Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-1233/2025 07.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi ilə, İddiaçı “X3” X7 etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “X3” X7 Cavabdeh qarşı “əşyaların natura şəklində agentliyə qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “X3” X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehlə iddiaçı arasında bağlanan “özünəməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli 2022/ÖM/06462 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin satılması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar. axın surəti: 15LT, motor gücü: 5.5KVV/7.5 Hp, gərginlik: 380v/3, iş ölçüləri: 73×78×105, Tahawash TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün,34-35 WD-M 220-240 VAC 50/** HZ ***0W? Xcort XVC 0130) 1 ədəd köpük maye püskürtmə çəni (75 litr,Feng FF –Q 909A) və 1 ədəd hava kompressorunun (50 litr,2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735W (1HP), həcmi: 501/dəq, Xcort XACD50) natura şəklində agentliyə qaytarılması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünəməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN:xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 (bundan sonra-agentlik) Mərkəzi Mühasbatlıq və Təyinat filialı arasında bağlanan “Özünəməğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli 2022/ÖM/06462 nömrəli müqaviləyə əsasən tərəfindən Cavabdeh “avtotəmizləmə xidmətləri” zərfinə daxil olan, yəni 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar. axın surəti: 15LT, motor gücü: 5.5KVV/7.5 Hp, gərginlik:380v/3 ,iş ölçüləri: 73×78×105, Tahawash TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün,34-35 WD-M 220-240 VAC 50/** HZ ***0W Xcort XVC 0130) 1 ədəd köpük maye püskürtmə çəni (75 litr,Feng FF –Q 909A) və 1 ədəd hava kompressorunun ( 50 litr,2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735W (1HP), həcmi: 501/dəq, Xcort XACD50) natura şəklində verilmişdir. Əşyaların təhvil verilməsinə dair imzalanmış xx.xx.2022-ci il tarixli müqavilə və xx.xx.2022-ci il tarixli aktla vətəndaş X4”avtotəmizləmə xidmətləri” zərfinə daxil olan və istifadəyə verilmişdir. Sonra monitorinq keçirildiyi zaman aktivlər aşkar edilməmiş və vətəndaş onları satdığını bildirmişdir. Bu barədə müvafiq aktla, qeyd aparılmışdır. Agentlik tərəfindən vətəndaş Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-2/2-H-54887/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubları ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Ona görə də məhkəmədən cavabdehlə iddiaçı arasında bağlanan “özünəməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli 2022/ÖM/06462 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin satılması səbəbindən Cavabdeh ( FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd yuma aparatı ( soyuq su) ( 200 bar təzyiq, işləmə təzyiqi: 30- 200 bar. axın surəti: 15LT, motor gücü: 5.5KVV/7.5 Hp, gərginlik:380v/3 ,iş ölçüləri: 73×78×105, Tahawash TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün,34-35 WD-M 220-240 VAC 50/** HZ ***0W? Xcort XVC 0130) 1 ədəd köpük maye püskürtmə çəni (75 litr,Feng FF –Q 909A) və 1 ədəd hava kompressorunun ( 50 litr,2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735W (1HP), həcmi: 501/dəq, Xcort XACD50) natura şəklində agentliyə qaytarılması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X3” X7 etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbələri barədə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi barədə müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2025-ci il tarixli qərardadına əsasən inzibati orqanlar özünüməşğulluğa cəlb olunmuş şəxs hakimiyyəttabeçilik münasibətlərində olmasalar da, müqavilənin bağlanması proseduru və müqavilənin bir sıra şərtləri məhz inzibati xarakterli normativ hüquqi aktlarla müəyyən edilmişdir. Həmin şərtlər isə tərəflər üçün məcburi xarakterə malikdir. O da göstərilməlidir ki, “Məşğulluq haqqında” Qanunda həmin Qanunun pozulmasına görə məsuliyyət və mübahisələrin həlli ilə bağlı müddəalar da öz əksini tapmışdır. Belə ki, bu Qanunun 33.3-cü maddəsinə əsasən, məşğulluq sahəsində mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.5. maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “X3” X7 Cavabdeh qarşı “əşyaların natura şəklində agentliyə qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə yazılı qaydada şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-1233/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-1233/2025
07.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver