Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-315/2025 06.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-6460/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə qalıq borca illik 5 faizlə hesablanmış 35.637 ABŞ dolları pul vəsaitinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti ilə), iddia ərizəsinin verilməsi üçün ödənilmiş 272 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ödənilməsii barədə qətnamə qəbul qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 191.4 kv.m olan yaşayış sahəsinin alınmasına dair 14 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləni satıcı qismində bir tərəfindən "xxxx" MMC-nin rəhbəri X1, digər tərəfdən isə həmin şirkətin guya təsisçisi olan Suleyman Ecevet adlı şəxsin etibarnamə üzrə nümayəndəsi Cavabdeh tərəfindən imzalanmışdır. Sözügedən mənzilə görə 159 800 ABŞ dolları məbləğində pul şəxsən Cavabdeh verilmişdir. Lakin bir müddət keçdikdən bağlanmış müqavilənin saxta olduğu və iddiaçının Cavabdeh tərəfindən aldadıldığı aşkara çıxmışdır. İddiaçı Bakı şəhəri Yasamal rayon Məhkəməsində iddia qaldırmış və həmin məhkəmənin 2(004)-6460/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən borclu Cavabdeh 159800 ABŞ dolları tutularaq tələbkar İddiaçı ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1019/2019 №-li, 17 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 4042/2019 №-li, xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı apellyasiya məhkəməsinin 2(103)-1019/2019 №-li, 17 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini alaraq icra edilməsi üçün ilkin olaraq Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən xx.xx.2019-cu il tarixli "icraata başlamaq haqqında" qərar qəbul edilmişdir. Eyni tarixdə icraata başlamaq haqqında qərar əlavə edilməklə icra sənədinin könüllü icra edilməsi haqqında bildiriş borclu şəxsə göndərilmişdir. Təəssüflər olsun ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərarın qəbul olunmasından 5 il keçməsinə baxmayaraq cavabdeh tərəfindən hələ də pulun ödənilməsini təmin etmək mümkün olmamış, yalnız cüzi məbləğ ödənilmişdir. Müəyyən müddət sonra cavabdeh Bərdə rayonu ərazisinə qeydiyyata düşdüyündən icra sənədi xx.xx.2023-cü il tarixdə Bərdə rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Həmin icra şöbəsində də icra sənədinin icrasına nail olunmamışdır. Məhkəmə qətnaməsi ilə qət edilmiş ümumi borc 159.800 ABŞ dolları=271.660 manat təşkil etmişdir. Yasamal rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və ona edilmiş əlavədən görünür ki, xx.xx.2023-cü il tarixədək borclu tərəfindən 25841 manat ödəniş olunmuşdur. Ümumi borcdan həmin məbləği çıxılsa 271.660-25841=245.819 manat təşkil edəcəkdir. Sonrakı ödəniş qəbzlərindən görünür ki, noyabr-498.32, dekabr 498.32, yanvar 498.32, fevral 498.32, mart 498.32, aprel 498.32 manat, may-498.32 manat olmaqla cəmi 3488 manat təşkil etmişdir. Həmin məbləğləri ümumi borcdan çıxsalar ümumi borc 245.819- 3488=242.331 manat təşkil etməkdədir. İllik 5 faizdən hesablama aparsalar iddia tələbinin həcmi 5x5%x242.331=60.582 manat təşkil edəcəkdir. Dollarla hesabladıqda isə ödənilmiş 25841 +3488 =29.329 manat/1.70=17.252 ABŞ dolları təşkil edir. 159.800 ABŞ dolları- 17.252 ABŞ = 142.548 ABŞ dolları təşkil edəcəkdir. 5 illik 5 faizdən hesabladıqda isə 142.548x25/100=35.637 ABŞ dolları təşkil edəcəkdir. Göründüyü kimi, cavabdeh tərəfindən 5 ildir ki, məhkəmə qətnaməsi ilə qət edilmiş pul iddiaçıya ödənilməmiş, yekunda iddiaçı həm mənzilindən olmuş, həm pul dəyərdən düşmüş və hazırda həmin məbləğ tam şəkildə verilmiş olsa belə ona almaq istədiyi mənzili ala bilməyəcəkdir. Cavabdeh iddiaçını həmin pul vasitəsilə əldə edilə biləcək gözləntilərdən məhrum etmiş, iddiaçının pul vəsaitini qanunsuz olaraq özündə saxlamışdır. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)6460/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 191.4 kv.m olan yaşayış sahəsinin alqı-satqısına dair 14 dekabr 2013-cü il tarixli müqavilə etibarsız hesab edilməsi, Cavabdeh 159.800 (bir yüz əlli doqquz min səkkiz yüz) ABŞ dolları məbləğində pul vəsaiti qətnamə icra olunan günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla alınıb İddiaçı verilməsi qət olunmuşdur. Mülki işə əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 1019/2019 №-li, 17 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 6460/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işə əlavə olunmuş Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4042/2019 №-li, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı apellyasiya məhkəməsinin 2(103)-1019/2019 №-li, 17 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işə əlavə olunmuş vəkilin sorğsuna əsasən Yasamal rayon icra şöbəsi tərəfindən verilmiş №- xx/xx-119439/31-li xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6460/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən “ünvan 2 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 191.4 kv.m olan yaşayış sahəsinin alqı-satqısına dair 14 dekabr 2013-cü il tarixli müqavilə etibarsız hesab edilməlidir. Cavabdeh 159.800 (bir yüz əlli doqquz min səkkiz yüz) ABŞ dolları məbləğində pul vəsaiti qətnamə icra olunan günə Azərbaycan Respublikası Mərkəzi Barkının müəyyən etdiyi Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla alınıb İddiaçı verilməlidir. İcra sənədinin icrasına müvafiq qərarla başlanmış və xx.xx.2019-cu il tarixli tələbin icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Həyata keçirilmiş digər zəruri icra tədbirləri ilə yanaşı iş üzrə borclu Cavabdeh əmək haqqından hər ay 50% (əlli faiz) tutulması üçün X3 Azerbaijan" MMC-yə xx.xx.2021-ci il tarixdə müraciət olunmuşdur. Ötən dövrdə sözügedən icra işi ilə bağlı şöbənin depozit hesabına cəmi 25841,92 manat pul vəsaiti daxil olmuşdur, ödəniş tarixləri və məbləğlər barədə məlumat məktuba əlavə olunur. Məlumat üçün qeyd olunur ki, yuxarıda qeyd olunan məbləğ xx.xx.2024-cü il tarixdə İddiaçı bank hesabına köçürülmüşdür. Bərdə rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna edilmiş əlavədən görünür ki, xx.xx.2023-cü il tarixədək borclu tərəfindən 25841 manat ödəniş olunmuşdur. Mülki işə əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü ildə 498.32 manat, xx.xx.2024-cü il tarixdə 498.32 manat, xx.xx.2024-cü il tarixdə 498.32 manat, xx.xx.2024-cü il tarixdə 498.32 manat, xx.xx.2024-cü il tarixdə 498.32 manat, xx.xx.2024cü il tarixdə 498.32 manat və xx.xx.2024-cü il tarixdə 498.32 manat ödənişlər edilmişdir. Mülki işə əlavə olunmuş məhkəmənin sorğsuna əsasən Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş №-25588/23-li xx.xx.2025-ci il tarixli arayışda göstərilmişdir ki, son məlumata əsasən 34324 manat tələbkarın xeyirinə köçürülmüşdür. Mülki işə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 272 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)6460/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 159.800 (bir yüz əlli doqquz min səkkiz yüz) ABŞ dolları məbləğində pul vəsaiti qətnamə icra olunan günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla alınıb İddiaçı verilməsi qət olunmuşdur. Həmin qətnamə qanuni qüvəsini almış və qətnamənin icrası müvafiq icra şöbəsinə yönəldilmiş, icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlanılmışdır. Lakin Cavabdeh öhdəliyini tam yerinə yetirməmiş, 34.424 manat ödəmiş (20 190 ABŞ dolları), 237.337 manat (139 610 ABŞ dolları) borcu qalmışdır. borcu qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; əvvəlki redaksiyada (MPM-in 217.2-ci maddəsinə əsasən 2021-ci ildə qüvvədə olan redaksiya) 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdi; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin, bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh icra sənədi üzrə öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, qanunvericiliyin tələblərini pozmuş, iddiaçıya maddi zərər vurmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-in 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. (MPM 77.3). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4-cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. (MPM 78.2). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)6460/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlanılmışdır. həmin vaxtdan cavabdeh pulun qaytarılması öhdəliyinin icrasını gecikdirmiş və iddiaçı həmin tələblə bağlı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək müddət ərzində cavabdeh iddiaçıya faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuşdur. Qeyd edilənlər öz növbəsində iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq digər əsaslardan çıxış edərək, daha böyük məbləğ tələb edə bilmədiyi halda, gecikdirilmiş həmin vaxt üçün ən azı illik 5 dərəcə ilə hesablanmış faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu yaratmış olur ki, bu məbləği də cavabdeh ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh öhdəliyini tam yerinə yetirməmiş, 20 190 ABŞ dolları ödəmiş, 139 610 ABŞ dolları borcu qalmışdır. Məhkəmə iddiaçının bu barədə tələbini nəzərə alıb, belə qənaətə gəlir ki, 139 610 ABŞ dolları pulun ödənilməsinin gecikdirildiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 5 il, 13 gün müddət üçün vurulmuş zərərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə cavabdehdən illik beş faiz dərəcəsi ilə pul tutulmalıdır. Məhkəmə əsas borc məbləğinin 139 610 ABŞ dolları, illik faiz dərəcəsinin 5 faiz, əsas borc məbləğinin qaytarılmasının gecikdirilmiş müddətinin isə 5 il, 13 gün olmasını nəzərə alaraq qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla ümumilikdə 35.154.57 ABŞ dolları məbləğində pul vəsaiti qətnamə icra olunan günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla tutulmalıdır. (139 610x25 / 100=34.902,5 ABŞ dolları, 13 gün üçün 252.07 ABŞ dolları, cəmi 35.154.57 ABŞ dolları) Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.2 -ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iddia təmin olunduğundan ödənilmiş 272 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ödənilməmiş 139 610 ABŞ dolları borca xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək (5 il, 13 günlük müddət üçün) illik beş faiz dərəcəsi ilə hesablanmış 35.154.57 ABŞ dolları məbləğində pul vəsaiti qətnamə icra olunan günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla alınıb İddiaçı xeyrinə tutulsun. İş üzrə ödənilmiş 272 manat dövlət dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Fərman Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-315/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-315/2025
06.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver