Məhkəmə qərarları › İş №e-2(021)-2664/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2664/2025

30.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2664/2025 30.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş üzrə QƏTNAMƏ Açar sözlər: pul, borc verilmiş pulun qaytarılması, etiraf Hаkim Abdullayev Fərman Firidun оğlunun sədrliyi X1 iclas katibliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1. Cavabdeh və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2937 (iki min doqquz yüz yeddi ) manat məbləğində pulun, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq əldən çıxmış faydanın illik 5% hesablanaraq həmin pulun və 51 manat dövlət rüsumun və 320 manata hüquqi yardıma görə ödənilmiş xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bərdə şəhərində yerləşən Rekort inşaat materialları mağazası ona məxsusdur. Bərdə rayonu Hacallı kəndində yaşayan Cavabdeh təxminən bir neçə ildir ki, tanıyır. Onunla heç bi qərəzliliyi və düşmənçiliyi yoxdur. Təxminən 2-3 il əvvəl cavabdeh onun təsərrüfat mallaır mağazasına gələrək avtomobillər üçün üçün profilaktoriya inşa etdirmək istədiyini bildirirək ona nisyə tikinti materialları verməyini, aldığı materiallaırn pulunu hissə-hissə, amma tezliklə qaytaracağını bildirmişdir. Cavabdeh ondan bir neçə ay ərzində 18000 (on səkkiz min) manatlıq tikinti materiallaır almışdır. Sonuncu dəfə 1 il əvvəl cavabdeh onun mağazasına gələrək qalan borcunun hesablanmasını istəmişdir və nəticədə məlum olmuşdur ki, cavabdehin onlara verəcəyi borcunun məbləği 3750 manatdır. Lakin cavabdeh ondan xahiş etmişdir ki, “yaxın günlərdə qardaşı Valeh rayona gələcək, sizin mağzaya gəlsə denən ki, borcum 750 manatdır”, qalan 3000 (üç min) manatı özü verəcəkdir. Bundan sonra, yəni cavabdehin qardaşı Valeh gəlib getdikdən sonra o, cavabdehə zəng etmişdir ki, qalan 3000 manantı göndər, çünki qardaşı 750 manantı verməmişdir, cavabdeh əvvəlcə maddi sıxıntıları olduğunu, ona biraz möhlət tanımağını istəmişdir. O, bir neçə gün gözləyə biləcəyini demişdir. Sonra cavabdeh ona Nadim adlı şəxs vasitəsi ilə 500 manat pul göndərmiş, daha sonra isə 600 manat pulu özü vermiş, lakin cavabdeh yerdə qalan 2937 (iki min doqquz yüz otuz yeddi) manat borcunu ödəməkdən hələ də boyun qaçırdır. Cavabdehin borcu qəsdən ödəməkdən yayınması ilə bağlı tərəfilərindən Bərdə rayon Polis şöbəsinə yazılı ərizə ilə müraciəti olmuşdur. Şiakyəti əsasında aparılmış araşdırma zamanı izahatı alınmış cavabdeh zidiyyətli ifadə verərək guya ona qalan borcunun 1000 (min manat) təşkil etdiyini demişdir. Cavabdehin ona ödəməli olduğu borcun məbləğinin 2937 manat təşkil etməsini aşağıdakı şəxslərin şahidliyi də təsdiq edir: X2 və Hacıyev kamil Xaləddin oğlu. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh 2650 (iki min altı yüz əlli) manat məbləğində pulun, 51 manat dövlət rüsumun və 320 manata hüquqi yardıma görə ödənilmiş xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini qeyd edərək bildirmişdir ki, onun qardaşı Valeh iddiaçıdan 200000-300000 manatlıq material- pol üçün taxta alıb. Material qardaşının mağazası və evi üçün alınıb. Qardaşının 1700 manat borcu qalıb. Qardaşının evində istifadə olunan materiallar keyfiyyətsiz olduğu üçün pollar tərəflərindən sökülmüşdür. Qardaşına 10000 manat ziyan dəymişdir. Bundan başqa qardaşı avtomobil sexinin inşaası üçün iddiaçıdan dəmir və taxta materiallar, sement almışdır. Həmin materiallarla sexin ferması inşa olunub və həmin ferma çöküb. Qardaşına 20000-28000 manat ziyan dəyib. Məhkəmə iclasında Cavabdeh vəkili Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirdi. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Bərdə Rayon Polis Şöbəsinin cinayət işini başlanmasının rədd olunması haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizə ilə polis şöbəsinə müraciət edərək Cavabdeh adlı şəxsin onun tikinti materialları mağazasından 3000 manat dəyərində inşaat materialları aldığını, lakin aldadaraq onun pulunu vermədiyini bildirmiş, həmin müraciət qeydiyyata alınmış və araşdırılma aparılmışdır. Araşdırma zamanı Cavabdeh izahatında İddiaçı nisyə tikinti materialları aldığını, ümumiliksə 2860 nanat borcu olduğunu, borcundan 500 manat, daha sonra isə 600 manat pdədiyini və hazırda 1000 manat borcu qalmasını bildirmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, vəkil Nümayəndə1 hesabına 320 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 50.00 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-in 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı nisyə tikinti materialları almışdır. Lakin borcunu ödəmədiyindən iddiaçı bu barədə Bərdə RPŞ-nə müraciət etmiş, araşdırma zamanı Cavabdeh izahatında 2860 manat borcu olduğunu lakin borcundan ödədiyini və hazırda 1000 manat borcu qaldığını göstərmişdir. Lakin cavabdeh borcundan ödəməsinə dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh İddiaçı 2650 manat məbləğində borc qalmışdır. Lakin cavabdeh aldığı borcu bu günə kimi geri qaytarmamışdır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və Bərdə Rayon Polis Şöbəsinin cinayət işini başlanmasının rədd olunması haqqında xx.xx.2025-ci il tarixli qərarı nəzərə alınmaqla iddia tələbi təmin olunmalı, İddiaçı 2650 (iki min altı yüz əlli) manat alınaraq iddiaçı Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-ci maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu və vəkilə ödənilən 320 manat xərc cavabdehdən alınaraq iddiaçıya aid ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi təmin edilsin. Cavabdeh 2650 (iki min altı yüz əlli) manat alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu və vəkilə ödənilən 320 manat xərc Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar