Məhkəmə qərarları › İş №e-2(021)-1476/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-1476/2025

23.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-1476/2025 23.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı X3 X7 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X3 X7 Cavabdeh qarşı “dəymiş zərərin və əmlakın qaytarılması” tələbinə dair mülki işə 23 iyul 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X3 Publik Hüquqi şəxsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlə iddiaçı arasında bağlanan özünəməşğlluğa dair kömək göstərilməsi məqsədilə xx.xx.2022-ci il tarixinə 2022/ÖM/ÖM/026472 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və “Broyler İnkubatoru” zərfinə daxil olan aktivlər, 1 ədəd inkubator aparatının, (1000 yumurtalıq, mayalanma və çıxış). Marka və model TONGDA 1056), 1 ədəd generatorun (benzin, 3.0 kvt, gərginlik 220-240V 50/60 HZ, maksimum çıxış gərginliyi 2.8 kvt gərginlik tənzimləyicisinin növü AVR, sürəti 3000 rpm, soyutma sistemi, yanacaq çən tutumu15l, yağ çən tutumu 0.6l, davamlı işləmə müddəti 12 saat, Marka və model JİNCAİ 3 KVV) və 1 ədəd yem freze aparatının (saatda 200 kq qədər, 380V elektrik enerji ilə, GF 26) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, özünəməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və təyinat filialı arasında bağlanan xx.xx.2022-ci il tarixində 2022/ÖM/ÖM/026472 nömrəli müqaviləyə əsasən agentlik tərəfindən Cavabdeh “Broyler İnkubatoru” zərfinə daxil olan aktivlər, 1 ədəd inkubator aparatının, (1000 yumurtalıq, mayalanma və çıxış). Marka və model TONGDA 1056), 1 ədəd generatorun (benzin, 3.0 kvt, gərginlik 220-240V 50/60 HZ, maksimum çıxış gərginliyi 2.8 kvt gərginlik tənzimləyicisinin növü AVR, sürəti 3000 rpm, soyutma sistemi, yanacaq çən tutumu15l, yağ çən tutumu0.6l, davamlı işləmə müddəti 12 saat, Marka və model JİNCAİ 3 KVV) və 1 ədəd yem freze aparatının (saatda 200 kq qədər, 380V elektrik enerji ilə, GF 26) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 01 avqust tarixli aktla vətəndaş Cavabdeh “Broyler İnkubatoru” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 13 may tarixli 168 nömrəli qərarı ilə təsdiq olunmuş özünüməşğulluq təşkili qaydasının tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edib edilməməsi habelə istifadənin biznes plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və xx.xx.2024-cü il tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Broyler İnkubatoru” zərfinə daxil olan aktivlər, 1 ədəd inkubator aparatının, (1000 yumurtalıq, mayalanma və çıxış). Marka və model TONGDA 1056), 1 ədəd generatorun (benzin, 3.0 kvt, gərginlik 220-240V 50/60 HZ, maksimum çıxış gərginliyi 2.8 kvt gərginlik tənzimləyicisinin növü AVR, sürəti 3000 rpm, soyutma sistemi, yanacaq çən tutumu15l, yağ çən tutumu0.6l, davamlı işləmə müddəti 12 saat, Marka və model JİNCAİ 3 KVV) və 1 ədəd yem freze aparatının (saatda 200 kq qədər, 380V elektrik enerji ilə, GF 26) aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17- 2/2-S-60592/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivlərin geri qaytarılması barədə xəbərdarlıq edilmişdir. İddiaçı X3 X7 nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, montorinq keçirilməsi barədə cavabdeh xəbərdar edilmişdir. O, isə hərəkətsizlik göstərərək maddi aktivin natura şəklində Agentliyə qaytarılmasını təmin etməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi barədə müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2025-ci il tarixli qərardadına əsasən inzibati orqanlar özünüməşğulluğa cəlb olunmuş şəxs hakimiyyət-tabeçilik münasibətlərində olmasalar da, müqavilənin bağlanması proseduru və müqavilənin bir sıra şərtləri məhz inzibati xarakterli normativ hüquqi aktlarla müəyyən edilmişdir. Həmin şərtlər isə tərəflər üçün məcburi xarakterə malikdir. O da göstərilməlidir ki, “Məşğulluq haqqında” Qanunda həmin Qanunun pozulmasına görə məsuliyyət və mübahisələrin həlli ilə bağlı müddəalar da öz əksini tapmışdır. Belə ki, bu Qanunun 33.3-cü maddəsinə əsasən, məşğulluq sahəsində mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262.5. maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “X3” X7 Cavabdeh qarşı “əşyaların natura şəklində agentliyə qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə yazılı qaydada şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar