Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1785/2025 30.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* Çıxarışla rəsmiləşdirilmiş ümumi birgə mülkiyyətlərində olan 0,9692 kv.m (0,9692 ha) torpaq sahəsindən mülkiyyətçi olan hər bir subyektin - X7, X10, İddiaçı, X8, X11 və Cavabdeh hər birinin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Beyləqan rayonu, İ Şahsevən kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 59 saylı qərarı ilə ailə üzvlərinə qaynanası X15 ilə birlikdə Beyləqan rayonu İ Şahsevən kəndi ərazisində kənd təsərrüfatı təyinatlı əkinə yararlı 9700,00 kv.m (0,97 ha) torpaq sahəsi xüsusi mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi KOD: ********* J№ 326 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə rəsmiləşdirilmişdir. X1 rəhmətə getmiş, onun payı vərəsələr arasında bölünmüş, torpağın ümümi paylı mülkiyyətdə olmasına dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* Çıxarış verilmişdir. Həmin Çıxarışa əsasən X7, X10, İddiaçı, X8, X11 və Cavabdeh ümumi birgə mülkiyyətinə 0,9692 kv.m (0,9692 ha) verilmişdir. Ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş torpaq sahəsi bütünlüklə hal-hazırda başqa şəxslər tərəfindən istifadə edilir. Ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq X9 icarəyə verilmişdir. X2 isə həmin torpaq sahəsini qanunsuz istifadə edir. Dəfələrlə tələb etsə də, Namik Şükürov sözügedən torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Ailə üzvlərinin paylı mülkiyyətində olan torpaq sahəsini qanunsuz istifadədən çıxarmaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin paylı mülkiyyətdə olan paylarının həcmi məlum olmadığından paylı mülkiyyətdə olan hər bir subyektə düşən payın həcmi müəyyənləşməlidir. Ona görə də Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* Çıxarışla rəsmiləşdirilmiş onun və digər ailə üzvlərinin birgə mülkiyyətində olan 0,9692 kv.m (0,9692 ha) torpaq sahəsindən mülkiyyətçi olan hər bir subyektin - X3, X5, İddiaçı, X4, X6, Cavabdeh hər birinin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən və işə onun iştirakı olmadan baxılmasını və ya başqa vaxta təxirə salınmasını xahiş etmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Həmçinin İddiaçı vəkalətli nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsasa görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********13, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi- xx.xx.2015-ci il tarixli Seriya RX ******* saylı çıxarışdan görünür ki, Cavabdeh və iddiaçının ailə üzvləri ilə birlikdə Beyləqan rayonu, İ Şahsevən kəndində 0,9692 ha torpaq sahəsi verilmişdir. Daşımaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası MM-nin 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə görə Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüquqisubyektin ona mənsub əmlaka (əşiyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinin tələbinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********13, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi- xx.xx.2015-ci il tarixli Seriya RX ******* saylı çıxarışla Cavabdeh və ailə üzvlərinin adına Beyləqan rayonunun İ Şahsevən kəndində 0,9692 ha torpaq sahəsi verilmişdir. Daşımaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mübahisəli torpaq sahəsi Cavabdeh tərəfindən X9 icarəyə verilmişdir. İddiaçı ailə üzvlərinin paylı mülkiyyətində olan torpaq sahəsini qanunsuz istifadədən çıxarmaq üçün məhkəməyə müraciət etmək istəsə də, paylı mülkiyyətdə olan paylarının həcmi məlum olmadığından məhkəməyə müraciət edə bilməmişdir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədər sübuta yetirə bilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Beyləqan rayonu İ Şahsevən kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* Çıxarışla Cavabdeh adına olan 0.9692 torpaq sahəsinin paylı mülkiyyətçiləri X3, X5, İddiaçı, X4, X6, Cavabdeh hər birinin payı 0,161533333 ha olmaqla müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ İddia təmin edilsin. Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* Çıxarışla Cavabdeh adına olan 0.9692 torpaq sahəsinin paylı mülkiyyətçiləri X3, X5, İddiaçı, X4, X6 və Cavabdeh hər birinin payı 0,161533333 ha olmaqla müəyyən edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-1785/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1785/2025
30.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver