Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № e-2(020)-1321/2025 08.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dövlət aktlarına əsasən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən və həyatyanı torpaq sahəsi və üzərində inşa edilmiş evdən paya düşən hissənin münasib şəkildə ayrılıb onlara verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyənetdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dövlət aktlarına əsasən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən və həyatyanı torpaq sahəsi və üzərində inşa edilmiş evdən paya düşən hissənin münasib şəkildə ayrılıb onlara verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyət verilməsinə dair JN seriyalı 232 saylı 60700068 kod nömrəli dövlət aktına əsasən 0.14 hektar torpaq sahəsinin və onun üzərində tikilmiş evdən hər birinə 1/5 hissəsi olmaqla, cəmi 2/5 hissəsinin, torpağın mülkiyyət verilməsinə dair JN seriyalı 1687 saylı 60700068 kod nömrəli dövlət aktına əsasən 3.82 hektar torpaq sahəsinin hər birinə 1/5 hissəsi olmaqla, cəmi 2/5 hissəsinin naturada ayrılaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, əmlakdan payın ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə biləcəyi halda, iddiaçı iddia tələbində qanunvericiliyin həmin tələbinə riayət etməmiş, iddia tələbini düzgün və dəqiq ifadə etməyərək əmlakdan ümumi birgə mülkiyyətdə payları müəyyən edilmədən, birbaşa naturada ayrılması ilə eyni vaxtda məhkəməyə müraciət etmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən pay qabaqcadan müəyyən edildikdən sonra, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Eyni zamanda iddiaçılar torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin də naturada ayrılmasını tələb edirlər ki, yuxarıda qeyd edilənlər həmin tələbə də aiddir ki, fərdi yaşayış evin üzərində iddiaçıların payları müəyyən edilmədən, naturada ayrılması mümkün deyildir. Prosessual qanunvericiliyin tələbindən isə göründüyü kimi, tələblər konkret və aydın olmalıdır. Başqa sözlə, prosessual qanunvericiliyin cavabdehə qarşı yönəlmiş tələbin iddia ərizəsində dəqiq və aydın göstərilməli olması onu nəzərdə tutur ki, cavabdeh ona qarşı yönəlmiş tələbin konkret nədən ibarət olduğunu müəyyən etməlidir. Həmçinin, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir (MPM maddə 154.1). Bu isə o halda mümkün ola bilər ki, iddiaçı cavabdehə qarşı öz tələbini konkret şəkildə iddia ərizəsində göstərsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçılara göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dövlət aktlarına əsasən ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən və həyatyanı torpaq sahəsi və üzərində inşa edilmiş evdən paya düşən hissənin münasib şəkildə ayrılıb onlara verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilir ki, onlar, iddia tələbini dəqiqləşdirməklə yenidən məhkəməyə müraciət edə bilərlər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №e-2(020)-1321/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №e-2(020)-1321/2025
08.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver