Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1570/2023 04.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 900 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təxminən iki ay bundan əvvəl yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən iki mərtəbəli evdə kombi istilik sisteminin sökülərək yenidən çəkilməsi üçün çoxdan tanıdığı və kombi ustası olan Cavabdeh ilə telefon vasitəsi ilə əlaqə saxlamış və onunla evində olan kombi sisteminin sökülərək yeni kombi sistemi çəkilməsi üçün razılığa gəlmişlər. Razılığa əsasən Cavabdeh onun Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evinə 32-lik DəmiDöküm kombisi və əlavə olaraq evdə on iki yerdə kombi radiatorların quraşdırılması və usta pulu kimi cəmi 4200 manata alacaqdı. Bundan sonra ona əvvəlcədən boruların və kombi radiatorlarının alınması üçün 900 (doqquz yüz) manat vermişdir. Həmin pulu ona Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evində vermişdir. Cavabdeh isə bunun müqabilində ona 1-2 günə işə başlayacağını bildirmişdir. Lakin aradan iki aydan çox bir müddətin keçməsinə baxmayaraq Cavabdeh heç bir xəbər yoxdur. Onun telefon zənglərinə cavab vermir. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, bildirdi ki, təxminən iki ay bundan əvvəl yaşadığı evdə kombi istilik sisteminin sökülərək yenidən çəkilməsi üçün çoxdan tanıdığı və kombi ustası olan Cavabdeh ilə telefon vasitəsi ilə əlaqə saxlamış və onunla evində olan kombi sisteminin sökülərək yeni kombi sistemi çəkilməsi üçün razılığa gəlmişlər. Razılığa əsasən Cavabdeh onun evinə kombi radiatorların quraşdırılması və usta pulu kimi cəmi 4200 manata alacaqdı. Bundan sonra ona əvvəlcədən boruların və kombi radiatorlarının alınması üçün 900 (doqquz yüz) manat vermişdir. Lakin aradan iki aydan çox bir müddətin keçməsinə baxmayaraq Cavabdeh heç bir xəbər yoxdur. Onun telefon zənglərinə cavab vermir. İddiaçı, həmçinin cavabdeh məhkəmə iclasına gəlməkdən yayındığına görə onun iştirakı olmadan qiyabi qətnamə qəbul olunmasını məhkəmədən xahiş edərək, bu barədə ərizəsini təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavadeh Cavabdeh qanunda nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, cavabdeh tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbi ilə bağlı müəyyən edir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən iki mərtəbəli evdə kombi istilik sisteminin sökülərək yenidən çəkilməsi Cavabdeh iddiaçının evində olan kombi sisteminin sökülərək yeni kombi sistemi çəkilməsi üçün razılığa gəlmişlər. Razılığa əsasən Cavabdeh onun Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evinə 32-lik DəmiDöküm kombisi və əlavə olaraq evdə on iki yerdə kombi radiatorların quraşdırılması və usta pulu kimi cəmi 4200 manata alacaqdı. Bundan sonra ona əvvəlcədən boruların və kombi radiatorlarının alınması üçün 900 (doqquz yüz) manat vermişdir. Cavabdeh isə bunun müqabilində ona 1-2 günə işə başlayacağını bildirmişdir. Lakin aradan bir müddətin keçməsinə baxmayaraq Cavabdeh heç bir xəbər yoxdur. Onun telefon zənglərinə cavab vermir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh 900 manat məbləğində əsas borc tutularaq İddiaçı verilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin olunduğundan ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 900 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qiyabi qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(021)-1570/2023
Bərdə Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(021)-1570/2023
04.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver