Məhkəmə qərarları › İş №e-2(019)-820/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-820/2022

11.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-820/2022 11.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə payın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı payının müəyyən edilməsi, iddianın irəli sürüməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 14 sentyabr 2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin mərhuma məxsus 1/3 miras payının 1/2 hissəsi olmaqla, ümumilikdə 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı payının müəyyən edilməsi, iddianın irəli sürülməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mərhum X8 (bundan sonra mərhum) İddiaçı (bundan sonra iddiaçı) və Cavabdeh (bundan sonra cavabdeh) analarıdır. Mərhum 14 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. Mərhumun, onun övladları olan iddiaçı və cavabdehin Balakən şəhəri Ə.Ansuxski küçəsində yerləşən ümumi birgə mülkiyyətlərində olan 0,0915 ha torpaq sahəsində mərhuma məxsus ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evi yerləşir. Mərhumun ölümündən sonra, iddiaçı mərhumdan qalmış miras əmlakı qanun üzrə vərəsə olaraq qəbul etmiş, nəticədə fərdi yaşayış evi 1/2 hissədə onun adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. Mərhumun ölümündən sonra iddiaçı mərhumun yas mərasimlərini yola vermiş, miras əmlakda yaşamış, daha sonra cavabdehlə aralarında olan münasibətlər miras əmlaka görə pisləşmişdir. Hazırda cavabdeh iddiaçının həmin fərdi yaşayış evinə və torpaq sahəsinə daxil olmasına maneələr yaratmaqda, onu əmlaka daxil olmağa icazə verməməkdədir. Belə ki, iddiaçı 30 iyul 2022-ci il tarixdə icra nümayəndəliyinin əməkdaşı və şahidlərin iştirakı ilə video çəkiliş aparmaqla fərdi yaşayış evinə daxil olmuş, bir neçə dəqiqədən sonra cavabdeh tərəfindən bir neçə qadın (tərəflərin qohumları) fərdi yaşayış evinə gəlmiş, iddiaçını fərdi yaşayış evindən uzaqlaşdırmış, tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı mübahisə predmeti olan fərdi yaşayış evi və torpaq sahəsi üzərində olan payını naturada ayırmaq niyyətindədir. Torpaq sahəsi üzərində payı müəyyən olunmadığından bu mümkün deyildir. Cavabdeh miras əmlakın və torpaq sahəsinin bölünməsindən imtina edir. Payların müəyyən edilməsi ilə bağlı iddiaçı ilə cavabdeh arasında mübahisə mövcuddur. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Balakən şəhəri, Ə.Ansuxski küçəsi (əvvəlki ünvanı Mahamalar kəndi) fərdi yaşayış evi və 0.0915 ha yaşayış məntəqələrinin torpaqları 19 №li reyestr kitabının 71 №li vərəqində xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə X4, fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə İddiaçı və torpaq sahəsi ümumi birgə Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********04-10301 olan, 3722 inventar qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Texniki Pasportdan görünür ki, Balakən şəhəri, Ə.Ansuxski küçəsi (əvvəlki ünvanı Mahamalar kəndi) fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə X4, fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə İddiaçı və torpaq sahəsi ümumi birgə Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon Mahamalar kənd soveti tərəfindən 7 aprel 1971-ci il tarixdə verilmiş AZB seriyalı 066721 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1970-ci il tarixdə anadan olmuş, atası X11, anası X8 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon VVAQ tərəfindən 12 iyun 1997-ci il tarixdə verilmiş Vİ-JQ seriyalı 342487 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə X9 arasında nikah Balakən rayon VVAQ şöbəsində 12 iyun 1997-cu il tarixdə 35 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Mamedova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayonu Qeydiyyat Şöbəsinin 26 iyul 2022-cı il tarixli AZ-İİ 252262 nömrəli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X8 xx.xx.2020-ci ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 09 ayının 22 günündə 282 № ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 13 oktyabr 2022-ci il tarixli 1872 saylı arayışında göstərilir ki, həqiqətən mərhum X4 vəfat etdiyi xx.xx.2020-ci il tarixdə Balakən şəhəri, Ə.Ansuxski küçəsi 50-də daimi qeydiyyatda olmuşdur. Mərhumun aşağıda qeyd edilən vərəsələri olmuşdur:yoldaşı-X11 (xx.xx.1976-cı ildə vəfat edib),oğlu-Cavabdeh və qızı İddiaçı. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş **********076 saylı ərizədən görünür ki, İddiaçı mərhum anası X2 qalmış əmlaka- fərdi yaşayış evinə, qeyri-yaşayış sahəsinə, torpaq sahəsinə və sair əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ərizə ilə notariat ofisinə müraciət etmiş, 22 iyun 2022-ci il tarixdə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən İddiaçı imzasının həqiqiliyi təsdiq edilərək, şəxsiyyəti müəyyən edilmiş, ərizə reyestrdə qeyd edilərək informasiya sisteminə daxil edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan qızı İddiaçıdır (AA*******, xx.xx.2020 - Asan-Balakən, FİN:xxxxxxx, d/t:xx.xx.1970) və o miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRXnin 18 Saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2022 tarixdə X5 verilmiş **********04- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 78.50 kv/m olan fərdi yaşayış evindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022 tarixli qeydiyyat nömrəsi **********GX34401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Miras əmlakın 1/2 hissəsinə vərəsəlik hüququ haqqına şəhadətnamə verilmədən açıq saxlanılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, mərhum X8 İddiaçı və Cavabdeh analarıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışla Balakən şəhəri, Ə.Ansuxski küçəsi (əvvəlki ünvanı Mahamalar kəndi) fərdi yaşayış evi və 0.0915 ha yaşayış məntəqələrinin torpaqları 19 №li reyestr kitabının 71 №li vərəqində xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə X4, fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə İddiaçı və torpaq sahəsi ümumi birgə Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X8 14 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum anası X2 qalmış əmlaka- fərdi yaşayış evinə, qeyri-yaşayış sahəsinə, torpaq sahəsinə və sair əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etmiş, 22 iyun 2022-ci il tarixdə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən İddiaçı imzasının həqiqiliyi təsdiq edilərək, şəxsiyyəti müəyyən edilmiş, ərizə reyestrdə qeyd edilərək informasiya sisteminə daxil edilmişdir. Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan qızı İddiaçı tanınmış (AA*******, xx.xx.2020 - Asan-Balakən, FİN:xxxxxxx, d/t:xx.xx.1970) və onun miras əmlakdan 1/2 hissədə irs alması və şəhadətnamə verilən miras əmlakın ƏMDK-nin yanında DƏDRX-nin 18 Saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2022 tarixdə X5 verilmiş **********04-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 78.50 kv/m olan fərdi yaşayış evindən ibarət olması müəyyən edilmiş, miras əmlakın digər 1/2 hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır. Hazırda İddiaçı X1 miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin mərhuma məxsus 1/3 miras payının 1/2 hissəsi olmaqla, ümumilikdə 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə payının müəyyən edilməsini tələb edir. Cavabdeh buna razı olmadığından iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən həmin Məcəllənin 223.2-223.4-cü maddələrinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». Məhkəmə qeyd edir ki, Konstitusiyasının 13 və 29-cu maddələrinin və mülkiyyətin müdafiəsi ilə bağlı digər qanun normalarının mahiyyəti hər bir mülki hüquq subyektinin mülkiyyət hüququnu tanımaqla bərabər onların mülki dövriyyədə eyni hüquqi rejimə malik olmalarını, həmçinin subyektiv hüquqların müdafiəsi ilə bağlı imkan və vasitələrin həcmində də (o cümlədən iddia müddətinin tətbiq olunmaması da) fərqlərin mövcudluğunu inkar edir. Bu müddəaların başqa cür qəbul edilməsi mülkiyyət növləri arasında ayrıseçkilik yaratmaqla yanaşı digər Konstitusiya normalarının deklarativliyinə gətirib çıxarmaqla bütövlükdə onların sistemliliyinə xələl gətirmiş olardı. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi əmlakdan istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə Marks Belçikaya qarşı işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə Sporronq və Lonrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almışdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 39,40 və 41-ci bəndlərində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxil qanunvericilikdə formal təsnifatdan asılı deyil:əmlakı təşkil edən bəzi hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Belə olan halda məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət» in təşkil olunması üçnü kifayət qədər əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-1.1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-1.2-ci maddəsinə əsasən mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur; 1159.1.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-ci maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 28 iyul 2022-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 96-ci bəndinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 99-cu bəndinə əsasən vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır; əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər; yotariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzil-istismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 102-ci bəndinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi, mirasın açıldığı vaxt isə həmçinin şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edilir.Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən məlumat, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İşdəki sübutlardan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışla Balakən şəhəri, Ə.Ansuxski küçəsi (əvvəlki ünvanı Mahamalar kəndi) fərdi yaşayış evi və 0.0915 ha yaşayış məntəqələrinin torpaqları 19 №li reyestr kitabının 71 №li vərəqində xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə X4, fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə İddiaçı və torpaq sahəsi ümumi birgə Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X8 14 sentyabr 2020-ci il tarixdə vəfat etmişdir. Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan qızı İddiaçı tanınmış (AA*******, xx.xx.2020 - Asan-Balakən, FİN:xxxxxxx, d/t:xx.xx.1970) və onun miras əmlakdan 1/2 hissədə irs alması və şəhadətnamə verilən miras əmlakın ƏMDK-nin yanında DƏDRX-nin 18 Saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2022 tarixdə X5 verilmiş **********04-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 78.50 kv/m olan fərdi yaşayış evindən ibarət olması müəyyən edilmiş, miras əmlakın digər 1/2 hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır. İddiaçı X1 miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin mərhuma məxsus 1/3 miras payının 1/2 hissəsinə vərəsəlik qaydasında pay hüququ yaranır. Həmçinin İddiaçı həmin vərəsəlik payı nəzərə alınmaqla olmaqla, ümumilikdə həmin 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə pay hüququ müəyyən olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, 14 sentyabr 2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin 1/2 hissəsinə miras pay olmaqla, ümumilikdə 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı pay hüququ vardır və ona görə də iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməli, 14 sentyabr 2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin 1/2 hissəsinə İddiaçı miras payı müəyyən edilməli, X1 miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin digər 1/2 hissə miras payı açıq saxlanılmalı, həmçinin ümumilikdə həmin 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı payı müəyyən edilməlidir. Eyni zamanda iddia təmin edildiyi üçün Cavabdeh 100 manat dövlət rüsumu alınaraq İddiaçı oğluna ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. X1 miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin 1/2 hissəsinə İddiaçı miras payı müəyyən edilsin; X1 miras qalmış Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin digər 1/2 hissə miras payı açıq saxlanılsın; ümumilikdə Balakən şəhəri, Əli Ansuxski küçəsində (əvvəlki Balakən rayonu Mahamalar kəndi) ümumi sahəsi 78.5 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi həmin 0.0915 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı payı müəyyən edilsin. Cavabdeh 100 manat dövlət rüsumu alınaraq İddiaçı oğluna ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar