Məhkəmə qərarları › İş №e-2(019)-966/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-966/2023

20.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-966/2023 20.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdeh X6 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh X8 qarşı birgə mülkiyyətdə olan 0.07 ha həyətyanı və 0.0815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh X8 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ünvan 5ində yerləşən JN-150F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0.07 ha həyətyanı və JN-0089 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan 0.0815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¾ hissəsinə iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 paylarının müəyyən edilməsi, iddianın irəli sürülməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı2,İddiaçı1 və İddiaçı3 iddia ərizələrini onunla əsaslandırmışlar ki, iddiaçılardan İddiaçı2 cavabdehin keçmiş həyat yoldaşı, digər iddiaçılar isə onun uşaqlarıdır. 2012-ci il tarixdən İddiaçı2 ilə cavabdeh arasında bağlanmş nikah pozulmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 150 F nömrəli şəhadətnaməyə əsasən, 0.07 ha həyətyanı, torpağa mülkiyyət hüququna dair JN seriyalı 0089 nömrəli dövlət aktına əsasən 0.0815 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələri iddiaçılar və cavabdehin ümumi birgə mülkiyyətindədir. Hər iki torpaq sahəsi eyni ərazidə yerləşməklə bir-birilərinə bitişikdir. Həmin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2008-ci il tarixdə tam mülkiyyət hüququ əsasında cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. İddiaçılar cavabdehlə bir yerdə yaşamağın mümkün olmaması səbəbindən paylarının naturada müəyyən edilməsi və bölünməsi üçün cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etmiş, evin və torpaq sahəsinin yalnız özünə məxsus olmasını iddia etmişdir.Bundan sonra cavabdeh Şəki İnzibati Məhkəməsində iddia qaldıraraq həmin ünvandan İddiaçı2 qeydiyyatdan çıxarılması vəzifəsinin Balakən RPŞ-nin üzərinə qoyulmasını xahiş etmiş, iddia mümkün sayılmamışdır.Tərəflər payın bərabər bölünməsində razılıq əldə edə bilmədiyindən, onlar arasında yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsi mümkün olmadığından iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X6 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi olduğu X8 qarşı iddia ilə məhkəməyə müraciət edərək, Balakən rayon Qullar kəndində yerləşən JN-150F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0.07 ha həyətyanı və JN-0089 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan 0.0815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¾ hissəsinə iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 paylarının müəyyən edilməsi, iddianın irəli sürüməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.İddiaçılar iddialarını əsaslandırmamış və tamamilə əsassız tələblər irəli sürmüşlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X8 qarşı payın müəyyən olunması tələbinə dair iddiaları tamamilə əsassız olduğundan rədd edilməlidir. Belə ki,iddiaçılar qeyd olunan torpaq sahələrinin iddiaçıların və cavabdehin ümumi birgə mülkiyyətində olduğunu qeyd etsələr də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər.İddiaçıların özlərinin məhkəməyə təqdim etdikləri Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışdan da göründüyü kimi ünvan 5indəki 0,07 ha torpaq sahəsi, eləcə də həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 112,3 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi cavabdeh X6 mülkiyyətindədir. Bundan başqa qeyd etmək istəyir ki, V. Bəhrəmov həmin torpaq sahəsini nikaha girməzdən əvvəl əldə etdiyini bildirir.Həmçinin qeyd etdiyi kimi 0.0815 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin iddiaçıların və cavabdehin ümumi birgə mülkiyyətində olmasına dair iddiaçılar tərəfindən hər hansı bir sübut (mülkiyyət hüququnu təsdiq edən sənəd) məhkəməyə təqdim edilməmişdir.Hesab edir ki, iddia tələbi əsassız olmaqla yanaşı, həm də iddiaçılar tərəfindən irəli sürdükləri tələblər üzrə qanunda nəzərdə tutulmuş iddia müddəti də buraxılmışdır.Belə ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ərarvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.Lakin qeyd etdiyi kimi iddiaçılar iddialarının əsaslı olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, iddialarını əsaslandırmamışlar.İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X8 qarşı payın müəyyən olunması tələbinə dair iddialarının təmamilə əsassız olması səbəbindən, eləcə də iddia müddətinin keçməsi əsası ilə bütünlüklə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən Balakən rayon vəkil bürosuna ünvanlanmış 28 avqust 2023-cü il tarixli 3-21-3-47/2-3069/2023 nömrəli məktubda göstərilmişdir ki, “sorğunuzun icrası olaraq məlumat veririk ki, ləğv edilmiş DTXK-nın Balakən rayon şöbəsi tərəfindən idarəmizə təhvil verilmiş arxiv fondundan miqrasiya edilmiş məlumatlarında X6, İddiaçı2, İddiaçı3 və İddiaçı1 adlarına ünvan 4i ərazisində yerləşən JN-0089 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı sənədində qeyd olunan 0.58 ha (0,5014 ha+0.0815 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. Sözügedən torpaq sahəsininin 0,5014 ha hissəsi Balakən regional “ASAN xidmət” mərkəzinin Notariat ofisinin xx.xx.2022-ci il tarixli ,4Ə-431 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 adına özgəninkiləşdirilmiş və sonuncunun mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Qeyd olunan 0,58 ha torpaq sahəsininin 0,0815 ha hissəsi X6 və ailə üzvlərinin mülkiyyətindədir. X6, İddiaçı2, İddiaçı3 və İddiaçı1 adlarına tərtib olunmuş 0,07 ha yaşayış məntiəqəsinin torpaqları kateqoriyalı torpaq sahəsinə dair JN-150F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinə əsasən həmin torpaq sahəsi üzərində inşa olunan ünvan 4i ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2008-ci il tarixində ********* qeydiyyat nömrəsi ilə X6 adına tam mülkiyyət üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 5ində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli,5 otaqlı,112,3 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrindən 2 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən regional “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 30 aprel 2022-ci il tarixdə verilmiş 05/Q-59/69 nömrəli arayışdan görünür ki, X10 ilə X4 nikahı haqqında 21 yanvar 1993-cü il tarixdə 09 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlanandan sonra arvada Bəhrəmova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 14 avqust 2012-ci il tarixli 2(019)-271/2012 nömrəli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, İddiaçı2 ilə X10 arasında Balakən rayonunun Qeydiyyat Şöbəsində bağlanmış 21 yanvar 1993-cu il tarixli nikah qeydinin pozulması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-150FA KOD 40107018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə ünvan 5i ərazisindən X6, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyətinə 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-0089 KOD 40107018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə ünvan 5i ərazisindən X6, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyətinə 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən regional “ASAN xidmət” mərkəzinin Notariat ofisinin xx.xx.2022-ci il tarixli ,4Ə-431 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X10 , İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyətlərində olan 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin 0,5014 ha hissəsini X2. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki,ünvan 5ində mülkiyyətində olan 0.4702 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə X7 adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. Məhkəmə iddiaçıların nümayəndəsinin və vəkilinin, cavabdehin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə cavabdeh X6 və iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyətinə ünvan 5i ərazisindən 0.07 ha həyətyanı və 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahələri verilmişdir. Birgə mülkiyyətçilər 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin 0,5014 ha hissəsini Balakən regional “ASAN xidmət” mərkəzinin Notariat ofisinin xx.xx.2022-ci il tarixli ,4Ə-431 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 və sonuncunun mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Qeyd olunan 0,58 ha torpaq sahəsinin 0,0815 ha hissəsi X6 və ailə üzvlərinin mülkiyyətində qalmışdır. İddiaçılar öz paylarının müəyyən edilməsini istəyirlər, cavabdeh isə torpaq sahələrindən iddiaçıların paylarının müəyyən edilməsinə etiraz edir. Ona görə də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Mülki Məcəllənin 213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə mübahisəli 0,07 ha həyətyanı və 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahələrinin Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə X6, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyətlərinə verilməsini, birgə mülkiyyətçilərin mülkiyyətlərində olan 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin 0,5014 ha hissəsini xx.xx.2022-ci il tarixli, 4Ə-431 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1, qalan 0.0815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onların ümumi birgə mülkiyyətlərində qalmasını, iddiaçıların torpaq sahələrindən öz paylarının müəyyən edilməsini istəmələrini, bununla bağlı onlarla cavabdeh arasında mübahisə olmasını, mülki qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı2 , İddiaçı3 və İddiaçı1 və cavabdeh X6 ümumi birgə mülkiyyətində olan, ünvan 5i ünvanında yerləşən 0.07 ha həyətyanı və 0.0815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçıların payları müəyyən edilməlidir. Mübahisəli 0.07 ha həyətyanı torpaq sahəsinin cavabdeh X6 mülkiyyətində olması, iddiaçıların bu torpaq sahəsinin onların ümumi birgə mülkiyyətlərində olmasına dair sübut təqdim etməmələri, iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfin etirazları ilə bağlı məhkəmə qeyd edir ki, işdə olan JN-150FA KOD 40107018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, mübahisəli 0,07 ha həyətyanı torpaq sahəsi Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə X6, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Cavabdeh tərəf iddiaçıların sözügedən torpaq sahəsindəki paylarını cavabdehin mülkiyyətinə vermələrinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. İddia müddətini tətbiq ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh tərəf etirazında iddia müddətinin tətbiq edilməsini qeyd etsə də iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdeh tərəfin etirazını əsassız hesab edərək qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarını müvafiq qiymətləndirməklə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı2 , İddiaçı3 və İddiaçı1 və cavabdeh X6 ümumi birgə mülkiyyətində olan, ünvan 5i ünvanında yerləşən 0.07 ha həyətyanı və 0.0815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən İddiaçı21/4 hissə, İddiaçı3 1/4 hissə və İddiaçı1 1/4 hissə olmaqla, ümumilikdə ¾ hissə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənmiş 100 manat dövlət rusumu xərci cavabdeh X5 alınıb İddiaçı2 verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı2 , İddiaçı3 və İddiaçı1 və cavabdeh X6 ümumi birgə mülkiyyətində olan, ünvan 5i ünvanında yerləşən 0.07 ha həyətyanı və 0.0815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən İddiaçı2 1/4 hissə, İddiaçı3 1/4 hissə və İddiaçı1 1/4 hissə olmaqla, ümumilikdə ¾ hissə payları müəyyən edilsin. 100 manat dövlət rusumu xərci cavabdeh X5 alınıb İddiaçı2 verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar