Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2063/2023 26.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı “X4” Publik Hüquqi şəxsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı “X4” Publik Hüquqi şəxsinin Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “X4” Publik Hüquqi şəxsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 26 fevral 2022-ci il tarixli ÜM-057 nömrəli müqaviiləyə əsasən istifadəyə verilən aktivin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyyfiyyətli “Broyler İnkubatoru” zərfinə daxil olan aktivlər, yəni 1ədəd inkubator aparatının (1000 yumurtalıq, (mayalanma və çıxış)). Marka və model TONGDA 1056) 1 ədəd generatorun (benzin, 3.0 kvt gərginlik 220-240 V 50/60 HZ, maksimum çıxış gərginliyi 2.8 kvt, gərginlik tənzimləyici növü AVR, sürəti 3000 qpm,syutma sistemi, yanacaq çən tutumu 15l, yağ çən tutuumu 0.6 l, davamlı işləmə müddəti 12 saat, Marka və model ASTRA 3 KVV) və 1 ədəd yem üyüdən avadanlığın (güc 2.2 kvv, gərginlik 220 v, müxtəlif yem üyütmə imkanı 50-200 kg/saat, marka və model TİNGVANG 26) matura şəkilində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı “X4” Publik Hüquqi şəxsi iddia tələbini onunla əsaslandırmışdır ki, Özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 (bundan sonra - Agentlik) 18 saylı Ərazi Məşğulluq Mərkəzi filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022ci il 26 fevral tarixli ÖM-057 nömrəli müqaviləyə əsasən Agentlik Cavabdeh “Broyler İnkubatoru” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd inkubator aparatı (1000 yumurtalıq, ( mayalanma və çıxış). Marka və model TONGDA 1056) 1 ədəd generator (benzin, 3.0 kvt, gərginlik 220-240V 50/60 HZ, maksimum çıxış gərginliyi 2.8 kvt, gərginlik tənzimləyicisinin növü AVR, sürəti 3000 rpm, soyutma sistemi, yanacaq çən tutumu 15l, yağ çən tutumu 0.6 l, davamlı işləmə müddəti 12 saat, Marka və model ASTRA 3 KVV) və 1 ədəd yem üyüdən avadanlıq (güc 2.2 kvv, gərginlik 220 v, müxtəlif yem üyütmə imkanı 50-200 kg/saat, Marka və model TİNGWANG 26) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair 2022-ci il 26 fevral tarixli aktlarla vətəndaş Cavabdeh “Broyler İnkubatoru” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı monitorinq keçirilmiş və 2023-ci il 26 yanvar tarixli aralıq monitorinq aktına əsasən Cavabdeh verilmiş “Broyler İnkubatoru” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd inkubator aparatı (1000 yumurtalıq, ( mayalanma və çıxış). Marka və model TONGDA 1056) 1 ədəd generator (benzin, 3.0 kvt, gərginlik 220-240V 50/60 HZ, maksimum çıxış gərginliyi 2.8 kvt, gərginlik tənzimləyicisinin növü AVR, sürəti 3000 rpm, soyutma sistemi, yanacaq çən tutumu 15l, yağ çən tutumu 0.6 l, davamlı işləmə müddəti 12 saat, Marka və model ASTRA 3 KVV) və 1 ədəd yem üyüdən avadanlıq (güc 2.2 kvv, gərginlik 220 v, müxtəlif yem üyütmə imkanı 50-200 kg/saat, Marka və model TİNGWANG 26) aşkar edilməmişdir. Agentlik tərəfindən vətəndaş Cavabdeh ünvanlanmış 2023-ci il 26 yanvar tarixli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubları ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. İşin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli “Broyler İnkubatoru” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd inkubator aparatının (1000 yumurtalıq, ( mayalanma və çıxış). Marka və model TONGDA 1056) 1 ədəd generatorun (benzin, 3.0 kvt, gərginlik 220-240V 50/60 HZ, maksimum çıxış gərginliyi 2.8 kvt, gərginlik tənzimləyicisinin növü AVR, sürəti 3000 rpm, soyutma sistemi, yanacaq çən tutumu 15l, yağ çən tutumu 0.6 l, davamlı işləmə müddəti 12 saat, Marka və model ASTRA 3 KVV) və 1 ədəd yem üyüdən avadanlıqın (güc 2.2 kvv, gərginlik 220 v, müxtəlif yem üyütmə imkanı 50-200 kg/saat, Marka və model TİNGWANG 26) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçı “X4” Publik Hüquqi şəxsinin nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işə əlavə olunmuş Seriya AZE 14534615 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 03 sentyabr 1989-cu ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 26 fevral tarixli ÖM-057 nömrəli müqavilənin surətindən müəyyən olunur ki, həmin müqavilə “X4” Publik Hüquqi şəxsinin 18 saylı Məşğulluq Filialı ilə Cavabdeh arasında bağlanmışdır. Mülki işə əlavə edilmiş 26 fevral 2022-ci il tarixli təhvil təslim Aktnın surətindən müəyyən olunur ki, Özünüməşğulluq proqramı çərçivəsində “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 26 fevral tarixli ÖM-057 nömrəli müqaviləyə əsasən Cavabdeh “Broyler İnkubatoru” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd inkubator aparatının (1000 yumurtalıq, ( mayalanma və çıxış). Marka və model TONGDA 1056) 1 ədəd generatorun (benzin, 3.0 kvt, gərginlik 220-240V 50/60 HZ, maksimum çıxış gərginliyi 2.8 kvt, gərginlik tənzimləyicisinin növü AVR, sürəti 3000 rpm, soyutma sistemi, yanacaq çən tutumu 15l, yağ çən tutumu 0.6 l, davamlı işləmə müddəti 12 saat, Marka və model ASTRA 3 KVV) və 1 ədəd yem üyüdən avadanlıqın (güc 2.2 kvv, gərginlik 220 v, müxtəlif yem üyütmə imkanı 50-200 kg/saat, Marka və model TİNGWANG 26) verilməsi aktlaşdırılmışdır. Mülki işə əlavə edilmiş 26 yanvar 2023-cü il tarixli Aktnın surətindən müəyyən olunur ki, Özünüməşğulluq proqramı çərçivəsində “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 26 fevral tarixli ÖM-057 nömrəli müqaviləyə əsasən Cavabdeh fəaliyyətinin aralıq monitorinqi aparılan zaman, ona verilmiş əmlakları 15 gün əvvəl aktivlərin tanımadığı Gəncə şəhər sakininə 1000 manata satması aktlaşdırılmışdır. Mülki işə əlavə edilmiş 26 yanvar 2023-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, Cavabdeh Özünüməşğulluq proqramı çərçivəsində “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 26 fevral tarixli ÖM-057 nömrəli müqaviləsinə əsasən ona verilmiş avadanlıqları 30 gün ərzində Agentliyə geri qaytarması, əks halda məhkəmə vasitəsi ilə tələb ediləcəyi barədə xəbərdar edilmişdir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı maddi və və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. “Məşğulluq haqqında” Qanunun 24.4-cü maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Məhkəmə mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, iddiaçı “X4” Publik Hüquqi şəxsinin Cavabdeh qarşı iddia tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi pozmuş və nəticə etibarilə də iddiaçı iddia tələbində haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində haqlı olması səbəbindən iddia tələbi təmin edilməli, Cavabdeh “Broyler İnkubatoru” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd inkubator aparatının (1000 yumurtalıq, ( mayalanma və çıxış). Marka və model TONGDA 1056) 1 ədəd generatorun (benzin, 3.0 kvt, gərginlik 220-240V 50/60 HZ, maksimum çıxış gərginliyi 2.8 kvt, gərginlik tənzimləyicisinin növü AVR, sürəti 3000 rpm, soyutma sistemi, yanacaq çən tutumu 15l, yağ çən tutumu 0.6 l, davamlı işləmə müddəti 12 saat, Marka və model ASTRA 3 KVV) və 1 ədəd yem üyüdən avadanlıqın (güc 2.2 kvv, gərginlik 220 v, müxtəlif yem üyütmə imkanı 50-200 kg/saat, Marka və model TİNGWANG 26) natura şəklində iddiaçı “X4” Publik Hüquqi şəxsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən isə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qiymətləndirilməyən iddia olduğundan iş üzrə 100 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı “X4” Publik Hüquqi şəxsinin Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin olunsun. Cavabdeh “Broyler İnkubatoru” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd inkubator aparatının (1000 yumurtalıq, ( mayalanma və çıxış). Marka və model TONGDA 1056) 1 ədəd generatorun (benzin, 3.0 kvt, gərginlik 220-240V 50/60 HZ, maksimum çıxış gərginliyi 2.8 kvt, gərginlik tənzimləyicisinin növü AVR, sürəti 3000 rpm, soyutma sistemi, yanacaq çən tutumu 15l, yağ çən tutumu 0.6 l, davamlı işləmə müddəti 12 saat, Marka və model ASTRA 3 KVV) və 1 ədəd yem üyüdən avadanlıqın (güc 2.2 kvv, gərginlik 220 v, müxtəlif yem üyütmə imkanı 50-200 kg/saat, Marka və model TİNGWA natura formasında alınaraq “X4” Publik Hüquqi şəxsinə qaytarılsın. İş üzrə 100 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(021)-2063/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2063/2023
26.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver