Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1839/2025 11.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Tağıyv Babək Vaqif oğlunun katibliyi, iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu fərdi yaşayış vinə görə 26200 ABŞ dolları (ödəniləcək günə olan valyuta məzənnəsi ilə) dolları, borc müqaviləsi üzrə 13755 manat cəmi 58295 (əlli səkkiz min iki yüz doxsan beş) manat məbləği və 264 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Raman qəsəbəsi, X10 üvanında yerləşən fərdi yaşayış evi ona məxsus olmuşdur. O, həmin evi 74000 manata almışdır. Həmin evin yerləşdiyi torpaq sahəsi, yəni Bakı şəhəri, Sabunçu rayonu (Keçmiş Abşeron), X10 ərazisində yerləşən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixli ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən X2 AR-İ 533231 nömrəlietibarnamə əsasında almışdır. xx.xx.2008-ci il tarixli ********** Qeydiyyat nömrəli Çıxarış əsasında aldığı zaman içərisində fərdi yaşayış evi olmuşdur. Həmin evi satmaq qərarına gəlmiş, bu zaman alıcı kimi gələn Cavabdeh evi almaq istədiyini, lakin pulu olmadığını demiş və bu səbəbdən onunla razılaşmamışdır. Cavabdeh sonradan təkrar ona müraciət edərək evi ona kirayə verməyini xahiş etmiş, o isə satmaq niyyətinin olduğunu dedikdə Cavabdeh bir müddət kirayəçi kimi qalıb, daha sonra pul düzəldib həmin evi alacağını demiş, hətta güzəşt kimi qaldığı bir neçə ayın pulunu evin satış pulundan çıxacağını, aralarındakı razılaşmaya əsasən əgər evin pulunu 1 ildən sonra ödəməsə, ödənilən pullar kirayə pulu kimi hesablanaraq evdən çıxacağını demişdir. 2018-ci ilin mart ayında özaralarında akt tərtib edərək müqavilə bağlamışlar və həmin müqavilənin şərtlərində cavabdehin onun evini alacağını, müvəqqəti olaraq aylıq kirayə ödənişləri edəcəyini, həmin ödənişlərin evin pulundan çıxılacağını,əgər evin qalan pulunu tam ödəmədiyi təqdirdə, ödənilən pulların kirayə pulu kimi hesablanacağını və cavabdehin evdən çıxacağı razılığa gəlinmişdir. Cavabdeh bir müddət ödənişlər etdikdən sonra, ondan razılaşmalarına əsasən evin qalan pulunu tam istəmiş,cavabdehə bir müddət vaxt vermiş, lakin o, bir müddət də kirayə ödənişietməklə onun evində qalmış, daha sonra isə ümumiyyətlə ödəniş etmədi. Pulu ödəməyi tələb edən zaman isə pul olmadığını bildirmişdir. Bundan sonra İddiaçı cavabeh Cavabdeh qarşı “mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixli ********** Qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətçi X2 xx.xx.2017-ci il tarixli AR-İ 533231 nömrəli etibarnamə əsasında aldığı Bakı şəhəri, Sabunçu (əvvəlki Abşeron) rayonu, X10 ərazisindəki torpaqda yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X10 ünvanındakı fərdi yaşayış evindən Cavabdeh və ailəsinin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-612/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunmasına baxmayaraq, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(102)-2155/2024 saylı qərarı ilə Bakı Apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)- 612/2024 saylı qətnaməsi ləğv edilərək iş baxılması üçün yenidən Bakı Apellyasiya məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-4780/2024 saylı qətnaməsi ilə Apellyasiya şikayəti qismən təmin edilərək, Mülki iş üzrə Bakışəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4247/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmişdir. İddiaçı Cavabdeh qarşımənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya məhkəməsinin mövqeyiaşağıdakı kimi olmuşdur; Belə ki, birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığı qənaətinə gəlsə də iddiaçının fərdi yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikilini 31 mart 2018-ci ildə dəyərini razılaşdırdıqları formada və müddətdə hissə-hissə ödəmək şərti ilə cavabdehə satmasını, razılaşdıqları həmin vaxtdan tikilini cavabdehin faktiki sahibliyinə verməsini, razılaşdırılmış məbləğin bir hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsini, mübahisəli özbaşına tikilidə uzun müddət cavabdehin yaşayaraq evə faktiki sahiblik etməsini, iddiaçının isə qalan hissədə pulu cavabdehdən ala bilməməsi ilə bağlı onunla mübahisəli vəziyyət yarandıqdan sonra hazırki iddia ilə məhkəməyə müraciət etməsini, əslində isə iddiaçının qeyd olunan evə görə ona ödənilməli olan pulun qalan hissəsinin alınmasına nail olmaq olduğunu nəzərə almamışdır. Başqa sözlə, evdən çıxarılma ilə bağlı iddianı subyektiv hüququnun olmadığı əsası ilə rədd etsə də iddiaçının razılaşdırdıqları məbləğin ödənilməyən qalan hissəsini cavabdehdən tələb etmək hüququnun mövcud olubolmamasına münasibət bildirməmişdir. Çünki mübahisəsiz haldır ki, hüquqa və qanuna uyğun olmasa da tərəflər arasında mübahisəli tikiliyə dair bir razılaşma olmuşdur. Həmin tikilini iddiaçı da üçüncü şəxsdən əvəzi ödənilməklə əldə etməsi hazırkı işdə mübahisələndirilmir. Ona görə də əvvəllər iddiaçının sahibliyində olmuş özbaşına tikili statusunda olan mübahisəli fərdi yaşayış evinin alqı-satqısına dair tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüş və qanunvericiliyin tələbinə uyğun olmasa da bunu yazılı formada razılaşdırmışlar. Ancaq iddiaçı tərəfindən özbaşına tikili statusunda olan fərdi yaşayış evi cavabdehə təhvil verilməsinə baxmayaraq cavabdeh evin dəyərini iddiaçıya razılaşdırılmış qaydada tam ödəməmişdir. Ona görə də iddiaçının özbaşına tikili statusunda olsa da fərdi yaşayış evinin əldə olunmasına Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: vəsaiti sərf olunduğundan razılaşdırdıqları məbləğin tam ödənilməsini tələb etmək hüququ olmuşdur. Burada, məhz cavabdehin 31 mart 2018-ci il tarixdən uzun illər ərzində əmlaka fasiləsiz sahiblik etməsi, iddiaçının buna qarşı heç bir tələbinin olmaması, həmçinin uzun illər ərzində mübahisəli tikili üzrə kommunal xidmətlərə dair xərclərin cavabdeh tərəfindən ödənilməsi də mübahisəli özbaşına tikiliyə faktiki sahibliyin cavabdeh tərəfindən həyata keçirildiyini bir daha təsdiq etmiş olur. Buna görə də cavabdehin mübahisəli tikilidən çıxarılması məsələsi üzrə hüquqi dəyərləndirmə aparılarkən onun həmin tikilidə illər ərzində fasiləsiz yaşaması ilə yanaşı, həmin evə görə razılaşdırılmış məbləğin xeyli hissəsini iddiaçıya ödəməsi konteksindən yanaşılmalı, iddiaçı ilə cavabdehin arasında olmuş razılaşmanın məhz ödənilməmiş pul məbləği ilə bağlı olmasını təsdiq edən dəftərdə aparılmış qeydlər də nəzərə alınmalıdır. Başqa sözlə, evdən çıxarılma ilə bağlı deyil, ödənilməmiş məbləğin ödənilməsi ilə bağlı iddiaçının subyektiv hüquqlarının mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. (42,43,44) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-4780/2024 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Hər üç qətnamədə cavabdehin mənə fərdi yaşayış evinə görə 26.200 ABŞ dolları, borc müqaviləsi üzrə 13.755 manat borcu qalmısı sübuta yetirilmişdir. Cavabdehin 58295 manat məbləğində borcunun mənə qaytarılması barədə pretenziya ilə müraciət etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X8 ifadəsində bildirmişdir ki, Cavabdeh uzun müddətdir tanıyır. Ondan maşın almışdır. 2018-ci ildə Aytəkinin Kənan adlı şəxsdən faizə borc pul götürdüyünü, həmin borcdan 10000 manat məbləğində hissəsinin qaldığını, həmin 10000 manatı Aytəkinə kömək üçün verdiyini bildirdi. O Aytəkinlə birlikdə Kənanın Bakı şəhərində “Ulduz” metrostansiyası yaxınlığında yerləşən sexinə getmiş, həmin qalıq 10000 manat məbləğində vəsaiti Aytəkin onun yanında Kənana vermişdir. Kənan pulu aldıqdan sonra faiz üzrə borcdan Aytəkinin borcunun qalmadığını bildirdi. X1 olan borcunu isə Aytəkindən aldığı maşının pulunda hesablaşmaqla əvəzləşdirdiyini bildirdi. Məhkəmədə şahid qismində ifadə vermiş X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müfadiə edərək göstərmişdir ki, iddiaçı cavabdehə ev satıb, evin sənədi yoxdur, özbaşına tikili statusundadır. Evi aralarında 50.000 ABŞ dollarına satmağa razılaşdırılıblar. İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə 32000 ABŞ dollarının, evin təmir xərcinin qaytarılması barədə qarşılıqlı iddia ərizəsi ilə müraciət edib. Lakin təmin olunmayıb. Cavabdeh əlavə olaraq iddiaçıdan borc alıb. Lakin borcu da qaytarmayıb. Həqiqətən cavbdehin iddiaçıya borclu qalması artıq dəfələrlə keçirilmiş məhkəmə iclaslarında araşdırılaraq tədiq olunub. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, O Sabunçu rayonu, X10, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin dəyərini hissə-hissə ödəmək şərtilə iddiaçıdan 50.000 ABŞ dolları ödənilməsi şərtilə almışdır. Həmin pulu tam şəkildə ödəmişdir. Aralarında olan razılaşmaya əsasən ilkin ödəniş olmayıb. İddiaçı 2 il idi ki, evi sata bilmədiyindən ona aylıq 700 ABŞ dollar ödəmək şərtilə kreditə vermiş və hər ilin yanvar ayında 10.000 ABŞ dollar, ayda isə 700 ABŞ dollar ödəmə şərti ilə razılaşmışlar. Aylıq ödənişləri iddiaçıya imza çəkdirməklə vermişdir. Razılaşdıqları qalan məbləği isə 4169 7413 0262 8605 və 4169 7388 4464 3134 saylı kart hesablarından Kənanın 4169 7413 1682 8043 saylı və 4169 7388 2754 6031 saylı kart hesabına atmışdır. Bundan başqa, ev təmirsiz olduğundan həmin evi təmir etdirmiş və təmirə 16 716 manat pul xərcləmişdir. Təmirə xərclədiyi bu məbləği "xxxx" MMC-nin 11 iyul 2023-cü il tarixli rəyi ilə təsdiq edir. Daha sonra isə o fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin iddiaçının adına olmadığını öyrənmişdir. Belə ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, X10 ünvanındakı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsin mülkiyyət hüququnu təsdiq edəcək sənədi yoxdur, iddiaçının mübahisəli evə dair hüquqmüəyyənedici sənədi olmadığı halda onu aldadaraq ondan aylıq olaraq pul almışdır. Halbuki, ona sonradan məlum olmuşdur ki, iddiaçının mübahisəli torpaq sahəsinə iddia etməyə əsas verən yeganə sənədi ona Namiq Məmmədov tərəfindən 5-ci adama verilmiş şəxs tərəfindən ona verilən etibarnamə olmuşdur. Namiq Məmmədov da məhkəməyə gəlib Kənanı tanımadığım bildirmişdir. Qeyd olunan etibarnamə ilə X4 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, X10 ünvanında yerləşən ümumi sahəsi 3.0 ha torpaq sahəsinin 200 kv.m təyinatı üzrə istifadə etməyi, torpaq sahəsi üzərində tikilmiş tikililərin gələcəkdə özəlləşdirməyi, sənədləşdirmə işləri ilə əlaqədar onun adından ərizə verməyi və imza etməyi, müvafiq qərar və sərəncamları almağı və sair hərəkətləri etməyi şəxslərə etibar etmiş, həmin şəxslərdən sonuncusu isə İddiaçı etibar etmişdir. Etibarnamə ilə İddiaçı istifadəsinə verilmiş 200 kv torpaq sahəsinin 3.0 ha torpaq sahəsinin hansı hissəsindən ayrıldığı və ya İddiaçı istifadəyə verilmiş 200 kv torpaq sahəsinin doğrudanda hazırda mübahisə olunan tikilinin yerləşdiyi torpaq sahəsi olması heç bir sənədlə təsdiq edilməmişdir. İddiaçı ona qarşı “mənzildən çıxarılma" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixli ********** Qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətçi X2 xx.xx.2017-ci il tarixli AR-İ 533231 nömrəli etibarnamə əsasında Bakı şəhəri, Sabunçu (əvvəlki Abşeron) rayonu, X10 ərazisindəki torpaqda yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi X10 ünvanındakı fərdi yaşayış evindən onun və ailəsinin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il taı 2(008)- 4247/2023 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-612/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Sabunçu Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 4247/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, mənim Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Südçülük sövxozu ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2155/2024 saylı, 10 iyun 2024-cü il tarixli qərarı ilə kassasiya şikayətim təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilib mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2024-cü 2(103)- 4780/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4247/2023 saylı, 21 sentyabr 2023-cü tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı ilə aralarında olan 31 mart 2018-ci il tarixli razılaşmanın hüquqi əsası yoxdur. Çünki, iddiaçı torpağın və evin özünün mülkiyyətində olmasına onu inandırmış, o isə onun vədinə inanmaqla onunla razılaşmışdır. İddiaçıya olan borcunu üç üsulla həyata keçirmişdir: 1.Ödəniş terminalı vasitəsilə iddiaçının kart hesabına 2. Əlbəəl təqdim edərək, aralarında tərtib edilmiş yazılı kağıza imza etdirməklə 3. Cavabdehə və onun anasına məxsus kart hesabların iddiaçının kart hesabına köçürməklə. İddiaçıdan 2018-ci ildə 20000 ABŞ dolları məbləğində faizə borc almış, həmin borcu da tam şəkildə ödəmişdir. Həmin borcu ödəməsəydi iddiaçı evi ona satmazdı. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinə əsasən, torpağın və evin İddiaçı mülkiyyətində olmaması öz təsdiqini tapmışdır. İddiaçı guya onun borclu olmasını qeyd etsə də onun iddiaçıya borcu yoxdur. İddiaçı ona borclu olmağı ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməlidir. İddiaçı dəfələrlə ona qarşı əsassız iddialar qaldırmış, nəticə əldə etməmişdir. İndi isə çarəsiz qalan iddiaçı guya onun ona borclı olmağını əsas gətirərək ona qarşı iddia qaldırmışdır. İddiaçının hədə-qorxu və təzyiqləri nəticəsində o və ailəsi rahat yaşaya bilmir. Hətta iddiaçının qanunsuz hərəkətləri nəticəsində o gərgin əsəb və stress keçirmiş, nəticədə hamiləliyi pozulmuşdur. Onu polisə vermiş, qanunsuz olaraq barəsində cinayət işi açılmış və cərimələnmişdir. İndi isə iddiaçının qanunsuz iddia tələbləri davam etməklə ona mənəvi ziyan vurmaqda davam edir. İddia tələbi əsassız oluğundan təmin edilməməsini xahiş edir. Mülki iş materiallarına istinad Mülki işə əlavə olunmuş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(008)-4247 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair mülki işə baxılaraq iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Mülki işə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2024-cü il tarixli, 2(103)-612/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-4247/2023 nömrəli qətnaməsi ləğv edilməsi iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi X10 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2155/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinimn Mülki Kollegiyasının 2(103)-612 /2024 nömrəli 19 fevral 2024—cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli, 02- 135/23 nömrəli ekspert rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərəsə əsasən Cavabdeh tərəfindən təqdim edilmiş, həmçinin bildirdiyi məlumatlara və texniki vizual baxışa əsasən Bakı şəhəri, Sabunçu rayonu 2-ci ramana sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə çəkilmiş xərclərin (mal-material, avadanlıqlar və usta xərcləri nəzərə alınmaqla) bazar qiymətləi nəzərə alınmaqla dəyəri 16716.1( on altı min yeddi yüz on altı manat 10 qəpik) manat təşkil edir. Mülki iş materiallarına iki vərəqli, bir vərəqinin hər iki tərəfində qeydlər olan kağız təqdim edilmişdir. Kağızın 1-ci vərəqində ödəniş qrafiki ikinci səhifəsində isə “Mən Rzayev X9 qəsəbəsi İİ ci sahədəki evimi 50000 dollara Cavabdeh satacağam. Əgər o siyahıda göstərilən tarixlərdə pulları aldıqdan sonra evi adına keçirəcəyəm. Öz imzamla təsdiq edirəm. Başıma bir iş gəlsə bu siyahıda göstərilən pulları Rəşada ödəsin. X6, Cavabdeh, İddiaçı Bunların müqaviləsində iştirak etmişəm” sözləri qeyd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə xətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 329. Əqdlərin formaları 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 550. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Maddə 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu hissəsinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını, məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin mübahisəsiz halları:
1. İddiaçı 2018-ci ildə cavabdehə borca pul vermişdir. Verilən borcun məbləğinin iddiaçı 20000 manat, cavabdeh isə 20000 ABŞ dolları olduğunu bildirir.
2. Abşeron rayonu, X10 ərazisində 3 ha torpaq sahəsindən 200 kv.m hissəsinə dair xx.xx.2008-ci il tarixdən başlayaraq Namiq Məmmədova 99 il müddətinə müqavilə əsasında icarəyə verilmiş, icarə hüququ ilə verilmiş torpaq sahəsi xx.xx.2012-ci il tarixdə Amid İbrahimova, Amid İbrahimov xx.xx.2014-cü ildə Ramil Hüseynova, Ramil Hüseynov xx.xx.2017-ci il tarixdə Eldəniz Kərimova, Eldəniz Kərimov xx.xx.2017-ci il tarixdə Vüqar Sadıqova, Vüqar Sadıqov tərəfindən isə iddiaçıya etibarnamə ilə vermişdir. Vüqar Sadıqov tərəfindən iddiaçıya etibarnamə verilərkən torpağın üzərində özbaşına inşa edilmiş fərdi yaşayış evi olmuşdur. xx.xx.2018-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında qeyd edilən torpaq sahəsinin üzərində olan evin nisyə alqı-satqısı barədə şifahi razılaşma olmuş, iddiaçı evi cavabdehə 50000 ABŞ dolları olmaqla ayda 700 ABŞ dolları ödəmək şərti ilə satmışdır. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən borc müqaviləsi və alqısatqı müqavilələri üzrə öhdəliklərin icra edilmədiyini, bu səbəbdən 2018-ci il tarixdə verilmiş borc məbləğinin 13755 manat hissəsini, satılmış fərdi yaşayış evinin ödənilməmiş 26200 ABŞ dolları məbləğində olan hissəsinin ödənilməsini tələb edir. İddia tələbinin birinci hissəsinə (2018-ci il tarixdə verilmiş borc məbləğinin 13755 manat hissəsi) münasibətdə məhkəmə hesab edir ki, Mülki Məcəllənin 739.2ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Tərəflər arasında müqavilənin forma tələbinə riayət edilməmişdir. Mülki qanunvericilik Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdləri qanunun tələbinə görə bağlandığı andan etibarsız əqdlərə aid edir və əqd etibarsız olduğu halda əgər həmin Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəmək qaydasını müəyyən edir (Mülki Məcəllənin 337.1 və 337.5-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş rəsmi şərhə əsasən Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmin Qərarın təsviri əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Mülki Məcəllənin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Bu cür əsassız varlanmadan irəli gələn tələb hüququnu qanun kəsici müddətlə məhdudlaşdırır. Məhkəmə həm kəsici müddətin tətbiqini, həm şahid ifadələrini, rəhbər tutaraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda cavabdehin ilkin borc məbləğini ödəmədən iddiaçı tərəfindən onun faktiki sahibliyinə əlavə olaraq 50000 ABŞ dolları dəyərində fərdi yaşayış evi verməsini də ağlabatan hesab etmir. İddia tələbinin ikinci hissəsinə (satılmış fərdi yaşayış evinin ödənilməmiş 26200 ABŞ dolları məbləğində olan hissəsi) münasibətdə məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyi rəhbər tutaraq hesab edir ki, tərəflər arasında bağlanmış və predmeti özbaşına tikilinin alqı-satqısı olan əqd əhəmiyyətsiz əqddir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-4780/2024 nömrəli Qətnaməsində məhkəmənin gəldiyi hüquqi nəticə ondan ibarətdir ki, tərəflər arasında hüquqa və qanuna uyğun olmayan mübahisəli tikiliyə dair razılaşma olmuşdur. Həmin tikilini də iddiaçı da üçüncü şəxsdən əvəzi ödənilməklə əldə etməsi hazırki işdə mübahisələndirilmir. Ona görə də əvvəllər iddiaçının sahibliyində olmuş özbaşına tikili statusunda olan mübahisəli fərdi yaşayış evinin alqı-satqısına dair tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüş və bunu yazılı formada razılaşdırmışlar. Ancaq iddiaçı tərəfindən özbaşına tikili statusunda olan fərdi yaşayış evi cavabdehə təhvil verilsə də cavabdeh evin dəyərini iddiaçıya tam ödəməmişdir. Ona görə də iddiaçının özbaşına tikili statusunda olsa da fərdi yaşayış evinin əldə olunmasına vəsait sərf olunduğundan razılaşdırdıqları məbləği tam ödənilməsini tələb etmək hüququ olmuşdur. Cavabdeh iddia tələbinin bu hissəsinə münasibətdə də əhəmiyyətsiz əqdin nəticəsi üzrə əsassız varlanan şəxsdir. Lakin məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsinə münasibətdə kəsici müddətin axımı iddiaçının cavabdehə qarşı Sabunçu Rayon Məhkəməsində “mənzildən çıxarılma” tələbi üzrə iddia qaldırması ilə 2023-cü il tarixdə dayanmışdır. Belə ki, cavabdeh tərəfindən 2023-cü ilin yanvar ayınadək fərdi yaşayış evinin aylıq ödənişləri davam etmişdir. Mənzildən çıxarılma tələbi ilə bağlı (cavabde məhkəmə iclasında qeyd etmişdir) iddiaçı 2023-cü ili mart ayında iddia qaldırmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, kəsici müddət tətbiq edilmədən işdə olan sübutlar əsasında qalıq borc məbləği müəyyən edilməlidir. Cavabdeh fərdi yaşayış evinin qiymətinin ödənilməsini üç üsulla (1. Ödəniş terminalı vasitəsilə iddiaçının kart hesabına; 2. Əlbəəl təqdim edərək, aralarında tərtib edilmiş yazılı kağıza imza etdirməklə; 3. Cavabdehə və onun anasına məxsus kart hesabların iddiaçının kart hesabına köçürməklə) həyata keçirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi hər üç üsulla ödənişin edildiyini qəbul etmişdir.
1. Ödəniş terminalı vasitəsilə iddiaçının kart hesabına köçürülən vəsait: Cavabdeh tərəfindən məhkəməyə 50 ədəd olmaqla ödəniş terminalları vasitəsilə ödənişin həyata keçirildiyini təsdiq edən qəbz təqdim edilmişdir. Həmin qəbzlərdən 10 ədədi başqa şəxslərə, eləcə də kommunal xərlərlə bağlı edilən ödənişlərdir. 40 ədəd qəbz üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 8860 manat məbləğində vəsait iddiaçının kart hesabına köçürülmüşdür. Hər bir ödəniş tarixi üzrə (cədvəl tərtib edilərək iş materiallarına əlavə edilmişdir) 1 ABŞ dollarının Azərbaycan manatına olan məzənnə fərqləri (https://www.cbar.az/currency/rates internet səhifəsi üzrə) nəzərə alınmaqla ümumilikdə 5211.76 ( beş min iki yüz on bir dollar yetmiş altı sent) ABŞ dolları məbləğində vəsaitin iddiaçının kart hesabına köçürüldüyü müəyyən edilmişdir.
2. Əlbəəl təqdim edərək, aralarında tərtib edilmiş yazılı kağıza imza etdirməklə ödənilən vəsait: Cavabdeh tərəfindən məhkəməyə iki vərəqli, bir vərəqinin hər iki tərəfində qeydlər olan kağız təqdim edilmişdir. Kağızın 1-ci vərəqində ödəniş qrafiki ikinci səhifəsində isə “Mən Rzayev X9 qəsəbəsi İİ ci sahədəki evimi 50000 dollara Cavabdeh satacağam. Əgər o siyahıda göstərilən tarixlərdə pulları aldıqdan sonra evi adına keçirəcəyəm. Öz imzamla təsdiq edirəm. Başıma bir iş gəlsə bu siyahıda göstərilən pulları Rəşada ödəsin. X6, Cavabdeh, İddiaçı Bunların müqaviləsində iştirak etmişəm” sözləri qeyd edilmişdir. İddiaçının nümayəndəsi və cavabdeh hər ikisi məhkəmə iclasında bildirdilər ki, aylıq ödənişlər əlbəəl edilərkən həmin kağıza imza etdirməklə həyata keçirilmişdir. Həmin kağızdan görünür ki, 2018-ci ilin mart ayından 2020-ci ilin dekabr ayınadək qarşısında iddiaçının imza etdiyi ödəniş məbləği ümumilikdə 22400 (iyirmi ikin min dörd yüz) ABŞ dollarıdır.
3. Cavabdehə və onun anasına məxsus kart hesabların iddiaçının kart hesabına köçürməklə ödənilən vəsait: Cavabdeh məhkəmə iclasında özünə və anası X3 məxsus kart hesablarından iddiaçının kart hesabına vəsaitin köçürüldüyünü bildirmiş, iddiaçının nümayəndəsi həmin məbləğlərin köçürüldüyünü qəbul etmişdir. AR MPM-in 78-ci maddəsinə əsasən məhkəmə tərəfindən cavabdehin və anasının kart hesablarından iddiaçının kart hesabına köçürülmüş vəsait barədə məlumatlar "xxxx" ASC-dən alınmışdır. Bank tərəfindən plastik kartlarla aparılan əməliyyatlara dair çıxarışdan görünür ki, Cavabdeh və X3 məxsus kart hesablarından İddiaçı kart hesabına ümumilikdə 643 manat məbləğində vəsait köçürülmüşdür. Hər bir ödəniş tarixi üzrə 1 ABŞ dollarının Azərbaycan manatına olan məzənnə fərqləri (https://www.cbar.az/currency/rates internet səhifəsi üzrə) nəzərə alınmaqla ümumilikdə 378.24 ( üç yüz yetmiş səkkiz dollar iyirmi dörd sent) ABŞ dolları məbləğində vəsaitin iddiaçının kart hesabına köçürüldüyü müəyyən edilmişdir. Beləliklə cavabdeh tərəfindən iddiaçıya fərdi yaşayış evinə görə 27990 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. Cavabdeh tərəfindən ödənilməmiş vəsait 22010 ABŞ (50000-27990) dolları təşkil edir. Cavabdeh məhkəmə iclaslarında borcun tam şəkildə ödənildiyini qeyd etsə də Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-4247/2023 nömrəli qətnaməsindən görünür ki, mənzildən çıxarılma tələbi üzrə mülki işin gedişində Cavabdeh məhkəmədə qarşılıqlı iddia qaldıraraq 32000 ABŞ dolları məbləğində vəsaitin, habelə evin təmirinə çəkdiyi xərclərin ödənilməsini ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tələb etmişdir. Bu da dolayısı ilə cavabdeh tərəfindən iddiaçı qarşısında öhdəliyin tam icra edilmədiyini müəyyən edən sübutlardandır. Cavabdeh məhkəmə iclaslarında həmçinin bildirmişdir ki, İddiaçı ona qarşı mənzildən çıxarılma tələbi üzrə Sabunçu Rayon Məkəməsində iddia qaldırdıqdan sonra o iddiaçıya heç bir ödəniş etməmişdir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 22010 ABŞ dolları (ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində pul və 202.25 (iki yüz iki manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumun əvəzi tutularaq İddiaçı ödənilməlidir.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ :
İddia qismən təmin edilsin. Cavabdeh 22010 (iyirmi ikin min on) ABŞ dolları (ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində pul və 202.25 (iki yüz iki manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov