Məhkəmə qərarları › İş №e-2(021)-354/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-354/2024

05.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-354/2024 05.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X15 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, ərizəçi İddiaçı, nümayəndəsi (vəkili) X2 iştirakı ilə, Ərizəçi İddiaçı (bundan sonra ərizəçi və ya İddiaçı) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mərhum övladı, Bakı şəhərində doğulmuş, 12 noyabr 2014-cü il təvəllüdlü X3 30 may 2015-ci il tarixdə Bərdə rayonunda xəstəlikdən vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 25 may 2011-ci il tarixdə X8 ilə ailə həyatı qurmuş, 12 noyabr 2014-cü il tarixdə onların birgə nikahlarından X5 dünyaya gəlmişdir. Lakin o, 30 may 2015-ci il tarixdə Bərdə rayonunda xəstəlikdən vəfat etmişdir. Övladlarının ölümündən sonra onun ölümünə dair sənədi almaq yaşadıqları sarsıntı, dərin kədər və psixoloji vəziyyətlərinin alt-üst olması səbəbi ilə əldə edilməmiş və unudulub getmişdir. Çünki ilk övladlarını körpə yaşında itirmələri onlar üçün həqiqətən ağır faciə olmuşdur. Bu səbəblərdən də övladlarına ölüm şəhadətnaməsi ala bilməmişlər. Mərhum uşağının ölümünə dair şəhadətnamənin əldə edilməsi üçün Bərdə Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş olsa da, qeydiyyat şöbəsindən ona xx.xx.2023-cü il tarixli, 3-16- 5/8-15-568/2023 saylı məktubla cavab verilmişdir ki, mərhumun ölümünə dair tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi olmadığı üçün ölüm haqqında şəhadətnamə verilə bilmir. Mərhum övladlarının ölümünə dair şəhadətnamənin verilməsi onun üçün hüquq yaradan sənədlərin əldə edilməsi üçün, xüsusi ilə nikahın pozulmasının rəsmiləşdirlməsi işləri üçün zəruri tələbdir. Qəbul edilmiş ümumi məhkəmə hüquq praktikasına əsasən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə həm də o halda müraciət etmək olar ki, ölüm haqqında şəhadətnamənin olmaması səbəbindən ölüm faktını qeydiyyata almaq səlahiyyəti olan subeyktlər həmin faktı qeydiyyata almaqdan imtina edirlər. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Nəhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) X6 ərizəçi İddiaçı göstərdiklərini bir daha təqsiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin və nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 göstərdi ki, ərizəçi İddiaçı qohumudur. Ərizəçinin oğlu 12 noyabr 2014-cü il təvəllüdlü X5 xəstələndiyindən 30 may 2015-ci il tarixdə Bərdə rayonunda ölmüşdür. Yusif Şirinzadə kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 göstərdi ki, ərizəçi İddiaçı qohumudur. Sonuncunun oğlu 2014-cü ildə anadan olmuşdur və 2015-ci ilin may ayında Bərdə rayonunda xəstəlikdən ölmüşdür. X14 rayonu Mirzalıbəyli kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə Laçın rayonu Budaqdərə kəndində anadan olmuşdur və Laçın rayonu Hacıxanlı kəndində qeydiyyatdadır. Seriya AA 177607 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, X1 rayonundan məcburi köçkündür. Laçın Rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 may 2011-ci il tarixli AZ-İ 661491 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X4 25 may 2011-ci il tarixdə Laçın Rayon Qeydiyyat Şöbəsində 86 nömrəli rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra arvada Şirinova soyadı verilmişdir. Laçn Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 oktyabr 2023-cü il tarixli 05/70- 176/69 nömrəli arayışdan görünür ki, X5 12 noyabr 2014-cü ildə Bakı şəhəri Xətai rayonunda anadan olmuşdur. “Ata” qrafasında atası kimi X8, “ana” qrafasında anası kimi İddiaçı qeyd edilmişdir. “Leyla Şıxlinskaya” Klinikasının 381/15 nömrəli xəstəlik tarixindən çıxarışepikrizindən görünür ki, X5 “Tubulopatiya Metabolik asidoz” diaqnozu ilə xəstədir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı ünvanlanan 17 oktyabr 2023-cü il tarixli 3-16-5/8-15-568/2023 saylı məktubdan görünür ki, İddiaçı ölüm haqqında şəhadətnamə almaq üçün Bərdə Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X3 30 may 2015-ci il tarixdə ölməsi faktı ərizəçinin və şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X3 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum oğlunun ölümü haqqında şəhadətnamənin alınması və sosial məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, ərizəçi İddiaçı öz tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilisin. Ərizəçi İddiaçı 12 noyabr 2014-cü ildə doğulmuş oğlu X3 30 may 2015-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar