Məhkəmə qərarları › İş №e-2(021)-3318/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3318/2024

21.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3318/2024 21.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi vergilər Baş İdarəsinin Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhududlaşdırılmasına dair iddia ərizəsinə xx.xx.2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, qeyd olunan hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə fonduna olan 1552.55 manat, işsizlik sığorta fonduna olan 147.06 manat, icbari tibbi sığorta fondunda olan 573.08 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Cavabdeh barəsində (doğulduğu tarix-xx.xx.1960-cı il, doğulduğu yer- Azərbaycan, Bərdə rayonu Mustafağalı kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİNxxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA 1588831) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, vergi öhdəlikləri Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Bərdə rayonu Hacılar Bələdiyyəsinin (Vöen **********) İcbari tibbi sığorta fonduna 573.0 manat , işsizlikdən sığorta fonduna 147.06 manat, dövlət sosial müdafiə fonduna 1552.55 manat olmaqla, ümumilikdə 2272.69 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********382200, xx.xx.2024-cü il tarixli **********428100,xx.xx.2024-cü il tarixli **********179100 nömrəli bildirişlər göndərilmişdir. Lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ona görə də məhkəmədən Dövlət sosial Müdafiə fonduna olan 1552.55 manat, işsizlik sığorta fonduna olan 147.06 manat, icbari tibbi sığorta fondunda olan 573.08 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Cavabdeh barəsində (doğulduğu tarix-xx.xx.01960-cı il, doğulduğu yer- Azərbaycan , Bərdə rayonu Mustafağalı kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA 1588831) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli icbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair **********2 nömrəli bildirişdən görünür ki, Bərdə rayonu Hacılar Bələdiyyəsinə xx.xx.2024-cü il tarixinə ümumilikdə 573.08 manat borcu olması bildirilmişdir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli icbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair **********2 nömrəli bildirişdən görünür ki, Bərdə rayonu Hacılar Bələdiyyəsinə xx.xx.2024-cü il tarixinə ümumilikdə 2295.22 manat borcu olması bildirilmişdir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-ci il tarixli **********726100 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh-Bərdə rayonu Hacılar Bələdiyyəsinə cəmi 2903.64 manat borcu olması bildirilmişdir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixıi etibarnamənin surətindən görünür ki, 11 saylı Ərazi Vergilər İdaərsinin Hüququ şöbəsinini rəisi, vergi xidməti müşaviri X3, X1, X2, X4 nümayəndə saləhiyyətləri verilmişdir. Mülki iş materialların əlavə olunmuş şəxsiyyət vəsiqəsinin məlumtlarından görünür ki, Cavabdeh xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Bərdə rayonu Hüseynalılar ƏD Arabaçılar kəndində qeydiyyatdadır. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Dövlət Sosial Müdafiə fonduna olan 1552.55 manat, işsizlik sığorta fonduna olan 147.06 manat, icbari tibbi sığorta fondunda olan 573.08 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Cavabdeh barəsində (doğulduğu tarixxx.xx.01960-cı il, doğulduğu yer- Azərbaycan, Bərdə rayonu Mustafağalı kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş etmişdir. İşin göstərilən halları ərizə və iş materiallarında olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1-ci və 305.1.12ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Həmin Məcəllənin 355-5.1 və 355-5.2, 355-7.3 və 355-7.4-cü maddələrinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 12.1-ci və 12.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindən biridir. Həmin Məcəllənin 78.3 və 78.4-cü maddələrinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilməz. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli,hüquqi şəxsin icra orqanının rəhbəri Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 212-220, 227, 355, 358, 320 və 322-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Dövlət Sosial Müdafiə fonduna olan 1552.55 manat, işsizlik sığorta fonduna olan 147.06 manat, icbari tibbi sığorta fondunda olan 573.08 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Cavabdeh barəsində (doğulduğu tarix-xx.xx.01960-cı il, doğulduğu yer- Azərbaycan, Bərdə rayonu Mustafağalı kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA 1588831) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar