Məhkəmə qərarları › İş №e-2(021)-2327/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-2327/2022

16.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-2327/2022 16.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi,Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh ( iddiaçı) Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh İlqar qızına qarşı cehiz əşyalarının yaşayış evindən çıxarılması tələbinə dair və cavabdeh ( iddiaçı) Cavabdeh İlqar qızının cavabdeh X2 qarşı ər-arvad arasında əmlak mübahisələri tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən nikaha daxil olan zaman gətirdiyi və ərizınin təsviri hissəsində qeyd edilmiş 92 adda məişət cehiz əşyalarının hazırda yaşadığı vərəsəlik qaydasında onun mülkiyyətində olan Tərtər rayon Alışarlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması, bu vəzifənin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh ( iddiaçı) Cavabdeh İlqar qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər rayon Qapanli kənd sakini X1 iddia ərizəsində qeyd olunan cehiz əmlaklarının naturada və ya onların dəyəri olan 10450 manat pulun , ödənilmiş 50 manat mediasiya xərcinin və iddia qaldırılması üçün ödənilmiş 74 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə rayon məhkəməsinin 2(021)-2415/22 saylı 15 iyul 2022-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh İlqar qızına qarşı cehiz əşyalarının yaşayış evindən çıxarılması tələbinə dair iddia ərizəsi əsasında qeydə alınmış 2(021)-2327/22 saylı mülki iş iddiaçı (cavabdeh) Cavabdeh İlqar qızının cavabdeh X2 qarşı ər-arvad arasında əmlak mübahisələri tələbinə dair iddia ərizəsi əsasında qeydə alınmış 2(021)-2415/22 saylı mülki işlə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizə təqdim edərək, iş üzrə icraata xitam verilməsini və sənədlərinin geri qaytarılmasını xahiş etdi. Cavabdeh ( iddiaçı) Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək, cehiz əşyalarını İddiaçı evindən götürdüyünə görə iş üzrə icraata xitam verilməsini və sənədlərinin geri qaytarılmasını xahiş etdi. Ərizələri nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizələri və əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1,261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-in 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. MPM-in 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh İlqar qızına qarşı cehiz əşyalarının yaşayış evindən çıxarılması tələbinə dair və cavabdeh ( iddiaçı) Cavabdeh İlqar qızının cavabdeh X2 qarşı ər-arvad arasında əmlak mübahisələri tələbinə dair iddia ərizələri və onlara əlavə olunmuş sənədlər iddiaçılara qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh İlqar qızına qarşı cehiz əşyalarının yaşayış evindən çıxarılması tələbinə dair və cavabdeh ( iddiaçı) Cavabdeh İlqar qızının cavabdeh X2 qarşı ər-arvad arasında əmlak mübahisələri tələbinə dair iddia ərizələri və onlara əlavə olunmuş sənədlər iddiaçılara qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona qaytarılsın. Cavabdeh ( iddiaçı) Cavabdeh tərəfindən ödənilmiş 74 (yetmiş dörd ) manat dövlət rüsumu ona qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar