Məhkəmə qərarları › İş №e-2(020)-1839/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №e-2(020)-1839/2025

04.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № e-2(020)-1839/2025 04.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı nümayəndəsi Vəkil tərəfindən elektron qaydada göndərilmiş ərizədən görünür ki, o, iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 06 oktyabr 2025-ci il tarixli, etibarnamədən görünür ki, Vəkil İddiaçı adından bütün prosessual hərəkətləri etmək hüququ vardır. Cavabdeh iddia tələbi üzrə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1. və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalı, habelə iddiaçı tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına 06 oktyabr 2025-ci il tarixdə AZ22CTRE******************** hesabına ödənilmiş 131.10 (yüz otuz bir manat, 10 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı «digər»tələbinə dair mülki iş baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına 06 oktyabr 2025-ci il tarixdə AZ22CTRE******************** hesabına ödənilmiş 131.10 (yüz otuz bir manat, 10 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar