Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-254/2024 08.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya verməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh Bərdə şəhəri Babək küçəsi ev 2 mənzil 23-dən 4000 (dörd min) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxrılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə şəhəri Babək küçəsi ev 2 mənzil 23 tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq seriya RX ******* nömrəli çıxarış ona verilmişdir. Cavabdeh onun doğma qardaşıdır. Cavabdeh ailəli olmuş və başqa daimi yaşayış yeri olmasına baxmayaraq, ayrı-ayrı ünvanlarda yaşamışdır. Mülkiyyətində olan Bərdə şəhəri ünvan 1üdçü valideynləri yaşayırlar. Cavabdeh onun mülkiyyətində olan evdə yaşasa da, daimi onlara gələrək ailələrində söz-söhbət yaradırmış. Kommunal xərclərin ödənilməsində iştirak etmir və onun evdən pay hüquq olduğunu bildirərək, valideynlərindən pul tələb edirmiş. Cavabdehə dəfələrlə yaşayış ünvanından çıxması bildirilsə də, o buna əhəmiyyət verməmiş və bununla bağlı ümumi razılıq əldə olunmamışdır. Bütün olanları nəzərə alaraq məhkəməyə müraciət etmək mıəcburiyyətində qalmışdır. Ona görə də məhkəmədən Cavabdeh Bərdə şəhəri Babək küçəsi ev 2 mənzil 23-dən 4000 (dörd min) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizə təqdim edib, izahat verərək bildirdi ki, məhkəmədən iddia tələbində cavabdehin istifadə hüququnun 4000 manat kompensasiya verilməklə xitam verilməsi xahiş olunmuşdur. Hazırda iş üzrə verilmiş ekspert rəyində aylıq kirayə haqqının 170 manat olduğu müəyyən edilmişdir. Bu da iddia tələbində təklif olunan kompensasiya məbləğindən artıq miqdar təşkil edir. İddiaçı ekspert rəyi ilə müəyyən olunan məbləği müzakirə etmişlər və iddiaçı rəydə göstərilən məbləğə uyğun miqdarda kompensasiya verməyə razı olduğunu bildirmişdir. Məhkəmədən rəyin nəzərə alınaraq, qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və etməməyinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsi (vəkilini) dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Mülki iş materiallarına əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDR xidmətinin seriya RX ******* nömrəli çıxarışından görünür ki, İddiaçı Bərdə şəhəri Babək küçəsi ev 2 mənzil 23 ünvanında yerləşən məzili xüsusi mülkiyyət növü olaraq xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestri kitabının 126 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. Mülki iş materiallarına əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş AR128557 nömrəli etibarnamədən görünür ki, İddiaçı tərəfindən Nümayəndə salahiyyətləri verilmişdir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli məktubla Bərdə rayon məhkəməsinə ünvanlanmış ekspert rəyindən görünür ki, ekspert təyini haqqında qərardadda qeyd edilən Bərdə şəhəri Babək küçəsi ev 2 mənzil 23 ünvanında yerləşən ümumi sahəsi 69.10 kv.m olan mənzilin və ona oxşar şəraitli mənzillərin və fərdi yaşayış evlərinin orta təmirli vəziyyətdə aylıq icarə haqının orta bazar qiyməti nəzərə alınmaqla təxminən 170 manat müəyyən edilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi mülkiyyət hüququ ilə əlaqədar olduğundan aşağıda göstərilən maddi hüquq normalarına istinad edilməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. MPM-in 4-cü mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.2.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarın nəticə hissəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi kompensasiya ödəməklə istifadə hüququna xitam verilməsi tələbindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəli mənzilin İddiaçı mülkiyyətində olması iş materialları ilə sübut olunur. Xüsusilə işin hallarından müəyyən olunur ki, cavabdehin iddiaçıya məxsus mənzildə yaşaması iddiaçının mülkiyyət hüququnu pozur. Həmçinin iş materiallarından cavabdehin başqa daimi yaşayış yerinin olması da sübut olunmur. Buna görə məhkəmə hesab edir ki, iddiaçının konstitusiya ilə təmin edilmiş mülkiyyət hüququnun qorunması və pozulmasının qarşısının alınmasının təmini məqsədilə cavabdehə iddiaçı tərəfindən kompensasiya verilməklə onun mənzilə istifadə hüququna xitam verilməlidir. Məhkəmə kompensasiyanın miqdarı ilə bağlı onu qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi nəzərə alınarkən kompensasiyanın məbləğinin bazar qiymətinə uyğun olub-olmaması müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, işdə olan ekspert rəyinə əsasən Bərdə şəhəri Babək küçəsi ev 2 mənzil 23 ünvanında yerləşən ümumi sahəsi 69.10 kv.m olan mənzilin və ona oxşar şəraitli mənzillərin və fərdi yaşayış evlərinin orta təmirli vəziyyətdə aylıq icarə haqının orta bazar qiyməti təxmini olaraq 170 manat olaraq təsbit edildiyindən və məhkəmə praktikası olaraq 3 illik kirayə haqqı məbləğində kompensasiya əsas götürüldüyündən məhkəmə qeyd edir ki, hazırki işdə aparılan hesablamaya əsasən aylıq orta bazar qiyməti olan kirayə haqqını il ərzində olan 12 aya, alınan nəticəni isə 3 ilə vurduqda (170 man.*12 ay=2040 man.* 3 il =6120) alınan 6120 manat rəqəm kompensasiya məbləğini təşkil edir və məhkəmə tərəfindən həmin məbləğə iddiaçının yazılı razılığının da olması nəzərə alınaraq həmin məbləğin cavabdehə ödənilməklə cavabdehin mübahisə predmeti olan mənzildən istifadə hüququna xitam verilməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 manat cavabdehdən tutularaq ekspertiza mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya verməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı tərəfindən 6120 (altı min yüz iyirmi) manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh Bərdə şəhəri Babək küçəsi ev 2 ünvanında yerləşən 23 nömrəli mənzildən istifadə hüququna xitam verilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(021)-254/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-254/2024
08.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver