Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-818/2022 19.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, İddiaçı cavabdeh BOKT "xxxx" MMC-nə qarşı kompensasiya məbləğinin hesablanaraq aktiv olan kredit borcunun silinməsi və qalan məbləğin iddiaçıya verilməsi tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsini nəzərdən keçirərək müəyyənetdim: İddiaçı cavabdeh “BOKT "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı əsasında ona ödənilməli olan kompensasiya məbləğinin BOKT "xxxx" MMC tərəfindən hesablanaraq, ilk öncə Balakən Rayon Məhkəməsinin 2(019)-1710/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tutulmalı olan ümumilikdə 524.26 ABŞ dolları qalıq kredit borcuna ödənilməsi, qalan məbləğin isə onun sərəncamına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə baxaraq hesab edirəm ki, ərizə qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı cavabdeh BOKT "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı əsasında ona ödənilməli olan kompensasiya məbləğinin BOKT "xxxx" MMC tərəfindən hesablanaraq, ilk öncə Balakən Rayon Məhkəməsinin 2(019)-1710/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tutulmalı olan ümumilikdə 524.26 ABŞ dolları qalıq kredit borcuna ödənilməsi, qalan məbləğin isə onun sərancamıma verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məzmunundan da görünür ki, cavabdeh hüquqi şəxs BOKT "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1zərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Cavabdeh hüquqi şəxs “BOKT "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 2n ona qarşı iddia da Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.3 maddəsi ilə müəyyən edilmişdir ki,iddia ərizəsi ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə işin hallarını, iddia ərizəsinin formasına və məzmununa əməl edilməməsini,iddia ərizəsinə ərazi aidiyyəti üzrə Balakən Rayon Məhkəməsində baxılmalı olmamasını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı ərizəsi qaytarılmalıdır. İddiaçı izah edilməlidir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada müvafiq məhkəməyə müraciət etmək hüquqları vardır. Məhkəmə onu da diqqətə çatdırır ki, Azərbaycan Respublikası MPM-nin 120-ci maddəsinə əsasən isə məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər.Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152,263-264 və 268.1-ci maddələrini rəhbər tutub qəraraaldım İddiaçı cavabdeh BOKT "xxxx" MMC-nə qarşı kompensasiya məbləbğinin hesablanaraq aktiv olan kredit borcunun silinməsi və qalan məbləğin iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi qaytarılsın. İddiaçı izah edilir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-818/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-818/2022
19.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver