Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-394/2025 07.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Bunyat oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 47000 (qırx yeddi min) manatın və dövlət rüsumu olaraq ödədiyi 235 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddia tələbində cavabdeh kimi göstərdiyi Cavabdeh tanıyır. Bir müddət əvvəl Cavabdeh ona kompüter biliklərinə yaxşı bələd olduğu üçün proqram təminatı ilə server alınmasını və ticarət obyektlərinə xidmət göstərilərək gəlir əldə edilməsini təklif etmişdir. O, Cavabdeh tanıdığından və ona etibar etdiyindən, ona yalan deməyəcəyinə əmin olmuş və onun bu təklifinə razılıq vermişdir. Təxminən nə qədər məbləğ lazım olduğunu soruşanda Qalib ona kompüter proqram təminatı və avadanlıqlar üçün 35000 manat lazım olduğunu demişdir. Onun o qədər məbləği olmadığı üçün, Qalibə Banka girov qoyulması üçün qızıl əşyalarını təqdim etmişdir. Qalib qızıl əşyaları Ağcabədi rayonunda yerləşən Turan Banka qoyaraq 35500 manat məbləğində kredit götürmüşdür. Həmin məbləğlə özünün deməsinə görə kompüter proqram təminatı və avadanlıqlar almışdır. Sonradan Cavabdeh kompüter proqram təminatı və avadanlıqlara əlavə ləvazimatlar lazım olduğunu bildirərək əlavə olaraq 5000 (beş) min manat məbləğində pul lazım olduğunu demişdir. Bu zaman o, ona Banka girov qoyulması üçün qızıl saatını vermiş, həmin qızıl saatı o, Parabokt kredit təşkilatına girov qoyaraq 5000 manat məbləğində pulu əldə etmişdir. Cavabdeh kompüter proqramından istifadə edərək ticarət obyektlərinə proqram yazırmış. Ancaq kompüter təminat proqramının və avadanlıqlarının alınması üçün götürülən krediti vaxtı-vaxtında ödəmədiyi üçün Turan Banka girov qoyulan qızıl əşyaların satılması təhlükəsi yaranmışdır. Qalib ilə əlaqə saxlamış, o, imkanı olmadığını və kredit məbləğini bağlaya bilməyəcəyini demişdir. Ona görə də, o, məcbur qalıb Turan Banka olan Cavabdeh adına olan krediti faziləri ilə birlikdə 42000 manat məbləğini ödəməklə bağlamış və girov olan qızıl əşyaları girovdan götürmüşdür. Bundan başqa Cavabdeh qızıl saatın girov qoyulduğu Parabokt kredit təşkilatına ödənişləri etmədiyinə görə həmin kredit təşkilatına 5000 manat məbləğində miqdarında ödəniş etmişdir. Ancaq buna baxmayaraq qızıl saatı Parabokt kredit təşkilatında hələdə girovdadır. Cavabdeh borcu ödəmir və Parabokt kredit təşkilatı qızıl saatı satmaq niyyətindədir. Bundan başqa öyrənmişdir ki, Cavabdeh aldığı komputer təminat proqramının və avadanlıqlarının dəyəri cəmi 2000 manat ətrafındadır. Heç onun Cavabdeh dediyi qədər dəyəri yoxdur. Bundan sonra o, Qalibdən ona olan 42000 (qırx iki min) manat məbləğində pulu və Parabokt kredit təşkilatında girov qoyulan qızıl saatı tələb etməyə başlamışdır. Ümumilikdə Cavabdeh ona 47000 (qırx yeddi min) məbləğində pul ödəməlidir. Ancaq Cavabdeh ona həmin məbləği ödəmir. Həmin məbləği ört basdır etmək üçün Cavabdeh Bərdə Rayon Polis Şöbəsinə ondan şikayət etmişdir. Həmin şikayət ərizəsi üzrə Bərdə Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış, “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Araşdırma materialında Cavabdeh izahatında ona hansı məbləğlərdə pul verildiyini ifadə etmişdir. Təhqiqatçı qərarını onunla əsaslandırmışdır ki, tərəflər arasındakı mübahisə borc öhdəliyinin icra edilməməsi ilə əlaqədar olduğundan mülki xarakterlidir, odur ki, mübahisə mülki qaydada aidiyyatı məhkməyə iddia ərizəsi ilə müraciət edilməklə həll edilməlidir. Bundan başqa şahidləri X6 və X9 dediklərini təsdiq edə bilərlər. Məhkəmə iclası zamanı onların iştirakını təmin edəcəkdir. Cavabdeh ona ödəməli olduğu məbləğin 47000 (qırx yeddi min) manat təşkil edir ki, onu da könüllü ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Saman oğlu iddia ərizəsinə uyun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının onunla qurmaq istədiyi işə çəkilən xərclər özünü doğrultmadığından və iddiaçı iş sərmayəsi olaraq onun adına götürülmüş "xxxx" ASC –yə olan 42000 (qırx iki min) manat kredit pulunu və bağladığı üçün hazırda ondan 42000 kredit borcunu və əlavə ona Parabokta girov üçün verdiyi 5000 (beş min) manat məbləğində qızıl saatının müqabilində ödəniş edilmiş pulun qarşılığı olaraq həmin 5000 manat pulu cəmi 47000 manant pul tələbi ilə çıxış edir. İddiaçının iddia ərizəsində bəhs etdiyi "xxxx" ASC-yə aid kredit öhdəliyi məhz iddiaçıya aid qızlları girov qoymaqla götürlümüş kredit olmuşdur. Sadəcə iddiaçı o zaman onunla iş qurmaq şərtləri daxilində razılaşmışdır ki, kredit onun banka vediyi qızıllarını girov qarşılığında onun adına rəsmiləşdirilsin. İddiaçı ilə quracaqları işin əsas predmetini təşkil edən server avadanlıqları iddiaçıya qalmışdır. Yəni iddiaçı kredit üçün götürdüyü pula alınmış server avadanlıqlarını öz qızılları müqabilində götürdüyü kreditin hesabına öz sahilbiyində, istifadəsində və hətta sərancamında saxlamışdır. İddiaçının 47000 manat pul tələbini əsla qəbul etmir. Belə ki, iddiaçı ona qarşı irəli sürdüyü 47000 manant pul tələbi ilə məhkəmə icraatını başlatmazdan əvvəl iddia ərizəsində bəhs etdiyi 5000 manat qızıl saat söhbəti üstündə onu öldürməklə, ortadan götürmək hədə qorxusu ilə təhdid etmişdir. O, iddiaçının ona qarşı yönəlmiş bu cür təhdidlərinə qarşı həyat və sağlamlığımın təhlükəsizliyi üçün məcbur qalıb polisə yazılı ərizə ilə müraciət etmişdir. Yazılı şikayəti əsasında Bərdə rayon polis şöbəsində aparılmış araşdırmanın yekun qərarını bu günədək də əldə edə bilməmişdir. Sözügedən şikayətinin əsasını iddiaçının ondan 5000 manat dəyərində qızıl saatının geri verilməsi və ya 5000 manat pulun iddiaçıya ödənilməsi mübahisəsi təşkil edirdi. İddiaçı həmin ərəfədə (2024-cü ilin yay aylarında) onu öldürmək hədələr ilə çıxış edərkən, onun tələbini 5000 manat məbləğində dəyərləndirdiyi qızıl saatın və ya həmin saatın 5000 manat pulu təşkil edirdi. Bu səbəbdən də o hesab edir ki, hazırkı iş üzrə iddiaçının ona qarşı 47000 manat tələbi ilə irəli sürdüyü iddiasında ehtimal oluna bilinəcək az çox həqiqətə uyğun gələn arqument 5000 manant qızıl saat xüsussatıdır, qalan hissədə iddia tamamı ilə rədd edilməli olan və həqiqəti özündə əks etdirməyən tələbdir. İddiaçı öz iddia ərizəsində MM-nin 425.1 və 442, həmçinin 443.1-ci maddələrinə istinad etmişdir. Lakin bu maddi hüquq normalarının iddiaçı ilə onun iddiaçının qeyd etdiyi işgüzar təmaslar zəminində formalşmış münasibətlərinə aidiyyatı yoxdur. Belə ki, onun iddiaçı ilə hər hansısa şəkildə öhdəliyə dair müqavilə imzalması olmamışdır. MM-nin 385.1.-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. O, iddiaçı ilə olan qarşılıqlı razılıqları əsasında iddiaçıya lazım olan server avadanlığını almış və bununla da şifahi iş vədlərindən irəli gələn xidmət öhdəliyini yerinə yetirmişdir. İddiaçı da bu gün həmin server avadanlığını öz sahibliyində saxlayır. MM-nin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. O, iddiaçıya heç bir zərər vurmamış və iddiaçı ilə də aralarında öhdəliyin əmələ gəlməsi üçün hər hansısa şəkildə yazılı müqavilə imzalanmamışdır. MM-nin 425.1.-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərini və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə İşgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İddiaçının istinad etdiyi bu maddi hüquq normasında yer alan "Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə “ ifadəsi, mənim iddiaçıya alıb təslim etdiyi server avdanlığın faktiki olaraq bu gün iddiaçıda hazırkı mövcüdluğu ilə onun xeyrinə təmin olunmuş tələb olaraq qiymətləndirilməlidir. Tələb irəli sürülən pul öhdəliyi borcun mövcudluğunu təsdiqləyən müqavilə və ya digər sazişlər kimi lazımi sənədlərlə təsdiqlənməyib. Beləliklə, tələb mövcud normalara cavab vermir və qanuni sayıla bilməz. İddiaçı bildirilən məbləğin ödənilməsinin zəruriliyini əsaslandıran lazımi sübutlar təqdim etməyib. Qanunvericiliyə görə, sübut yükü iddiaçının üzərinə düşür. Borcun yarandığını sübut edən kifayət qədər sənədin olmaması tələbi əsassız edir. Göründüyü kimi iddiaçı şəxsi mülahizələri əsasında iddia tələbi formalaşdıraraq ondan maddi maraq naminə əmlak pul əldə etmək arzusundadır. Ərizəsinin təsviri hissəsində göstərdiyi faktlar və istinad etdiyi maddi və prosessaul hüquq normalarının tələbi nəzərə alınaraq, İddiaçı tərəfindən ona qarşı irəli sürülən-cəmi 47000 (qmx yeddi min) manat pul tələbi bağlı iddiasının tamamilə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında etiraz ərizəsində göstərdiyi halları təsdiq edərək bildirmişdir ki, 2019-cu il tarixdə iddiaçı ona server avadanlığının alınması üçün bankdan öz adına kredit götürməyi təklif etmiş, o, iddiaçının təklifini qəbul etmiş, kredit alınması üçün iddiaçı banka qızıl-zinət əşyalarını girov qoymuş, bankdan alınan kreditlə server avadanlığını alıb iddiaçıya təhvil vermiş, iddiaçı götürülən kreditin aylıq ödənişlərini özü ödəyəcəyini bildirmiş, aylıq ödənişlər gecikdiyi üçün iddiaçı ona qızıl saatını verib kredit təşkilatına girov qoymaqla pul götürüb kredit ödənişlərini həyata keçirməsini istəmiş, o, qızıl saatı “Para Bokt” kredit evinə girov qoyub aldığı 5000 manat pulla aylıq ödənişlərini həyata keçirmişdir. Bankdan götürdüyü 35.500 manat server avadanlığı almış və onu iddiaçıya təhvil vermişdir. Həmin avadanlığı Almaniyadan daşıma şirkəti vasitəsilə ölkəyə gətizdirmişdir. Həmin yük onun adına gəlmişdir. Lakin həmin serverin 35.500 manat alınması ilə bağlı sübutu yoxdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Bunyat oğlu iddia müddətinin tətbiq olunaraq iddia tələbinin rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq olunması barədə ərizə göndərərək bildirmişdir ki, İddiaçı tərəfindən cəmi 47000 (qırx yeddi min) manat pul tələbi irəli sürülmüşdür. İddia onunla əsaslandırılmşdır ki, iddiaçının onunla qurmaq istədiyi işə çəkilən xərclər özünü doğrultmadığından və iddiaçı iş sərmayəsi olaraq onun adına götürülümüş "xxxx" ASC-yə olan 42000 (qırx iki min) manat kredit pulunu bağladığı üçün hazırda ondan 42000 kredit borcunu və əlavə ona Parabokla girov üçün verdiyi 5000 (beş min) manat məbləğində qızıl saatının müqabilində ödəniş edilmiş pulun qarşılığı olaraq həmin 5000 manat pulu cəmi 47000 manat pul tələbi ilə çıxış edir. Hesab edir ki, bu tələb əsassiz və etibarsızdır, belə bir tələbin irəli sürülməsi üçün müddəti başa çatıb. Belə ki, tələbin mahiyyətini iddiaçının 2019-cu il 12 sentybar tarixli kredit müqaviləsindən irəli gələn borca dair pul tələbi və həmin öhdəliklə bağlı guya onun əsassız varlanmasına dəalalət edən 47000 maddi tələb təşkil edir. İddiaçının işgüzar təklifi müqabilində 2019-cu ildə "xxxx" ASC-dən 35555 manat kredit götürərək, ididaçının hazırda sahibliyində və istifadəsində olan server avadanlığı alınmış və o, iddiaçı ilə aralarında olan razılşamaya əməl edərək üzərinə düşən vəzifəni-server avadanlığını iddiaçının evində quraşdırmışdır. Bəhsi keçən kredit öhdəliyi iddiaçı tərəfindən banka təqdim edilmiş qızıl zinət əşyaları müqabilində girovla təmin edilərək verilmişdir. Lakin "xxxx" ASC-nin ona qarşı verdiyi borc tələbinə dair iddia üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş Bərdə rayon Məhkəməsinin 2(021)-69/2022 saylı qətnaməsi ilə kredit borcu üçün tutma iddiaçı tərəfindən banka təqdim edilən qızıl zinət əşyalarına yönəltmə edildiyi uçun iddiaçı bank uçun 40000 (qırx min) manat pulu bağlayaraq iddiaçı həmin qızıl zinət əşyalarını götürmüşdür. O, hazırkı iddia üzrə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində də qeyd etmişdir ki, iddiaçı ilə quracağı işin əsas predmetini təşkil edən server avadanlıqları iddiaçının evində quraşdırılmış və orada qalmışdır. Yəni iddiaçı kredit üçün götürdüyü pula alınmış server avadanlıqlarını öz qızılları müqabilində götürdüyü kreditin hesabına öz sahilbiyində, istifadəsində və hətta sərəncamında saxlamışdır. İddiaçı hesab edir ki, guya onunla arasında olan şifahi razılaşmaya əməl etməmiş və o əsassız varlanma nəticəsində qazanc əldə etmişdir. İddiaçı hesab edir ki, onun kredit üçün ödədiyi 42000 manat (əslində qətnamə üzrə 40834.18 manatdır) pul iddia ərizəsində əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb olunub. Çünki iddiaçı iddia ərizəsində ayrıca olaraq qeyd edib ki, guya o, iddiaçıya ödəməli olduğu 47000 manatı könüllü ödəməkdən boyun qaçırır. Mülki işə əlavə edilmiş Bərdə rayon PŞ-nin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan da görünür ki, onun iddiaçı X7 ilə bağlı xx.xx.2024-cü il tarixdə etdiyi şikayəti əsasında başlanmış araşdırmada şahid qismində izahat vermiş iddiaçının qohumu və nümayəndələri hazırkı mülki iş üzrə iddiaçının ona qarşı irəli sürdüyü tələblə bağlı heç bir fikir ifadə etməmişdilər. Həmin polis araşdırması onun İddiaçı onu təhdid etməsi barədə şikayəti əsasında başlanmışdır. İddiaçının ona qarşı tələbinin əsasız varlanma anlayışına daxil olmasını təsdiq edən faktlardan biri də iddiaçının iddia ərizəində aralarında iş birliyi ilə bağlı proqram server avadanlığımın alınması ilə əlaqədar şifahi razılaşmanın olduğunu bəyan edən ifadəsidir. İşdə iştirak edən şəxsin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə olunmuş TuranBank ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Turanbank ASC Ağcabədi filialından xx.xx.2019-cu il tarixli LK1461-19 saylı kredit müqaviləsinə əsasən götürülmüş 35550 AZN krediti tam bağlanılmışdır. Cavabdeh qeyd edilən müqavilə üzrə TuranBank ASC-nin Ağcabədi filialında heçbir borcu yoxdur. Mülki işə əlavə olunmuş Turan Bank ASC tərəfindən verilmiş Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2019-xx.xx.2023-cü il tarixədək hesabdan çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə 2200 manat, xx.xx.2019-cu il tarixdə -1920 manat, xx.xx.2019-cu il tarixdə -1800 manat, xx.xx.2019-cu il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 1920 manat, xx.xx.2020-ci il tarixdə 820 manat, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2020-ci il tarixdə 400 manat, xx.xx.2020-ci il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cu il tarixdə 1000, xx.xx.2023-cu il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1550 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 2200 manat, xx.xx.2023-cü il tarixdə 2500 manat, xx.xx.2023-cü il tarixdə 579 manat olmaqla, cəmi 51589 manat pul ödənilmişdir. Mülki işə əlavə olunmuş Bərdə RPŞ-nin cinayət işi başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli Qərarından görünür ki: Bərdə şəhəri Sabir küçəsi ev 1-də yaşayan Cavabdeh xx.xx.2024-cü il tarixdə Bərdə rayonu polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə X4 onu öldürməklə hədələməsi barədə məlumat vermişdir. Həmin müraciət xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-nin “törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatına dair kitabı”nın 3393-cü sırasında qeydiyyata alınaraq araşdırma aparılmışdır. Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, ailə üzvləri ile birlikdə Bərdə şəhəri Sabir küçəsi ev 1-də yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 2016-cı ildə Bərdə şəhəri B.Hacıyev küçəsində yerləşən Yağ-Pendir zavodunun təsisçisi X7 adlı şəxslə tanış olmuşdur. Həmin müddət ərzində o, zavoda məxsus kompüter proqramlarının yenilənməsi, eləcədə bu sahədə ortaya çıxan problemlərin həlli ilə məşğul olmuşdur. Həmin müddətdə o, rəsmi olaraq zavodun işçisi olmuşdur. Lakin, 2018-ci ildə zavod fəaliyyətini dayandırdığından o, işdən çıxsada, ancaq Taryel Ağayevin digər şəxsi biznesinin işlərini həyata keçirməsində kompüter işlərini görmüşdür. 2019-cu ilin oktyabr ayında Taryel Ağayev ona təklif etmişdir ki, adına kredit götürərək İddiaçı versin, o, avadanlıq alsın, komputür sahəsində şirkət qurulsun, sonra isə birlikdə işləyərək gəlir əldə etsinlər. Bu səbəbdən onun adına Ağcabədi rayonunda terləşən Turan bankdan 35555 manat kredit götrülmüş və həmin pulun dəyərində kompyuter proqramlarının həyata keçrilməsi üçün server alınmışdır. Alınmış serverlər isə X11 şəhəri Türkmən kəndində yerləşən yaşayış evində quraşdırılmışdır. 2020-ci ildə ölkədə karantin düşməyi ilə əlaqədar olaraq iş alınmamışdır. Ancaq onun adına olan kredit isə gecikməyə düşmüşdür. 2020-ci ilin dəqiq xatırlamadığım ayında Taryel Ağayev ona bir ədəd qızıl saat verərək həmin saatı lambarda qoyaraq pul götürüb kreditinə ödəməyini bildirmişdir. Bu səbəbdən o, həmin saatı Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən kredit evinə girov qoyaraq əvəzində 2300 manat pul götürərək Turan banka ödəniş etmişdir. Həmin vaxtdanda Taryel Ağayev ona bildirmişdir ki, kredit təşkilatında olan qızıl girovunun ödənişini həyata keçirsin, ancaq o, hərdən bir olaraq ödənişləri həyata keçirmişdir. Lakin, gecikmə çoxaldığından adına cərimə gəlmiş, bu səbəbdən girov qızıl satışa çıxmışdır. Bu səbəbdən Taryel Ağayev ondan tələb etmişdir ki, nə edirəsə etsin, həmin qızıl satılmasın. Buna görədə o, Muğam bankın Bərdə rayon filialından 2800 manat kredit götürərək Lambardda girovda olan qızıl saatı çıxarmış və həmin qızılıda Muğam banka girov qoymuşdur. Orda isə ödənişlər edilmədiyindən qızıl yenidən satışa çıxarılmağa hazırlaşmış, o, isə yenidən Bərdə şəhərində yerləşən Parabok adlı kredit təşkilatəndan 3300 manat pul götürərək Muğam bankda olan qızıl saatı girovdan çıxarıb, Parabokt adlı kredit təşkilatına girov qoymuşdur. Həmin vaxtdanda qızıl saat Paroboktda girovdadır. Hal hazırda isə Parobokta olan borcları 5800 manat təşkil edir. Taryel Ağayev onun adına olan 35555 manat krediti bağlayaraq girovda olan qızıl saatın qaytarılmasını tələb edir. Bildirir ki, həmin qızıl saatı girovdan o, çıxarmalıdır, bunun üçün banka yaranmış 5800 manat pulu o ödəməlidir. Lakin, həmin pulun ödənilməsi üçün maddi imkanın olmadığını, eyni zamanda borcun onun günahindan yaranmadığını bildirsədə, ancaq Taryel Ağayev ona hədə qorxu gələrək pulu tezliklə ödəməsini və ona məxsus qızıl saatı girovdan çıxararaq qaytarmağını bildirir. xx.xx.2024cü il tarixdə saat 22 radələrində X14 adlı şəxsə məxsus 050-637- 96-95 saylı mobil nömrə ilə ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edərək onu təhqir etmiş, hədə qorxu ilə ona bildirmişdir ki, əgər qızıl saatını girovdan çıxarmasa, onu itirər, yox edər və onu biyabır edər. Bu səbəbdən o, qərara gəlmişdir ki, bu hadisə baş verməmiş bununla əlaqədar olaraq şikayət etsin. Baycan adlı şəxs mobil telefonun vhatcapı vasitəsi ilə ona yazaraq bildirmişdir ki, əgər o, borcu bağlamırsa, öznə məxsus olan avtomobili onun qapısına girov qoysun. Baycan adlı şəxsdə Taryel Ağayevin sözləri ilə onu hədələyir, təhdid edir. Taryel Ağayev üzun müddətdir ki, ona hədə-qorxu gəlir, daim onu təhdid edir ki, əgər onun səhlənkarlığından yaranmış borcu bağlamasa, onu öldürəcəkdir. İddiaçı ona qarşı hər hansı zorakılıq etməmiş və ya xəsarət yetirməmişdir. Araşdırma zamanı X6 izahatında bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Qaradağlı kəndində yaşayır, rəsmi olaraq Tufan MMC-nin drektoru vəzifəsində işləyir. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsi ilə tanış edilmişdir. 2 ildir ki, "xxxx"MMC mühafizə şirkətinin drektoru vəzifəsində işləyir. Sözügedən MMC X5 məxsusdur. Bu səbəbdən o, Taryel Ağayevin digər işlərinədə köməklik edir. İşlədiyi vaxtdan Taryel Ağayev ona bildirmişdir ki, Bərdə rayonunda yaşayan Cavabdeh adlı tanışının ona 5000 manatdan artıq borcu vardır. Təxminən iki ay əvvəl Taryel Ağayevin istəyi ilə Qalib Məmmədova zəng edərək, Taryel Ağayevə olan borcunu istəmişdir. Cavabdeh isə ondan bir ay müddət istəmişdir ki, həmin pulu cəmləyərək verəcəkdir. Həmin vaxtdan sonra Qaliblə görüşmüş, görüş əsnasında Qalib ona bildirmişdir ki, həmin borcun əsasını Taryel Ağayevin qızıl saatı təşkil edir. Belə ki, dəqiq bilmədiyi müddət ərzində Qalib X1 lambarda qoyaraq pul götürmüşdür, bu səbəbdən Cavabdeh İddiaçı borcu yaranmışdır. Bundan sonra Qalib ona bildirmişdir ki, həmin qızıl saat Bərdə şəhərində yerləşən parabok adlı lombardda girovdadır. O, Qaliblə, birlikdə həmin lambarda gedərək lambardın müdiri ilə danışmışdır. Danişiq əsnasında Qalib lambardin müdiri Tural adh şəxsə bildirmişdir ki, qızıl saatı satışa çıxarmasın bir ay müddətində borcunu bağlayacaqdır. Lakin, həmin vaxtdan bir neçə ay keçdikdən sonra Qalib pulu ödəməmişdir. Təxminn xx.xx.2024- cü İİ tarixdə o, baş verənləri Taryel Ağayevə bildirmişdir. İddiaçı isə ona məxsus olan mobi! telefonla Qalibə zəng edərək, hansı səbəbdən 1 il 6 aydır ki, onu aldatdığını, ona məxsus qızılı vermədiyini bildirmişdir. İddiaçılə Cavabdeh arasında olan danışıq zamanı Cavabdeh İddiaçı bildirmişdir ki, pulu yoxdur, lakin, özünə məxsus avtomobili borcunun əvəzinə verə bilər. İddiaçı isə Cavabdeh bildirmişdir ki, avtomobilini istəmir, lakin, verdiyi qızıl saatını geri istəyir. Cavabdeh izahatında Taryel Ağayev xx.xx.2024-cü il tarixdə saat 22 radələrində ona məxsus olan mobil telefon vasitəsi ilə onunla danışarkən önu hədələdiyini, itirəcəyini, və.s hədələcəyici sözlər işlətdiyini bildirsədə, lakin, əslində o, İddiaçı dediklərini eşitməmiş, İddiaçı Cavabdeh hədələdiyindən məlumatı olmamışdır. Araşdırma zamanı X3 izahatında bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri Ü.Hacıbəyov ev 47-də yaşayır. Rəsmi olaraq X4 hüquqşünası işləyir və etibarnamə əsasında nümayəndəsidir. Cavabdeh Taryel Ağayev və Baycan Əkəkbərli barəsində yazdığı şikayətlə tanış edilmişdir. Bununla bağlı bildirmişdir ki, Bərdə rayonunda yaşayan Cavabdeh İddiaçı 5000 manatdan artıq borcu vardır. Belə ki, Təxminən 1 ildən artıq müddətdir ki, Cavabdeh İddiaçı borca pul istəmişdir ki, alış-veriş ilə məşğul etmək üçün pulu yoxdur. Taryel Ağayev isə Cavabdeh bankdan kredit götürərək alver etməsini bildirmiş, Cavabdeh İddiaçı bankdan kredit götürmək üçün girov qoymaq lazım olduğunu bildirmişdir. Bu səbəbdən Taryel Ağayev özünə məxsus olan bir ədəd 5000 manat dəyərində qızıl saatı Cavabdeh vermişdir ki, həmin saatı istənilən kredit təşkilatına girov qoyaraq pul götürsün, lakin, kreditini ödədikdən sonra saatı girovdan çıxararaq onun özünə qaytarsın. Həmin müddət ərzində Cavabdeh İddiaçı məxsus olan saatı Bərdə şəhərində yerləşən kredit təşkilatına qoyaraq oradan pul götürmüşdür, ancaq müəyyən vaxtdan sonra Cavabdeh kreditini ödəyərək saatı girovdan çıxarsada İddiaçı qaytarmamış, əksinə isə yenidən həmin saatı başqa banka girov qoyaraq oradanda pul götürmüşdür. Bundan sonrada Cavabdeh yenidən həmin bankında kreditini ödədikdən sonra yenidən sözügedən saatı Bərdə şəhərində yerləşən Parabuk adlı kredit evinə girov qoyaraq oradan müəyyən məbləğdə kredit götürərək öz məqsədləri üçün xərcləmişdir. Hal-hazırda isə İddiaçı Cavabdeh saatını geri istəyir, Cavabdeh isə saatı qaytarmaqdan yayınmaq üçün şikayətlər etmişdir. Cavabdeh İddiaçı təkilf etmişdir ki, hal- hazırda onun saatı girovdan çıxarmaq üçün nəğd pulu yoxdur, özünə məxsus lizinqdə olan avtomobilini borclu olduğu 5000 manat pulun əvəzinə versin. İddiaçı isə bundan imtina etmişdir. X16 Musayevi öldürməklə hədələməmişdir, Cavabdeh qərəzli şəkildə bu barədə şikayətlər etmişdir. İddiaçılə Cavabdeh arasında olan danışıq zamanı Cavabdeh İddiaçı təklif etmişdir ki, saatı girovdan çıxarmaq məqsədi ilə 2000 manat pul vermək istəyir. Ancaq İddiaçı Cavabdeh özünə məxsus qızıl saatı geri istəyir. Bu səbəbdən Cavabdehlə hər hansı razılığa gəlməmişlər. Cavabdeh tamamilə yalan danışır, onun göstərdikləri yalnışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bərdə şəhəri Sabir küçəsi ev 1-də yaşayan Cavabdeh X7 tərəfindən öldürməklə hədələməsi barədə verdiyi məlumatda hər hansı cinayət əməlinin tərkib əlamətləri yoxdur. Belə ki, X12 Musayev arasında baş verən danışıq mobil telefon vasitəsi ilə olmuşdur. Bu səbəbdən Cavabdeh verdiyi məlumat öz təstiqini tapmamışdır. Cavabdeh müracəti əsasında toplanmış materialda cinayət hadisəsinin tərkib əlamətləri olmadığından toplanmış mataerial üzrə cinayət işinin başlanmasını rədd edilmişdir. Mülki işə əlavə olunmuş ödəniş qəbzindən görünütr ki, iddiaçı tərəfindən 234 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh bankdan kredit götürməsini, götürdüyü kreditlə server avadanlığı almasını tapşırmış, bankdan kredit götürülməsi üçün o, öz mülkiyyətində olan qızıl-zinət əşyalarını banka girov qoyulması üçün sonuncuya vermiş, girov müqabilində 35555 manat kredit götürülmüş, Cavabdeh tərəfindən server avadanlığı alınaraq iddiaçı X5 təhvil verilmişdir. Yuxarıda göstərilənlər işin mübahisəsiz hallarıdır. İddiaçı X7 iddia ərizəsində göstərmişdir ki, daha sonra Cavabdeh əlavə avadanlıqlar alınması adı ilə ondan 5000 manat pul istəmiş, o, pulun əvəzinə qızıl saat vermiş, sonuncu həmin qızıl saatı “ParaBokt” kredit təşkilatına girov qoyaraq 5000 manat pul götürmüş, daha sonra o özü 5000 manatı kredit təşkilatına ödəməsinə baxmayaraq qızıl saat hazırda da kredit təşkilatında girovluqda qalmaqda davam edir. Lakin iddiaçı X7 5000 manat pulu Cavabdeh tərəfindən əlavə avadanlıqları almaq üçün istəməsi ilə bağlı sübutlar təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatından və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda göstərilən sonuncunun izahatından görünür ki, iddiaçı özünə məxsus qızıl saatı cavabdehə verərək həmin qızılı girov qoyaraq kredit götürməsini və həmin kreditlə əvvəlki götürülmüş kreditin aylıq ödənişlərini həyata keçirməsini tapşırmışdır. Buradan belə bir nəticəyə gəlmək olur ki, cavabdeh öz hərəkətləri ilə əsassız varlanmamış, İddiaçı və Cavabdeh arasında şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Cavabdeh şifahi qaydada tapşırıq verərək proqram təminatı ilə ticarət obyektlərinə xidmət göstərilməsi üçün bankdan özünün verdiyi girov müqabilində onun adına "xxxx" ASC-dən 35555 manat kredit götürməsini, həmin pula server avadanlığı almasını bildirmiş, sonuncu verilmiş tapşırığa uyğun olaraq 35555 manat məbləğində kredit götürərək server avadanlığı almış, İddiaçı bankdan götürülən kreditin aylıq ödənişlərini həyata keçirə bilmədiyi üçün özünə məxsus qızıl saatı Cavabdeh verərək həmin saatı girov qoyub aldığı kreditlə əsas kredit ödənişlərini həyata keçirməsini tapşırmışdır. Cavabdeh bankdan götürdüyü 35555 manat pula server avadanlığını aldığını bildirsə də iddiaçıya təhvil verdiyi server avadanlığının həmin qiymətə olduğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci madəsinə əsasən Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-ci madəsinə əsasən Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 329.4-ci madəsinə əsasən Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Həmin Məcəllənin 777.1-ci madəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci madəsinə əsasən Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci madəsinə əsasən Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 784-ci madəsinə əsasən Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvafiq iddia ərizəsi üzrə iddia müddəti keçdiyinə görə iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarından göründüyü kimi, Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddətinə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Cavabdeh iddia müddətinin keçməsinə dair ərizəsinə münasibət olaraq iddiaçının nümayəndəsi bunu təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Mülki Məcəllənin 377.1.-ci maddəsi iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır norması cavabehi müdafiə edir. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi anoloji hüquqi mövqedən çıxış edərək Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 20 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. (paraqraf 33). Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında hüquq münasibətləri tapşırıq müqaviləsi əsasında yarandığından və cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə verildiyindən, 3 illik iddia müddəti də keçdiyindən iddia tələbi təmin oluna bilməz. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 234 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş 263 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-394/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-394/2025
07.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver