Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-880/2022 14.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş 34700 manat maddi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, ünvan 1 ünvanında yaşayır. Cavabdeh qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmək məqsədilə 2021-ci ilin iyul ayının ortalarında onu avtomobil ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olaraq qazanc əldə etmək adı ilə yalandan vəd verib aldadaraq onun 21 iyul 2021-ci il tarixdən başlayaraq 31 avqust 2021-ci il tarixədək olan müddət ərzində onun göstərişi ilə Bakı və Balakən şəhərləri ərazisində yerləşən eManat və “Milli ön" ödəmə terminalları vasitəsilə müxtəlif tarixlərdə hissə-hissə olmaqla X1 adına olan Kapital Banka məxsus **********893189 nömrəli kartın hesabına, həmçinin X5 adına olan Kapital Banka məxsus hesab nömrəsi: ******************** kart hesabına və sonuncunun adına olan AzərTürkBanka məxsus hesab nömrəsi: ******************** kart hesabına köçürdüyü ümumilikdə 34700 manat məbləğində pulu qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün etirafedici ifadələri və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Balakən Rayon Məhkəməsinin 1(019)-44/2022 nömrəli,11 may 2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və 3(üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 25 yanvar 2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Zərərçəkmiş şəxslərə, o cümlədən ona Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmuşdur. Cinayət işinə baxılarkən o mülki iddia vermədiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək göstərdi ki, o, 2021-ci ilin əvvəllərində Bakı şəhərində yaşadığı ərəfədə avtomobil ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olmuşdur.Təxminən 2021-ci ilin iyun ayının ortalarından başlayaraq 2021-ci ilin avqust ayının ortalarınadək Vüqarın qardaşı Nurlan ilə avtomobil ehtiyat hissələrinin alverini etmişdir. O, müxtəlif tarixlərdə Bakı-Balakən şəhərləri arası taksi fəaliyyəti ilə məşğul olan Hizbullah, İsmayıl, Kənan, Rövşən, Elçin, Zaur, Rauf və Elvin adlı şəxslər vasitəsi ilə Nurlana müxtəlif məbləğlərdə, müxtəlif çeşiddə yeni və işlənmiş avtomobil ehtiyat hissələri alıb göndərmişdir. Təxminən 2021-ci ilin iyul ayının ortalarında Nurlan Murtuzov xəstələndiyini deyərək işə bir müddət ara vermişdir. Həmin ərəfələrdə o, İddiaçı istifadə etdiyi mobil telefon nömrəsini əldə edib zəng edərək sonuncuya birlikdə işləməyi təklif etmiş və Vüqar onun təklifi ilə razı olmuşdur. Bundan sonra o, avtomobil ehtiyat hissələri alıb Bakı-Balakən şəhərləri arası taksi fəaliyyəti ilə məşğul olan Hizbullah adlı şəxs vasitəsi ilə Vüqara göndərmişdir. Avtomobil ehtiyat hissələrinin alqı-satqısı ilə bağlı onun Vüqara borcu yaranmışdır. Lakin onun borcu 34700 manat təşkil etmir. Belə ki, onun Vüqara göndərdiyi avtomobil ehtiyat hissələrinin dəyəri nəzərə alınmadan həmin məbləğ hesablanmışdır.İddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(019)-44/2022 nömrəli hökmünün surətindən görünür ki, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, zərərçəkmiş şəxslər İddiaçı, X3 və X6 vurulmuş ziyanın ödənilməsi ilə bağlı Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Hökmün məzmunundan görünür ki, məhkəmə istintaqı zamanı Cavabdeh ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 34700 manat pulun qarşılığında Vüqara hər hansı bir avtomobil ehtiyat hissəsi göndərməmiş və həmin puldan Vüqara hər hansı bir məbləğdə pul qaytarmamışdır. Əksinə, Vüqar ona daha artıq pul göndərmiş, ilkin olaraq onun göndərdiyi 1400 manat dəyərində olan avtomobil ehtiyat hissələrinin pulunu həmin pullarla əvəz etmiş və sonradan hesablaşmaları nəticəsində onun Vüqara 34700 manat pul qaytarmalı olduğu məlum olmuşdur. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir . Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını talama, yəni ələ keçirmək məqsədilə 2021-ci ilin iyul ayının ortalarında tanışı olan Balakən şəhər sakini İddiaçı avtomobil ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olaraq qazanc əldə etmək adı ilə yalandan vəd verib aldadaraq İddiaçı 21 iyul 2021-ci il tarixdən başlayaraq 31 avqust 2021-ci il tarixədək olan müddət ərzində onun göstərişi ilə Bakı və Balakən şəhərləri ərazisində yerləşən “eManat” və “Milli ön” ödəmə terminalları vasitəsilə müxtəlif tarixlərdə hissə-hissə olmaqla X1 adına olan Kapital Banka məxsus **********893189 nömrəli kartın hesabına, həmçinin X5 adına olan Kapital Banka məxsus hesab nömrəsi: ******************** kart hesabına və sonuncunun adına olan AzərTürkBanka məxsus hesab nömrəsi: ******************** kart hesabına köçürdüyü ümumilikdə 34700 manat məbləğində pulu qəsdən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə o, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(019)-44/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət təqibi müddətində mülki iddia verilmədiyindən zərərçəkmiş şəxslər İddiaçı, və digərlərinə vurulmuş ziyanın ödənilməsi ilə bağlı Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Dəymiş ziyan ödənmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçıya olan borcunun 34700 manat olmaması, onun iddiaçıya verdiyi avtomobil ehtiyat hissələrinin dəyərinin nəzərə alınmaması barədə Cavabdeh etirazı ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçıya olan borcunun 34700 manat olmamasını, onun iddiaçıya verdiyi avtomobil ehtiyat hissələrinin dəyərinin nəzərə alınmamasını göstərsə də bunları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Əksinə iş materiallarından görünür ki,Cavabdeh, barəsində olan cinayət işinin həm ibtidai istintaqı, həm də məhkəmə istintaqı zamanı iddiaçıya 34700 manat borcu olduğunu etiraf etmişdir.Ona görə də məhkəmə cavabdehin göstərilən etirazlarını əsasız hesab edərək qəbul etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 34700 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən İddiaçı dövlət rüsumu olaraq ödədiyi 194,10 manat məhkəmə xərci Cavabdeh alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 34700 manat alınıb İddiaçı verilsin. İddiaçı dövlət rüsumu olaraq ödədiyi 194,10 manat məhkəmə xərci Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-880/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-880/2022
14.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver