Məhkəmə qərarları › İş №e-2(020)-65/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-65/2024

12.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-65/2024 12.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsinin Nümayəndə Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəmiyə müraciət edərək Cavabdeh 2000 (iki min) manat borcun və 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsinin Nümayəndə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Cavabdeh Oqtay oğlu 2020-ci ilin noyabr ayından İddiaçı evində kirayədə qalmış, ödəmədiyi kommunal borclar üçün iddiaçıya 2000 (iki min) manat pul verməli olsa da, onu aldadaraq bu günə kimi borcu ödəməkdən yayınmışdır və hər dəfə müxalif bəhanələr gətirərək borcu qaytarmışdır. xx.xx.2021-ci il tarixdə cavabdeh ona yazlı qəbz təqdim edərək borcu təsdiq etməklə yanaşı qısa zamanda qaytarcağına vəd versə də yenə də onu aldatmışdır. Belə olan halda iddiaçı borcun məcburi qaydada alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh 2000 (iki min) manat borcun və 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İşdə olan Beyləqan rayon İHB-nın 1-ci Şahevən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 12 yanvar 2024-cü il tarixli 19 nömrəli arayışından görünür ki, Quliyev X1 rayonun, 1-ci Şahsevən kəndində daimi pasport qeydiyyatında olmasına baxmayaraq, onlara məlum olmanay ünvanda yaşayır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Ona görə də, məhkəmə hazırkı vəziyyətdə işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 2020-ci ilin noyabr ayından İddiaçı evində kirayədə qalmış, ödəmədiyi kommunal borclar üçün iddiaçıya 2000 (iki min) manat borc pul yaranmış və borcun gələn həftə ödəyəciyini öhdəsinə götürmüş və qəbzi imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1941-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1969cu ildə anadan olmuş, Beyləqan rayon, 1-ci Şahsevən kəndində qeydiyyatdadır. İşin məhkəmə iclasında araşdırılmış materialları ilə müəyyən edilmişdir ki, cavabdeh 2020-ci ilin noyabr ayından İddiaçı evində kirayədə qalmış, ödəmədiyi kommunal borclar üçün iddiaçıya 2000 (iki min) manat borc pul yaranmışdır. İşin faktiki hallarından görünür ki, cavabdeh borculu olması barədə xx.xx.2021-ci il tarixdə iddiaçıya imzası ilə təsdiq etdirdiyi borc sənədi vermişdir. Ona görə də məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2000 (iki min) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə məhkəmədə müəyyən edildi ki, Cavabdeh iddiaçıya məxsus evdə kirayədə qalmış, bununla bağlı iddiaçıya 2000 manat borcu qalmışdır. Cavabdeh borca dair iddiaçıya yazılı qəbz vermiş, lakin sonradan borcu ödəmimşdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyəmüraciət emişdir. Azərbaycan Respublikası MM-nin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Hazırda borc sənədinin iddiaçıda olması da cavabdeh tərəfindən borcun qaytarlmaması nəticəsinə gəlməyə əsas verir. Həmçinin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, borcun ödənilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi sübuta yetdiyindən Cavabdeh borca görə 2000 (iki min) manat və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 2000 (iki min) manat və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən tərəflərə onun surətini rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar