Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-1776/2023 27.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu, İddiaçı Azərbaycan Respublikasının X1 Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsini Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı Azərbaycan Respublikasının X1 Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı ölkdən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə ərizəsinin müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstrilən maddələrin tələblərinə əsasən iddiaçı Azərbaycan Respublikasının X1 Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsini Cavabdeh qarşı ölkdən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: İddiaçı Azərbaycan Respublikasının X1 Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsini Cavabdeh qarşı ölkdən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(021)-1776/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-1776/2023
27.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver