Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3743/2023 28.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Böyük məsləhətçi Əzizov Mətləb Yahya oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 900 manat pulun və 30.40 manat dövlət rüsumunun tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə X8 tərəfindən idarə olunan ilə "VAZ 21011" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Səfǝtov Tacəddin Ruslan oğlunun idarə etdiyi "Hyundai Elantra" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil və Cavabdeh tərəfindən idarə olunan “QAZ 2410" markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşaraq yol nəqliyyat hadisəsi törətmişlər. Baş vermiş yol nəqliyyat hadisəsində olunan ilə "VAZ 21011” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 və "Hyundai Elantra" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 təqsirli bilinərək barələrində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərində uyğun olaraq inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmin yol nəqliyyat hadisəsində "QAZ 2410" markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil zərər çəkmişdir. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hasisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq "QAZ 2410" markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə zamanı dəymiş ümumi zərərin məbləği 1800 manat müəyyən edilmişdir. "xxxx" Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq "QAZ 2410" markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə faydalanan şəxs Cavabdeh bank hesabına 1800 manat sığorta ödənişi həyata keçirilmişdir. Sonradan onlara məlum olmuşdur ki, "VAZ 21011" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təqsirli olduğu üçün zərərin "Paşa❞ Sığorta Şirkəti tərəfindən “QAZ 2410" markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh zərərçəkən qismində 1042.50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, “QAZ 2410” markalı, **-BT- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 1800 manat müəyyən edilsə də, Cavabdeh 2842.50 manat (1800+10xx.xx-2842.50) məbləğində sığorta ödənişi ödənilmişdir. Hesab edirl ki, tərəflərindən Cavabdeh artıq ödənilən 900 manat məbləğində pul alınaraq “Atəşgah" Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə verərək, onun iştirakı olmadan işə baxılaraq qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Azərbaycan Respubliksı Vegilər Nazirliyi Kommersiya qurumunun X1 görünür ki, İddiaçı Sığorta Şirkəti ASC xx.xx.1996-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Mülki işə əlavə edilmiş Nəqliyyat Vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli Hesabatdan görünür ki, “QAZ2410” markalı 09BT058 qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərər 1800 manat məbləğində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2022-ci il №103149 nömrəli Sığorta Aktından görünür ki, xx.xx.2022-ci il tarixdə Bərəd rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “QAZ2410” markalı 09BT058 qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 1800 AZN sığorta ödəniş edilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" Sığorta Şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il Sığorta Aktından görünür ki, xx.xx.2022-ci il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “QAZ2410” markalı 09BT058 dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə Cavabdeh "xxxx" Sığorta Şirkəti tərəfindən zərər məbləğinin (2085,00 manat) yarısı 1042,50 manat sığorta ödəniş edilmişdir. Mülki işə əlavə edilmiş İnzibati tənbeh vermə haqqında TP4223031 nömrəli xx.xx.2022-ci il tarixli Qərarın surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə saat 15:30da VAZ2101 minik markalı 32BG514 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 60 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Mülki işə əlavə edilmiş İnzibati tənbeh vermə haqqında TP4826450 nömrəli xx.xx.2022-ci il tarixli Qərarın surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə saat 15:30da HYUNDAİ ELANTRA minik markalı 02BM088 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 60 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh sığorta ödənişi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 30,00 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə X8 tərəfindən idarə olunan ilə "VAZ 21011" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Səfǝtov Tacəddin Ruslan oğlunun idarə etdiyi "Hyundai Elantra" markalı, **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobil və Cavabdeh tərəfindən idarə olunan “QAZ 2410" markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşaraq yol nəqliyyat hadisəsi törətmişlər. Baş vermiş yol nəqliyyat hadisəsində olunan ilə "VAZ 21011” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 və "Hyundai Elantra" markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 təqsirli bilinərək barələrində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərində uyğun olaraq inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmin yol nəqliyyat hadisəsində "QAZ 2410" markalı, **- BT-*** dövlət qeydiyyat nişanlı avtomobil zərər çəkmişdir. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində "QAZ 2410" markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərərin məbləği 1800 manat müəyyən edilmiş və "xxxx" Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq "QAZ 2410" markalı, **-BT- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə faydalanan şəxs Cavabdeh bank hesabına 1800 manat sığorta ödənişi həyata keçirilmişdir. Bununla yanaşı həmin hadisə zamanı "VAZ 21011" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təqsirli olduğu üçün zərərin "Paşa❞ Sığorta Şirkəti tərəfindən “QAZ 2410" markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh zərərçəkən qismində 1042.50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “QAZ 2410” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 1800 manat müəyyən edilsə də, Cavabdeh ümumilikdə 2842.50 manat (1800+1042.50=2842.50) məbləğində sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəsini iddia tələbi üzrə tətbiq edərək hesab edir ki, iddiaçının “QAZ 2410” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 1800 manat olduğu halda Cavabdeh ümumilikdə 2842.50 manat (1800+1042.50=2842.50) məbləğində sığorta ödənişi edildiyindən cavabdehə artıq ödənilmiş 900 manat pulun cavabdehdən tələb etmək hüququ yaranmışdır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC öz üzərinə düşən öhdəliyi yerinə yetirdiyindən iddia təmin olunmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat sığorta hadisəsi nəticəsində artıq ödənilmiş sığorta ödənişinin məbləği və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(021)-3743/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3743/2023
28.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver