Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-1507/2024 12.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı, Cavabdeh Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Maraqlı şəxs, Cavabdeh qarşı “Qeydiyyatın və onunla bağlı əldə edilmiş hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə 12 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli 04 saylı Qərarı ilə Bərdə şəhər bələdiyyəsinin 14 dekabr 2004-cü il tarixli 205 saylı sərəncamının ləğv edilməsini, əsas olaraq Cavabdeh icarə hüququ əsasında DƏDRX-də adına aparılmış xx.xx.2024-cü il tarixli qeydiyyatın və həmin qeydiyyatla bağlı yaranmış hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı məhkəməyə ərizə verərək iddiadan imtina etdiyini və mülki işin icraatına xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini, işdə olan sənədləri araşdırıb belə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən və bu imtina məhkəmə tərəfindən qəbul olunduğundan Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinin tələbində göstərilir ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARVERDİ: İddiaçı cavabdehlər Maraqlı şəxs, Cavabdeh qarşı “Qeydiyyatın və onunla bağlı əldə edilmiş hüquqi nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-1507/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-1507/2024
12.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver