Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-340/2024 21.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2050 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə yenicə aldığı və etibarnamə əsasında idarə etdiyi **-MS-*** dövlət qeydiyyat nişanlı VAZ 21015 markalı avtomobillə Muğanlı Kələntərli yolu ilə Bərdə şəhərinə doğru hərəkətdə olan zaman qarşıda hərəkət olan "Kamaz" markalı avtomaşının dönmə əməliyyatını düzgün etməməsi səbəbindən qəza törətmişdir. Bundan sonra sözügedən qəzalı avtomaşınında bərpa işləri aparmaq niyyəti ilə tanışlarının məsləhəti ilə hazırki iş üzrə cavabdeh Bərdə rayonu Qaradağlı kənd sakini Cavabdeh ilə tanış olmuşdur. O, özünü maşın ustası kimi təqdim edərək onun avtomaşınını yenidən əvvəlki vəziyyətinə gətirəcəyini və bunun müqabilində isə ona ümumilikdə 2.050 manat verməyini tələb etdi. O, onunla razılaşaraq 500 manat ilkin ödəniş edərək avtomobilini yığılması üçün ona vermişdir. Hər dəfə müxtəlif bəhanlərlə ondan pul alaraq avtomaşınını 1 il müddətində yarımçıq formada ona təhvil vermişdir. O, həmin 1 il ərzində maddi və mənəvi ziyan çəkmişdir. Sözügedən avtomobilin tam olaraq hazırlanması üçün digər bir avtomobil ustasına avtomobili təhvil verdikdən sonra məlum olmuşdur ki, həmin avtomobilin yığılması üçün düzgün işlər aparılmamış və nəticədə mənə 2.050 (iki min alli) manat ziyan dəymişdir. Belə ki, avtomobilin arxa şüşəsi, qapıları, qapı bağlancları, bel hissəsi, boya və malyar işləri düzgün aparılmamış nəticədə avtomobil düzgün formada yığılmışdır. Bundan sonra avtomobilin bərpası üçün ona verdiyi pulunun qaytarmasını dəfələrlə geri tələb etsə də heç bir nəticəsi olmamışdır. Telefonlarına zəng vursa da eləcə də, yaşadığı ünvana dəfələrlə getməyinə baxmayaraq o, yalan vədlər verir və onu aldadır. Sözügedən işlə bağlı Bərdə Rayon Polis Şöbəsinə müraciət etmişdir. Şöbədən ona xx.xx.2023-cü il tarixdə cavab verilmişdir ki, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA №2531577 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-cİ il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Seriya AA №190301 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu verilmişdir. Mülki işə əlavə edilmiş “X3” MMC-nin 90MS435 dövlət qeydiyyat nişanlı VAZ 210154 markalı minik avtomobilinin qiymətləndirməsinə dair xx.xx.2023-cü il tarixli Mütəxəssis Rəyindən görünür ki, avtomobilə dəymiş ziyan 2050 manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş AE №056041 nömrəli Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, 90MS435 dövlət qeydiyyat nişanlı VAZ 210154 markalı minik avtomobili X1 mülkiyyətindədir. Mülki işə əlavə edilmiş ƏN-Vİİ №312897 nömrəli Etibarnamənin surətindən görünür ki, X2 tərəfindən mülkiyyətində olan 90MS435 dövlət qeydiyyat nişanlı VAZ 210154 markalı minik avtomobilə bəzi səlahiyyətlərə dair 29.07.222-ci il tarixədək İddiaçı etibarnamə verilmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsindən alınmış materiallardan görünür ki, xx.xx.2022-ci il tarixdə Bərdə Mərkəzi Rayon Xəstəxanasından tibb bacısı Bərdə RPŞ-nin Növbətçi Hissəsinə zəng edərək Bərdə rayonu Kələntərli qəsəbəsində yaşayan 1982-ci il təvəllüdlü X5 yol-nəqliyyat hadisəsi nəticəsində sol bud nahiyyəsindən sınıq xəsarəti və Bərdə rayonu Şatırlı kəndində yaşayan 1999-cu il təvəllüdlü X6 yolnəqliyyat hadisəsi nəticəsində sol dirsək nahiyyəsindən əzik xəsarətləri alaraq Bərdə MRX-ya daxil olduqlarını bildirmişdir. Həmin məlumat 09 iyun 2022-ci il tarixdə Bərdə RPŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında HK-1/2214 nömrəsi ilə qeydə alınmaqla araşdırılma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, hadisə zamanı İddiaçı VAZ 21154 minik markalı ** MS *** qeydiyyat nişanlı minik avtomobilini idarə etməyə hüququ olmamışdır. Toplanmış material üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sürücü İddiaçı öz ehtiyyatsızlığı səbəbindən baş vermiş və idarə etdiyi BAZ- 21154 minik markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan X5 dərəcəsinə görə AZ AĞİR dereceli xəsarət almışdır. İddiaçı zərərçəkmiş şəxslə barışdığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 40.2-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə Bərdə Rayon Polis Şöbəsin tərəfindən araşdırılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, hadisə sürücü İddiaçı öz ehtiyyatsızlığı səbəbindən baş vermişdir. İddiaçı zərərçəkmiş şəxslə barışdığından CPM-nin 40.2-ci maddəsinə əsasən CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd olunmuş və cinayət məsuliyyətindən azad edilmişdir. 90MS435 dövlət qeydiyyat nişanlı VAZ 210154 markalı minik avtomobili başqa bir şəxs X1 mülkiyyətindədir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, iddiaçının iddia etdiyi tələbin işin faktiki hallarına dair hər hansı bir sübutun təqdim etməməsidir. Belə ki, iddiaçı avtomobilin tam olaraq hazırlanması üçün digər bir avtomobil ustasına avtomobili təhvil verdikdən sonra məlum olmuşdur ki, həmin avtomobilin yığılması üçün düzgün işlər aparılmamış və nəticədə ona 2.050 (iki min alli) manat ziyan dəymişdir. İş materiallarından müəyyən olunmur ki, iddiaçı qeyd edilən avtomobili təmiri üçün cavabdeh . Cavabdeh təhvil vermişdir. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, həmin avtomobil artıq satılıb onun sahibliyində deyil. İddiaçı ziyanlığın dəyərini isə X3” MMC-nin 90MS435 dövlət qeydiyyat nişanlı VAZ 210154 markalı minik avtomobilinin qiymətləndirməsinə dair xx.xx.2023-cü il tarixli Mütəxəssis Rəyinə əsasən 2050 manat olmasına istinad edir. Həmin mütəxəssis rəyini nəzərdən keçirərkən isə avtomobilin hər hansı bir qüsur aktına istinadən rəy verilməsi müəyyən olunmur. (həmçinin hər hansı bir fotoşəkillərində olması rəydə yoxdur). Mütəxəssis sadəcə İddiaçı yazılı müraciəti əsasında belə rəy tərtib etmişdir. Odur ki, həmin rəyi məhkəmə mötəbər sübut kimi qəbul etmir. Məhkəm bununla yanaşı qeyd edir ki, İddiaçı mübahisələndirdiyi avtomobilin Cavabdeh tərəfindən təmir edilməsi və əgər onun tərəfindən təmir edilmişdirsə cavabdehin təqsirinə görə avtomobilə ziyan vurulması sübut olunmur. Məhkəm həmçinin qeyd edir ki, İddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, mübahisələndirdiyi 90MS435 dövlət qeydiyyat nişanlı VAZ 210154 markalı minik avtomobili X1 mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə işin faktiki hallarını və sadalanan qanunvericilik normalarını qarşılıqlı təhlil edərək belə nəticəyə gəlir ki, İddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ olmadığından və cavabdehin təqsirinə görə avtomobilin qüsurlu təmir etməsi sübut olunmadığından iddia tələbi təmin oluna bilməz. MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilənləri və MPM-nin 213, 214, 216-220, 227, 233.1-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı «pul » tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(021)-340/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-340/2024
21.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver