Məhkəmə qərarları › İş №e-2(020)-84/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-84/2025

07.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-84/2025 07.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək funksiyalarının icrası zamanı iddiaçıya dəymiş 1416,41 manat məbləğində maddi zərərin və ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh “MKT-Beyləqan” filialında traktorçu vəzifəsində əmək funksiyalarını həyata keçirmişdir. Eyni zamanda tərəflər arasında mövcud olmuş tam maddi-məsuliyyət haqqında müqaviləyə əsasən, cavabdeh tutduğu vəzifəyə uyğun olaraq əmək münasibətləri prosesində ona iddiaçı tərəfindən etibar edilmiş daşınar və daşınmaz əşyaların, həmçinin digər sərvətlərin saxlanılması, satışı, daşınması, istifadəsi, idarə edilməsi və başqa əməliyyatların aparılması zamanı onların bütövlüyünə, qorununub saxlanılmasına və mühafizəsinə görə tam həcmdə maddi- məsuliyyət daşımasını öhdəsinə götürmüşdür. Cavabdehin əmək funksiyasının icrası zamanı iddiaçı tərəfindən ona təhkim edilmiş traktora cəmi 102197,74 litr miqdarında dizel yanacağı ayrılmışdır. Cavabdeh mülkiyyətçilərin sahələrində işləməklə və s. daşıma işləri icra etməklə aktlar əsasında ümumi yanacaq miqdarından 100427,23 litr yanacağı məxaric etmişdir. Nəticədə cavabdehin Cəmiyyətə istifadə edilməmiş və qaytarılmamış 1770,51 litr 1416,41 manatlıq (1 litr=0,80 qəpik) dizel yanacağı qalığı yaranmışdır. 21 fevral 2024-cü il tarixli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən, tərəflər arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: xx.xx.2017-ci il tarixdə bağlanmış Əmək Müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında Cavabdeh “MKT-Beyləqan” filialında traktorçu vəzifəsinə işə qəbuluna dair müqavilə bağlanmışdır. xx.xx.2017-ci il tarixli X1 haqqında müqavilədən görünür ki, Cavabdeh işəgötürən İddiaçı MMC qarşısında ona etibar edilmiş traktor və digər kənd təsərrüfatı texnikasının qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 21/K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Beyləqan rayonu l-Şahsevən kənd sakini Cavabdeh xx.xx.2017-cı il tarixdən xx.xx.2024-cı il tarixə kimi MKT İK MMCnin "MKT- Beyləqan" filialında işlədiyi müddətdə əmək funksiyasının icrası ilə bağlı ona təhkim olunmuş texnikaya 102197.740 litr miqdarında dizel yanacağı verilmişdir. Bu yanacağdan Cavabdeh mülkiyyətçilərin sahələrində işləməklə 100427.230 litr miqdarında iş aktları əsasında məxaric etmiş və nəticədə onun hesabında 1770.510 litr dizel yanacağı əskik qalmışdır. Bu əksikliyə görə ( 1770.510 litr x 0.80 azn = 1416.41 azn) 1416,41 manat dəyərində adında borc öhdəliyi yaranmışdır. Son nəticədə xx.xx.2024-cı il tarixdə Cavabdeh "MKT- Beyləqan filialına 1416,41 manat borcu qalmışdır. Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı MMC Cavabdeh qarşı əmək mübahisəsi üzrə ilkin mediasiya sessiyasında İddiaçı MMC-nin nümayəndəsi iştirak etmiş, məlumat verilməsinə baxmayaraq Cavabdeh iştirak etməmişdir. 50 manat məbləğində mediasiya xərci və 10 manat məbləğində poçt xərci İddiaçı MMC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun qeyd edilən normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır: Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının əmlakına zərər vurulması arasında səbəbli əlaqə vardır. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia tələbi təmin edilməli, Cavabdeh 1416,61 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Qanunun 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddianın təmin edilməsi əsas götürülərək, iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Eyni Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 1416,41 (min dörd yüz on altı manat 41 qəpik) manat və ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 1476,41 (min dörd yüz yetmiş altı manat 41 qəpik) manat məbləğində pul vəsaiti ddiaçı İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar