Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-170/2022 18.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evindən cavabdehin əmlaklarının çıxarılması” tələbinə dair ilk və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “evə köçmə” tələblərinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən nikaha daxil olan zaman gətirdiyi və ərizəsinin təsviri hissində adları qeyd edilmiş və eyni zamanda Bərdə rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli 2(021)-3756/2019 saylı qətnaməsində qət etdi hissədə göstərilmiş məişət cehiz əşyalarının yaşadığı xx.xx.2019-cu il tarixli, qeydiyyat nörməsi **********, DƏR nömrəsi **********43-10301 olan Çıxarış sənədi ilə üzərində mülkiyyət hüququ rəsmiləşdirilmiş, ona məxsus Bərdə rayon Körpüsındıran kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh qardaşı X9 ilə xx.xx.2011-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdular. Cavabdehlə qardaşı Sərxan arasında bağlanmış xx.xx.2011-ci il tarixli nikah Bərdə rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(021)-398\2020 saylı qətnaməsi ilə məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh hal-hazırda Tərtər rayon Şıxlar kəndində valideynləri ilə birgə yaşayır. Cavabdeh nikahın pzolumasından sonra qardaşı Sərxana qarşı qızıl-zinət və cehiz əmlakı tələbi vermiş və həmin iddiası Bərdə rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli 2(021)-3756\2019 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Hazırda cavabdehə məxsus cehiz əşyaları xx.xx.2019-cu il tarixli, qeydiyyat nörməsi **********, DƏR nömrəsi **********43-10301 olan Çıxarışla üzərində mülkiyyət hüququ rəsmiləşdirlmiş, Bərdə rayon Körpüsındıran kəndində yerləşən fərdi yaşayış evində qalmışdır. Dəfələrlə cavabdehdən və yaxınlarından onun evində qalan cehiz əşyalarının götürülüb aparılmasını xahiş etmişdir. Ancaq, cavabdeh müxtəlif bəhanələr gətirərək cehiz əşyalarını aparmaqdan imtina edir. Hazırda öz evindən sərbəst istifadə edə bilmir. Bu da onun öz mənzilindən azad istifadə edə bilmək hüquqlarının məhdudlaşdırılması deməkdir. Ona görə hesab edir ki, nikaha daxil olan zamanı onun evinə gətirdiyi cehiz əşyalarını yaşadığı yaşayış sahəsindən çıxarması vəzifəsi cavabdehə həvalə olunmalıdır. Cavabdehin onun evində qalan və çıxarılmasını tələb etdiyi məişət cehiz əşayaları aşağıdakılardır: mebel qonaq -1 dəst, yataq dəsti, lüstur-1 ədəd, mətbəx mebeli-1 dəst , ağ qara Lg televizor-1 ədəd, televzior altı-1 ədəd, stol üstü qaz-1 ədəd, duxovka-1 ədəd, soyuducu-1 ədəd, tefal çaydan 1 ədəd, mikser -1 ədəd,qazan dəsti -3 ədəd, 1 ədəd ütü və 1 ədəd ütü stolu, 1 ədəd elektrik ət maşını, karniz, pərdə, Bərdə Rayon Məhkəməsinin 2(021)3756\2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin qət etdi hissəsində göstərilən digər xırda məişət cehiz əşyaları. Daha sonra iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə dəqiqləşmə verərək çıxarılmasını tələb etdiyi əmlakların siyahısını aşağıdakı kimi göstərmişdir: 1 ədəd mebel qonaq desti ( servant, qorko, stol 1 ədəd, stul 6 ədəd, divan kreslo), mebel yataq dəsti (qoşa çarpayı 2 ədəd tumbuçkası, termo, şifoner, 2 ədəd naçnik, 2 ədəd dəmir setka kravat), 2 ədəd lüstur, 4 gözlü mətbəx mebeli, ərində LG markalı ağ-qara televizor, 1 ədəd televizor altı, 1 ədəd balon stol üstü qaz, 1 ədəd duxovka, 1 qapılı soyuducu, 6 kq-lıq paltaryuyan maşın, cəmi 7 ədəd gəbə, 1 ədəd mütəkkə, 12 ədəd döşəkcə, 8 ədəd döşək, 8 ədəd yoğran, 1 ədəd yastıq, 4 ədəd balış, qaşıq çamadanı (12 çəngəl, 12 qaşıq, 12 çay qaşığı, 12 bıçaq) 12 ədəd səlyan stəkanı, , çay servisi, iki ədəd krafinka, 1 ədəd xrustal vaz, 2 ədəd meyvə qabı, 1 ədəd bagema güldan, 1 ədəd mikser, tefal çaydan çaynik, 3 ədəd qazan dəsti, 24 ədəd nəlbəki, 24 ədəd stəkan, razetka, 6 ədəd qəddan, 1 ədəd səbət ləpə qabı 1 ədəd 90 ütü və üte stolu, 3 ədəd padnos, 1 ədəd elektrikli ət maşini, xəmir ləyəni, şirli vedrə, 1 ədəd dəmir vedrə, 1 ədəd dəmir vanna, kapron vanna, 2 ədəd salfetka qabi, 3 ədəd meyvə qabı, 6 ədəd şirniyat səbəti, 1 ədəd sandıq, 1 ədəd dəst tort qabi, 3 ədəd güldan, 1 palma ağacı, 4 ədəd yekə güldan, 3 ədəd prostina, 3 ədəd çuxol dəsti, 7 ədəd can məhrabası, 2 ədəd əl üz məhrabası, 12 ədəd çay məhrabası, 6 ədəd yastıq üzü, 3 ədəd süfrə, 5 ədəd karniz 4 ədəd pərdə. 1 ədəd çaydan 2 ədəd çaynik, 1 dəst divan kreslo üstü, 3 ədəd qab ləyəni, uşaq stəkanı, 50 ədəd 3 kq-liq banka, 50 ədəd aroma butulkası, 1 ədəd zibil qabı, 1 ədəd qab setkası, 1 ədəd qənd qıran. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X6 ilə birgə özləri tikdiyi, cehiz əşyalarının olduğu evə və hal-hazırda cavabdehin (ilkin iddiaçının) yaşamadığı Bərdə rayon Körpüqıran kəndində yerləşən nikah dövründə tikdirdikləri evə köçürülmələrinə və ilkin iddianın bütünlüklə rədd edilməsinə dair qətnamə qəbul olunmasini xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərisəsini onunla əsaslandırmıışdır ki, cavabdeh (ilkin iddiaçı) İddiaçı ona qarşı Bərdə rayon məhkəməsində cehiz əşyalarının yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia qaldırmışdır. Həmin iddianı qəbul etmir. Belə ki, hazırda cehiz əşyalarının çıxarılmasına dair mülki iddia Ali məhkəmənin icraatındadır. O, cavabdehin (ilkin iddiaçının) qardaşı X9 ilə el adəti ilə ailə qurmuş və xx.xx.2011-ci il tarixdə nikalarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 2 övladları vardır- xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2019-ci il təvəllüdlü X6. Hətta sözgedən evi nikahda olduqları vaxt o və həyat yoldaşı tikib. Mərhum qaynanası isə xx.xx.2014-cü ildə həmin həyətdə 0.14 sot topağı təmənnasız olaraq həyat yoldaşına bağışlamışdır. Onlar da həmin yerdə 3 gözdən ibarət ev və mətbəxt tikmişdirlər. Bunu təsdiq edən kənd bələdiyyəsinin 7 nəfərin iştirakı ilə tərtib edilən akt da var. Onun cehiz əşyaları həmin evdədir. Onların nikahı pozulanda isə iddiaçı evi öz adına sənədləşdirib. Həmin evin təmirini onun bibisi oğlu təmir edib. Qeyd olunanlara əsasən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, ilk iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, ilk iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Belə ki, mülki iş materialına əlavə edilmiş bildirişin xəbərnaməsindən görünür ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh xx.xx.2022-ci il tarixdə məlumatlanmış və MPM-nin 135.3-cü maddəsinin tələbi pozulmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi tələbi təmin edilməli, qarşılıqli iddia tələbi isə rədd olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Bərdə rayon Körpüqıran kəndində anada olmuşdur. Bərdə rayon Körpüsındıran kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2779 saylı xx.xx.2021-ci il tarixli arayışda qeyd olunur ki, İddiaçı Bərdə rayon Körpüsındıran kəndində yaşayır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********43-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında 0.27 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 194.50 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı tam mülkiyyətindədir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********43-10301, inventar nömrəsi 21997 olan Texinki Pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon Körpüsındıran kəndində yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur. Mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1988-ci il tarixdə anada olmuşdur. Mülki işə əlavə olunmuş Tərtər rayon İcra Hakimiyyəti başçısının Mamırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 78 saylı xx.xx.2022-ci il tarixli arayışda qeyd olunur ki, Cavabdeh Tərtər rayon Poladlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş Bərdə rayon Körpüsındıran kəndi Bələdiyyəsi tərəfindən tərtib olunmuş xx.xx.2014-cü il tarixli Aktdan görünür ki, X1 mülkiyyətinə aid olan (JN - 134A KOD ********) 0.27 ha həyətyanı torpaq sahəsinin 0.14 ha hissəsini birdəfəlik olaraq X7 təmənnasız olaraq bağışlamışdır. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)3756\2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X7 qarşı əmlak tələbinə dair iddia qismən təmin edilərək, cavabdeh X2 1 ədəd 583 əyarlı 4 qram çəkidə sadə qaşlı 200 manat dəyərində üzük, 1 ədəd, 583 əyarlı 4 qram çəkidə 220 manat dəyərində qaşsız üzük, 1 ədəd 1 qram çəkidə, 583 əyarlı 85 manat dəyərində 1 ədəd qızıl diş, 1300 manat dəyərində 1 ədəd mebel qonaq desti ( servant, qorko, stol 1 ədəd, stul 6 ədəd, divan kreslo), 1400 manat dəyərində mebel yataq dəsti (qoşa çarpayı 2 ədəd tumbuçkası, termo, şifoner, 2 ədəd naçnik, 2 ədəd dəmir setka kravat), hər biri 90 manat olmaqla cəmi 180 manat dəyərində 2 ədəd lüstur, 500 manat dəyərində 4 gözlü mətbəx mebeli, 400 manat dəyərində LG markalı ağ-qara televizor, 1 ədəd 60 manat dəyərində televizor altı, 160 manat dəyərində 1 ədəd balon stol üstü qaz, 110 manat dəyərində 1 ədəd duxovka, 1 ədəd 500 manat dəyərində 1 qapılı soyuducu, 1 ədəd 550 manat dəyərində 6 kq-lıq paltaryuyan maşın, cəmi 7 ədəd gəbə, 80 manat dəyərində 1 ədəd mütəkkə, 12 ədəd döşəkcə, hər biri 70 manat olmaqla cəmi 560 manat dəyərində 8 ədəd döşək, hər biri 50 manat olmaqla cəmi 400 manat dəyərində 8 ədəd yoğran, 20 manat dəyərində 1 ədəd yastıq, 20 manat dəyərində 4 ədəd balış, 50 manat dəyərində qaşıq çamadanı (12 çəngəl, 12 qaşıq, 12 çay qaşığı, 12 bıçaq) hər biri 2 manat olmaqla cəmi 24 manat dəyərində 12 ədəd səlyan stəkanı, , 130 manat dəyərində çay servisi, hər biri 30 manat olmaqla cəmi 60 manat dəyərində iki ədəd krafinka, 30 manat dəyərində 1 ədəd xrustal vaz, hər biri 25 manat olmaqla cəmi 50 manat dəyərində 2 ədəd meyvə qabı, 30 manat dəyərində 1 ədəd bagema güldan, 30 manat dəyərində 1 ədəd mikser, 40 manat dəyərində tefal çaydan çaynik, hər biri 45 manat olmaqla cəmi 135 manat dəyərində 3 ədəd qazan dəsti, 72 manat dəyərində 24 ədəd nəlbəki, 24 ədəd stəkan, hər biri 1,50 manat olmaqla cəmi 18 manat dəyərində razetka, hər biri 5 manat olmaqla 30 manat dəyərində 6 ədəd qəddan, 1 ədəd 20 manat dəyərində səbət ləpə qabı 1 ədəd 90 manat dəyərində ütü və üte stolu, hər biri 6 manat olmaqla cəmi 18 manat dəyərində 3 ədəd padnos, 1 ədəd 80 manat dəyərində elektrikli ət maşini, 15 manat dəyərində xəmir ləyəni, hər biri 8 manat olmaqla cəmi 16 manat dəyərində şirli vedrə, cəmi 16 manat dəyərində 1 ədəd dəmir vedrə, 1 ədəd dəmir vanna, 5 manat dəyərində kapron vanna, hər biri 2 manat olmaqla cəmi 4 manat dəyərində 2 ədəd salfetka qabi, hərbiri 10 manat olmaqla cəmi 30 manat dəyərində 3 ədəd meyvə qabı, hər biri 10 manat olmaqla cəmi 60 manat dəyərində 6 ədəd şirniyat səbəti, 1 ədəd 50 manat dəyərində sandıq, 1 ədəd 25 manat dəyərində dəst tort qabi, hər biri 15 manat olmaqla cəmi 45 manat dəyərində 3 ədəd güldan, cəmi 110 manat dəyərində 1 palma ağacı, 4 ədəd yekə güldan, hər biri 30 manat olmaqla cəmi 90 manat dəyərində 3 ədəd prostina, 3 ədəd çuxol dəsti, hər biri 10 manat olmaqla cəmi 70 manat dəyərində 7 ədəd can məhrabası, hər biri 6 manat olmaqla 2 ədəd əl üz məhrabası, hər biri 2 manat olmaqla cəmi 24 manat dəyərində 12 ədəd çay məhrabası, hər biri 5 manat olmaqla cəmi 30 manat dəyərində 6 ədəd yastıq üzü, hər biri 30 manat olmaqla cəmi 90 manat dəyərində 3 ədəd süfrə, cəmi 195 manat dəyərində 5 ədəd karniz 4 ədəd pərdə. Cəmi 27 manat dəyərində 1 ədəd çaydan 2 ədəd çaynik, 60 manat dəyərində 1 dəst divan kreslo üstü, 15 manat dəyərində 3 ədəd qab ləyəni, 1 manat dəyərində uşaq stəkanı, cəmi 100 manat dəyərində 50 ədəd 3 kq-liq banka, 50 manat dəyərində 50 ədəd aroma butulkası, 1 ədəd 5 manat dəyərində zibil qabı, 1 ədəd 5 manat dəyərində qab setkası, cəmi 8 manat dəyərinda 1 ədəd qənd qıran, həmin qızıl əşyalarının və cehiz əmlaklarının olmadığı təqdirdə isə onların dəyərinin alınaraq iddiaçı Cavabdeh verilməsi qət olunmuşdur. Mülki işə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)2238\2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X7 qarş iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahlarından anadan olmuş 04 oktyabr 2011-ci il təvəllüdlü X5 və 22 yanavar 2019-cu il təvəllüdlü X6 adlı uşaqları ilə birlikdə cavabdeh X4 mülkiyyətində olan Bərdə rayonu Körpüsindiran kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələri və istifadə hüququnun tanınması barədə qətnam çıxarılmasını xahiş etmiş, Bərdə Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(021)- 360/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, qətnamədən narazı qalan iddiaçı Cavabdeh apellyasiya şikayət vermiş, lakin apellyasiya şikayəti təmin olunmamışdır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)3178\2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)2238\2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh kassasiya şikayət vermiş, lakin şikayəti təmin olunmamışdır. Mülki işə əlavə olunmuş mədaxil qəbzlərinindən görünür ki, ilk iddiia üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qardaşı X9 ilə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ailə qurub həmin mübahisəli evdə yaşamışlar. Onlarin birgə nikahlarından 2 uşaqları anadan olmuşdur və hazırda nikahları rəsmi qaydada pozulmuşdur. Mübahisəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbləri bir-biri ilə qarşılıqlı əlaqədə olan tələblərdir. Məhkəmə iddia tələbi ilə bağlı mövqeyini bildirərək aşağıdakıları qeyd etməyi zəruri bilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən ev rəsmi reystrdə İddiaçı adına qeydiyyata alınmışdır. Həmçinin mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçının qardaşı ilə cavabdeh rəsmi ailə quraraq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sözügedən mənzildə yaşamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü maddəsi yaşayış sahələrinə aşağıdakılar aid etmişdir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələrimehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri. Məhkəmə hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus daşınmaz əmlakı özünə məxsus əşyalarını çıxarmamaqla onun mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X8 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, fərdi yaşayış evi iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olduğundan, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin mübahisəli evi zəbt edərək iddiaçının mənzil üzərindəki hüquqlarını pozur. Ona görə də ilk iddia tələbi təmin olunmalı, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh onun mülkiyyətində olan yaşayış evindən əmlaklarını çıxarılmalı, qarşılıqlı iddia isə təmin olunmamlıdır. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia təmin olunacağı təqdirdə hazırda mülkiyyətçi olan İddiaçı mülkiyyət hüququnu pozmuş olar. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.2 -ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh dövlət rüsumunun ödənilməsindən azad olunduğundan ilk iddia tələbi üzrə ödənilmiş 100 manat dövlər rüsumu iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən əmlakların çıxarılması” tələbinə dair iddia tələbi təmin edilsin. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan Bərdə şəhər Körpüsındıran kəndində yerləşən yaşayış evindən 1 ədəd mebel qonaq dəsti ( servant, qorko, stol 1 ədəd, stul 6 ədəd, divan kreslo), mebel yataq dəsti (qoşa çarpayı 2 ədəd tumbuçkası, termo, şifoner, 2 ədəd naçnik, 2 ədəd dəmir setka kravat), 2 ədəd lüstur, 4 gözlü mətbəx mebeli, ərində LG markalı ağ-qara televizor, 1 ədəd televizor altı, 1 ədəd balon stol üstü qaz, 1 ədəd duxovka, 1 qapılı soyuducu, 6 kq-lıq paltaryuyan maşın, cəmi 7 ədəd gəbə, 1 ədəd mütəkkə, 12 ədəd döşəkcə, 8 ədəd döşək, 8 ədəd yoğran, 1 ədəd yastıq, 4 ədəd balış, qaşıq çamadanı (12 çəngəl, 12 qaşıq, 12 çay qaşığı, 12 bıçaq) 12 ədəd səlyan stəkanı, , çay servisi, iki ədəd krafinka, 1 ədəd xrustal vaz, 2 ədəd meyvə qabı, 1 ədəd bagema güldan, 1 ədəd mikser, tefal çaydan çaynik, 3 ədəd qazan dəsti, 24 ədəd nəlbəki, 24 ədəd stəkan, razetka, 6 ədəd qəddan, 1 ədəd səbət ləpə qabı 1 ədəd 90 ütü və üte stolu, 3 ədəd padnos, 1 ədəd elektrikli ət maşini, xəmir ləyəni, şirli vedrə, 1 ədəd dəmir vedrə, 1 ədəd dəmir vanna, kapron vanna, 2 ədəd salfetka qabi, 3 ədəd meyvə qabı, 6 ədəd şirniyat səbəti, 1 ədəd sandıq, 1 ədəd dəst tort qabi, 3 ədəd güldan, 1 palma ağacı, 4 ədəd yekə güldan, 3 ədəd prostina, 3 ədəd çuxol dəsti, 7 ədəd can məhrabası, 2 ədəd əl üz məhrabası, 12 ədəd çay məhrabası, 6 ədəd yastıq üzü, 3 ədəd süfrə, 5 ədəd karniz 4 ədəd pərdə. 1 ədəd çaydan 2 ədəd çaynik, 1 dəst divan kreslo üstü, 3 ədəd qab ləyəni, uşaq stəkanı, 50 ədəd 3 kq-liq banka, 50 ədəd aroma butulkası, 1 ədəd zibil qabı, 1 ədəd qab setkası, 1 ədəd qənd qıran çıxarılsın. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “evə köçmə” tələbinə dair qarşılıqlı iddia tələbi təmin olunmasın. İlk iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(021)-170/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-170/2022
18.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver