Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3059/2024 02.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı X4 Publik Hüquqi şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X4 Publik Hüquqi şəxsin Cavabdeh qarşı “dəymiş zərərin və əmlakın qaytarılması” tələbinə dair mülki işə 02 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı X4 Publik Hüquqi şəxsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlə iddiaçı arasında bağlanan özünəməşğlluğa dair kömək göstərilməsi məqsədilə xx.xx.2022-ci il tarixinə 2022/ÖM/09745 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək və 400 kq qarışıq yem (paketlənmiş) və 65 ədəd yem (ot və yonca qarışığı) cavabdehdən tutularaq agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, özünəməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və təyinat filialı arasında bağlanan xx.xx.2022-ci il tarixində 2022/ÖM/09745 nömrəli müqaviləyə əsasən agentlik tərəfindən Cavabdeh İribuynuzlu heyvandarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 9922,9696,9705 birka nömrəli inək, 400 kq qarışıq yem (paketlənmiş və 65 ədəd yem ( ot yonca qarışığı) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 02 sentyabr tarixli aktla vətəndaş Cavabdeh İribuynuzlu heyvandarlıq təsərrüatı zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 168 nömrəli qərarı ilə təsdiq olunmuş özünüməşğulluq təşkili qaydasının tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edib edilməməsi habelə istifadənin biznes plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı Mərkəzi Monitorinq və Qimyətləndirmə filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və xx.xx.2024-cü il tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “İribuynuzlu heyvandarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 9922,9696,9705 birka nömrəli inəklər aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-2/2-R-30087/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivlətin geri qaytarılması barədə xəbərdarlıq edilmişdir. İddiaçı X4 Publik Hüquqi şəxsin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, montorinq keçirilməsi barədə cavabdeh xəbərdar edilmişdir. O isə aktivlərin satıldığını onlara bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli özünəməşğulluğa kömək göstərilməsinə dair 2022/ÖM/09745 nömrəli müqavilədən görünür ki, X2 mərkəzi mühasibatlıq və təyinat filialının müdir müavini X7 ilə özünəməşğulluğa cəlb edilmiş şəxs Cavabdeh müqavilənin şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. xx.xx.2024-cü il tarixli özünəməşğulluq cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinqi aktından görünür ki, Cavabdeh 3 inək qarışıq yem 400 kq, ot 65 ədəd verilmiş əmlaklar satış üçün istifadə olunmuşdur. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh 3 baş inək, qarışıq yem (paketlənmiş)- 400 kq, yem (ot və yonca qarışığı)-65 ədəd verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məşğulluq Haqqında Azərbaycan Respublikasının Qanunu maddələrinə əsasən: 24.1. İşsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 24.3. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 6 (altı) ay ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. 33.3. Məşğulluq sahəsində mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı X4 Publik Hüquqi şəxsin Cavabdeh qarşı “dəymiş zərərin və əmlakın qaytarılması” tələbinə dair iddiası qismən təmin olunmalıdır. Beləliklə, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək alınaraq iddiaçı X4 Publik Hüquqi şəxsinə geri qaytarılmalı, 400 kq qarışıq yem, 65 ədəd ot və yonca qarışığı hissəsində isə iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, tələb edilən inəklər üçün ayrılmış qida hissəsində iddia tələbi əsaslı deyildir. Belə ki, sözügedən yem, ot və yonca qarışığı istehlak xarakteri daşıyıb müəyyən müddəti əhatə edir. Yekun monitorinq isə xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş və inəklərin satıldığı aşkar edilmişdir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək alınaraq iddiaçı X4 Publik Hüquqi şəxsinə qaytarılsın.
3. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər.
4. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev