Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1656/2025 30.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 1200 manat borcun və ödədiyi 32.32 manat dövlət rüsumu, ümumilikdə 1232.32 manat pul vəsaitini Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini belə əsaslandırmışdır ki, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olan Cavabdeh ilə 2021-ci il tarixindən tanışdır. Son zamanlar Cavabdeh maddi durumunun aşağı olması və sair səbəblərdən Cavabdeh ona 1200 manat borcu yaranmışdır. Borcun yaranması aralarında olan qarşılıqlı hörmət və etibar səbəb olmuşdur. Lakin təxmini bir ilə yaxın müddətdir ki, dəfələrlə ayrı-ayrı tarixlərdə verəcəyini bildirsə də, söz verdiyi günün tarixi gəlib çatdığı zaman əsassız səbəblər gətirərək səbirli olmağını bildirir, imkan olan kimi borcunu verəcəyini söyləyir, faktiki olaraq borcunu verməkdən yayınır. Sonuncu dəfə çox saylı zənglərdən sonra 16 fevral 2025-ci il tarixində telefon danışığı zamanı danışıq səsinin qeydə alınmasını Cavabdeh xatırladaraq məlumatlandırmış, məhkəməyə müraciət edəcəyimi bildirmişəm. İsmayılov heç bir etirazının olmadığını və mənə 1200 manat borclu olduğunu özü etiraf edərək təsdiqləmişdir və bildirmişdir ki, lazım olarsa poçt vasitəsi ilə məhkəməyə teleqram vuraraq ona 1200 manat borclu olduğunu təsdiqləyəcəkdir. İddiaçı vəsatət göndərərək, borclu Cavabdeh tərəfindən ona 1200 manat borclu olmasına dair şəxsən yazılmış qəbzi sübut növü kimi qiymətləndirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli qəbz surətindən görünür ki, Cavabdeh İddiaçı 1200 manat borclu olduğunu qəbzdə qeyd edib, imzalamaqla təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 28 fevral 2025-ci il tarixli ödəniş barədə çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə 32.32 manat rüsum ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı tanışı Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olan Cavabdeh maddi vəziyyəti ilə əlaqədar borc vermiş, Cavabdeh İddiaçı 1200 manat borclu olduğunu qəbzə qeyd edib, imzalamaqla borcunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 32.32 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır . Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: 1.İddia təmin edilsin. 2.Cavabdeh 1200 (bir min iki yüz) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. 3.İş üzrə ödənilmiş 32.32 manat dövlət rüsumu Cavabdeh tutulаrаq İddiaçı xeyrinə ödənilsin. 4.Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apelyasiya şikayəti verilə bilər. 5.Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-1656/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1656/2025
30.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver