Məhkəmə qərarları › İş №e-2(021)-2889/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2889/2022

26.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2889/2022 26.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X6 iclas kаtibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “uşağın müalicəsi üçün pul vəsaitinin tutulması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək Cavabdeh onun xeyrinə birgə nikahlarından olmuş xx.xx.2015-ci il təvəllüdlü X2 müalicə xərci üçün hər ay 150 manat məbləğində sabit pul vəsaitinin tutulmasına və mediasiya xərci olaraq ödədiyi 51 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə onun arasında qeydə alınmış xx.xx.2014-cü il tarixli nikah Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)- 1843 saylı qətnaməsi ilə rəsmi olaraq pozulmuşdur. Məhkəmənin sözügedən qətnaməsinə əsasən birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X10 onun himayəsində və yanında saxlanmışdır. xx.xx.2015-ci il təvəllüdlü X7 bir neçə ildir ki, xəstəlikdən əziyyət çəkir. Odur ki, məhkəmədən Cavabdeh onun xeyrinə birgə nikahlarından olmuş xx.xx.2015-ci il təvəllüdlü X2 müalicə xərci üçün hər ay 150 manat məbləğində sabit pul vəsaitinin tutulmasına dair qətnamə qəbul edilməsini xаhiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək əlavə olaraq izahatında göstərdi ki, xx.xx.2015-ci il təvəllüdlü Nurbanu 7 yaşından böyrək çatışmazlığından əziyyət çəkir, mütəmadi müalicəyə ehtiyacı vardır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X13 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh hər ay 263 manat aliment ödəyir. Hazırda 570 manat aliment borcu vardır. Tərəflər arasında olan əmlak mübahisəsinə görə cavabdeh iddiaçıya 6530 manat pul ödəmişdir. Cavabdeh iddiaçı ilə ayrıldıqdan sonra başqa qadınla ailə qurmuşdur, hal-hazırda həyat yoldaşı hamilədir. Bundan başqa iddiaçı özü işləyir, aylıq 355 manat əmək haqqı alır. Cavabdehin iddianının tələb etdiyi məbləğdə mülaicə xərcini ödəməyə imkanı yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. Bərdə Regional “ASAN-Xidmət” X9 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ 615137 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 (atası Cavabdeh, anası İddiaçı olmaqla) xx.xx.2015-ci il tarixdə Bərdə rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 697 nömrə ilə qeyd edilmişdir. Bərdə Regional “ASAN-Xidmət” X9 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİİ 919826 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 (atası Cavabdeh, anası İddiaçı olmaqla) xx.xx.2017-ci il tarixdə Bərdə rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 43 nömrə ilə qeyd edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İ414289 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 09 mart 2022-ci il tarixdə 43 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra ərə Əhmədov, arvada Şəldili soyadı verilmişdir. Bərdə rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(021)-1843/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 27 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan 29 avqust 2015-ci il təvəllüdlü X7 və 27 yanvar 2017-ci il təvəllüdlü X3 İddiaçı himayəsində və yanında saxlanılması, 29 avqust 2015-ci il təvəllüdlü X7 və 27 yanvar 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cаvаbdeh Cavabdeh hər ay, hər uşağa 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası tərəfindən verilmiş Ambulator xəstənin tibbi kartasından çıxarışdan görünür ki, X4 “soltərəfli sidiklik-sidik axarı reflüksu, İ dərəcə(Q62,7) Neyrogen sidik kisəsi (N 31,2) Reflüks-nefropatiya(N11) diaqnozu qoyulmuş, qeyd olunan diaqnozla əlaqədar xəstənin mütamadi olaraq müayinə olunması və müvafiq müalicə alınmasının zəruri olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Regional “ASAN-Xidmət” X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ 506722 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədov X8 Aqilə Mahir qızı ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 861 nömrəli qeyd edilmişdir. İş materiallarında olan Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənəddən görünür ki, Aqilə Əhmədova hal-hazırda hamilədir. İş materiallarına əlavə edilmiş 28.03 2022-ci il tarixli qəbzin surətindən və Bərdə Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş aktın surətindən görünür ki, İddiaçı Cavabdeh icra sənədi üzrə 6530 manat borcu almış və heç bir tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Bərdə rayon İcra və Probasiya Şöbəsinə yazmış olduğu ərizənin surətindən görünür ki, İddiaçı icra sənədi üzrə tələbin ona tam ödəndiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 842 nömrəli məktubdan görünür ki, Mərkəzin təlimatçı-dezinfektoru İddiaçı aylıq 355,09 manat əmək haqqı alır. Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 148400/11 nömrəli məktubdan görünür ki, Cavabdeh 2(021) 1843/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 570 manat ödənilməmiş aliment borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiаçı İddiaçı Cavabdeh qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək Cavabdeh onun xeyrinə birgə nikahlarından olmuş xx.xx.2015-ci il təvəllüdlü X2 müalicə xərci üçün hər ay 150 manat məbləğində sabit pul vəsaitinin tutulmasına və mediasiya xərci olaraq ödədiyi 51 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. İddiаçı İddiaçı Cavabdeh qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək Cavabdeh onun xeyrinə birgə nikahlarından olmuş xx.xx.2015-ci il təvəllüdlü X2 müalicə xərci üçün hər ay 150 manat məbləğində sabit pul vəsaitinin tutulmasına və mediasiya xərci olaraq ödədiyi 51 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi isə iddianın rədd edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikası Ailə Məcəllənin (bundan sonra AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Elşolts Almaniyaya qarşı» işi üzrə Avropa Məhkəməsinin qərarına əsasən Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valildeynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən birgə nikahlarından doğulmuş uşağın yetkinlik yaşına çatması üçün aliment deyil, uşağın müalicəsi üçün çəkiləcək əlavə xərclərə cavabdehin cəlb edilməsini tələb edir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Qərarda daha sonra qeyd edilir ki, qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Həmin Qərarda daha sonra göstərilir ki, valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qərarda daha sonra qeyd edilir ki, məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Hazırkı iddia tələbindən də göründüyü kimi iddiaçı cavabdehdən birgə nikahlarından doğulmuş uşaqlarının müalicəsi ilə əlaqədar bu günə qədər çəkdiyi xərclərin əvəzini tələb etmir. İddiaçı cavabdehin uşağın müalicəsi ilə əlaqədar gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iş materiallarında xx.xx.2015-ci il təvəllüdlü X2 xəstə olduğunu, mütəmadi müalicəyə ehtiyacı olduğunu və bu müalicəyə hər ay maddi vəsait tələb olunduğunu, müalicə davam etdiriləcəyi təqdirdə gələcəkdə də tələb olunacağını göstərən kifayət qədər sübutlar mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı uşağın müalicəsi ilə əlaqədar gələcəkdə çəkiləcək əlavə xərclərə cavabdehin cəlb edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə pulun məbləği ilə bağlı nəticəyə gələrkən onu da qeyd edir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Belə olan halda, gələcəkdə məcburi qüvvəyə malik olacaq yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına icra olunmadan qalması ehtimalı, 6cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququnu da xəyali hüquqa çevirə bilər. Odur ki, qətnamənin icra olunmadan qalma ehtimalını aradan qaldırmaq üçün məhkəmə hazırki nəticəyə gəlmişdir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-cı il təvəllüdlü X7 böyrək xəstəsi olmaqla daimi müalicə alır. Həmin müalicənin qeyri-müəyyən müddət davam edə biləcəyini, müalicə ilə bağlı bütün xərclərin iddiaçı tərəfindən qarşılandığını və cavabdehin həmin xərclərin ödənilməsinə cəlb edilməyəcəyi təqdirdə gələcəkdə uşağın müalicəsi ilə bağlı çəkiləcək bütün xərclərin iddiaçı tərəfindən ödəniləcəyini, iddiaçının həmin xərclərin ödənilməsində maddi cəhətdən çətinlik çəkdiyini bildirməsini, bu halın son nəticədə uşağın mənafeyinin pozulmasına gətirib çıxara biləcəyini, cavabdehin könüllü olaraq müalicə xərcinin ödənilməsində iştirak etməməsini, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, onların diqqətəlayiq olan digər maraqlarını nəzərə alan məhkəmə hesab edir ki, X2 müayinə və müalicəsi ilə əlaqədar uşaq sağalana qədər hər ay 80 manat pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya xərci MPM-in 115-ci maddəsində nəzərdə tutulmuş işə baxılması ilə əlaqədar olan məsrəflər sırasında nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 51 manat məbləğində mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiа qismən təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X1 müayinə və müalicəsi ilə əlaqədar uşaq sağalana qədər hər ay 80 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Ödənilmiş 51 manat məbləğində mediasiya xərci iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinin Mülki Kollegiyasına аpellyаsiyа şikаyəti verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar