Məhkəmə qərarları › İş №e-2(021)-2792/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2792/2024

17.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2792/2024 17.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, İddiaçı İddiaçı Cavabdeh qarşı “Pul tələbi” nə dair mülki işə 17 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi əsasən Cavabdeh 70.000 manat məbləğində pulu və vəkil xidmət haqqı kimi ödənilmiş 300 manat pulun və 300 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, işlə bağlı tanıdığı Cavabdeh xx.xx.2020-ci i tarixdə 1.5 il ərzində qaytarmaq şərtiylə əl yazısı ilə borc müqaviləsi qəbzi yazmaqla 10.000 manat məbləğində borc pul alımışdır. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 21 saylı notariat ofisində notarial qaydada təsdiq edilmiş 22 oktyabr 2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh İddiaçı 30.000 manat məbləğində borc almışdır. Lakin borc alan Cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə qeyd olunan tarixdə aldığı 30.000 manat və özünün əl yazısı ilə yazıb təsdiq etdiyi xx.xx.2020-ci il tarixli qəbzə əsasən aldığı 10000 manat məbləğində borc pulu ona geri qaytarmamışdır. Belə ki, xx.xx.2020-ci il tarixli müqavilənin şərtinə əsasən borc alan krediti xx.xx.2022-ci il tarixədək noatriusun bankda açılan depozit hesabı vasitəsi ilə qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa 2021-ci ilin noyabr ayında isə Cavabdeh 30.000 manat borc pul vermiş, bunu da o polis idarəsində izahatında təsdiq etmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami polis idarəsinə şikayət vermiş, orada cavabdeh yazılı izahat verərək 70.000 manat yaranmış borcu etiraf etmişdir. Cavabdeh 1500 manat olmaqla ödəyəciyinə söz vermiş, lakin borcunu ödəməmişdir. Cavabdeh həm şifahi, həm də yazılı formada xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə müraciət edərək borc aldığı 70000 manat məbləğində pulu ödəməsi barədə xəbərdarlıq edilsə də, cavabdeh pulu ödəməkdən boyun qaçırmışdır. Ona görə də məhkəmədən Cavabdeh arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi əsasən Cavabdeh 70.000 manat məbləğində pulu və vəkil xidmət haqqı kimi ödənilmiş 300 manat pulun və 300 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı məhkəmədə ona qarşı borc pul tələbinə dair iddia qaldırmışdır. Həqiqətən onun İddiaçı 70.000 (yetmiş min) manat borcu vardır. Maddi çətinliklərə görə borcunu qaytara bilməmişdir. Hazırda borc pul məbləğini tam şəkildə ödəyə bilmir, amma qaytaracaqdır. Onun Bakı şəhərindən Bərdə rayonuna gələ bilmədiyini nəzərə alaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh olmaqla, borc verən borc alana notariusun bankda açılan depozit hesabı vasitəsiylə 30000 (otuz min) məbləğində borc vermişdir. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. AR-İİİ 734385 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı etibarnamə əsasında nümayəndə səlahiyyətlərini Vəkil vermişdir. xx.xx.2024-cü il tarixli 688 nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 301 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan əlyazma qəbzdən görünür ki, Cavabdeh İddiaçı 10000 (on min) manat vəsaiti 1.5 ilə qaytarmaq şərtiylə almışdır. İş materiallarında olan İltizamdan görünür ki, Cavabdeh 30.000 manat borcu hər ay 1500 manat olmaqla qaytarmağı öhdəsinə götürmüş, əks halda məsuliyyətə cəlb olunacağı barədə xəbərdar olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borcun etirafı barədə müqavilədən görünür ki, müqaviləni İddiaçı və Cavabdeh aşağıdakı şərtlərlə bağlayırlar- Cavabdeh təqdim edir ki, İddiaçı 70000 (yetmiş min) manat ödənilməmiş borcu vardır, həmin 70000 (yetmiş min) manat borcu İddiaçı 2024-cü ilin iyul ayının sonunadək hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür və müqaviləni imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Nərimanov Rayon Pİ-nin 18-ci polis şöbəsinin məktubudan görünür ki, Cavabdeh ilə 18-ci PŞ-yə dəvət olunaraq məqsədyönlü profilaktik söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilərək şifahi xəbərdarlıq edilmişdir. İş materiallarında olan arayışın surətindən görünür ki, İddiaçı hüquq və vəzifələri izah olunaraq məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəmə iclasında vermiş olduğu izahata, eyni zamanda iş materiallarında olan təsdqiedici sənədlərə əsasən və hər iki tərəfin mübahisəsiz olaraq razılaşdığı 70.000 (yetmiş min) manat məbləğində borc hissəsində iddia təmin olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Pul” tələbinə dair iddiası qismən təmin olunmalıdır. Belə ki, 70.000 (yetmiş min) məbləğində pul və ödənilmiş 300 (üç yüz) manat dövlət rüsumu iddiaçıdan cavabdehin xeyrinə tutulmaldır. Hüquqi yardıma görə vəkil xidmət haqqı kimi ödənilmiş 300 (üç yüz) manata dair iş materiallarında təsdiqedici sənəd olmadığından həmin hissədə iddia təmin edilməməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh 70.000 (yetmiş min) manat məbləğində pul və ödənilmiş 300 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun.

3. İddia qalan hissədə təmin edilməsin.

4. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər.

5. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar