Məhkəmə qərarları › İş №e-2(019)-809/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-809/2024

16.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-809/2024 16.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, iddiaçı Balakən Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Balakən Rayon İcra və Probasiya Şöbəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Balakən Rayon İcra və Probasiya Şöbəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Balakən rayonu, Tülü kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh mobil nəzarət qurğusunun qalan dəyəri olan 2277 manat vəsaitin alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xüsusi hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Balakən Rayon İcra və Probasiya Şöbəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 1(019)-84/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmünə əsasən onun üzərinə cəza çəkdiyi müddəti ərzində axşam saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm Balakən Rayon İcra və Probasiya Şöbəsinin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Məhkum Cavabdeh xx.xx.2023-cü il tarixdə şöbənin qeydiyyatına götürülmüş və ona məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərində çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmənin hökmünün icrası ilə əlaqədar məhkuma xx.xx.2023-cü il tarixdə “SMART” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, lakin enerji ehtiyatı saxlamadığına görə həmin avadanlıq dəyişdirilərək xx.xx.2024-cü il tarixdə ona yeni və tam işlək vəziyyətdə olan 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd sadə elektron qolbaq olmaqla elektron nəzarət vasitələri tətbiq edilmiş və nəticəsi barədə müvafiq protokol tərtib edilmişdir. Məhkum Cavabdeh xx.xx.2024-cü il tarixdə Balakən Rayon İcra və Probasiya Şöbəsinə zəng edərək saat təxminən 08:15 radələrində yaşadığı Balakən rayonu, Tülü kəndindəki evinin ayaqyolusunda olarkən öz ehtiyatsızlığından mobil qurğunu ayaqyolunun kanalizasiya borusuna düşürdüyünü, çıxarmaq istəsədə çıxara bilmədiyini, bunu qəsdən etmədiyini bildirmişdir. Məhkuma elektron nəzarət vasitələri yararlı vəziyyətdə təhvil verilmiş, mobil qurğunun məhkumun öz ehtiyatsızlığından ayaqyolunun kanalizasiya borusuna düşürdüyü müəyyən edilmişdir. Cavabdeh, həmçinin izahatında Balakən Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı gün, həmçinin ona xx.xx.2023-cü il tarixdə elektron nəzarət vasitələri tətbiq edildiyi gün məhkum edildiyi azadlığın məhdudlaşdırılması cəzasının icrası qaydaları və şərtləri izah edilən zaman Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinin tələbləri, yəni tətbiq edilmiş elektron nəzarət vasitələrini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, dəyərinin ondan tutulacağı barədə xəbərdar edildiyini, lakin maddi imkanı olmadığına görə mobil nəzarət qurğusunun dəyərini birdəfəyə ödəyə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Hesab edir ki, hazırki iş üzrə Cavabdeh yetəri qədər məsuliyyətli olmadığına görə ona təhkim edilmiş elektron nəzarət qurğularından mobil nəzarət qurğusu ayaqyolunun kanalizasiyasına düşmüş və nəticədə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına əsasən, həmin mobil nəzarət qurğusunun dəyəri 2277.40 manat təşkil edir. Məhkum həmin elektron nəzarət vasitəsinin dəyərini ödəyə bilməyəcəyini bildirdiyinə və belə olan halda mübahisənin başqa həlli mövcud olmadığına görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı Balakən Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 1(019)-84/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Onun cəzasını yaşayış yeri üzrə çəkməsi və onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Onun barəsində olan hökm icra edilməsi üçün Balakən Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir.O, xx.xx.2023-cü il tarixdə şöbənin qeydiyyatına götürülmüş, ona üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, həmin vasitə zədələndikdə və ya digər üsullarla yararsız vəziyyətə salındıqda dəyərinin ondan tutulacağı ona izah edilmişdir.Bu barədə protokol tərtib edilmiş, o, həmin protokolu imzalamışdır. Hökmün icrası ilə bağlı xx.xx.2023-cü il tarixdə ona “SMART” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, lakin həmin vasitə enerji saxlamadığına görə dəyişdirilmiş və xx.xx.2024-cü il tarixdə ona yeni işlək vəziyyətdə olan 1 ədəd mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri,1 ədəd sadə elektron qolbağ olmaqla elektron nəzarət vasitələri tətbiq edilmişdir. O, Tülü kəndindəki evdə ayaqyolunda olarkən ehtiyatsızlıq üzündən mobil qurğunu ayaqyolunun kanalizasiya borusuna düşürmüş, onu çıxarmaq istəsədə çıxara bilməmişdir. O, bunu qəsdən etməmiş, ehtiyatsızlıqdan baş vermişdir.Qeyd etdikləri nəzərə alınmaqla qanuni qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən, Balakən Rayon Məhkəməsi tərəfindən Balakən rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 11 iyul 2023-cü il tarixli 1(019)- 84/2023 nömrəli hökmün və ya məhkəmənin digər yekun qərarının icra edilməsi haqqında hakimin göstərişindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Balakən Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixdə qanuni qüvvəsini almış 20 iyun 2023-cü il tarixli,1(019)-84/2023 nömrəli hökmü surəti icra edilməsi üçün göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 1(019)-84/2023 nömrəli hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinməsi, 2(iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun 16 may 2023-cü ildən 18 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla həmin cəzadan çıxılması və Cavabdeh üzərində qəti olaraq 2(iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanması, təqsirləndirilən şəxs Cavabdeh üzərinə yaşayış yerini saat 22:00dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, təqsirləndirilən şəxs Cavabdeh cəzasını yaşayış yeri üzrə çəkməsi və onun cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması,təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanması, onun,narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, onun profilaktiki qeydiyyata alınması üçün hökmün surətinin yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X6 Şəxsinə göndərilməsi,iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 (otuz beş manat 97qəpik) manatın Cavabdeh tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməsi, iş üzrə maddi sübut kimi tanınmış, ekspertizadan sonra Balakən rayon polis şöbəsində saxlanılan, Cavabdeh üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,71 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilmiş 0,05 qram olmaqla qalıq təmiz çəkisi 0,66 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin Cavabdeh Balakən rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsinin çöl ərazisində əkib-becərdiyi 08 ədəd təmiz çəkisi 51,42 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin tədqiqata sərf edilmiş 0,80 qram (hər bitkidən 0,10 qram) olmaqla qalıq təmiz çəkisi 50,62 qram narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməsi, iş üzrə maddi sübut olan iki ədəd DVD diski iş materiallarında saxlanması, hökmün icrasının Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, təqsirləndirilən şəxs Cavabdeh məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manatın tutulub vəkil X4 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X7 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməsi hökm edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İlkin fərdi söhbətin aparılması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki,məhkum Cavabdeh məhkəmə hökmünün (Qərarının) tələbləri,cəzanın icrası qaydaları,həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən elektron nəzarət vasitəsi ona taxıldıqdan sonra onu daşımalı olduğu, həmin vasitəni işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş, məhkum Cavabdeh məsuliyyətini başa düşdüyünü və cəzanın icrasına tam olaraq əməl edəcəyinə çalışacağını göstərmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli iltizamda göstərilmişdir ki,“mən,xx.xx.1984-cü il təvəllüdlü, Balakən rayonu Tülü kəndində yaşayan Cavabdeh verirəm bu iltizamı ondan ötrü ki, mən Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli ,1(019)-84/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişəm.xx.xx.2023-cü il tarixdə mənə 1 dəst;1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektron qolbağ və 1 ədəd adapter ilə birlikdə mənə təhvil verildi. Elektron qolbağ mənim ayağıma taxıldı. Məni narahat etmir. Mənə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o, cümlədən üzərimdə elektron nəzarət vasitəsini daşımalı olduğum,həmin vasitəni işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərimdən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin məndən tutulacağı mənə izah edildi”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokoldan görünür ki, məhkum Cavabdeh məhkəmə hökmünün (Qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri,o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokoldan görünür ki,məhkum Cavabdeh məhkəmə hökmünün (Qərarının) tələbləri, cəzanın icrası qaydaları,həmin qaydaların pozulmasının hüquqi nəticələri,o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Cavabdeh Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 1(019)-84/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmünə əsasən onun üzərinə cəza çəkdiyi müddəti ərzində axşam saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm Balakən Rayon İcra və Probasiya Şöbəsinin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Məhkum Cavabdeh xx.xx.2023-cü il tarixdə şöbənin qeydiyyatına götürülmüş və ona məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərində çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmənin hökmünün icrası ilə əlaqədar məhkuma xx.xx.2023-cü il tarixdə “SMART” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, lakin enerji ehtiyatı saxlamadığına görə həmin avadanlıq dəyişdirilərək xx.xx.2024-cü il tarixdə ona yeni və tam işlək vəziyyətdə olan 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd sadə elektron qolbaq olmaqla elektron nəzarət vasitələri tətbiq edilmiş və nəticəsi barədə müvafiq protokol tərtib edilmişdir. Məhkum Cavabdeh xx.xx.2024-cü il tarixdə mobil qurğunu ayaqyolunun kanalizasiya borusuna düşürərək yararsız hala salmış, nəticədə maddi ziyan vurmuşdur. Həmin mobil nəzarət qurğusunun dəyəri 2277.40 manat təşkil edir. Cavabdeh dəymiş ziyanı ödəmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15- 2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddia tələbinə uyğun olaraq Cavabdeh 52,77 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X8” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh maddi ziyana görə 2277 manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (X3, KODU- 210005; VÖEN:**********; müxbir hesab:AZ41NABZ**********00003944 S.W.İ.F.T BİK CTREAZ22; Balakən rayon İcra və Probasiya şöbəsi-Hesab AZ38 CTRE********************; VÖEN:**********) xüsusi hesabına, 52.77 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. Cavabdeh maddi ziyana görə 2277 manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (X3, KODU-210005; VÖEN:**********; müxbir hesab:AZ41NABZ**********00003944 S.W.İ.F.T BİK CTREAZ22; Balakən rayon İcra və Probasiya şöbəsi-Hesab AZ38 CTRE********************; VÖEN:**********) xüsusi hesabına, 52.77 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar