Məhkəmə qərarları › İş №e-2(019)-814/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-814/2023

24.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-814/2023 24.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, ərizəçi İddiaçı və maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi-müdiri Nümayəndə iştirakı ilə Ərizəçi İddiaçı şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1984-cü il tarixdə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş yoldaşı X5 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, xx.xx.2011-ci il tarixdə X8 ilə Maraqlı şəxsndə rəsmi nikah bağlamışdır. Həmin nikahdan xx.xx.2013-cü il tarixdə X9, xx.xx.2014-cü il tarixdə isə X10 dünyaya gəlmişdir. 2014-cü ildə yoldaşı X8 və azyaşlı övladı X9 ilə birlikdə Suriya Ərəb Respublikasına getmişlər. xx.xx.2014-cü il tarixdə Suriya Ərəb Respublikasının Rakka şəhərində ev şəraitində digər X4 doğulmuşdur. X4 doğulduqdan təxminən 01 ay sonra yoldaşı X1 Ərəb Respublikasında gedən döyüşlərdə iştirak etmək üçün düşərgədən çıxmış və bir daha geri qayıtmamışdır. Suriya Ərəb Respublikasına getdiyi gündən bəri mövcud müharibə şəraiti ilə əlaqədar o və uşaqları yaşamaq üçün şəraiti olmayan düşərgədə qaldığından vətənə qayıtmağı üçün Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına müraciət edərək, dövlət xətti ilə 2022-ci ilin oktyabr ayının 14-də Suriya Ərəb Respublikasından o və 2 uşağı Azərbaycan Respublikasına gətirilmişlər. Hal-hazırda 2 övladı ilə birlikdə Balakən rayonunun Qazma kəndində yaşayır. Artıq 8 ildən artıqdır ki, yoldaşı X5 yaşaması və ya ölməsi barədə məlumatı yoxdur. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi-müdiri Nümayəndə ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7, Yüzbaşiyeva Gözəl Abdulla qızı və X6 ifadələrində ərizəçi ilə qohum olduqlarını, ərizəçinin X2 2014-cü tarixdən Suriya Ərəb Respublikasına getdiyini və itdiyini, onun haqqında heç bir məlumatın olmadığını, qeyrirəsmi məlumata görə Rasimin naməlum şəraitdə öldüyünü və 2014-cü ildən Rasim Kərimovun yerinin məlum olmadığını bildirmişlər. İş materiallarında olan xx.xx.2011-ci il tarixdə verilmiş AZE seriyalı 09526136 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.1984cü il tarixdə Balakən rayonu Mahamalar kəndində doğulmuş və yaşayış yeri Balakən rayonu Mahalar kəndi göstərilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 21 iyun 2023-cü il tarixdə verilmiş 05/69-353 nömrəli arayışdan görünür ki, X8 ilə X3 nikahı haqqında 11 avqust 2011-ci il tarixdə 178 nömrəli akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan Balakən RİHB-nın Qazma kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 738 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Qazma kənd sakinidir. İş materiallarında olan Balakən Rayon Polis Şöbəsi tərəfindən Ədliyyə Nazirliyinin Maraqlı şəxs rəisi vəzifəsini icra edən Səadət xanım Şabanlıya ünvanlanmış 20 iyul 2023cü il tarixli 3-13-66-2/15755/2023 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat müəyyənləşdirilməsi nəticəsində xx.xx.1984-cü ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş və həmin kənddə daimi qeydiyyatda olan X5 2014-cü ilədək qeydiyyatda olduğu Mahamalar kəndində yaşaması barədə məlumatlar daxil olmuşdur. Həmçinin DİN-in baş İnformasiya-Kommunikasiya idarəsinin «giriş-çıxış və qeydiyyat İAMAS» üzrə yoxlama zamanı X5 xx.xx.2014-cü il tarixdə saat 17:29:37-də P4361781 nömrəli ümumvətəndaş pasportu ilə Azərbaycan Respublikasının dövlət sərhəddindən keçərək ölkə hüdudlarını tərk etməsi və hal-hazıradək ölkə xaricində olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Balakən Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-13-66/2-K-222xx/xx/2023 nömrəli məktubda göstərilmişdir ki, X2 ölümünün dövlət qeydiyyatına alınması ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciəti ilə əlaqədar olaraq R.T. Kərimovun barəsində xəbərsiz itgin düşmüş şəxs qismində axtarış işinin açılıb-açılmaması barədə 0.10.2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanladığı müraciətə baxılmışdır. Bildirilir ki, əri-xx.xx.1984-cü ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş və həmin kənddə daimi qeydiyyatda olan X5 barəsində Balakən Rayon Polis Şöbəsində xəbərsiz itgin düşmüş şəxs qismində axtarış işi açılmamışdır. DİN-ninin müvafiq uçotları üzrə aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir ki, xx.xx.1984-cü ildə anadan olmuş X8 xx.xx.2014-cü il tarixdə, saat 17:29;37-də P4361781 nömrəli ümumvətəndaş pasportu ilə Azərbaycan Respublikasının dövlət sərhəddini tərk etmişdir və hazırda ölkə xaricindədir. Bununla əlaqədar olaraq,X2 barəsində xəbərsiz itgin düşmüş şəxs qismində axtarış işinin açılmaması barədə arayış Balakən Rayon Məhkəməsinə təqdim edilməsi üçün ona göndərilir. İş materiallarına əlavə olunmuş Balakən Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-13-66/2-22444/2023 nömrəli arayışdan görünür ki,”Arayış verilir- Balakən rayonu Qazma kəndində qeydiyyatda olmaqla yaşayan İddiaçı ondan ötrü ki, Maraqlı şəxs xx.xx.2011-ci il tarixli,178 nömrəli nikah akt qeydi ilə rəsmi nikahda olduğu əri-xx.xx.1984-cü ildə Balakən rayonu, Mahamalar kəndində anadan olmuş və həmin kənddə daimi qeydiyyatda olan X5 barəsində Balakən rayon Polis Şöbəsində xəbərsiz itgün dlüşmüş şəxs qismində axtarış işi açılmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi İddiaçı hazırki ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ərizəçi İddiaçı əri X8 xx.xx.2014-cü il tarixdə, saat 17:29;37-də P4361781 nömrəli ümumvətəndaş pasportu ilə Azərbaycan Respublikasının dövlət sərhəddini tərk edərək, Suriya Ərəb Respublikasına getmişdir. 2014-cü il tarixdən sonra onun haqqında heç bir məlumat yoxdur. Ərizəçinin X2 yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat yoxdur. Ərizəçi əri X8 barəsində məlumat olmadığından ona məxsus olan əmlakları idarə edə bilmir. Balakən Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-66/2L-222xx/xx/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1984-cü ildə Balakən rayonu, Mahamalar kəndində anadan olmuş və həmin kənddə daimi qeydiyyatda olan X8 xx.xx.2014-cü il tarixdə, saat 17:29:37-də P4361781 nömrəli ümumvətəndaş pasportu ilə Azərbaycan Respublikasının dövlət sərhəddini tərk etmişdir və hazırda ölkə xaricindədir. X2 ölmüş elan edilməsi faktının müəyyən edilməsi əmlakın sənədləşdirilməsi ilə bağlı onun üçün əhəmiyyətli olduğundan ərizəçi İddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmiş və hazırki ərizə ilə bağlı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 314.1 və 314.2-ci maddələrinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır; hakim ərizəni qəbul etdikdən sonra, itkin düşən şəxsin əmlakının yerləşdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanına onun əmlakını idarə etmək üçün şəxs (qəyyum) təyin etməyi təklif edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçi İddiaçı əri-xx.xx.1984-cü il tarixdə Balakən rayonu Mahamalar kəndində doğulmuş X8 ölmüş elan edilməlidir. Həmçinin müəyyən edilməlidir ki, X5 ölmüş elan edilməsi haqqında hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı əri-xx.xx.1984-cü il tarixdə Balakən rayonu Mahamalar kəndində doğulmuş X8 ölmüş elan edilsin. X5 ölmüş elan edilməsi haqqında hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar