Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1275/2025 30.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abbaova Afət Ağarza qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6.000 manat pul və ödənilmiş 80 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh tanışı Cavabdeh ona və qeyrilərinə qarşı dələduzluq əməli törətdiyinə görə barəsində cinayət işi başlanılmışdır. Belə ki, Gədəbəy Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 1(042)-11/2024 nömrəli (sədrlik edən Marif Kazımov) hökmü ilə xx xxxxx 1973-cü ildə Ermənistanın Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Şatırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Dövlət rüsumunun ödənilməsi haqqında məlumat onun 23 avqust 2023-cü il tarixdən 24 avqust 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 1 gün, 14 oktyabr 2023-cü il tarixdən 16 oktyabr 2023-cü il tarixədək tutulduğu 2 gün, cəmi tutulduğu 3 gün müddət azadlıqdan məhrum etmə müddətinə bərabər hökm edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxslər Nazim Quliyev, İddiaçı, Bənövşə Abdullayeva apellyasiya şikayəti verərək hökmün cəzanın təyin edilməsi hissəsində ləğv edilməsini və Cavabdeh 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə qərar qəbul edliməsini xahiş etmişlər. Həmçinin hökmdən müdafiəçi Xalidə İsayeva apellyasiya şikayəti verərək təyin olunmuş cəzanın dəyişdirilməsini və Cavabdeh həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-92/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı iləapellyasiya şikayətlərinin təmin edilməməsi,. Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Gədəbəy Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 1(042)-11/2024 nömrəli hökmünün apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.Qeyd edilən hökm və qərardan görünür ki, Cavabdeh cinayət əməli nəticəsində ona 6.000 manat zərər dəymişdir. Odur ki, hazırda pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdehlər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına istinad: Mülki işə əlavə olunmuş Gədəbəy Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 1(042)-11/2024 nömrəli hökmündən görünür ki, Cavabdeh etibardan sui istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Gədəbəy rayonu Əyrəvəng kənd sakini İddiaçı oğlu Arzu Məmmədovun 01 iyun 2022-ci il tarixdə dayandırılmış ikinci qrup əlillik ilə olan pensiyasını bərpa etdirəcəyi barədə yalan vədlər verib İddiaçı inandıraraq, sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin əvvəllərində dəqiq tarixi məlum olmayan vaxtda Goranboy şəhəri H.Ə/liyev prospketində yerləşən parkın qarşısında 4000 manat və 2022-ci ilin iyun ayının sonlarında dəqiq tarixi məlum olmayan vaxtda Gədəbəy rayon Mərkəzi dairəsində 2000 manat ümumilikdə qeyd edilən dövr ərzində 6000(altı min) manat nağd pulunu ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduduzluq etmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 03 il müddəə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh 23 avqust 2023-cü il tarixdən 24 avqust 2023-cü il tarixədək tutulduğu 2 gün, cəmi tutulduğu 3 gün müddət azadlıqdan məhrum etmə müddətinə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 2 ilk 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Mülki işə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 1(104) 92/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Gədəbəy rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli, 1(042)-11/2024 nömrəli hökmü apellyasiya şikayətləinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Tətbiq edilən hüquq: Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsaslı olması səbəbindən iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 6000 manat məbləğində pul tutulmalıdır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 80 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 6000 (altı min) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 80 mant dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №e-2(021)-1275/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1275/2025
30.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver