Məhkəmə qərarları › İş №e-2(020)-1940/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №e-2(020)-1940/2025

27.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № e-2(020)-1940/2025 27.02.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Səfərov Səbuhi Əlifağa oğlunun sədrliyi, Bərşadlı Məmmədşah Elburus oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracət etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında barışıq əldə olunaraq, saziş tərtib edilərək imzalandığından, barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh barışıq sazişi tərtib edilərək imzalandığından, barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iş üzrə barışıq sazişi təsdiq edilərək icrata xitam verilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri 27 fevral 2026-cı il tarixli barışıq sazişinə əsasən iddia tələbi ilə bağlı mübahisəni tərəflər qarşılıqlı razılaşma yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında mübahisə mövcud deyildir. Bu səbəbdən iddiaya məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barış sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də mübahisə doğurmayan iddiaya mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 52, 191 və 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə və cavabdeh “Cavabdeh arasında 27 fevral 2026-cı il tarixdə bağlanmış aşağıdakı məzmunlu Barışıq sazişi təsdiq edilsin: 2.1. Tərəflər razılaşırlar ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan “TOYOTA HİLUX” markalı pikap tipli, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilə vurmuş olduğu 9055 (doqquz min əlli beş) manat pulun 50 faizini yəni 4527,50 (dörd min beş yüz iyirmi yeddi, 50 qəpik) manatı iddiaçı cavabdehə güzəşt edir. 2.2. Sazişin 2.1-ci maddəsinə qeyd olunan, məbləğin yəni 4527,50 (dörd min beş yüz iyirmi yeddi, 50 qəpik) manat pulu Cavabdehhər ay 377,50 (üç yüz yetmiş yeddi, 50 qəpik) manat olmaqla 12 ay müddətinə ödəməyi öhdəsinə götürür. 2.3. Bu sazişin 2.2-ci maddəsində göstərilmiş cavabdeh tərəfinədən ödənilməli olan 377,50 (üç yüz yetmiş yeddi, 50 qəpik) manat pul vəsaitini 01 mart 2026-cı il tarixdən başlayaraqsonuncu ödəniş 01 mart 2027-ci il tarixi olmaqla 4527,50 (dörd min beş yüz iyirmi yeddi, 50 qəpik) manat pulu tam ödəməyi öz öhdəsinə götürür. 2.4. Bu sazişlə müəyyən olunmuş4527,50 (dörd min beş yüz iyirmi yeddi, 50 qəpik) manat pul Cavabdeh tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tam ödənildikdən sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan “TOYOTA HİLUX” markalı pikap tipli, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobilə vurmuşziyana dair ona qarşı heç bir iddia qaldırmamağı iddiaçı öz üzərinə öhdəlik götürür. 2.5. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünəaid edilir 3.1 Bu bаrışıq sаzişi imzаlаndığı аndаn qüvvəyə minir və tərəflərin sаziş üzrə öhdəliklərini tаm və lаyiqinсə yerinə yetirdikləri аnа qədər qüvvədədir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbuhi Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar