Məhkəmə qərarları › İş №e-2(019)-94/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-94/2025

07.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-94/2025 07.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlaka dair kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müracəit edərək İddiaçı tərəfindən Cavabdeh 2000 (iki min) manat kompensasiya ödənilməklə paylı mülkiyyətdə olan 2011-ci il buraxılışı olan, “VAZ 21154 MİNİK” markalı 08BX435 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzərində 1/4 hissə payına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir . İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı X11 ilə xx.xx.1989-cu ildə rəsmi nikah bağlamaqla evlənmişlər. Onunla birgə nikahda olduqları müddətdə Şəki RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AC735164 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA211540C5083259, mühərrikin nömrəsi ******* və buraxılış ili 2011-ci il olan VAZ 21154 MİNİK markalı 08BX435 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi almışlar. X11 xx.xx.2023-cü ildə ölmüşdür. Onun ölümündən sonra Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmışdır. Vərəsəlik işi açılarkən məlum olmuşdur ki, X4 özünə məxsus olan əmlakını Cavabdeh vəsiyyət etmişdir. Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılarkən onunla birgə nikahda olduqları müddətdə aldıqları Şəki RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AC735164 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA211540C5083259, mühərrikin nömrəsi ******* və buraxılış ili 2011-ci il olan VAZ 21154 MİNİK markalı 08BX435 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinə xx.xx.2023-cü il tarixli 2V-1288 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, ölmüş ərin ümumi əmlakdan payı VAZ 21154 MİNİK markalı 08BX435 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin1/2 hissəsinə müəyyən edilmişdir. Eyni zamanda “VAZ 21154 MİNİK” markalı 08BX435 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/4 hissəsinə İddiaçı adına məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Beləliklə İddiaçı xx.xx.2016-cı il tarixli AC735164 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA211540C5083259, mühərrikin nömrəsi ******* və buraxılış ili 2011-ci il olan “VAZ 21154 MİNİK” markalı 08BX435 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 3/4 hissəsinə payı müəyyən edilmişdir. “VAZ 21154 MİNİK” markalı 08BX435 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi daşınar əşya olduğundan və naturada bölünməsi fiziki cəhətdən mümkün olmadığından ümumi əmlakın 1/4 hissəsinə kompensasiya verilməklə cavabdehin həmin hissə üzərində mülkiyyət hüququna xitam verilməsini istəyir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı onun qardaşı Nadir Dibirovun arvadıdır. Nadir Dibirov iddiaçı ilə birgə yaşadıqları müddətdə göstərilən “VAZ 21154 MİNİK” markalı 08BX435 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini almışdır. Qardaşı Nadir xx.xx.2023-cü ildə ölmüşdür. O, ölümündən əvvəl özünə məxsus olan əmlakını onun oğlu- iş üzrə Cavabdeh vəsiyyət etmişdir. Göstərilən avtomaşının dəyəri 10.000 manatdır. İddiaçının Cavabdeh qarşı 2000 manat kompensasiya ödənilməklə nəqliyyat vasitəsi üzərində ¼ hissə payına xitam verilməsi tələbi ilə razı deyildir. O, 6000 manatı iddiaçıya ödəməyə razıdır. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 30 sentyabr 1989-cu il tarixdə verilmiş İV-JQ seriyalı 491060 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X7 arasında 30 sentyabr 1989-cu ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Dibirova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 31 mart 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 308545 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş AS seriyalı 735164 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ban nömrəsi XTA211540C5083259, mühərrikin nömrəsi ******* və buraxılış ili 2011-ci il olan VAZ 21154 MİNİK markalı 08BX435 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X8 adınadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 28 oktyabr 2023-cü il tarixli məcburi paya vərəsəlik hüquq haqqında şəhadətnamədə göstərilir: Mən, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2023-ci il tarixdə vəfat etmiş.X8 vərəsəsi: BALAKƏN, GƏRƏKLİ KƏNDİ, ünvanında qeydiyyatda olan arvadı - İddiaçı QİZİDİR (AZE0*******, xx.xx.2010 - Balakən, FlN:xxxxxxx, d/t:14,03.1957) və o miras əmlakdan 1/4 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -Şəki RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AC735164 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA211540C5083259, mühərrikin nömrəsi ******* və buraxılış ili 2011 -ci il olan VAZ 21154 MİNİK markalı 08BX435 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsindən ibarətdir. Miras əmlakın 1/4 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanıldı. Əmlakın 1/2 hissəsinə Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən MÜLKİYYƏT HÜQUQU HAQQİNDA ŞƏHATƏTNAMƏ VERİLDİ. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 28 oktyabr 2023-cü il tarixli məcburi paya vərəsəlik hüquq haqqında şəhadətnamədə göstərilir: Mən, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xususi notariusu X3 təsdiq edirəm ki, Azərbaycan Respublikas, Ailə Məcəlləsinin 32-cı maddəsinə əsasən xx.xx.2023 -cı ildə vəfat etmiş X8 sağ qalmış arvadı BALAKƏN, GƏRƏKLİ KƏNDİ, qeydiyyatda olan İddiaçı QİZİNİN (AZE0*******, xx.xx.2010 - Balakən, FİN:xxxxxxx, d/t.xx.xx.1957) onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. DİBİROVA SAMAY OSMAN QİZİNİN mülkiyyət hüququ haqqında şəhadətnamə verilən umumı birgə əmlakı -Şəki RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AC735164 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA211540C5083259, mühərrikin nömrəsi ******* və buraxılış ılı 2011-cı ıl olan VAZ 21154 MİNİK markalı 08BX435 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. O cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı VAZ 21154 MİNİK markalı 08BX435 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsindən ibarətdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29 aprel 2025-ci il tarixli 9/10651 nömrəli ekspert rəyində göstərilir ki, 2011-ci il buraxılışlı “VAZ” minik markalı, “21154” model (08BX435 dövlət qeydiyyat nişanlı ) avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə hazırkı orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 7.300,00 (7200+7,400=14600:2) manat müəyyən olunur. Qeyd:avtobazalarda mövcud olan qiymətlərdən, həmçinin tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş bazar qiymətində dəyişiklik olması istisna edilmir. Məhkəmə, iddiaçının nümayəndəsi- vəkili və cavabdehin nümayəndəsini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh İddiaçı qaynı oğludur. İddiaçı cavabdehin əmisi X11 ilə xx.xx.1989-cu ildə rəsmi nikah bağlamaqla evlənmişlər. Onlar birgə nikah dövründə-2016-cı ildə Şəki RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AC735164 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTA211540C5083259, mühərrikin nömrəsi ******* və buraxılış ili 2011-ci il olan VAZ 21154 MİNİK markalı 08BX435 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi almışlar. X11 xx.xx.2023-cü ildə ölmüşdür. Onun ölümündən sonra Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmışdır. X4 özünə məxsus olan əmlakını qardaşı oğlu Cavabdeh vəsiyyət etdiyindən İddiaçı adına sözügedən nəqliyyat vasitəsinin 1/2 hissəsinə xx.xx.2023-cü il tarixli 2V-1288 reyestr nömrəli ərarvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, X4na aid ½ hissəyə vərəsələr arasında bölünmüş, məcburi paya görə İddiaçı ½ hissə verilmiş, vəsiyyət üzrə Cavabdeh aid ½ hissə açıq saxlanmışdır. Beləliklə öz payı da daxil olmaqla VAZ 21154 MİNİK markalı 08BX435 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 3/4 hissəsinə İddiaçı payı müəyyən edilmişdir. “VAZ 21154 MİNİK” markalı 08BX435 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi hazırda da İddiaçı sahibliyində və istifadəsindədir. O, hazırkı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 2000 (iki min) manat kompensasiya ödənilməklə paylı mülkiyyətdə olan 2011-ci il buraxılışı olan, “VAZ 21154 MİNİK” markalı 08BX435 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzərində 1/4 hissə payına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir . Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləriarasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-ci maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığıandan ümumiəmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cımaddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləriarasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək qeyd edir ki, hazırkı işin materiallarından göründüyü kimi mübahisə predmeti olan“VAZ 21154 MİNİK” markalı 08BX435 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ¾ hissə İddiaçı, 1/4 hissə isə Cavabdeh mülkiyyətində olmaqla tərəflərin ümumi paylı mülkiyyətindədir. İddiaçı Cavabdeh 2000 (iki min) manat kompensasiya ödəməklə, onun paylı mülkiyyətdə olan nəqliyyat vasitəsi üzərindəki 1/4 hissə payına xitam verilməsi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, hər bir mülkiyyətçi yalnız özünə məxsus payın ayrılmasını tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin payının naturada ayrılması və ya kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payına xitam verilməsi barədə iddia qaldırıla bilməz. Bu qaydanın yeganə istisnası Mülki Məcəllənin 220.4-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarında qeyd edilən maddənin tətbiqi ilə bağlı vurğulamışdır ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllə, 220.4-cü maddə). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı Hazırkı işin materiallarından göründüyü kimi mübahisə predmeti olan“VAZ 21154 MİNİK” markalı 08BX435 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində Cavabdeh ¼ hissə payı vardır, bu pay isə cüzi hesab oluna bilməz. Odur ki, İddiaçı hazırkı tələbi, yəni Cavabdeh 2000 (iki min) manat kompensasiya ödənilməklə, onun paylı mülkiyyətdə olan nəqliyyat vasitəsi üzərindəki 1/4 hissə payına xitam verilməsi barədə tələbi əsaslı hesab oluna bilməz və təmin olunmamalıdır. Eyni zamanda İddiaçı kompensasiya ödəməklə paya xitam verilməsini tələb etdiyindən, onun hazırkı tələbi ümumi paylı mülkiyyətdən payın ayrılmasına aid tələb hesab olunur. . Bu tələb isə Mülki Məcəllənin 220-ci maddəsi ilə tənzimlənir. Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarındakı izahlardan müəyyən olunur ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Mülki Məcəllənin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli 6 dekabr 2024-cü il tarixli qərardadının 30-cu bəndində göstərilmişdir ki, Bu iddialara baxılması zamanı mərhələli həll qaydasının müəyyən edilməsində məqsəd mülkiyyətçilərdən birinin (və ya bir neçəsinin) digər paylı mülkiyyətçiləri öz mülkiyyət hüquqlarından iradələrinə zidd şəkildə istədikləri vaxt istədikləri formada məhrum etmələrinə müəyyən məhdudiyyətlər qoymaqla, mülkiyyət hüququnun toxunulmazlığını qorumaqdan, həmçinin bütün mülkiyyətçilərin hüquqi mənafelərinin balanslı müdafiəsinə nail olmaqdan ibarətdir. Məhz bu məqsədlə qanunverici bu kateqoriyadan olan mübahisələrin həlli zamanı qanunla müəyyən edilmiş mərhələlərdən birini və ya bir neçəsini istisna etməklə, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqinin tələb edilməsini qadağan etmişdir. Bu baxımdan iddiaçının dispozitivlik prinsipindən çıxış edərək, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqini tələb etməsi iddianın rədd olunması üçün əsasdır. Hazırkı işdə İddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ona ödənilməsini tələb etmədən nümayəndəsi əmlakın açıq hərracdan satılmasını tələb etdiyindən, qanunvericiliyin tələbinə əsasən bu onun iddiasının rədd edilməsi üçün əsas olmuşdur. Eyni zamanda cavabdehin nümayəndəsi iddiaçıya ona düşən ¾ hissənin dəyərini -6000 manatı ona ödəməyə razı olduğunu bildirmiş, iddiaçı isə bundan imtina etmişdir. İşin bu halı da iddianın rədd edilməsi üçün əsas olmuşdur. Məhkəmə onu da diqqətə çatdırır ki, mübahisə predmeti olan “VAZ 21154 MİNİK” markalı 08BX435 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yalnız iki mülkiyyətçisi olduğundan İddiaçı paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi qaydası isə Mülki Məcəllənin 221-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli 6 dekabr 2024-cü il tarixli qərardadının 17-20-ci bəndlərində göstərilmişdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. Məhkəmə iddia tələbi üzrə yekun olaraq bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlaka kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənmiş 40.60 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci İddiaçı tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlaka kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. 40.60 manat ödənilmiş dövlət rüsumu xərci iddiaçının özünə aid edilsin. 50 (əlli) manat ekspertiza xərci İddiaçı tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar