələbini pozaraq təyinatı üzrə istifadə etmədiyniz (özününküləşdirdiyiniz) aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş “işsiz şəxslərin özünəməşğulluğunun təşkili” Qaydasının 8.3-cü bəndinə əsasən monitorinq zamanı özünəməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Milki Məcəlləsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X2 hesabına köçürməlidir.Qeyd olunanları nəzərə alaraq, Agentlik tərəfindən verilmiş əmlakı məktub Sizə təqdim olunduğu tarixdən 30 gün ərzində Agentliyə geri qaytarmağınız, bu mümkün olmadıqda isə həmin əmlakın dəyərini bu məktubu aldığınız tarixə olan orta bazar qiymətinə uyğun olaraq hesablanaraq Agentliyin xəzinə hesabına (əlavə olunur) pul vəsaiti şəklində köçürməyiniz tələb olunur. Əks təqdirdə sözügedən Qaydanın 9.2-ci bəndinə və Sizinlə bağlanmış müqavilənin 5.2-ci bəndinə uyğun olaraq vurulmuş ziyanın əvəzinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə vasitəsi ilə tələb ediləcəkdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki,iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 12 saylı Ərazi Məşğulluq Mərkəzi filialı tərəfindən Özünüməşğulluq proqramı çərçivəsində Cavabdeh ilə aralarında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 22 oktyabr 2020-ci il tarixli 2020/ÖM-03 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 18478, 18475 birka nömrəli eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 2 (iki) baş inək və 400 kq qarışıq yem natura şəklində verilmişdir.Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair 22 oktyabr 2020-ci il tarixdə akt tərtib edilmiş və həmin aktla vətəndaş Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etmişdir. Özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı 10 saylı Ərazi Məşğulluq Mərkəzi filialının əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 21 sentyabr 2021-ci il tarixli aralıq monitorinq və 2021-ci il tarixli 03 dekabr tarixli yekun monitorinq aktlarına əsasən Cavabdeh verilmiş “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 18478, 18475 birka nömrəli 2 (iki) baş inək aşkar edilməmişdir.Buna görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş “işsiz şəxslərin özünəməşğulluğunun təşkili” Qaydasının 8.3-cü bəndinə əsasən monitorinq zamanı özünəməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Milki Məcəlləsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X2 hesabına köçürməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsində göstərilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1 -ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını,qanunvericiliyin tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh üzərinə “Özünəməşğulluğa kömək göstərilməsinə dair” 2020/ÖM-03 nömrəli 22 oktyabr 2020-ci il tarixli müqavilə üzrə təhvil aldığı eyni növlü və eyni keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 2 (iki) baş inək malının və 400 kq qarışıq yemin naturada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 xeyrinə vermək öhdəliyi qoyulmalıdır. Cavabdeh 50 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməlidlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. Cavabdeh üzərinə “Özünəməşğulluğa kömək göstərilməsinə dair” 2020/ÖM-03 nömrəli 22 oktyabr 2020-ci il tarixli müqavilə üzrə təhvil aldığı eyni növlü və eyni keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 2 (iki) baş inək malının və 400 kq qarışıq yemin naturada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 xeyrinə vermək öhdəliyi qoyulsun. Cavabdeh 50 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar