Məhkəmə qərarları › İş №e-2(020)-1467/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №e-2(020)-1467/2025

30.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № e-2(020)-1467/2025 30.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlu, İddiaçı MMC-nin cavabdeh Maraqlı şəxs qarşı “Barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə vermiş olduğu iddia ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC cavabdeh Maraqlı şəxs qarşı “Barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Mediasiya Şurasının 11 saylı mediasiya təşkilatında ərizəçi İddiaçı MMC ilə Maraqlı şəxs arasında əmək münasibətləri üzrə mübahisə ilə bağlı mediasiya barışıq sazişi bağlanmışdır. Sazişə əsasən maraqlı şəxs ərizəçiyə 2329 manat maddi ziyan dəyməsini etiraf etmiş və bu məbləğin əmək haqqından hər ay 130 manat tutulması ilə ödənilməsinə razılıq verilmişdir. Lakin maraqlı şəxs tərəfindən bu saziş yerinə yetirilməmiş və nəticədə onun könüllü icradan imtina etdiyi qənaətinə gələrək, 21 dekabr 2024-cü il tarixli, № MSB/11/2024- 01267 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Ərizədən görünür ki, İddiaçı MMC-nin hüquqi ünvanı ünvan 1can Respublikası Mülki Prosessual Məcəlləsinin: 108.1.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. 150.1 və 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməli olduğu halda İddiaçı MMC tərəfindən nə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, nə də onun qanunvericiliyə uyğun olaraq dövlət rüsumunu ödəməkdən azad edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, hal-hazırki mübahisəyə baxmağa səlahiyyətli olan məhkəmə ərizəçi İddiaçı MMC-nin hüquqi ünvanının ünvan 2, Nizami Rayon Məhkəməsi olduğuna görə həmin məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı MMC-nin cavabdeh Maraqlı şəxs qarşı “Barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, hazırki iddia tələbi ilə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar