Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-88/2025 06.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 17705 manat pul vəsaiti, həmin vəsait vaxtında qaytarmadığına görə illik bank faizi olaraq 295x3=885 manat və ödənilmiş 145.77 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək Cavabdeh 14000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 20 ildir ki, Balakən rayon mərkəzi bazarında məktəb və ofis ləvazimatları satışı ilə məşğul olan fərdi sahibkardır. Cavabdeh tanıyır. Balakən şəhəri S.Gözəlov küçəsində ümumi sahəsi 57 kv/m olan mağazanın alınmasında ona köməklik etmişdir. Belə ki, o sahibkarlıqla məşğul olması üçün mağaza almaq istəmiş, həmin vaxt Balakən rayonunda icra məmuru işləyən Cavabdeh bu işdə ona kömək edə biləcəyini demişdir. O, Balakən şəhəri S.Gözəlov küçəsində ümumi sahəsi 57 kv/m olan mağazanın alınması üçün Ələkbərə 20000 manat pul vermişdir. Ələkbər həmin puldan 2295 manatı hərraca ödəmiş, qalan 17705 manat pulunu ələ keçirmiş və bu günə kimi qaytarmamışdır. Bundan başqa o, 2013-cü ildə yenidən hərrac vasitəsi ilə mağaza almaq istəmişdir.O, bu məqsədlə həmin vaxt Zaqatala İcra Şöbəsində icra məmuru işləyən Cavabdeh müraciət etmişdir. Ələkbər ondan hərracın keçirilməsi və digər əlavə xərclərə görə ondan 14000 manat pul istəmişdir. O, da iki dəfəyə 14000 manat pul vermişdir.Lakin Ələkbər ona mağaza alıb verməmiş, eyni zamanda onun pulunu qaytarmamışdır. Cavabdeh özü də 14000 manat pulu ondan aldığını barəsində olan cinayət işinin istintaqı zamanı etiraf etmişdir. O, həmin 14000 manat pulunu Cavabdeh tələb edir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək İddiaçı izahatına uyğun eyni məzmunlu izahat verərək iddinın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək göstərdi ki, əvvəllər 1994- 2012-ci illərdə Balakən rayon icra qrupunda işləmişdir. Həmin vaxt İddiaçı və onun qaynanası Şahid adlı qadınla tanış olmuşdur. Vaxtilə onun köməkliyi ilə Şahid Balakən rayon bazarında özünə mağaza əldə etmiş, o vaxtdan onun Elmira və Zahidlə münasibəti yaranmışdır. Sonra o, Zaqatala Rayon İcra Şöbəsində işləməyə başlamışdır. Həmin vaxt Zahid və Elmira ona müraciət edərək yenə də mağaza binası almaq istədiklərini bildirmişlər. O. da onlara kömək etməyə razılaşmış və bunun üçün 14000 manat pul lazım olduğunu bildirmişdir. Zahid və Elmira iki dəfəyə,bir dəfə öz evində,ikinci dəfə isə iş yerində olmaqla ona 14000 manat pul vermişlər. Zahid ilə Elmira birlikdə işlədiklərindən bildiyinə görə verilən pul onların şərik pulları olmuşdur,yəni 7000 manatı zahidin,7000 manatı isə Elmiranın olmuşdur. Lakin mağazanın alınması mümkün olmamışdır. Bundan sonra o,Elmiranın 7000 manat pulunu qaytarmış,Zahidin pulundan isə 1000 manat qaytarmışdır. Zahidin pulundan isə 6000 manatı qaytara bilməmişdir. O, Zahidin özünə də etiraf etmişdir ki, ona 6000 manat borcu vardır,qaytaracaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahş etdi. Cavabdehin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, İddiaçı qızının keçmiş əridir, Ələkbəri isə Balakən rayon icra qrupunda icra məmuru işlədiyi vaxtdan tanıyır. O, Ələkbərin vasitəsi ilə Balakən şəhəri S.Gözəlov küçəsində ümumi sahəsi 57 kv/m olan mağazanı hərracdan almışdır. 2013-cü ildə o, yenidən mağaza binası almaq üçün Ələkbərə müraciət etmiş, Ələkbər bunun üçün 14000 manat pul istəmişdir. O, həmin pulu Zahidin maşını ilə gedərək iki dəfəyə Ələkbərə vermişdir. Həmin pul onun olmuş, Zahid onun kürəkəni olduğu və yanında işlədiyi üçün onunla getmişdir. Lakin Ələkbər ona mağazanı alıb verməmiş, pulu da qaytarmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, Balakən Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 1(019)-4/2021 nömrəli hökmün surətindən görünür ki, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1 və 296.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş bu cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 28 fevral 2020-ci il tarixdən 01 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılması və Cavabdeh üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin hazırki hökmün çıxarıldığı 01 dekabr 2021-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməsi və Cavabdeh məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Sözügedən hökmdən görünür ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki,ona məxsus mağazanın alınmasında Cavabdeh onlara yaxından köməklik etmişdir. Cavabdeh da həmin vaxtdan etibarən tanıyır. Bundan bir neçə il sonra o, Şahid ilə birlikdə bazarda daha bir mağazanı almaq qərarına gəlmişlər. Ona görə də yenidən Cavabdeh müraciət etmişlər. O, bunun üçün 14000 manat pul lazım olduğunu demişdir. Həmin vaxt Cavabdeh Zaqatala rayonunda icra məmuru vəzifəsində işləmişdir. O, Şahid ilə birlikdə Zaqatala rayonunun mərkəzinə gedib Ələkbərin xidməti otağında ona 14000 manat pul vermişlər. Lakin həmin pulu bir dəfəyə və ya iki dəfəyə verdiyini dəqiq xatırlamır. Həmin pul şərikli olduğu üçün 7000 manatı ona, 7000 manatı isə Şahid məxsus olmuşdur. Cavabdeh həmin pulu alsa da, mağazanı hərracda alınmasını təşkil edə bilmədiyini, pulun ona lazım olduğu üçün üstündən xərclədiyini, lakin qısa vaxtda pulu onlara geri qaytaracağını bildirmişdir. Təxminən 3-4 ay bundan əvvəl Cavabdeh ona həmin puldan 1000 manatını geri qaytarmışdır. O, yerdə qalan 6000 manatı istəyən zaman Cavabdeh Şahid 6000 manat verdiyini, Elmiranın borcunu qaytarandan sonra onun yerdə qalan 6000 manat pulunu geri qaytaracağını demişdir. Ona görə də o, Cavabdeh pulunu təkidlə istəməmiş, Şahid borcunu qaytarandan sonra onun pulunu qaytarmasını gözləmişdir. Həmin iş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Balakən rayon bazarında ona məxsus mağazanın alınmasında həmin dövrdə Balakən rayon İcra Şöbəsində icra məmuru işləyən Cavabdeh ona, eləcə də həmin dövrdə yeznəsi və şəriki olan İddiaçı yaxından köməklik etmişdi. Bundan təxminən 2 il sonra o, İddiaçılə birlikdə bazarda daha bir mağazanı almaq qərarına gəlmiş, ona görə də yenidən Cavabdeh müraciət etmişlər. Həmin vaxt Zaqatala rayonunda icra məmuru vəzifəsində işləyən Cavabdeh bunun üçün 14000 manat pul lazım olduğunu demişdir. O, İddiaçı ilə birlikdə Cavabdeh işlədiyi Zaqatala rayon İcra Şöbəsindəki xidməti otağında Ələkbərə 14000 manat pulu vermişlər. Həmin pulu iki dəfəyə, əvvəlcə 8000 manat, daha sonra 6000 manat olmaqla vermişlər. Hər iki halda İddiaçı də onun yanında olmuşdur. Pulu Cavabdeh verən zaman otaqda ondan, Zahiddən və Ələkbərdən başqa heç kəs olmamışdır. Həmin dövrdə o, İddiaçılə şərikli işlədiyinə görə də pulun 50 faizi İddiaçı, 50 faizi onun olmuş, yəni 7000 İddiaçı, 7000 manatı isə onun olmuşdur. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını, şahidin ifadəsini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, 2013-cü ildə İddiaçı keçmiş qaynanası Şahid ilə birlikdə hərracdan mağaza binası almaq istəmişlər, bu işdə onlara kömək etməsi üçün Zaqatala Rayon İcra Şöbəsinin icra məmuru işləyən Cavabdeh müraciət etmişdirlər. Ələkbər bu məsələnin həlli üçün onlardan 14000 manat pul istəmişdir. İddiaçı Xanlayev X1 Elmira Cavad qızı ilə birlikdə iki dəfəyə 14000 manat pulu Cavabdeh vermişlər. Pulun 7000 manatı İddiaçı, 7000 manatı isə keçmiş qaynanası Şahid məxsus olmuşdur. Cavabdeh verdiyi sözə əməl etməmiş, İddiaçı və Şahid hərracdan mağaza binasının alınmasını təşkil edə bilməmiş, eyni zamanda aldığı pulu qaytarmamışdır. O, sonradan İddiaçı aid puldan 1000 manatı ona vermiş,qalan 6000 manatı isə verməmişdir. Cavabdeh pulu qaytarmadığı üçün iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 14000 manat pulun ona məxsus olması,Cavabdeh ona 1000 manatı qaytarmaması barədə İddiaçı ifadəsi, həmçinin həmin pulun ona məxsus olması barədə Şahid ifadələri işin faktiki hallarına uyğun olmadığından məhkəmə tərəfindən qəbul edilmir. Belə ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.1 və 296.2-ci maddələri ilə olan cinayət işinə Balakən Rayon Məhkəməsində baxılarkən zərərçəkmiş şəxs qismində dindirilən cavabdeh İddiaçı və şahid qismində dindirilən Şahid yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə məsuliyyət daşımaları barədə xəbərdar olunduqdan sonra verdikləri ifadələrində göstərmişlər ki, Cavabdeh verilmiş 14000 manat pulun 7000 manatı, İddiaçı,7000 manatı isə Şahid məxsus olmuşdur. İddiaçı həmçinin göstərmişdir ki, ona aid 7000 manat puldan 1000 manatı Cavabdeh ona qaytarmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 777.1-ci madsəsində göstərilir ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci madsəsində göstərilir ki, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778.3-cü madsəsində göstərilir ki, əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. İşin haktiki hallarından göründüyü kimi, Cavabdeh mağaza binasının alınması üçün üzərinə götürdüyü öhdəliyə əməl etməmiş,eyni zamanda aldığı pulu qaytarmamışdır. Bununla da iddiaçıya zərər vurmuşdur. Zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, Cavabdeh verilmiş 14000 manat pulun 7000 manatının iddiaçıya aid olmasını, cavabdehin həmin puldan 1000 manatı iddiaçıya qaytarmasını,qalan iddiaçının maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən-6000 manata aid hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənmiş dövlət rüsumunun 46.65 manatı Cavabdeh alınıb İddiaçı verilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6000 manat pul və ödənilmiş dövlət rüsumunun 46.65 manatı, cəmi 6046,65 manat alınıb İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdeh 6000 manat və ödənilmiş dövlət rüsumunun 46.65 manatı,cəmi 6046,65 manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-88/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-88/2025
06.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver