Məhkəmə qərarları › İş №e-2(021)-3661/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3661/2023

18.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3661/2023 18.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X1 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra ərizəçi və ya 11 saylı Ərazi Vergilər Baş İdarəsi) maraqlı şəxs Cavabdeh (bundan sonra maraqlı şəxs və ya Cavabdeh) qarşı “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək hüquqi şəxs Bərdə rayon Mirzəcəfərli Bələdiyyəsi tərəfindən dövlət büdcəsinə olan 02 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 8899,8 manat, İşsizlikdən sığorta fonduna olan 257,54 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1014 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (Doğulduğu tarix - xx xxxxxxx 1970-ci il, Doğulduğu yer - Azərbaycan, Bərdə, Qarağacı k., Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsi ərizəni onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Bərdə rayonu Mirzəcəfərli Bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 8899,8 manat, İcbari Tibbi Sığorta Fonduna 1014 manat, dövlət büdcəsinə 02 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 02 manat), İşsizlikdən sığorta fonduna 257,54 manat olmaqla, ümumilikdə 10171,36 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********878400, xx.xx.2023-cü il tarixli **********285100, xx.xx.2021-ci il tarixli **********725900, xx.xx.2023-cü il tarixli **********218800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə verərək iş üzrə məhkəmə baxışının onların iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh göstərdi ki, Bərdə rayon Mirzəcəfərli Bələdiyyəsinin sədri vəzifəsində işləyir. İcbari Tibbi Sığorta Fonduna 1014 manat, dövlət büdcəsinə 02 manat məbləğində, İşsizlikdən sığorta fonduna 257,54 manat borcu vardır. Prezidentin 2006-cı il sərəncamına əsasən həmin dövrə kimi yaranmış vergi borclarının bağışlanmasına baxmayaraq Dövlət Sosial Müdafiə Fonduna olan 8899,8 manat borc məbləği silinməmişdir. Borca görə Bələdiyyənin hesabına həbs qoyulduğundan İcbari Tibbi Sığorta Fonduna olan 1014 manat, dövlət büdcəsinə olan 02 manat, İşsizlikdən sığorta fonduna olan 257,54 manat borcunu ödəməmişdir. Ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx xxxxxxx 1970-ci ildə Bərdə rayonu Qarağacı kəndində anadan olmuş, Bərdə rayonu Mirzəcəfərli Ə/D-nin Qarağacı kəndində qeydiyyatdadır. 18 aprel 2023-cü il tarixli **********2 nömrəli “İcbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair” bildirişdən görünür ki, Bərdə rayon Mirzəcəfərli Bələdiyyəsinin sədri Cavabdeh icbari tibbi sığorta haqları üzrə 835,91 manat, faizlər üzrə 178,09 manat borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş, borcun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə və ya icra qurumlarına müraciət edilə biləcəyi barədə xəbərdarlıq edilmişdir. 18 aprel 2023-cü il tarixli **********5 nömrəli “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” bildirişdən görünür ki, Bərdə rayon Mirzəcəfərli Bələdiyyəsinin sədri Cavabdeh muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 3044,85 manat, faizlər üzrə 7571,19 manat borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş, borcun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə və ya icra qurumlarına müraciət edilə biləcəyi barədə xəbərdarlıq edilmişdir. 18 aprel 2023-cü il tarixli **********4 nömrəli “İşsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair” bildirişdən görünür ki, Bərdə rayon Mirzəcəfərli Bələdiyyəsinin sədri Cavabdeh işsizlikdən sığorta haqqı üzrə 218,70 manat, faizlər üzrə 39,06 manat borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş, borcun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə və ya icra qurumlarına müraciət edilə biləcəyi barədə xəbərdarlıq edilmişdir. 01 iyul 2023-cü il tarixli **********8 nömrəli “Vergi borcunun ödənilməsinə dair” bildirişdən görünür ki, Bərdə rayon Mirzəcəfərli Bələdiyyəsinin sədri Cavabdeh vergilər üzrə 5,18 manat, maliyyə sanksiyaları üzrə 100,00 manat, faizlər üzrə 3,31 manat borcunun ödənilməsinə dair 01 iyul 2023-cü il tarixdə bildiriş göndərilmiş, borcun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə və ya icra qurumlarına müraciət edilə biləcəyi barədə xəbərdarlıq edilmişdir. Şəxsi hesab vərəqələrindən görünür ki, Bərdə rayon Mirzəcəfərli Bələdiyyəsinin adına VÖEN açılaraq vergi ödəyicisi kimi qeydiyyata alınaraq icbari tibbi sığorta haqları üzrə, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə və işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair vergi hesablamaları aparılmışdır. Hüquqi şəxs haqqında məlumatdan müəyyən olunur ki, Bərdə rayon Mirzəcəfərli Bələdiyyəsi vergi ödəyicisi kimi, Cavabdeh isə vergi ödəyicisinin rəhbəri kimi qeydiyyata alınmışdır. 25 iyul 2023-cü il tarixli **********871800 qeydiyyat nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh cəmi 12243,54 manat borcunu 5 gün müddətində ödənilməsi tələb olunmuş, qeyd olunan borc ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında müəyən edildi ki, xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan Bərdə rayonu Mirzəcəfərli Bələdiyyəsinin sədri Cavabdeh (VÖEN **********) Dövlət Sosial Müdafiə Fonduna 8899,8 manat, İcbari Tibbi Sığorta Fonduna 1014 manat, dövlət büdcəsinə 02 manat, İşsizlikdən sığorta fonduna 257,54 manat olmaqla, ümumilikdə 10171,36 manat məbləğində öhdəliyi yaranmış, lakin borclu müəyyən edilmiş müddətdə öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikasının MPM-nin: 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3-cü maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4-cü maddəsinə görə, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Bərdə rayonu Mirzəcəfərli Bələdiyyəsi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün Bələdiyyənin sədri Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsi öz tələblərini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, ərizəçi məhkəməyə ərizə verərəkən dövlət rüsumunu ödəməkdən azad olunduğundan iş üzrə ödənilməli olan 100 (bir yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxs Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.1, 355-7.3, 355-7.4, 216-220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi təmin edilsin. Bərdə rayon Mirzəcəfərli Bələdiyyəsinin sədri - xx.xx.1970-ci ildə Bərdə rayonu Qarağacı kəndində anadan olmuş, Bərdə rayonu Qarağacı kəndində qeydiyyatda olan (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi-AA 2025817, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx) Cavabdeh vergi öhdəliklərini yerinə yetirmədiyi üçün ölkədən getmək hüququ vergi borcunu ödəyənədək məhdudlaşdırılsın. Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar