Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3642/2025 23.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi zərər” tələbinə dair iddiası üzrə mülki iş üzrə QƏTNAMƏ Açar sözlər: maddi zərər, işçi, işəgötürən Hаkim Abdullayev Fərman Firidun оğlunun sədrliyi X5 iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi zərər” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 28.909,20 (iyirmi səkkiz min doqquz yüz doqquz manat iyirmi qəpik) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 176.73 AZN məbləğin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış “03” iyul 2023-cü il tarixli əmək müqaviləsinə (kontraktına) əsasən, o, Cəmiyyətdə satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuş və 2024-cü ilin iyun ayınadək həmin vəzifədə işləmişdir. Cavabdeh əmək müqaviləsi üzrə əsas vəzifələri Cəmiyyətin sahibliyində olan və satışa təklif olunan malların ayrı-ayrı alıcılara satışı işini təşkil etmək və bu satış qarşılığında malların dəyərinin Cəmiyyətin bank hesabına ödənilməsini təmin etmək olmuşdur. Lakin aparılan araşdırmalarla müəyyən olunmuşdur ki, Cavabdeh Cəmiyyətə məxsus ümumilikdə dəyəri 28909,20 AZN məbləğində malın digər şəxslərin sərəncamına verməsinə baxmayaraq, həmin malların müvafiq dəyərinin bu günədək Cəmiyyətin bank hesabına ödənilməsini təmin etməmişdir. Məsələnin araşdırılması və Cavabdeh barəsində qanunamüvafiq tədbir görülməsi məqsədilə İddiaçı MMC-nin Bərdə bölgəsi üzrə müdiri vəzifəsində işləyən Nümayəndə2 tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixində Cəmiyyətə məxsus olan 15540 manat məbləğində 13 qutu müxtəlif adda tütün məhsullarını Yevlax şəhəri, Çənlibel qəsəbəsində yerləşən “Teymur topdan” mağazasının sahibi X2 üçün aparıb verərək Teymur Nəcəfovdan 14788 manat pulu alıb ələ keçirməsi barədə Yevlax rayon Prokurorluğuna xx.xx.2024-cü il tarixli ərizə ünvanlanmışdır. Sözügedən ərizə əsasında həmin fakt üzrə “14” iyun 2024-cü il tarixdə Yevlax rayon Prokuroru, baş ədliyyə müşaviri Ceyhun Almasov tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmaqla, istintaq aidiyyəti üzrə Yevlax rayon Polis Şöbəsinin istintaq bölməsinə göndərilmiş, cinayət işi həmin tarixdə müstəntiq, polis kapitanı X9 icraatına qəbul edilərək istintaqı davam etdirlmişdir. Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən müstəntiq Elnur Bayramov tərəfindən xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin istintaqdan gizləndiyinə görə həmin ittihamı ona elan etmək mümkün olmamışdır. Ona görə də müstəntiq Elnur Bayramov tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmiş, həmin tarixli qərarla cinayət işi üzrə icraat Azərbaycan Respublikasının CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh tutularaq Yevlax RPŞ-nin İstintaq bölməsinə təqdim edildiyi üçün AR CPM-nin 53.1.3-cü maddəsinə əsasən icraat dayandırımış ********* nömrəli cinayət işi Yevlax RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru Qasım Əliyevin icraatına qəbul edilərək iş üzrə dayandırılmış icraat təzələnməklə istintaq davam etdirilməyə başlanmış və cinayət işi üzrə Yevlax RPŞnin İB-nin baş müstəntiqi, polis mayoru Qasım Əliyev tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və əməl Azərbaycan Respublikasının CM-nin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə tövsif edilmiş və barəsində polisin nəzarəti altına vermə qətiimkan tədbiri seçilmişdir. İstintaq materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh Cəmiyyətin Bərdə bölgəsi üzrə satış təmsilçisi işləyərkən qəsdən etibardən sui-istifadə və aldatma yolu ilə Cəmiyyətin əmlakını alıcılara dəyərindən ucuz qiymətə satmaqla xeyli miqdarda əmlakı ələ keçirmək niyyəti ilə işlədiyi müddətdə dəfələrlə aralarında alqı-satqı olan, etibarını qazandığı Yevlax şəhəri, Çənlibel qəsəbəsində yerləşən “Teymur topdan” mağazasının sahibi X6 dəyərindən ucuz qiymətə işlədiyi MMC-yə məxsus olan tütün məhsullarını satacağını və bunun üçün əvvəlcədən İddiaçı MMC-yə nağd formada özünün pul ödəməli olmasını deyərək əvvəlcədən vahid niyyətlə “09” may 2024-cü ildə, saat 16 radələrində X15 şəhəri, Çənlibel qəsəbəsində yerləşən “Teymur topdan” mağazasında nağd formada 8960 manat pulu, həmin günü axşam saatlarında Teymur Nəcəfovun özünə məxsus olan bank kart hesabından onun istifadəsində olan "xxxx" ASC-yə aid 4169********2573 nömrəli “birbank” plastik kartına köçürdüyü 1220 manat pulu ələ keçirdikdən sonra O, “10” may 2024-cü ildə həmin MMC-nin digər əməkdaşı olan Vasif Məmmədova İddiaçı MMC-yə məxsus olan 15540 manat məbləğində 13 qutu müxtəlif adda tütün məhsullarını Yevlax şəhəri, Çənlibel qəsəbəsində yerləşən “Teymur topdan” mağazasının sahibi X1 və onun adındna həmin məhsulları Teymur Nəcəfova verməsini deyərək Vasif Məmmədovun həmin malları aparıb Teymur Nəcəfova təhvil verməsindən sonra O, sonuncu ilə əlaqə saxlayaraq qalıq qalmış pulu, yəni həmin günü saat 12:41-dı Teymur Nəcəfovun istifadəsində olan mobil telefonun “M10” mobil tətbiqi vasitəsilə onun istifadəsində olan +**********87 mobil telefon nömrəsinin “M10” mobil tətbiqinin hesabına köçürdüyü 4000 manat pulu və həmin günü saat 11:41-də Teymur Nəcəfovun istifadəsində olan özünə məxsus olan bank kart hesabından onun istifadəsində olan "xxxx" ASC-yə aid 4169********2573 nömrəli “birbank” plastik kartına köçürdüyü 608 manat pulu ələ keçirməklə İddiaçı MMC-yə cəmi 15540 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla qəsdən ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəmə əməlini törətmişdir. İstintaq nəticəsində o da müəyyən edilmişdir ki, Teymur Nəcəfovun ona verdiyi puldan başqa, Cavabdeh, həmçinin Cəmiyyətə məxsus ümumilikdə 13369 manat dəyərində siqareti də satıb pulunu xərcləmişdir. Cavabdeh istintaq zamanı ona sürülün ittiham ilə əlaqədar öz ifadəsində bildirmişdir ki, İddiaçı MMC-də satış təmsilçisi vəzifəsində işlədiyi müddət ərzində, satışla bağlı onun istifadəsində olan "xxxx" ASC-yə aid 416973******8395 kart hesabına müştərilər tərəfindən ödənişlər edilmiş və O, sonradan həmin ödənişləri şirkətin hesabına göndərmişdir. O, İddiaçı MMC-də işlədiyi müddət ərzində hesabında ümumilikdə 28909,20 AZN məbləğində çatışmazlıq yarandığını və O, həmin pulları yeni dünyaya gələn övladına xərclədiyini də etiraf etmişdir. Təqsirləndirilən şəxs Cavabdeh öz təqsirini etiraf etməsinə, o cümlədən müvafiq audit rəyi və şahid ifadələri ilə Cavabdeh tərəfindən cinayət əməlinin törədilməsinə dair kifayət qədər mötəbər sübutların mövcudluğuna baxmayaraq, cinayət işi üzrə məhkəmə-mühasibatlıq ekspetizası aparılmaması və ekspert rəyinin verilməməsi səbəbilə, Yevlax rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X10 tərəfindən qəbul olunmuş “08” may 2025-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Qərarla cinayət işinə xitam verilmiş və İddiaçı MMC-yə Cavabdeh ilə tərəflər arasında olan borc mübahisəsi ilə əlaqədar AR MPM-nin 6-cı maddəsinə əsasən mülki qaydada məhkəmə müraciət edilmək hüquqlarının olması izah edilmişdir. Yuxarıda göstərilənlər və “08” may 2025-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Qərarla, o cümlədən istintaq zamanı Cavabdeh etirafı, o cümlədən iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Nümayəndə2, şahid qismində dindirilmiş X7, X11, X4 ifadələri ilə, eləcə də Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş “07” iyul 2021-ci il tarixli AT/229 nömrəli icazə ilə fəaliyyət göstərən "xxxx" MMC tərəfindən aparılmış audit yoxlamasının nəticələrinə dair tərtib olunmuş audit rəyi ilə Cavabdeh İddiaçı MMC-yə ümumilikdə 28909,20 AZN məbləğində maddi formada real zərər vurduğu və hazırki iddia tələbinin əsaslı olduğu mübahisəsiz qaydada təsdiq olunur. Daha sonra İddiaçı MMC məhkəməyə iddia ərizəsinə dəqiləşmə verərək, bildirmişdir ki. tərəflərindən Cavabdeh qarşı vurulmuş real zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə müraciət olunaraq 28.909,20 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 176,73 manat pulun tutulması xahiş olunmuşdur. Hazırkı ərizə ilə iddia tələbinin dəqiqləşdirilməsinə zərurət vardır. Belə ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə dəymiş zərərin 3500 manat hissəsi ödənilmişdir. Yuxarıda göstərilənləri, yaranmış zərurəti, eləcə də Azərbaycan Respublikasının MPM-nin tələblərini rəhbər tutaraq vurulmuş maddi formada real zərərin əvəzi olaraq Cavabdeh 25.409,20 (iyirmi beş min dörd yüz doqquz manat iyirmi qəpik) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 176.73 AZN məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin mövqeləri: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə göndərərək, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. O, borcundan 3500 manat ödəniş etmişdir. Ödəniş edəndən sonra 20000 manata yaxın borcu qalıb, qalan məbləğ şişirdilib. Daha sonra Cavabdeh məhkəməyə ərizə verərək, İddiaçı MMC-yə olan borcundan ödənişlər etdiyini, hazırda 2500 manat borcu qaldığını bildirmişdir. Həmçinin səhhəti ilə əlaqədar növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış “03” iyul 2023-cü il tarixli 49 nömrəli Müqavilənin surətindən görünür ki, Cavabdeh Cəmiyyətdə satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuşdur. X8 xx.xx.2024-cü il tarixli audit yoxlanılmasından görünür ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 07 iyul 2021-ci il tarixli AT/229 N-li icazə ilə fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru X12 şəxsində və bundan sonra “Sifarişçi” adlandırılacaq İddiaçı MMC-nin direktoru Nümayəndə1 ilə bağlanmış 03 dekabr 2024-cü il tarixli M-32917 saylı müqaviləyə əsasən Cəmiyyətin satış təmsilçisi Cavabdeh fəaliyyətinə dair audit yoxlaması aparılmışdır. Audit yoxlaması 03 dekabr 2024-cü il tarixdə başlanmış və 13 dekabr 2024-cü il tarixdə başa çatmışdır. Cavabdeh İddiaçı MMC ilə xx.xx.2023-cü il tarixdə Əmək müqaviləsi bağlanmış və satış təmsilçisi vəzifəsinə təyin olunmuşdur. Aparılmış audit yoxlaması nəticəsində Cavabdeh Cəmiyyətdə işlədiyi satış təmsilçisi ərzində onun hesabında 28909,20 AZN (15540+7080+6289,20) çatışmazlıq aşkar edilmişdir. Yevlax Rayon Prokurorkuğunun “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 08 may 2025-ci il tarixli Qərarından görünür ki: Araşdırma zamanı təqsirləndirilən şəxs Cavabdeh ifadəsində göstərmişdir ki, evlidir, bir qız, bir oğlandan ibarət olmaqla iki az yaşlı övladı var. O, xx.xx.2023-cü ildə İddiaçı MMC ilə bağlanılmış müqavilə əsasında həmin MMC-nin Bərdə bölgəsi üzrə satış təmsilçisi kimi işə qəbul olunmuş, müqavilə əsasında onun aylıq məvacibi 700 manat təşkil etmiş, bundan əlavə satılacaq malların miqdarına görə əlavə həvəsləndirici ödənişlər edilməli olmuşdur. O, ilk olaraq Beyləqan və Ağdaş rayonlarına gedərək həmin rayonların ərazisində olan mağazalara İddiaçı MMC-nin satışda olan mallarının alışı və satışını təklif etmiş, müştəri axtarmış, belə ki, əsasən “Want, Kenon” markalı siqaretlərin alınaraq satılmasını təklif etmişdir. Bir müddət sonra o, Yevlax və Ağdaş rayonları ərazisində olan mağazalara energetik içkilər və tütün məhsulları təklif etməyə başlamışdır. İşlədiyi dövr ərzində onun ailə vəziyyəti ilə əlaqədar böyük məbləğdə borcları yaranmış, belə ki, arvadının hamiləliyi ilə əlaqədar müalicə olunması üçün müəyyən məbləğdə borc pul almış, həmçinin xx.xx.2024-cü il tarixdə onun oğlan övladı dünyaya gəlmişdir. Buna görə də o, müəyyən məbləğdə borc pul götürdür. O, bundan sonra qərara gəlmişdir ki, işlədiyi İddiaçı MMC-nin mağazalara satılmış mallarının pulunu götürərək borclarını bağlasın, şirkətə olan borcunu işləyərək hissə-hissə ödəsin. xx.xx.2024-cü il tarixdə o, Yevlax şəhər Çənlibel qəsəbəsində yerləşən “Teymur topdan” mağazasının sahibi X3 13 qutu olmaqla 1180 manat dəyərində 500 ədəd Keno Blue compact siqareti, 8260 manat dəyərində 3.500 ədəd X21 siqareti, 2360 manat dəyərində 1000 ədəd X24 siqareti, 1180 manat dəyərində 500 ədəd X22 siqaretin, 1280 manat dəyərində X25 siqareti və 1280 manat dəyərində 500 ədəd X23 siqaret olmaqla ümumilikdə 15540 manat dəyərində tütün məhsulları gətirilməsi barədə sifariş qəbul etmişdir. Həmin sifariş üzrə şirkətə 15540 manat pul ödənilməli olmuş, o, Teymura demişdir ki, tütün məhsullarını dəyərindən bir qədər aşağı qiymətə, yəni 14788 manata gətirəcək, Teymur onun təklifini qəbul etmiş və almış olacağı 13 qutu siqaretlərin pulundan ona nağd olaraq Yevlax şəhər Çənlibel qəsəbəsində yerləşən özünə məxsus “Teymur topdan” mağazasında ona əlbəəl olaraq 8960 manat məblğində pul vermişdir. Bundan sonra həmin günü axşam saatlarında Teymur Nəcəfov özünə məxsus olan bank kart hesabından onun istifadəsində olan Kapital Bank” ASC-yə aid 4169********2573 nömrəli “birbank” plastik kart hesabına “card to card” vasitəsilə 1220 manat pul göndərmişdir. 10 may 2024-cü il tarixdə o, işlədiyi MMC-nin digər əməkdaşı olan Vasif Məmmədova İddiaçı MMC-yə məxsus olan 13 qutu olmaqla 1180 manat dəyərində 500 ədəd Keno Blue compact siqareti, 8260 manat dəyərində 3.500 ədəd X21 siqareti, 2360 manat dəyərində 1000 ədəd X24 siqareti, 1180 manat dəyərində 500 ədəd X22 siqaretin, 1280 manat dəyərində X25 siqareti və 1280 manat dəyərində 500 ədəd X23 siqaret olmaqla ümumilikdə 15540 manat məbləğində tütün məhsullarını Yevlax şəhəri Çənlibel qəsəbəsində yerləşən “Teymur topdan” mağazasının sahibi X1 və öz adından həmin məhsulları Teymur Nəcəfova verməsini demiş, Vasif Məmmədov həmin gün 13 qutu tütün məhsullarını aparıb Teymur Nəcəfova təhvil vermişdir. Teymur Nəcəfov xx.xx.2024cü il tarixdə istifadəsində olan mobil telefonun “M10” mobil tətbiqi vasitəsilə onun istifadəsində olan +**********87 mobil telefon nömrəsinin “M10” mobil tətbiqinin hesabına 4000 manat pul köçürmüş, Teymur Nəcəfov bundan sonra həmin gün istifadəsində olan özünə məxsus olan bank kart hesabından onun istifadəsində olan Kapital Bank” ASC-yə aid 4169********2573 nömrəli “birbank” plastik kart hesabına 608 manat pul köçürmüşdür. Teymurun ona verdiyi cəmi 14788 manat pulun hamısını öz məsrəflərinə xərcləmiş, yəni borclarını qaytarmış, digər lazım olan yerlərə xərcləmişdir. İşlədiyi İddiaçı MMC-nin Bərdə bölgə müdiri Nümayəndə2 onunla bir neçə dəfə əlaqə saxlayıb şirkətə gələrək Teymur Nəcəfova satılmış 13 qutu olmaqla 1180 manat dəyərində 500 ədəd Keno Blue compact siqareti, 8260 manat dəyərində 3.500 ədəd X21 siqareti, 2360 manat dəyərində 1000 ədəd X24 siqareti, 1180 manat dəyərində 500 ədəd X22 siqaretin, 1280 manat dəyərində X25 siqareti və 1280 manat dəyərində 500 ədəd X23 siqaret olmaqla ümumilikdə 15540 manat məbləğində tütün məhsullarının pulunu şirkətə ödəməyini tələb etmiş, o, Nümayəndə2 işdən çıxmaq istədiyini deyərək şirkətə gəlməyəcəyini bildirmişdir. O, Teymurdan aldığı cəmi 14788 manat pulun hamısını öz məsrəflərinə xərcləmiş, İddiaçı MMC-yə məxsus tütün məhsullaırnı Teymura satıb 14788 manat məbləğində pulu ələ keçirəcəyi ilə bağlı heç kimə heç nə deməmişdir. O, Teymur Nəcəfova tütün məhsulları sataraq əldə olunan pul vəsaitini öz məsrəflərinə xərcləmək qərarına gəlməyi barədə heç kəsə məlumat verməmiş, əldə etdiyi puldan heç kəsə verməmişdir. O, xx.xx.2024-cü il tarixdə günorta saatlarında İddiaçı MMC- dən götürdüyü siqaretləri Yevlax və Ağdaş rayonlarında yerləşən yadında qalmayan mağazalara topdan satıb qeyd olunan məbləğdə pul əldə etmiş, həmin pulların qəbzini iş yerinə təqdim etməli olmuş, ancaq siqaretləri satdığı mağazaların siqaret almaq üçün kartı olmadığı üçün Yevlax şəhərinə gəlmiş, mağaza işlədən mağazasına siqaret və su satdığı Yevlax rayon məhkəməsinin yaxınlığında mağaza işlədən Mehbalı adlı şəxslə görüşmüş və xahiş etmişdir ki, “sənin siqaret almaq üçün kartın var”. O, 6000 manatı Mehbalının kartı ilə şirkətə ödəmiş, bundan sonra Yevlax şəhərində yerləşən “Üç qardaş” kafenin qarşısındakı köşkdə işləyən Elnur adlı şəxsə məxsus siqaret almaq üçün kartdan 1806.14 manat şirkətə pul ödəmiş, bundan sonra o, Yevlax şəhərində yerləşən Təbiət şadlıq sarayının qarşısında Sadiq adlı şəxəsə məxsus siqaret almaq üçün kartdan 8104.80 manat şirkətə pul ödəmişdir. O, qeyd etdiyi şəxslərin kartından şirkətə pul göndərərkən həmin şəxslərə heç nə verməmişdir. Sonradan Turan müəllimgil öyrənmişdir ki, o, qeyd etdiyi şəxslərə siqaret satmamış və həmin şəxslərin kartı vasitəsi ilə şirkətə pul göndərmişdir. O, ümumilikdə işlədiyi İddiaçı MMC-nin rəhbərliyini aldadaraq Yevlax rayonunda yerləşən Teymur adlı şəxsə ümumilikdə 15540 manatlıq siqaret satmış, həmin puldan xx.xx.2024-cü il tarixdə Teymur 8960 manatın işlədiyi mağazada ona nəğd vermiş, qalan pulu isə kartı vasitəsi ilə onun kartına köçürmüşdür. Həmin siqareti Teymura satıb pulu şirkətə ödəmədiyini şirkətin rəhbərliyi bilməmişdir. Teymura o, siqareti topdan qiymətə satmışdır. Teymurda onun satdığı siqaretin pulunu şirkətə ödəməyəcəyini bilməmişdir. Bundan başqa o, xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan müddətdə ayrı-ayrı vaxtlarda şirkətdən götürdüyü siqaretləri yadında qalmayan mağazalara nağd satıb şirkətə demədən pulu xərcləmişdir. Bunu şirkət rəhbərliyi xx.xx.2024-cü il tarixdə bilmişdir. Teymurun ona verdiyi puldan başqa 13369 manat dəyərində siqareti satıb pulu xərcləmişdir. Rəhbərlik xx.xx.2024-cü il tarixdə onun fəaliyyətini yoxlayarkən çıxarmış, o da rəhbərliyə səhv etdiyini və pulu ödəyəcəyini desədə ödəyə bilməmişdir. Təxminən xx.xx.2024-cü il tarixdə o, şirkətə məxsus 6289,20 manat dəyərində tütün məhsullarını Bərdə şəhərində yerləşən köşkdə sataraq əldə etdiyi pulu özünə xərcləmişdir. O, xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixlərdə İddiaçı MMC-də işlədiyi müddət ərzində şirkətin tütün məhsullarını sataraq ümumilikdə 28909,02 manat məbləğində pulunu ələ keçirmiş və həmin pulları özünə məsrəfləri üçün xərcləmişdir. Onun törətdiyi əməllə bağlı heç kimin məlumatı olmamış və heç kimlə qabaqcadan əlbir olmamışdır. Təqsirləndirilən şəxs Cavabdeh əlavə ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də satış təmsilçisi işlədiyi müddət ərzində, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024- cü il tarixədək satışla bağlı onun istifadəsində olan Kapital Bank” ASC-yə aid 416973******8395 kart hesabına müştərilər tərəfindən ödənişlər edilmiş və o, sonradan həmin ödənişləri şirkətin hesabına göndərmişdir. Həmin dövr ərzində onun istifadəsində olan kart hesabına ümumilikdə 98486,21 manat məbləğində pul mədaxil və 98731,74 manat məbləğində pul məxaric olunmuşdur. Kart hesabına mədaxil və məxaric olunan məbləğlərin təxminən 6000 manatı onun özünə məxsus pul olmuş, qalan digər məbləğlər isə İddiaçı MMC-yə məxsus tütün məhsullarının satışı ilə bağlı kartına göndərilmiş pullar olmuşdur. Bundan başqa istifadəsində olan +**********87 mobil nömrəsində quraşdırılmış M10 tətbiqinə müxtəlif məbləğlərdə müştərilər tərəfindən ödənişlər edilmiş, eyni qaydada olaraq o, həmin pulları şirkətin hesabına göndərmişdir. Həmin pulların hansı müştərilər tərəfindən kartına göndərilməsini hazırda xatırlamır. O, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı MMC-də satış təmsilçisi işlədiyi dövr ərzində hesabında ümumilikdə 28909,20 manat məbləğində çatışmazlıq yaranmışdır. O, həmin pulları yeni dünyaya gələn övladına xərcləmişdir. Bu barədə şirkət əməkdaşlarının məlumatı olmuş, onun şirkətə borclu olduğu 28909,20 manat məbləğində pulu şirkətin hesabına qaytarmağı ilə bağlı şifahi formada şirkətin əməkdaşları ilə razılaşmışlar. Lakin şirkət əməkdaşları şirkətə ödəniş ödəməyi ilə bağlı ona şərait yaratmamışlar. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək istifadəsində olan Kapital Bank” ASC-yə aid 416973******8395 kart hesabından çıxarışı və istifadəsində olan +**********87 mobil nömrəsində quraşdırılmış “M10” tətbiqindən çıxarışı istintaqa təqdim etmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən ŞAH-96 MMC-yə 500 manat göndərilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən ŞAH-96 MMC-yə 1000 manat göndərilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən ŞAH-96 MMC-yə 3000 manat göndərilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh əsas, satış təmsilçisi vəzifəsinə təyin edilmişdir. İddiaçı MMC-nin Bərdə bölgəsi üzrə satış təmsilçisi vəzifəsində işləyən Cavabdeh tərəfindən 10 may 2024-cü ildə MMC-yə məxsus olan 15540 manat məbləğində 13 qutu müxtəlif adda tütün məhsullarını Yevlax şəhəri Çənlibel qəsəbəsində yerləşən “Teymur topdan” mağazasının sahibi X2 üçün aparıb verərək Teymur Nəcəfovdan 14788 manat pulu alıb ələ keçirməsi barədə fakt üzrə Yevlax rayonu Prokurorluğunda ********* saylı cinayət işi başlanmışdır. Araşdırma zamanı Cavabdeh xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixlərdə İddiaçı MMC-də işlədiyi müddət ərzində şirkətin tütün məhsullarını sataraq ümumilikdə 28909,02 manat məbləğində pulunu ələ keçirdiyini və həmin pulları özünə məsrəfləri üçün xərclədiyini etiraf etmişdir. Araşdırma zamanı xx.xx.2024-cü il tarixədək İddiaçı MMC-də satış təmsilçi işlədiyi müddət ərzində ümumilikdə 28909,20 manat məbləğində çatışmamazlıq yaranması ilə bağlı istintaq zamanı onun təqsirliliyi sübuta yetirilmədiyindən İddiaçı MMC ilə Cavabdeh arasında borc mübahisəsinin olması müəyyən edilmişdir. Cavabdeh təqsirliliyi Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddəsi ilə sübuta yetirilmədiyindən onun barəsində cinayət işinə Yevlax Rayon Prokurorkuğunun “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 08 may 2025-ci il tarixli Qərarla Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən xitam verilmiş, İddiaçı MMC-yə Cavabdeh ilə arasında olan borc mübahisəsi ilə əlaqədar Azərbaycan Respublikası MPM-in 6-cı maddəsinə əsasən mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Hazırda Cavabdeh 28909,02 manat məbləğində borcundan cəmi 3500 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinə görə tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü maddəsinin görə ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 202-ci maddəsinin görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və Yevlax Rayon Prokurorkuğunun “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 08 may 2025-ci il tarixli Qərarı və cavabdehin etiraf ərizəsi nəzərə alınmaqla iddia tələbi təmin olunmalı, Cavabdeh 25409,20 (iyirmi beş min dörd yüz doqquz manat iyirmi qəpik) manat alınaraq İddiaçı MMC-nin xeyrinə verilsin Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 176.73 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi zərər” tələbinə dair iddia tələbi təmin edilsin. Cavabdeh 25409,20 (iyirmi beş min dörd yüz doqquz manat iyirmi qəpik)manat alınaraq İddiaçı MMC-nin xeyrinə verilsin. İş üzrə ödənilmiş 176.73 manat məbləğində dövlət rüsumu Cavabdeh qızından alınaraq İddiaçı MMC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-3642/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3642/2025
23.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver