Məhkəmə qərarları › İş №e-2(021)-1520/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1520/2023

25.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1520/2023 25.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2700 manat ondan aldığı borc pul, 600 manat təyyarə biletinin pulunun əvəzi, 55 manat dövlət rüsumunun əvəzi və 100 manat hüquqi yardım üçün vəkil bürosu ilə bağladığı müqavilə üzrə ödədiyi ödənişin əvəzi olmaqla ümumilikdə-3455 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 ilə söhbət zamanı ona bildirib ki, bankdan kredit götürüb iş qurmaq istəyir, bunun üçün sənədləşdirmə işlərinə təcili 200 manat lazımdır. O, da ona əvvəlcə 05 aprel 2022-ci ildə 200 manat borc verib. Ondana borc alandan sonra daha sonra onun öncədən Qazaxstan Respublikasının Nursultan şəhərinə işləmək məqsədi ilə getmək üçün təyyarə bileti aldığından həmin biletin vaxtı çatdığı üçün getmək məcburiyyətində qalıb. Ona bildirib ki, sən get pulu ora göndərərəm, ora gedəndən sonra ona bildirib ki, işlərim düzəlir, ancaq böyük məbləğə kredit götürmək üçün 5000 manat pul lazımdır. Onda 2500 manat var, 2500 manat çatmır, ona əlavə 2500 manatda pul göndərsin. O, krediti alıb ona 2700 mantı birlikdə geri qaytaracaq, o da istəsə gedib onunla işləyər, o, yalan vədlər verərək, 2500 manat borc verməyi üçün onu inandırmışdır. O,da Qazaxstan Respublikasında olan zaman bank kartından Orucov Rəfailin ona göndərdiyi bank kartına 2500 manat pul köçürmüşdür. Pulu Rəfailin kartına köçrdükdən bir müddət sonra o, pulunu geri qaytarmasını istəmişdir. Rəfayil də hər dəfə yaxın vaxta qaytaracağı ilə bağlı yalan vədlər verməyə başlamışdır. Hətta o, hər dəfə pulu qaytarması üçün zəng edəndə ona bildirmişdir ki, artıq bankda növbə gözləyir, növbəsi çatanda pulu onun adına göndərəcək, bir neçə saatdan sonra zəng edəndə artıq telefon nömrəsinə zəng çatmamışdır. Bundan sonra onunla əlaqə saxlaya bilməmişdir, dəfələrlə onunla əlaqə saxlamağa çalışsa da telefon nömrələrinə, sosial şəbəkələrdəki elektron ünvanları ilə əlaqə saxlamaq mümkün olmamışdır. Bir müddət onu tapa bilmədiyi üçün məcbur olub Qazaxstandakı işini atıb Azərbaycana Rəfayilə verdiyi pulu almaq üçün onu axtarmağa başlamışdır. Çox axtarışdan sonra Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Cavabdeh tapılaraq izahatı alınmış və o, öz izahatında ondan əvvəl 200 manat, daha sonra isə 2500 manat olmaqla ümumilikdə 2700 manat borc aldığını etiraf edib, hətta həmin izahatında bildirib ki, onun torpağı var satıb, borcunu qaytaracaq. 2700 manat pul verəndən sonra ondan pulunu almaq üçün xərc çəkib, təyyarə bileti alıb. Bakıya gəlmiş və bu müddət ərzində əsəb sarsıntısı keçirmişdir. Yəni 2700 manatdan əlavə ona maddi və mənəvi zərər dəymişdir. Belə ki, o, təyyarə bileti alıb, Azərbaycana qayıtmış və onu axtardığı müddətdə əlavə xərci çıxıb, Cavabdeh təqsirli hərəkəti nəticəsində ondan pulunu geri qalmaq üçün əlavə təyyarə biletinə və Azərbaycanda qalmaq üçün, cavabdehi axtarmaq üçün nəqliyyata və sair pul xərcləmişdir. Hal-hazırda isə məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə olunmuş Seriya AZE ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 25 yanvar 1976-cı ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Binəqədi RPİ-nin 5-ci PB tərəfindən verilmiş 18 iyul 2022-ci il tarixli arayışda göstərilişdir ki, Cavabdeh borcunu etiraf etmiş və yaxın vaxtda borcunu ödəyəcəyini bildirmişdir. Mülki işə əlavə edilmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə İddiaçı tərəfindən verilmiş izahatda göstərilmişdir ki, Cavabdeh ona borcu olduğunu və həmin borcun alınıb ona verilməsini xahiş etmişdir. Mülki işə əlavə edilmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə Cavabdeh tərəfindən verilmiş izahatda göstərilmişdir ki, İddiaçı bankdan kredit götürmək adı ilə əvvəlcə 200 manat, daha sonra isə 2500 manat borc pul almışdır. Topağı var, satıb, borcunu ödəyəcəkdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından müəyyən olunur ki, Cavabdeh xx xxxxxx 1974-cü ildə Şəki rayonunda doğulmuşdur, Bərdə şəhəri, X4 küçəsi ev 15 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş “Kaspi.kz” elektron bilet satışını təsdiq edən sənəddən görünür ki, iddiaçı Bakıya qayıtmaq üçün 300155 KZT məbləğində pul ödəmişdir. Bundan başqa xe.com internet valyuta mübadiləsi saytından alınmış məlumatlardan görünür ki, 600 manat 157,824,8 Qazaxstan tengesi edir. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına xidmət haqqı olaraq 100 manat ödənilmişdir. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün 55.00 manat dğvlət rüsumu ödəmişdir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı maddi və və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən Mülki Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, İddiaçı Cavabdeh qarşı əsas borc 2700 manat aldığı borc pul, 55 manat dövlət rüsumunun əvəzi və 100 manat hüquqi yardım üçün vəkil bürosu ilə bağladığı müqavilə üzrə ödədiyi ödənişin əvəzi olmaqla ümumilikdə 2855 manat məbləğində pulun tutulması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, tərəflərin arasında şifahi borc müqaviləsi bağlanılmış, həmin borcun mövcudluğu cavabdehin Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə verdiyi izahatı ilə təsdiq edilir. Hazırki vəziyyətdə tərəflərin arasındakı borc münasibətləri mübahisəsiz şəkildə təsdiq edilir. Bundan əlavə dövlət rüsumu ödənilməsi və hüquqi yardıma görə ödədiyi pulun qəbzini işə əlavə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddiaçı iddia tələbinin əlavə 600 manat təyyarə biletinə görə ödədiyi pul ilə bağlı iddia tələbi də öz təsdiqini tapdığından iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 451-ci maddəsinə əsasən borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində haqlı olması səbəbindən iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2700 manat borc pul, 600 manat nəqliyyat xərci, 100 manat hüquqi yardıma görə və 55 manat dövlət rüsumunun ödənilməsinə görə olmaqla, ümumilikdə 3455 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin olunsun. Cavabdeh 2700 manat borc pul, 600 manat təyyarə biletinə ödənilmiş pul, 100 manat hüquqi yardıma görə və 55 manat dövlət rüsumu ümumilikdə 3455 manat (üç min dörd yüz əlli beş) manat tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar