Məhkəmə qərarları › İş №e-2(021)-3766/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3766/2023

05.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3766/2023 05.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nicat Sayat oğlunun katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası 1933-cü il tarixdə doğulmuş olan X3 1989-cu il 19 aprel tarixində Bərdə rayonunda vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, atası X6 1933 -cü ildə Bərdə rayon Alpoud kəndində doğulub. X24 11 iyul 1960- cı il tarixdə anası Rəna Kərimova ilə ailə qurublar. Atası 19 aprel 1989-cu il tarixdə vəfat edibdir. X8 isə 26 aprel 2002-ci il tarixdə vəfat edibdir. O, mərhum valideynlərinin birgə nikahından xx xxxxxx 1970-ci il də doğulmuşdur, atasının ölümündən sonra onun ölümünə dair sənədi almaq o, vaxtlar Respublikada gedən hadisələrermənilərin Qarabağda təcavüzkar, bölücü hərəkətləri ilə ortaya çıxan qarşıqlıq xaos, anarxiya səbəbi ilə əldə edilməmiş və unudulub getmişdir. Tərəfindən mərhum atası X3 ölümünə dair şəhadətnamənin əldə edilməsi üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş olsa da, adıçəkilən dövlət qurumundan ərizəçilərə 23 yanvar 2023-cü il tarixli 48-05\15 saylı məktubla cavab verilmişdir ki, mərhumun ölümünə dair tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi olmadığı üçün ölümə dair şəhadətnamə ala bilmir. Mərhum atasının ölümə dair şəhadətnamənin verilməsi onun üçün hüquq yaradan sənədlərin əldə edilməsi üçün, xüsusi ilə onun mülkiyyəti ilə bağlı notariatda vərəslik işlərinin aparılması işləri üçün zəruri tələbdir. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, İddiaçı qohumudur. Floranın atası vəfat edib, onun dəfn və yas mərasimində iştirak edib. İndi isə bilmişdir ki, ölümü qeydə aldırmayıblar. Ona görə də ölüm haqqında şəhadətnamə ala bilmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərdi ki, ərizəçi İddiaçı ilə qohumdur. Floranın atasının dəfn və yas mərasimində iştirak edib, onu Bərdə rayonu Alaçadırlı kənd qəbristanlığında dəfn ediblər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Nümayəndə xx xxxxxxxx 1976-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 03137981 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X17 01 iyul 1936-cı ildə Bərdə rayonu, Hacallı kəndində doğulmuşdur, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olmuşdur. İş materiallarında olan AZE 15211148 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 16 avqust 1966-cı ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 09312590 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X1 11 mart 1962-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 13 yanvar 023-cü il tarixli, 250-05/69 saylı arayışdan müəyyən olunur ki, X7 ilə X21 11 iyul 1960-cı ildə 783 nömrəli nikah akt qeydi ilə evlənmişlər, nikahdan sonra arvada Rəhimova soyadı verilmişdir. İş materiallarında olan Vİ-JQ 651538 nömrəli Sovet Sosialist Reespublikaları X2 surətindən müəyyən olunur ki, X7 1933-cü ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1970-ci ildə doğulmuşdur. İş materiallarında olan Bədə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4310saylı, 14 sentyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 4 ünvanında yaşayır. İş materiallarında olan AZ-1851019 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 xx xxxxxx 1970-ci ildə doğulmuşdur, atası X10, X8dır. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 yanvar 2023-cü il tarixli, 48-05-497/2015 saylı məktubdan müəyyən olunur ki, X13 məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X5 19 aprel 1989-cu ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ölüm faktının müəyyən olunması ərizəçinin lazımi sənədləri başqa qaydada ala bilməməsi üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X5 19 aprel 1989-cu ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov Sədrlik edən işə mahiyyəti üzrə baxılmasının qurtarması və məhkəmə tədqiqinə dair əlavəsi olub-olmamasını ərizəçidən soruşur. Sədrlik edənin sualına cavab olaraq ərizəçinin məhkəmə tədqiqinə əlavəsi olmadı və tamamlanmasını xahiş etdilər. Məhkəmə yerində müşavirə edərək Qərara alır: Məhkəmə tədqiqi tamamlansın, məhkəmə çıxışları başlanılsın. Sədrlik edən çıxış üçün ərizəçiyə söz verir. Ərizəçinin nümayəndəsi Nümayəndə: Möhtərəm hakim, ərizəmin təmin edilməsini xahiş edirəm. Sədrlik edən müşavirə otağına gedir, müşavirə otağından qayıdaraq qətnaməni oxuyub elan edir. Qətnamənin məzmununu, şikayət vermək, müddəti və qaydasını, habelə tərəflərin iclas protokolu ilə tanış olub qeydlər vermək hüququnun olmasını izah edir. Sədrlik edən saat 14:40-da məhkəmə iclasını bağlı elan edir. Protokol 05 dekabr 2023-cü il tarixdə tərtib olundu. Sədrlik edən Elsun Əhmədov Məhkəmə iclas katibi Nicat Hüseynli AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20-52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan «09» yanvar 2024-cü il № e-2(021)-3766/2023 Bərdə Rayon Qeydiyyat Şöbəsinə Bərdə şəhəri, Koroğlu küçəsi 4/7 Bərdə Rayon Məhkəməsinin e-2(021)-3766/2023 saylı 05 dekabr 2023-cü il tarixli qətnaməsi icra edilməsi üçün sizə göndərilir. Qoşma: Qətnamənin surəti “ 03” vərəqə. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar