Məhkəmə qərarları › İş №e-2(021)-262/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-262/2024

17.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-262/2024 17.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mutafayeva Lalə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yanı balalı inək üçün ödədiyi 1410 manat, inəyin dava-dərmanı üçün çəkdiyi 100 manat xərc və ödədiyi 81 manat dövlət rüsumu olmaqla, cəmi 1591 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o kənd yerində yaşamaqla maldarlıqla məşğuldur. Kənd yerində yeganə dolanacaq mənbəyi heyvandarlıq olduğu üçün Access Bank QSC-dən 10500 manat kredit alıb maldarlıq təsərüffatını genişləndirmək istəmişdir. Gəncə şəhərində heyvan bazarı adlanan yerdən xx.xx.2023-cü il tarixdə dostu X1 ilə birlikdə cavabdehdən bir baş yanı balalı inək almışdır. İnəyin dəyəri olaraq cavabdehə 1410 manat pul ödəmişdir. Cavabdehdən şəxsiyyət vəsiqəsini tələb edərək alış aktı tərtib etmək istədikdə şəxsiyyət vəsiqəsinin yanında olmadığını, adının Əli olduğunu, Laçın rayonundan məcburi köçkün düşdüyünü və hazırda Goranboy rayonu Nizami kəndində məskunlaşdığını bildirərək onu aldatmağa nail olmuşdur. O hətta satdığı inəyin hər gün 7 litir süd verdiyini də bildirərək dələduzluq etmişdir. Cavabdeh onu inandırmışdır ki, inəkdə hər hansı bir problem olarsa cavabdehdir. İnəyı həyətlərinə gəldiyi gündən halsızlığını müşahidə etmişdir. Sağdıqda isə inəyin cəmi gün ərzində 1 (bir) litr süd verməsi müəyyən edildi. O,cavabdehə zəng etsə də cavabdeh onun telfonlarına cavab verməmişdir. Belə olan halda o, xx.xx.2023-cü il tarixdə baytara müraciət etmişdir. Baytar inəyi müayinə etdikdən sonra bildirdi ki, inək xəstə inəkdir. Baytar vasitsəi ilə də əlavə 100 manatlıq iynə dərman olunsa da inək sağalmadı. İnək xx.xx.2023-cü il tarixdə ölmüşdür. O, növbəti dəfə mal bazarına gedib cavabdehi tapmışdır. Cavabdehin şəklini çəkib polis şöbəsinə müraciət etmişdir. Polis araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin adı Əli deyil Rasimdir. Goranboy rayon Nizami kəndində deyil, Bərdə rayon Körpüqıran kəndində yaşayır. Bu fakt onu sübut edir ki, həmin şəxs bilə-bilə ona xəstə inək satmış və ona qarşı dələduzluq etmişdir.Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olumasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 609-cu maddəsinə əsasən 14 günlük qarantiya müddəti ərzində inəyin qaytarılması ilə bağlı heç bir cəhdlər edilməmişdir. Ölən inəyin cavabdeh tərəfindən satılmış inək olması ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Şahid cavabdehlə bağlı polis şöbəsinə müraciət edildiyini bildirilsə də məhkəmə tərəfindən bununla bağlı sorğu vermiş və sorğuya cavabda polis şöbəsinə müraciət olunmadığı göstərilməmişdir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE 13207316 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Əmirvar kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi və Daşkəsən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfinən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, İddiaçı sahibliyində olan inəyə “qan parazitar” xəstəliyi diaqnozu qoyularaq müalicə tədbirləri aparılmış, lakin inək xx.xx.2023-cü il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş materiallardan görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)- 3813/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə mütəxəssis cəlb olunaraq rəy alınması qərara alınmış və “X3” MMC-nin xx.xx.2024-cü il tarixli Mütəxəssis rəyinə əsasən İddiaçı satılmış 1 baş inəyin dəyəri 1100 manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş materiallardan görünür ki, məhkəmə tərəfindən hazırki işlə bağlı İddiaçı ilə Cavabdeh arasında Gəncə mal bazarı adlanan ərazidə qara mal alqısatqısına dair tərəflərin arasında yaranmış narazılıqla bağlı Göygöl rayon Polis şöbəsində onların hər hansı bir izahaatı alınmışdırsa, həmin izahaatları Bərdə rayon Məhkəməsinə göndərilməsi barədə Göygöl rayon Polis şöbəsinə sorğu verilmiş və həmin orqandan məktubun icrası ilə əlaqədar bildirilmişdir ki, İddiaçı və Cavabdeh Göygöl rayon Polis Şöbəsində izahatları alınmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 bildirdi ki, baytar köməkçisi işləyir. İddiaçı 20 iyun 2023-cü il tarixdə onlara inəyin az süd verməsi və halsızlığı ilə bağlı müraciət etmişdir. Baytar həkimi ilə birlikdə gedib inəyi müayinə etmişlər, inəkdə gənə aşkar olunmuşdir. Həmin 1 baş inəyə “qan parazitar” xəstəliyi diaqnozu qoyularaq müalicə tədbirləri aparılmış, lakin inək xx.xx.2023-cüil tarixdə ölmüşdür. İnəyin müalicə olunmasında iştirak etmiş və inək öləndə də orada olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X1 bildirdi ki, dostu İddiaçı ilə birlikdə mal bazarına gedib özünü Laçın rayonunda adının Əli kimi kimi təqdim edən şəxsdən 1 baş inək almışdırlar. Həmin vaxtı İddiaçı inəkdən nəsə xoşu gəlmədiyini bildirmişdir. İnəyi alıb apardıqdan sonra İddiaçı bildirmişdir ki, inək xəstədir və süd vermir. Həmin şəxsə zəng vurmuş o da bildirmişdir ki, problem deyil gəlib ya özü, özünün vaxtı olmasa tanışları gəlib inəyi götürər və pulu qaytarılar. Bundan sonra ona dəfələrlə zəng etsələr də telefonuna zəng çatmamışdır. Təxminən 2 həftə sonra özünü Əli kimi təqdim edən şəxslə mal bazarında rastlaşmış, polis əməkdaşlarını çağırmışlar və müəyyən etmişlər ki, həmin şəxsin adı Əli deyil, Rasimdir və Bərdə rayon Körpüqıran kəndində yaşayır. İnək alındıqdan 7-8 gün sonra ölmüşdür. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün 81 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Cavabdeh 18 iyun 2023-cü il tarixdə yanı balalı 1 baş inək satmışdır. Tərtib olunmuş akta əsasən inəyə “qan parazitar” xəstəliyi diaqnozu qoyulmuşdur və inək 26 iyun 2023-cü il tarixdə xəstəlikdən ölmüşdür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 581.4-cü maddəsinə əsasən satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 609.1-ci madəsinə əsasən heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. 609.2-ci maddəsinə əsasən faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.2.2. qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə; 609.3-cü maddəsinə əsasən yeyinti məhsulları əldə etmək məqsədilə heyvanların kəsilmək üçün satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.3.2. qaramalda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə; Məhkəmə qeyd edir ki, iddia tələbi onunla əsalnadırılmışdır ki, mübahisə predmeti olan 1 baş inək gənə xəstəliyindən ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 609-cu madəsi isə həmin xəstəliyə görə satıcının məsuliyyətini müəyyən etmir. Buna görə də məhkəmə hesab edirki, iddia tələbi təmin oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mütəxəssis tərəfində həyat keçirilən xidmətin dəyəri 100 manat İddiaçı tutularaq “X3” MMC -yə ödənilməlidir. Göstərilənləri və MPM-nin 213, 214, 216-220, 227, 233.1-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş 81 manat dövlət rüsumu İddiaçı aid edilsin. Mütəxəssis tərəfində həyat keçirilən xidmətin dəyəri 100 manat İddiaçı tutularaq “X3” MMC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar