Məhkəmə qərarları › İş №e-2(021)-4066/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-4066/2025

09.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-4066/2025 09.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X3 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra ərizəçi və ya 11 saylı Ərazi Vergilər Baş İdarəsi) maraqlı şəxs Cavabdeh (bundan sonra maraqlı şəxs və ya Cavabdeh) qarşı “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 11363,12 manat, İşsizlikdən sığorta fonduna olan 649,93 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1523,28 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Cavabdeh barəsində (Doğulduğu tarix - xx xxxxxx 1966cı il, Doğulduğu yer - Azərbaycan, Bərdə; Əyricə k., Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsi ərizəni onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Bərdə rayonu X1 (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 1523,28 manat, İşsizlikdən sığorta fonduna 649,93 manat, Dövlət Sosial Müdafiə Fonduna 11363,12 manat olmaqla, ümumilikdə 13536,33 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********770100, xx.xx.2025-ci il tarixli **********817300, xx.xx.2025-ci il tarixli **********934500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında maraqlı şəxs Bərdə rayon X1 sədri Cavabdeh göndərdi ki, uzun illər Bərdə rayon X1 sədri işləmişdir. Hazırda 8 bələdiyyə birləşərək Bərdə rayon Əyricə Bələdiyyəsi yaradılmışdır. Yaranmış borcun haradan yaranması barədə aidiyyatı orqana müraciət etmiş, 11 saylı Ərazi Vergilər Baş İdarəsində olmuşdur. Yazılan borcla razılaşmır. Müraciəti əsasında araşdırma aparılır, nəticəsi barədə ona məlumat veriləcək. Ərizənin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli Şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1966-cı ildə Bərdə rayonu Əyricə kəndində anadan olmuş, Bərdə rayonu Əyricə kəndində qeydiyyatdadır. 08 sentyabr 2025-ci il tarixli **********442600 qeydiyyat nömrəli “İcbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair” bildirişdən görünür ki, Bərdə rayon X1 sədri Cavabdeh icbari tibbi sığorta haqları üzrə 4732,28 manat, faizlər üzrə 631,61 manat borcunun ödənilməsinə dair xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmiş, borcun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə və ya icra qurumlarına müraciət edilə biləcəyi barədə xəbərdarlıq edilmişdir. 08 sentyabr 2025-ci il tarixli **********3 qeydiyyat nömrəli “Muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” bildirişdən görünür ki, Bərdə rayon X1 sədri Cavabdeh muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 31640,77 manat, maliyyə sanksiyaları üzrə 100 manat, faizlər üzrə 11241,95 manat borcunun ödənilməsinə dair xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmiş, borcun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə və ya icra qurumlarına müraciət edilə biləcəyi barədə xəbərdarlıq edilmişdir. 08 sentyabr 2025-ci il tarixli **********9 qeydiyyat nömrəli “İşsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair” bildirişdən görünür ki, Bərdə rayon X1 sədri Cavabdeh işsizlikdən sığorta haqqı üzrə 1514,78 manat, faizlər üzrə 501,16 manat borcunun ödənilməsinə dair xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmiş, borcun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə və ya icra qurumlarına müraciət edilə biləcəyi barədə xəbərdarlıq edilmişdir. Hüquqi şəxs haqqında məlumatdan müəyyən olunur ki, Bərdə rayon X2 vergi ödəyicisi kimi, Cavabdeh isə vergi ödəyicisinin rəhbəri kimi qeydiyyata alınmışdır. 22 iyul 2025-ci il tarixli 3-21-2-8/2-20502/2025 qeydiyyat nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh cəmi 27093,99 manat borcunu 15 gün müddətində ödənilməsi tələb olunmuş, qeyd olunan borc ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında müəyən edildi ki, xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan Bərdə rayonu X1 sədri Cavabdeh (VÖEN **********) İşsizlikdən sığorta fonduna 649,93 manat, Dövlət Sosial Müdafiə Fonduna 11363,12 manat, İcbari Tibbi Sığorta Fonduna 1523,28 manat olmaqla, ümumilikdə 13536,33 manat məbləğində öhdəliyi yaranmış, lakin borclu müəyyən edilmiş müddətdə öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikasının MPM-nin: 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3-cü maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4-cü maddəsinə görə, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Bərdə rayonu X2 vergi öhdəliklərini yerinə yetirmədiyi üçün Bələdiyyənin sədri Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsi öz tələblərini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.1, 355-7.3, 355-7.4, 216-220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi təmin edilsin. Bərdə rayon Əyricə Bələdiyyəsinin sədri - xx.xx.1966-cı ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu Əyricə kəndində qeydiyyatda olan (şəxsiyyət vəsiqəsinin FİN nömrəsi xxxxxxx) Cavabdeh vergi öhdəliklərini yerinə yetirmədiyi üçün ölkədən getmək hüququ vergi borcunu ödəyənədək məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar