Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-853/2022 16.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı 26 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv olunması tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində bağlanmış 26 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Qullar kənd sakinidir. Övladları Elçin, Elşad, Aynurə və onun paylı mülkiyyətində olan torpaq sahəsindən ona düşən 5/16 hissəni 26 oktyabr 2020-ci ildə oğlu Cavabdeh bağışlamışdır. Həmin payını bağışlayınca əvvəl aralarında şifahi qaydada razılıq olmuşdur ki, oğlu Elçin onun tək yaşamaması üçün onun yanında yaşayacaq, onun qeydinə qalacaq, bir oğul kimi onun qulluğunda durub öz üzərinə düşən övladlıq borcunu yerinə yetirəcəkdir. O da oğlu olduğu üçün oğlunun ona yalan danışmayacağına, verdiyi sözün üstündə duracağına, onu atıb tək-tənha qoymayacağına inanıb, mülkiyyətində olan torpaq sahəsinin 5/16 hissəsini ona bağışlamışdır. Lakin oğlu verdiyi vədə, dediyi sözə əməl etmədən onu tək qoymuşdur. O, illərdir ki, tənha yaşayır. Digər övladları ailə qurub, hərəsinin öz ailəsi, ayrı evi, yaşayış yeri olduğu üçün onun yanında qala bilmirlər. Yuxarıda göstərdiyi səbəbə görə qəti qərara gəlmişdir ki, 26 oktyabr 2020-ci il tarixli bağışlama müqaviləsini ləğv etdirsin. Onun yaşı 80-ni keçmişdir. Bu yaşında o, tək-tənha qalmışdır, yaşı ilə əlaqədar səhhətində probemlər vardır. Köməksiz qalmışdır. Hazırki iş üzrə 10 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə prosesində iştirak edən İddiaçı iddiasının müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin Cavabdeh 26 oktyabr 2020-ci il tarixli bağışlama müqaviləsinin bağlanmasından dərhal sonra Rusiya Federasiyasına getdiyini və bir neçə ildir ki, Rusiya Federasiyasında yaşadığını, onun Balakən rayonu Qullar kəndində yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evində oğlu X6 və onun ailəsi ilə birgə yaşadığını bildirərək, iddianın təsin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin Cavabdeh 26 oktyabr 2020-ci il tarixli bağışlama müqaviləsinin bağlanmasından dərhal sonra Rusiya Federasiyasına getdiyini və bir neçə ildir ki, Rusiya Federasiyasında yaşadığını, İddiaçı Balakən rayonu Qullar kəndində yerləşən paylı mylkiyyətdə olan fərdi yaşayış evində oğlu X6 və onun ailəsi ilə birgə yaşadığını bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X5 məhkəmə iclasına təkrarən gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə həmin şəxslərin məhkəməyə gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, hazırki işə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********47-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Qullar kəndində yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi və 0.1166 ha yaşayış məntəqəsi torpaq sahəsinin 5/16 hissəsi İddiaçı, fərdi yaşayış evinin 1/4 hissəsi və torpaq sahəsinin 5/16 hissəsi X3, fərdi yaşayış evinin 1/4 hissəsi və torpaq sahəsinin 5/16 hissəsi X1 və fərdi yaşayış evinin 1/4 hissəsi və torpaq sahəsinin 1/16 hissəsi Cavabdehn adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən notarial qaydada təsdiq edilmiş 26 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı Balakən rayonu Qullar kəndində yerləşən ümumi sahəsi 0.1166 ha olan torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə özünə məxsus olan 5/16 hissəsini hədiyyə alan Cavabdeh bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********47-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Qullar kəndində yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi İddiaçı, fərdi yaşayış evinin 1/4 hissəsi və torpaq sahəsinin 5/16 hissəsi X3, fərdi yaşayış evinin 1/4 hissəsi və torpaq sahəsinin 5/16 hissəsi X1 və fərdi yaşayış evinin 1/4 hissəsi və torpaq sahəsinin 6/16 hissəsi Cavabdehn adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə 10 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçını və iddiaçının nümayəndəsi-vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında işdəki sübutların bilavasitə tədqiqi əsasında müəyyən olunmuşdur ki, Balakən rayonu Qullar kəndində yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi və 0.1166 ha yaşayış məntəqəsi torpaq sahəsinin 5/16 hissəsi İddiaçı, fərdi yaşayış evinin 1/4 hissəsi və torpaq sahəsinin 5/16 hissəsi X3, fərdi yaşayış evinin 1/4 hissəsi və torpaq sahəsinin 5/16 hissəsi X1 və fərdi yaşayış evinin 1/4 hissəsi və torpaq sahəsinin 1/16 hissəsi Cavabdehn adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********47-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarış verilmiş, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən notarial qaydada təsdiq edilmiş 26 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında hədiyyə verən İddiaçı Balakən rayonu Qullar kəndində yerləşən ümumi sahəsi 0.1166 ha olan torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə özünə məxsus olan 5/16 hissəsini hədiyyə alan Cavabdeh bağışlamışdır. Bundan sonra Balakən rayonu Qullar kəndində yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi İddiaçı, fərdi yaşayış evinin 1/4 hissəsi və torpaq sahəsinin 5/16 hissəsi X3, fərdi yaşayış evinin 1/4 hissəsi və torpaq sahəsinin 5/16 hissəsi X1 və fərdi yaşayış evinin 1/4 hissəsi və torpaq sahəsinin 6/16 hissəsi Cavabdehn adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********47-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarış verilmişdir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində bağlanmış 26 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmiş və həmin müqavilənin ləğvinin əsasları kimi paylı mülkiyyətində olan torpaq sahəsindən ona düşən 5/16 hissəni 26 oktyabr 2020-ci ildə oğlu Cavabdeh bağışlamazdan əvvəl Cavabdeh onun tək yaşamaması üçün onun yanında yaşayacağı, onun qeydinə qalacağı, bir oğul kimi onun qulluğunda durub öz üzərinə düşən övladlıq borcunu yerinə yetirəcəyi barədə aralarında şifahi razılaşmanın olması, oğlunun ona yalan danışmayacağı, verdiyi sözün üstündə duracağı, onu atıb tək-tənha qoymayacağına inanıb, mülkiyyətində olan torpaq sahəsinin 5/16 hissəsini ona bağışlaması, lakin oğlu Elçinin verdiyi vədə, dediyi sözə əməl etmədən onu tək qoyması göstərilmişdir. Həmçinin İddiaçı hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. İşin faktoloji hallarının qiymətləndirilməsi baxımından ən əvvəl məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində öhdəliklərin müqavilədən, mülkiyyət hüquqlarının müdafiəsindən, əsassız varlanmadan və mülki-hüquq pozuntularından (deliktlərdən) yaranması təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi haları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilənin şərtlərini təvsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə aid şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.3-cü maddəsinə əsasən əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.4-cü maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə qeyd edir ki, müqavilənin etibarsızlığı ilə müqavilənin ləğvi mülki hüququn müxtəlif institutları olmaqla bir-birindən bu etibarsızlığı və ya ləğvi tələb etmək hüququna malik olan subyektlər dairəsinə, etibarsızlığın və ləğvin əsaslarına, bu etibarsızlıqdan və ləğvdən əvvəl məhkəmədənkənar qayda prosedurlarına, hüquqi nəticələrinə, öhdəliklərin yaranması və icrası vaxtlarına, iddia müddətləri və onların tətbiqi əsaslarına və sair hallara görə fərqlənir. Belə ki, müqavilənin ləğvi müqavilə tərəflərinin razılığı və ya tələbi ilə həyata keçirildiyi halda, müqavilənin etibarsızlığı başqa şəxslər tərəfindən də tələb edilə bilər. Digər tərəfdən müqavilənin etibarsızlığı məhkəmə qaydasında həyata keçirildiyi halda, müqavilənin ləğvi tərəflərin razılaşması əsasında da həyata keçirilir. Əqdlərin, o cümlədən müqavilənin etibarsızlığı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337- 349-cu maddələrində nəzərdə tutulmuşdur və həmin əsaslar əhəmiyyətsiz əqdlər və etibarsız əqdlər üzrə ümumi əsasları nəzərdə tutur. Müqavilənin ləğvi üçün əsaslar isə Mülki Məcəllənin 421-424-cü maddələrində və digər maddələrdə, bağışlama müqaviləsinin ləğvi üçün əsaslar isə Mülki Məcəllənin 673-674-cü maddələrində müəyyən edilmişdir. Həmçinin müqavilənin ləğv olunması üçün bir tərəf o biri tərəfə məhkəmədən kənar, pretenziya qaydasında müraciət etməlidir ki, bu da qanunda və ya müqavilədə nəzərdə tutulmuş imperativ şərt sayılır. Belə bir məhkəmədən kənar qaydada prosedurun həyata keçirilməməsi tərəfin birbaşa məhkəməyə müraciət hüququnu məhdudlaşdırır. Əqdin, o cümlədən müqavilənin etibarsızlığı məsələsində isə maraqlı şəxs pretenziya qaydasına riayət etmədən əqdin etibarsızlığı ilə bağlı birbaşa məhkəməyə müraciət edə bilər. Bundan başqa əqd (o cümlədən müqavilə) etibarsız sayıldıqda onun bütün hüquqi nəticələri bağlandıdığı andan ləğv olunur və restitusiya qaydaları (ikitərəfli və ya təktərəfli restitusiya) tətbiq olunmaqla tərəflər aldıqlarını bir-birinə qaytarmalıdır. O cümlədən tərəflər müqavilə etibarsız sayıldığı anadak bir-birindən icra etdiklərinin qaytarılmasını tələb edə bilərlər. Müqavilənin etibarsız sayılması nəticəsində tərəflərin bir-biri və üçüncü şəxslər qarşısında heç bir öhdəliyi yaranmır. Müqavilə ləğv edildikdə isə tərəflər onun ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Həmçinin müqavilənin ləğv edilməsi tərəfləri bundan sonra həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən azad etmir. Həmçinin qanunda etibarsız əqdlər üçün kəsici müddətlər (Mülki Məcəllənin 354-cü maddəsi) nəzərdə tutulmuşdur və həmin müddətlər mübahisə tərəfinin ərizəsi olmadan da məhkəmə tərəfindən tətbiq olunur. Kəsici müddətlər elə müddətlərə deyilir ki, hüquq məhz həmin müddət ərzində mövcud olur. Həmin müddətin bitməsi həmin hüququn da aradan qalxmasına səbəb olur. Müqavilənin ləğvi üçün iddia müddətləri ilə Mülki Məcəllənin 373-cü maddəisndə nəzərdə tutulmuşdur, həmin müddətlərin vaxtı kəsici müddətlərdən fərqlənir və həmin müddətlərin məhkəmə tərəfindən tətbiqi yalnız mübahisə tərəfinin ərizəsi əsasında həyata keçirilir. Qanunda müqavilənin ləğv ilə etibarsızlığı arasında bir sıra digər fərqlər də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan müqavilələrdən biri də bağışlama müqaviləsidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Qanun normasının tələbindən görünür ki, bağışlama müqaviləsi ikitərəfli müqavilədir və hədiyyə alanın hədiyyəni qəbul etməsi anından bağlanmış sayılır ki, bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair» 19 dekabr 2012-ci il tarixli qərarında da öz əksini tapmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1ci maddələrinin şərh edilməsinə dair» 19 dekabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 668.1-ci maddəsinə əsasən bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 671-ci maddəsinə əsasən hədiyyə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın restitusiyası hüququnu özündə saxlaya bilər. Torpaq sahələri və ya onlara əşya hüquqları bağışlanarkən bu cür restitusiya hüququ daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.2-ci maddəsinə əsasən hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 674.1-ci maddəsinə əsasən aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. İş materiallarından görünür ki, İddiaçı, Cavabdeh tərəfindən hər hansı bir şərtin və ya öhdəliyin yerinə yetirilməsindən asılı edilmədən, o cümlədən bağışlamadan əvvəl Cavabdeh onun tək yaşamaması üçün onun yanında yaşayacağı vəzifəsindən asılı edilmədən Balakən rayonu Qullar kəndində yerləşən ümumi sahəsi 0.1166 ha olan torpaq sahəsinin paylı mülkiyyət hüququ ilə özünə məxsus olan 5/16 hissəsini notarial qaydada təsdiq olunmuş 26 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Cavabdeh bağışlamış və hədiyyə verənə məxsus olan həmin 0.1166 ha torpaq sahəsinin 5/16 hissəsi hədiyyə kimi Cavabdeh tərəfindən qəbul edilmişdir. Sözügedən 26 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsində 0.1166 ha torpaq sahəsinin iddiaçıya məxsus olmuş 5/16 hissəsinin bağışlanması ilə bağlı Cavabdeh üçün hər hansı şərt və öhdəlik müəyyən olunmamışdır. İş üzrə iddiaçı tərəfindən bağışlamanın şərti kimi Cavabdeh onu tək qoymayacağı, onunla bir yerdə yaşayacağı ilə bağlı öhdəlik götürməsi barədə aralarında şifahi və yazılı razılaşmanın olmasını və bağışlamanın məhz bu şərtdən asılı edilməsini təsdiq edən hər hansı sülbut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddiaçı cavabdehin onun qeydinə qalmaması və övladlıq borcunu yerinə yetirməməsini, bu qeydinə qalmamanın və övladlıq borcunu yerinə yetirməmənin nəyi ehtiva etməsini, nədə ifadə olunmasını və bunun həqiqətən də baş verməsini, cavabdehin ailə münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin (iddiaçının) və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozmasını və həmin vəzifələri bu kobudcasına pozmanın nədə ifadə olunmasını, həmçinin cavabdehin bağışlama ilə bağlı hansı öhdəlikləri əsassız olaraq icra etməməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarına əsasən də iddiaçı ilə cavab arasında bağışlamanın şərti və öhdəliyi kimi cavabdehin iddiaçı ilə bir yerdə yaşayacağı barədə şifahi və ya yazılı razılaşmanın olması, həmçinin cavabdehin iddiaçı qarşısında ailə münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri kobudcasına pozması və cavabdehin bağışlama ilə bağlı hansısa öhdəlikləri əsassız olaraq icra etməməsi müəyyən olunmur. Digər tərəfdən, bu xüsusda iddiaçının cavabdehi öhdəliyini yerinə yetirməyərək, onu tənha qoyması ilə bağlı gətirdiyi dəlillər də inandırıcı deyildir və işdəki sübutlarla təsdiqini tapmır. Belə ki, əvvəla işdəki sübutlarla cavabdehin belə bir öhdəlik götürməsi təsdiq olunmur. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçının Cavabdeh başqa X6 və X4 adında digər uşaqları dar vardır. Həmçinin iddiaçının yaşadığı və 1\4 hissə paya malik olduğu Balakən rayonu Qullar kəndində yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi və 0.1166 ha həyətyanı torpaq sahəsinin 5/16 hissəsi X3 və X1 hər birinə məxsusdur. Belə olan halda X3 və X1 da İddiaçı qeydinə qalmaq öhdəlikləri vardır və eyni zamanda onlar evin paylı mülkiyyətçiləri kimi evə sahiblik edə, evdən istifadə edə və evə dair sərəncam verə, həmçinin anaları ilə bir yerdə yaşaya bilərlər. İddiaçı və onun nümayəndəsi-vəkilinin məhkəmədə verdiyi izahata əsasən İddiaçı oğlu X6 ilə paylı mülkiyyətdə olan həmin evdə yaşayır və Elşad ona baxır. Deməli İddiaçı tək yaşamır və tənha deyildir. Bundan başqa İddiaçı evdəki payını Cavabdeh bağışlamamış, yalnız torpaq sahəsini bağışlamışdır. Ona görə də iddiaçının torpaq sahəsindəki payını cavabdehə bağışlamasının cavabdehin evdə onunla bir yerdə yaşaması ilə bağlı şifahi qaydada öhdəlik götürməsi inandırıcı və əsaslı deyildir. Qeyd olunanlar iddiaçının tək yaşaması, tənha olması və cavabdehin verdiyi vədə əməl etməyərək, onu bu vəziyyətə gətirməsi barədə iddia tələbinin əsaslandırıldığı halların əsassız olmasını göstərir. Belə olan halda 26 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlanması üçün Cavabdeh müqavilə üzrə hansısa öhdəliyi yerinə yetirməyib və ya ailə münasibətlərindən yaranmış hər hansı öhdəliyi yerinə yetirməyib, onunla bir yerdə yaşamaması, onu tənha qoyması barədə iddiaçının bildirdikləri heç bir faktoloji və hüquqi əsasa malik deyildir. Məhkəmə işdəki sübutlara istinadən 26 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə sənədin düzlüyü və tamlığı prezumpsiyasından yanaşaraq, qeyd edir ki, həmin müqavilədə bütün rekvizitlər; müqavilə tərəflərinin adları (soyadı, adı və atasının adı) və müqavilənin predmeti göstərilmiş, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin nəticələri barədə onlara xəbərdarlıq edilmiş, tərəflər müqaviləyə şəxsən imza etmiş, müqavilənin notarius tərəfindən təsdiq edilməsi, tərəflərin şəxsiyyətinin müəyyən edilməsi, onların fəaliyyət qabiliyyətinin yoxlanması, müqavilənin təsdiqi üzrə dövlət rüsumunun tutulması və müqavilənin müvafiq nömrə ilə informasiya sisteminə daxil edilməsi qeyd edilmiş, müqavilə notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs tərəfindən imza edilmiş və müvafiq möhürlə təsdiq edilmişdir. Eyni zamanda həmin müqavilənin tamlığını və düzgünlüyünü pozan hər hansı pozuntu və qanunsuzluqlar müəyyən edilməmişdir. İş materialları ilə bağışlamadan imtina edilməsinin və mübahisələndirilən 26 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi üçün qanunda nəzərdə tutulmuş (Mülki Məcəllənin 673-cü maddəsi); hədiyyə alanın hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətməsi, hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması, hədiyyə alanın bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etməməsi, vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətlərinin bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişməsi, vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəliklərinin yaranması halları və müqavilənin bağlanması üçün tərəflərin iradəsinə hər hansı formada təsir edilməsi və bu müqavilənin qanunsuz bağlanması halları müəyyən edilməmişdir. 26 oktyabr 2020-ci il tarixli bağışlama müqaviləsinin bağlanması tərəflərin:İddiaçı və Cavabdeh iradə ifadəsinin nəticəsi olmuş, iddiaçı və cavabdeh şəxsən həmin müqavilənin bağlanması və notarial qaydada təsdiqlənməsində iştirak etmiş, iddiaçıya və cavabdehə hüquq və vəztifələri izah edilməklə onlar notariat hərəkətlərinin nəticələri barədə xəbərdarlıq edilmiş və iddiaçı və cavabdeh şəxsən müqaviləyə imza etmişlər. İşdəki sübutlarla təsdiq olunur ki, 26 oktyabr 2020-ci il tarixli bağışlama müqaviləsində qanunvericiliyin tələbinə uyğun olaraq əqdin (müqavilənin) qanuni sayılması üçün bütün şərtlərə: əqdin subyekt tərkibinə dair şərtlərə, əqdin (müqavilənin) məzmununa dair şərtlərə, əqddə (müqavilədə) iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlərə və əqdin (müqavilənin) formasına dair şərtlərə əməl edilmişdir. Yəni həmin 26 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi 0.1166 ha torpaq sahəsinin 5/16 hissəsinin mülkiyyətçisi olan tam fəaliyyət qabiliyyətli iddiaçı ilə onun oğlu olan tam fəaliyyət qabiliyyətli cavabdeh arasında bağlanmış, bu zaman müqavilənin məzmunu və bununla bağlı hüquqi nəticələr tərəflərə izah edilmiş, tərəflər, o cümlədən iddiaçı müqavilənin məzmunu ilə bağlı tam məlumatlı olmuş, bu müqavilədə tərəflər, o cümlədən iddiaçı öz mülkiyyəti üzərində sərbəst şəkildə sərəncam verərək, iradə sərbəstliyini nümayiş etdirmiş və həmin müqaviləni bağlamaqla iradə ifadəsini bildirmiş, həmçinin həmin müqavilənin qanunda müəyyən edilmiş formasına riayət edilmiş; müqavilə (əqd) yazılı formada bağlanaraq notarial qaydada təsdiq edilmişdir. Tərəflər həmin 26 oktyabr 2020-ci il tarixli bağışlama müqaviləsi bağlayərkən müqavilə azadlığı prinsipinə riayət edərək, qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyini həyata keçirmişlər. İş materiallarından birmənalı görünür ki, qeyd edildiyi kimi, 26 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi iddiaçı ilə cavabdeh arasında razılaşmaya əsasən cavabdehin iddiaçı ilə bir yerdə yaşaması şərti və öhdəliyi ilə asılı edilməmiş, həmin bağışlama müqaviləsinə əsasən Cavabdeh belə bir öhdəlik götürməmiş, bu xüsusat üzrə cavabdeh iddiaçını aldatmamış və bağışlama müqaviləsindən sonra cavabdehin iddiaçını aldatması halı baş verməmişdir. Ümumiyyətlə bağışlama müqaviləsinin cavabdehin mütləq qaydada iddiaçı ilə bir yerdə yaşaması halından asılı edilməsi qanunun tələblərinə ziddir və şəxsin konstitusion hüququ olan azadlıq hüququnu, bu hüququn tərkib hissəsinə daxil olan sərbəst hərəkət edə bilmək, özünə yaşayış yeri seçə bilmək və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilmək imkanını əsassız məhdudlaşdırmaya yönəlmiş bir əsasdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır; azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər; qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Müqavilə üzrə belə bir şərt və ya öhdəlik mövcud olmadığı, həmçinin hədiyyə alanın ailə münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş hansı vəzifələri hansı hərəkətləri ilə hansı formada ifadə olunmuş kobudcasına pozmasının müəyyən olunmadığı halında mövcud olmayan şərt və ya öhdəliyin yerinə yetirilməməsi və guya iddiaçının bu hal üzrə aldadılması əsası ilə bağışlanma müqaviləsinin ləğv edilməsinin tələb edilməsi əsassızdır və qanunun tələblərinə ziddir. Bundan başqa qanun (Mülki Məcəllənin 673.3-cü maddəsi) bağışlamadan imtinanın onun əsaslarının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədə olmasını təsbit edir. İş materiallarından görünür ki, Cavabdeh bağışlama müqaviləsi bağlandıqdan dərhal sonra Rusiya Federasiyasına getmişdir və bir neçə ildir ki, Rusiya Federasiyasında yaşayır. Belə olan halda iddia ərizəsində qeyd edilən bağışlamadan imtinanın əsasları iddiaçıya həmin vaxtdan məlum olmuşdur. Lakin iş materiallarına əsasən iddiaçı bağışlamadan imtinanın iddia ərizəsində qeyd olunan əsasları ona məlum olduğu vaxtdan bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana-cavabdehə çatdırmamışdır. İşdə məhkəmənin əks nəticəyə gəlməsi üçün heç bir mötəbər sübut yoxdur. Belə ki, iş materiallarında iddiaçının bağışlamadan imtinanın qeyd etdiyi əsasları ona məlum olduğu vaxtdan bir il ərzində imtina haqqında bildirişi hədiyyə alana-cavabdehə çatdırmasını təsdiq edən sübutlar mövcud deyildir və iddiaçı da belə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda iddiaçı tərəfindən bağışlamadan imtina üçün qanunda nəzərdə tutulmuş müddət ötürülmüşdür. Ümumiyyətlə İddiaçı iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və bununla da iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçı kimi onun üzərinə düşür. Yuxarıda göstərilənlər hazırki iddia tələbinin heç bir faktoloji və hüquqi əsaslara malik olmadığını göstərir. Ona görə də hazırki iddia təmin olunmamalıdır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında X12 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində bağlanmış 26 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində bağlanmış 26 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-853/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-853/2022
16.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver