Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-89/2023 18.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı (Magamakhanov Fangizin) Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: 1.İşin halları: İddiaçı (Magamakhanov Fangiz) Cavabdeh qarşı Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 154000 manat pulun və 444 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının keçmiş arvadıdır, onlar X5 yaşayan zaman 2013-cü ildə nikahları pozulsa da, sonradan faktiki ər-arvad münasibətlərində olub. Bu müddət ərzində iddiaçı çalışaraq müəyyən məbləğdə pul yığaraq Azərbaycan Respublikasında əmlak alınması üçün Cavabdeh və qohumlarının adına yollamış, lakin Cavabdeh ilə faktiki münasibətləri pozulandan sonra o, iddiaçını aldadaraq həmin əmlakları gizli şəkildə öz adına keçirmişdir. Həmin əmlaklar iddiaçının maddi vəsaiti hesabına alındığından, pulları Cavabdeh istəmiş o, pulları iddiaçıya verməkdən yayınmışdır. Cavabdeh öz adına Abşeron rayonu, Masazır kəndində 0.0150 ha yerləşən yaşayış evi, Balakən şəhəri, Z.Əliyeva küçəsi, 101 saylı ünvanda yerləşən qeyri-yaşayış binası, “Porsche Magnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə edilib. Göstərilən əmlakların alınmasında faktiki nikah dövründə əldə edilmiş, cəmi 154000 züy) əlli dörd min) manat pul iddiaçı tərəfindən ödənilmişdir. Cavabehin nümayəndəsi-vəkili iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin heç bir əsaslı sübuta söykənmədiyini, işə əlavə edilmiş sənədlərdə iddia tələbini sübut edən heç bir mötəbər sübut olmadığından iddia tələbi rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi heç bir əsaslı sübuta söykənmir. İşə əlavə edilmiş sənədlərdə iddia tələbini sübut edən heç bir mötəbər sübut yoxdur. Eyni zamanda tələb əsassız və uydurma olduğu üçün iddiaçı iddia tələbinin əsasının nə olduğunu belə müəyyən edə bilmir. Paralel olaraq qaldırılmış iddia tələblərində bir halda iddiasını borc kimi, digər halda isə birgə nikahdan əldə olunan əmlaklardan pay hüququ kimi formalaşdırmışdır. Qeyd edilən əmlaklar müvafiq olaraq, Abşeron rayonu Masazır kəndin ünvanında yerləşən mənzil xx.xx.2019-cu ildə, ünvan 2a yerləşən qeyri-yaşayış binası xx.xx.2020-ci ildə, Porsche Magnum markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildə Cavabdeh tərəfindən alınmış və onun adına rəsmləşdirilmişdir. Əmlakların alınması tarixlərindən göründüyü kimi iddiaçı Rəngiz Mahamaxanov müvafiq olaraq xx.xx.2019-cu, xx.xx.2020-ci və xx.xx.2022-ci ildən həmin əmlakların Cavabdeh adına alınmasından məlumatlı olmuşdur. Çünki qeyd edilən əmlakların hər birinin mülkiyyət hüququnu təsdiq edən sənədlər mövcud olmuş, eyni zamanda həmin əmlakların faktiki mövcudluğu ilə bağlı iddiaçının məlumatı olmuşdur. İddiaçının bunlar barədə məlumatının olması işdə olan digər materiallarla (xüsusən polisin qərarında əks olunan izahatların məzmunundan) da öz təsdiqini tapır. Belə olan halda, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən artıq onun istinad etdiyi əsaslarla ona məxsus olan və pozulduğunu iddia etdiyi hüquqları (əsassız varlanmadan irəli gələn) öz hüquqi qüvvəsini itirmişdir.Digər tərəfdən o da bildirilir ki, 1)Təqdim edilən pul köçürmələrini təsdiqləyən sənədlərə (1 saylı qoşmaya) əsasən müəyyən etmək olur, iddiaçı tərəfdən cavabdehin özünə heç bir pul məbləği göndərilməmişdir. Həmçinin həmin 1 saylı qoşmaya əsasən qeyd edilən məbləğlərin 20-dən (iyirmi) çox müxtəlif şəxslərə göndərildiyi və həmin şəxslərin əksəriyyətinin iddiaçının yaxın qohumları (məsələn Şahid4, İsa Mahamaxanov, Məhəmməd Magamaxanov, Bəsdi Mahamaxanova, Samira Məmmədova, Anar Mahamaxanov, Şövkət Mahamaxanova və s) olduğu müəyyən edilir. Bundan başqa, göndərilən məbləğlərin iddiada qeyd edilən əmlakların alınmasına istifadə olunması öz təsdiqini tapmır. Belə ki, həmin şəxslərdən biri X1 Balakən Rayon Polis Şöbəsində verdiyi izahata əsasən məlum olur ki, pul ona qızının toy mərasimi üçün göndərilmişdir. Digər səbəbdən iddiaçı iddia ərizəsində 154000 manatın Abşeron rayonu Masazır kəndi ünvanında 0.0150 ha yerləşən fərdi yaşayış evinin, ünvan 2a yerləşən qeyri-yaşayış binasının və Porsche Magnum markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin qardaşı oğlu İsa Mahamaxanovun adına alınması üçün göndərdiyi qeyd etsə də, təqdim etdiyi pul köçürmələri barədə 1 saylı Qoşamaya və digər sənədlərə əsasən köçürülən məbləğlərin çox hissəsinin əmlaklar alınandan sonra 2021-ci və 2022-ci illəri əhatə etdiyi müəyyən edilir (2018-2019-cu illərdə cəmi 12894.71 USD məbləğində pul başqa şəxslərin adına göndərilmişdir).Halbuki qeyd edilən əmlaklar xx.xx.2019-cu, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərdə Cavabdeh tərəfindən alınmış və adına rəsmləşdirilmişdir. Məhkəmə prosesində dindirlən şahidlər tərəfindən verilən ifadələrə əsasən məlum olur ki, şahidlərdən heç biri qeyd edilən əmlakların alınmasında iştirak etməmiş və iddaçının iştirakını görməmişlər. Bundan əlavə, onlar iddiaçı tərəfindən hər hansı məbləğin cavabdehə göndərilməsini görməmiş, yalnız iddiaçıdan eşitdikləri məlumatları məhkəmədə bildirmişlər. Şahidlərin verdikləri ifadələrdən sonra məlum olur ki, şahidlərin prosesdə birbaşa iştirakları olmamış, onlar yalnız kimlərdənsə eşitdikləri məlumatları məhkəmədə təkrar etmişlər.Qeyd olunan iddia formal və əsassız olması səbəbindən rədd edilməlidir. 2.Tərəflərin nümayəndələrinin-vəkillərinin izahatları və şahidlərin ifadələri: Bundan əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 Şəmsəddin oğlu iddianı müdafiə edib, onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının keçmiş arvadıdır, onlar Böyük Britaniya Krallığında yaşayan zaman 2013-cü ildə nikahları pozulsa da, sonradan faktiki ər-arvad münasibətlərində olub. Bu müddət ərzində iddiaçı çalışaraq müəyyən məbləğdə pul yığaraq Azərbaycan Respublikasında əmlak alınması üçün Cavabdeh və qohumlarının adına yollamış, lakin Cavabdeh ilə faktiki münasibətləri pozulandan sonra Leyla iddiaçını aldadaraq həmin əmlakları gizli şəkildə öz adına keçirmişdir. Həmin əmlaklar iddiaçının maddi vəsaiti hesabına alındığından, iddiaçı pulları Cavabdeh istəmiş, cavabdeh də pulları iddiaçıya verməkdən yayınmışdır. Cavabdeh öz adına Abşeron rayonu, Masazır kəndində 0.0150 ha yerləşən yaşayış evi, Balakən şəhəri, Z.Əliyeva küçəsi, 101 saylı ünvanda yerləşən qeyri-yaşayış binası, “Porsche Magnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə edilib. Göstərilən əmlakların alınmasında faktiki nikah dövründə əldə edilmiş, cəmi 154000 züy) əlli dörd min) manat pul iddiaçı tərəfindən ödənilmişdir. Bundan əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi- vəkili Nümayəndə2 iddianı qəbul etməyərək, izahatında iddia tələbinin heç bir əsaslı sübuta söykənmədiyini, işə əlavə edilmiş sənədlərdə iddia tələbini sübut edən heç bir mötəbər sübut olmadığını bildirmiş, eyni zamanda iddiaçının vəkili- etibarnamə üzrə nümayəndəsinin iddianın əsasının əsassız varlanmaya istinad etməsi, bu əsasla (əsassız varlanma) məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilən müddət də ötürüldüyü üçün iddiaçının əsaslandığı bu hüquqların qüvvədən düşdüyünü, qeyd edərək, bu səbəblərdən də iddia tələbi rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 Şəmsəddin oğlu və cavabdehin nümayəndəsi- vəkili Nümayəndə2 18 aprel 2023-cü il tarixə saat 17.00-a təyin olunmuş məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi-vəkili ərizə ilə məhkəməyə müraciət edərək, iddianı müdafiə etdiyini bildirib, işə onların iştirakı olmadan baxıb iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi-vəkili də ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxıb iddianın rədd olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1, 185.4 və 185.5-ci maddələrinə əsasən 18 aprel 2023-cü il tarixə saat 17.00-a təyin edilmiş məhkəmə iclasının iddiaçınını nümayəndəsivəkilinin və cavabdehin nümayəndəsi-vəkilinin iştirakı olmadan keçirilməsini və iş üzrə məhkəmə qətnaməsinin çıxarılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci madldəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 İsa oğlu ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdeh tanıyır və onların münasibətindən məlumatlıdır. İddiaçı (Magamakhanov Fangiz) onun qardaşıdır. 2002-ci ildən 2011-ci ilədək-9 il X8 şəhərində yaşamışdır. Bu müddətdə Leylanın işlədiyini görməmişdir. Həmişə qardaşı Fəngiz işləmiş və evə pulu qardaşı gətirmişdir. O, əvvəl dil bilmədiyi üçün qardaşı Fəngizin yanında, onun şirkətində işləmişdir. İngilis dilini öyrəndikdən sonra başqa yerə getmişdir. Qardaşı Fəngizlə 3 il bir yerdə işləmişlər. Sonradan eyni şəhərdə olmuşlar. Leyla həmin vaxt heç yerdə işləmirdi. X11 Leylaya işləmədiyi üçün hər ay 1000 funt sterlinq pul verirdi. 2019-cu ildə o, İsveçdə yaşamış və işləmişdir. Qardaşı Fəngiz ondan həmin vaxt 25000 ABŞ dolları borc pul götürmüş və sonradan geri qaytarmışdır. Leylanın başqa gəliri olmadığından Fəngiz ondan borc aldığı 25000 ABŞ dollarını evə xərcləmişdir. Bir müddət əvvəl qardaşı Fəngizdən eşitmişdir ki, Cavabdeh qardaşının göndərdiyi pullarla öz adına əmlaklar almış, qardaşı ilə münasibətləri pozulduqdan sonra həmin əmlakları qardaşına verməkdən yayınmışdır. 2019-2021-ci illərdə İsveçdə olmuşdur. Əmlakların alınması ilə bağlı əlaqə saxlayan zaman qardaşı Fəngiz ona bildirmişdir ki, öz adına əmlaklar almışdır. Həmin dövrdə qardaşı Fəngizlə arası yaxşı olmuşdur. 2018-2019-cu illərdə qardaşı Fəngiz atalarından polisə şikayət etmişdir. Həmin vaxt o, İsveçdə olmuşdur. X4rdaşına, xalasına, öz əmizadəsinə pul göndərdiyini eşitsə də, nə qədər pul göndərdiyini bilmir. 2011-ci ildən sonra Londonda olmamışdır. 2018-2020-ci illərdə pulların göndərilməsində iştirak etməmişdir. Sadəcə qardaşından pulların göndərilməsini eşitmiş və qardaşı Fəngiz ona Vatsappla pulların göndərilməsini göstərmişdir. Vatsapda 5-6 dəfə göstərib ki, 8 min, 5 min və 12 min ABŞ dolları pul göndərilib. Qardaşı həmin pulları mülkiyyət almaq məqsədilə göndərdiyini demişdir. Qardaşı Fəngizin dediyinə görə Fəngiz təxminən onlara 200-300 min manat pul göndərmişdir. Pulların göndərilməsi zamanı o, İsveçdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, "Loyal MMC" tikinti şirkətində iş icraçısı işləyir. İddiaçı (Magamakhanov Fangiz) Abşeron rayonu Masazır kəndində aldığı evdə təmir işlərinin görülməsini və ustaların gətirilməsini ona tapşırmışdır. Həmin əmlaklar Fəngizin pulu hesabına alınmışdır. Fəngiz ona pul göndərmiş, o da ustalar işlətmişdir. Leyla heç bir yerdə işləməmişdir. Leyla Fəngizlə onun arasını vurmuş, guya ona sataşmasını bildirmişdir. Fəngizlə ara-sıra görüntülü danışanda onun həmişə işləməsini görmüşdür. 2013-cü ildə Fəngizlə Leylanın nikahlarının pozulması barədə məlumatı olmuşdur. Onlar öz aralarında razılaşmışlar. Fəngiz mənzilin təmiri üçün pulları ona göndərmişdir. 2019-2020-ci illərdə Fəngiz dəfələrlə 5-6 min manat pulu təmir üçün ona göndərmişdir. Həmin ildə Fəngizlə Leylanın münasibətləri yaxşı olmuşdur. Həmin vaxt X12 bir yerdə yaşayırdılar. Leyla ona pul göndərməmişdir. Fəngiz pulu ona poçt vasitəsilə göndərmişdir. Təmirlə bağlı Leylanın qardaşı Əhməd də ona pul göndərmişdir. Həmzə də pul vermişdir. Onlarda olan pul Fəngizin pulu olmuşdur. X10 pul gəlmiş, Həmzəyə Fəngiz və Leyla pul göndərmişlər. Nə qədər və nə vaxt ona pul göndərilməsini dəqiq bilmir. Fəngiz ev və maşın alanda kimin adına aldığını bilməmişdir. Mənzil alması və yeri barədə Fəngiz ona əvvəlcədən demiş, lakin kimin adına alacağını bildirməmişdir. O, iştirak etdiyi müddətdə 6 min ABŞ dolları mətbəx mebelinə verilmiş, usta Muhumaya verilmişdir. Konkret evin təmirinə nə qədər pul xərclənməsini bilmir. Fəngizin Londonda tikinti firması var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, Fəngizlə Leylanın qızıdır. Onlarda atası Fəngiz işləmiş, anası isə işləməmişdir. Anası Leyla heç bir iş görüb pul qazanmamışdır. Atası hər gün səhər saat 6-dan axşam saat 9-a qədər işləmişdir. 2020-ci ildən Bakı şəhərində yaşayır. Ona qədər atası və anası ilə London şəhərində yaşamışdır. Anası Leyla uşaqlarına görə X3 pul alırdı. Buradakı maşın və ev atasının hesabına alınmışdır. Atası maşın üçün pul göndərəndə onun yanında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Fəngizin qonşusudur. Fəngizin ev və maşın üçün pul göndərdiyini eşitmişdir. O, İddiaçılə (Magamakhanov Fangizlə) görüntülü danışanda bunu Fəngiz özü demişdir. Fəngiz ona 5000 manat göndərib. 2000 manatı Balakəndəki evi təmir etdiyi üçün zəhmət haqqı verib. 3000 manatı isə Nəsrəddinə verməyi demişdi. O da həmin 3000 manatı Nəsrəddinə vermişdir. Əmlakların alınmasında iştirak etməmişdir. Balakəndəki evin tikinti materiallarının pulunu bəzən Leylanın qardaşı Əhməd də vermişdir. 3.Sübutların tədqiqi: İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Xəzər Rayon Polis İdarəsinin baş müstəntiq Elvin Cəfərovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması qərarından görünürü ki, iddiaçının nümayəndəsinin RPŞ-yə ünvanladığı şikayət ərizəsi araşdırılmış və müraciətdə göstərilən xüsusatların araşdırılması məhkəmənini səlahiyyətinə aid olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Balakən Rayon Polis Şöbəsi tərəfindən Universal vəkil bürosunun vəkili Nümayəndə2 ünvanlanmış 07 12 2022-ci il tarixli, 109-30128-1222 nömrəli məktubdan görünür ki, iddiaçı Fəngiz Maqamaxanovun qardaşı Şahid3, anası Padimat Mahamaxanova və atası İsa Mahamaxanova qarşı müraciət əsasında 2018-ci il tarixdə araşdırma aparılmış və materiallar 03 il saxlama müddəti bitdiyindən məhv edilmişdir. İş materiallarında olan 1 saylı qoşmadan görünür ki, iddiaçı 20-dən (iyirmi) çox müxtəlif şəxslərə pul göndərmişdir, həmin şəxslərin əksəriyyəti iddiaçının yaxın qohumlarıdır (məsələn Şahid4, İsa Mahamaxanov, Məhəmməd Magamaxanov, Bəsdi Mahamaxanova, X14 Mahamaxanov, Şövkət Mahamaxanova və s). İş materiallarında olan xx.xx.2019-cu tarixli çıxarışa əsasən müəyyən edilir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2020-ci tarixli çıxarışa əsasən müəyyən edilir ki, Balakən şəhəri, Z.Əliyeva küçəsi, 101 saylı ünvanda yerləşən qeyri-yaşayış binası Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2020-ci tarixli, ADN 890327 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən edilir ki, “X13” minik markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 444 manat dövlət rüsumu ödənilmişdir. 4.Hüquqi dəyərləndirmə: Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsi- vəkilinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra-xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 439.2-ci maddəsinə əsasən xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Azərbaycan Respublikası MPM-nin 440.2-ci maddəsinə əsasən məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: …443.0.3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda,… 443.0.8. iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəldikdə… Azərbaycan Respublikası MPM-nin 451-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəməsi tərəfindən səlahiyyət qaydalarına əməl edilməklə icraata qəbul edilmiş iş, sonradan tərəflərin vətəndaşlığının, yaşayış yerinin və ya adətən yerləşdiyi yerin dəyişməsi ilə əlaqədar və ya digər hallarda başqa dövlətin məhkəməsinə aid olsa da, mahiyyəti üzrə həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Qeyd edilməlidir ki, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddənin məzmunundan göründüyü kimi, əgər şəxs hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etdiyi halda əsassız varlanmış hesab olunur. Əsassız varlanma halı o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud olmur. İddiaçı tərəf iddia tələbini onunla əsaslandırır ki, iddiaçı ümumilikdə cavabdehə 154000 (bir yüz əlli dörd min) manat pul vəsaiti göndərmişdir, cavabdeh də həmin pulu iddiaçının istəyinə uyğun əmlaklar almalı, onun qeyd etdiyi şəxslərin adına rəsmiləşdirməli idi. Buna baxmayaraq, cavabdeh həmin əmlakları öz adına rəsmiləşdirmiş, iddiaçı qeyd olunan məbləğdə ziyana məruz qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı tələb etdiyi 154000 manat vəsaiti cavabdehə göndərdiyini iddia etsə də, bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0150 ha yaşayış evini, Balakən şəhəri, Z.Əliyeva küçəsi, 101 saylı ünvanda yerləşən qeyri-yaşayış binasını, “Porsche Magnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili onun verdiyi 154000 (yüz əlli dörd min) manat məbləğ hesabına əldə etməsini iddia etsə də, həmin halları- Cavabdeh həqiqətən də mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0150 ha yaşayış evini, Balakən şəhəri, Z.Əliyeva küçəsi, 101 saylı ünvanda yerləşən qeyri-yaşayış binasını və “Porsche Magnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili onun verdiyi 154000 (yüz əlli dörd min) manat məbləğ hesabına əldə etməsini sübut edə biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla da iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında tələb edilən zərərlə bağlı öhdəliyinin yaranması üçün zərərin vurulması, əsassız varlanma və ya müqavilə münasibətləri mövcud olmalıdır. İddiaçı tərəf bu kimi halların mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda, bunu edə bilməmişdir. Belə olan halda Cavabdeh İddiaçı (Magamakhanov Fangizin) hesabına əmlak əldə etməsi, tələb edilən 154000 manat məbləğində əsassız varlanması sübut olunmur və əsassızdır. İş üzrə dindirilən şahidlər də Cavabdeh adına olan əmlakları, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0150 ha yaşayış evini, Balakən şəhəri, Z.Əliyeva küçəsi, 101 saylı ünvanda yerləşən qeyri-yaşayış binasını və “Porsche Magnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya məxsus 154000 manat hesabına almasını təsdiq etməmişlər. İş üzrə şahid qismində dindirilmiş iddiaçı və cavabdehin qızı X2 iddiaçının cavabdehə nə qədər pul göndərməsini dəqiq bilmədiyini, amma atasının əmlak almaq üçün Azərbaycana pul göndərdiyini bildirmişdir ki, məhkəmə də digər şahid ifadələri ilə yanaşı onun ifadəsini də mötəbər sübut kimi kimi qəbul etmir. Belə ki, həmin şahid iddiaçının qeyd edilən 154000 manat məbləği cavabdehə verməsinin şahidi olmadığını bildirmişdir. Həmçinin şahidin öz ifadəsində bildirdikləri işin halları ilə eynilik təşkil etmir. Belə olan halda şahidin öz ifadəsində göstərdiyi məlumatların həqiqiliyi şübhə doğurur. İş üzrə digər şahidlər Şahid3 İsa oğlu, Şahid4 və Şahid1 da qeyd edilən əmlakların alınmasında iştirak etməmiş, iddaçının cavabdehə məhz 154000 manat pul göndərməsini və həmin pul hesabına Cavabdeh adına olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0150 ha yaşayış evini, Balakən şəhəri, Z.Əliyeva küçəsi, 101 saylı ünvanda yerləşən qeyri-yaşayış binasını və “Porsche Magnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili almasını qeyd etməmiş, bu halları təsdiq etməmiş, iddiaçının nə qədər pul göndərməsini belə bilmədiklərini bildirmişlər. Göründüyü kimi, göstərilən şahid ifadələri iddia tələbinin əsaslandırıldığı halları, iddaçının cavabdehə məhz 154000 manat pul göndərməsini və həmin pul hesabına Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0150 ha yaşayış evini, Balakən şəhəri, Z.Əliyeva küçəsi, 101 saylı ünvanda yerləşən qeyri-yaşayış binasını və “Porsche Magnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili almasını və cavabdehin iddiaçının hesabına 154000 manat məbləğində əsassız varlanmasını və cavabdehin iddiaçıya 154000 manat maddi ziyan vurmasını sübut etmir və ona görə də məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul olunmur. Həmçinin iş materiallarında olan 1 saylı Qoşmaya və digər sənədlərə əsasən köçürülən məbləğlərin çox hissəsinin əmlaklar alınandan sonra 2021-ci və 2022-ci illəri əhatə etdiyi müəyyən edilir. Halbuki qeyd edilən əmlaklar xx.xx.2019-cu, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərdə Cavabdeh tərəfindən alınmış və adına rəsmləşdirilmişdir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin baş müstəntiq Elvin Cəfərovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması qərarını da iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması qərar iddaçının cavabdehə məhz 154000 manat pul göndərməsini və həmin pul hesabına Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0150 ha yaşayış evini, Balakən şəhəri, Z.Əliyeva küçəsi, 101 saylı ünvanda yerləşən qeyri-yaşayış binasını və “Porsche Magnum” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili almasını və cavabdehin iddiaçının hesabına 154000 manat məbləğində əsassız varlanmasını və cavabdehin iddiaçıya 154000 manat maddi ziyan vurmasını müəyyən etmir və sübut etmir. Belə olan halda xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərar iddia tələbinin əsaslılığını sübut etmir və bu xüsusda mötəbər sübut kimi qəbul olunmur. Eyni zamanda məhkəmə araşdırması zamanı o da müəyyən olunur ki, iddiaçı həmin dövrdə cavabdehlə ailə münasibətlərinin olmasını iddia etsə də, həmin müddətdə tərəflər arasında bağlanmış nikah pozulmuş, sözügedən əmlaklar əldə edilən zaman tərəflər faktiki olaraq ayrı-ayrılıqda yaşamışlar. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında nikah 2013-cü ildə pozulmuş və onlar həmin vaxtdan ər-arvad münasibətlərində olmamış, ər-arvad kimi bir-biri qarşısında hər hansı öhdəliklər daşımamışlar. Ona görə də tərəflər arasında nikah münasibətləri 2013-cü ildə pozulduqdan sonra onların birgə əmlak rejimi halı mövcud olmamışdır. Qanunvericiliyin tələbinə əsasən də yalnız ər-arvadın birgə nikah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyəti sayılır və bu zaman qanunamüvafiq qaydada bölünə bilər. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ərarvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ər-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki halda iddiaçının iddia ərizəsində göstərdiyi tələbin hüquqi əsaslarından biri kimi iddianın predmetinin tərəflərin birgə nikah dövründə qazandıqları əmlak olması müəyyən edilmədiyindən hazırki mübahisənin həlli üçün Ailə Məcəlləsinin 32, 33, 36 və 37-ci maddələrinin və Mülki Məcəllənin 225-ci maddəsinin tələbləri tətbiq edilə bilməz. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir (MPM-nin 77.1-ci maddəsi). Qeyd edilən MPM-nin 77.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır;4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin tələbinə əsasən iddiaçı tərəf iddia tələbinin əsaslandırıldığı halları sübut etməli olduğu halda, bunu edə bilməmişdir. Bu da hazırki iddianın əsassız olmasını göstərir.
5. Nəticə: Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsi-vəkilinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehə qarşı 154000 (yüz əlli dörd min) manat pul tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin iddia təmin olunmadığı üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 444 manat dövlət rüsumu iddiaçı İddiaçı (Magamakhanov Fangizə) aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı (Magamakhanov Fangizin) Cavabdeh qarşı 154000 (yüz əlli dörd min) manat pul tələbinə dair iddiası təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 444 manat dövlət rüsumu iddiaçı İddiaçı (Magamakhanov Fangizə) aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Zamin Tahirov