Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2192/2025 07.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi ilə İddiaçı Salman oğlunun Cavabdeh qarşı “Pul” tələbinə dair mülki işə 07 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddia tələbi İddiaçı Salman oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17.000 (on yeddi min) manat Bank "xxxx"-yə ödənilən pulun, 141( yüz qırx bir) manat dövlət rüsumunun əvəzi, cəmi 17.141 (on yeddi min bir yüz qırx bir) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı Salman oğlu iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh Əmirov X1 Elman Əkbər oğluna kredit müqaviləsinə əsasən ** VN *** dövlət qeydiyyat nömrəli avtomobili satın almışdır. Aralarında olan razılaşmaya əsasən həmin avtomobilə görə banka olan borcunu Cavabdeh ödəməli və sonda avtomobil onun mülkiyyətinə keçməli idi. Həmin kredit müqaviləsi rəsmləşdirilərkən isə iddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Avtomobil satıldıqdan bir müddət sonra isə borclu İsmayılov Elman Əkbər oğlu vəfat etmişdir. Cavabdeh isə həmin kredit üzrə borcdan heç bir ödəniş etmədiyindən Bank "xxxx" ASC Bakı Şəhər Xətai rayon Məhkəməsinə müraciət etmiş və Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(011)-2174/2014 saylı qətnaməsinə əsasən həmin kredit müqaviləsi üzrə borclu İsmayılov Elman Əkbər oğlundan və zamin və hazırki mülki iş üzrə İddiaçı 23090,53 ABŞ dolları əsas borc, 1003,41 ABŞ dolları faiz borcu, 46,80 ABŞ dollarə cərimə, cəmi 24.140,74 ABŞ dolları borcun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilmişdir. Qeyd edildiyi kimi borclu İsmayılov Elman Əkbər oğlu vəfat etdiyi üçün həmin pul zamin yəni iddiaçıdan tələb edilmişdir. Bu müddət ərzində cavabdehdən həmin avtomobil geri tələb edilsə də, cavabdeh avtomobili qaytarmaqdan və avtomobilə görə olan krediti ödəməkdən yayınmışdır. Hal-hazırda da avtomobilin harada və kimin istifadəsində olmasından məlumatsızdır. Bakı Şəhər Xətai Rayon İcra Şöbəsi qətnamənin icrası məqsədi ilə hazırki iş üzrə iddiaçının işlədiyi iş yerinə yəni-"xxxx" MMC-yə məktub göndərərək tələb olunan məbləğin və 7 faiz icra ödənişini ondan tələb etmişdir. Bundan sonra iddiaçı tələbkar Bank "xxxx" ASC-yə müraciət edərək borclunun vəfat etməsi və bu səbəbdən də borc məbləğinə güzəşt tədbiq edilməsini xahiş etmişdir. Tərəflərin izahatı Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, məhkəmə iclasında tərəflər iştirak etməmişdir. İddiaçının vəkili məhkəməyə elektron vəsatət göndərərək xx.xx.2025-ci il tarixdə Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclası olduğundan iştirak edə bilməyəcəyini və iştirakı olmadan iclasın keçirilib qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Salman oğlu xx.xx.1988-ci ildə anadan olmuşdur. xx.xx.2025-ci il tarixli DİN BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh xx.xx.1981-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. 19.04.225-ci il tarixli ********** saylı qəbzdn görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 141 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli 5213 saylıməktubdan görünür ki, BOA Agency şirkəti Bakı şəhər Xətai rayonu İcra və probasiya şöbəsinə müraciət edərək icraatlarında olan İsmayılov Elman Əkbər oğlu haqqında 24140.74 USD və ödənilmiş 30 AZN dövlət rüsumunun Bank "xxxx" ASC-yə qaytarılması ilə bağlı Xətai rayon Məhkəməsinin 2(011)- 2174/2024 saylı xx.xx.2014-cü il tarixli icra sənədini məhkəməyə qaytarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi İddia tələbi sübut olunmur. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-2174/2014 saylı, 08 may 2014-cü il tarixli icra sənədinə əsasən İsmayılov Elman Əkbər oğlundan və İddiaçı müştərək qaydada, cəmi 24140,74 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq Bank VTB ASC-yə ödənilməsi qət edilmişdir. İddia ərizəsinə əsasən “Kia Optima” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomaşının hal-hazırki iş üzrə Cavabdeh faktiki mülkiyyətində olduğu göstərilir. Lakin həmin avtomobilin hal-hazırda cavabdehdə olması və ya onun tərəfindən iddiaçıya münasibətdə hər hansı pul öhdəliyinin yaranması iddia ərizəsinə əlavə olunmuş materialara əsasən təsdiqini tapmır. MPM 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiası təmin edilməməli, İddiaçı tərəfindən ödənilmiş 141 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Qətetdi:
İddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 141 (bir yüz qırx bir) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev